Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə170/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   166   167   168   169   170   171   172   173   ...   189

 

Uilyam Şcfıspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Mən elə bir şərab içirərəm ki



Məsti-xumar olar hər ikisi də. 

Ağla-dərrakəyə keşikçi olan 

Huşlan, qazandan çıxan buğ kimi, 

Çıxar başlarından dumanlanaraq. 

Onlar sərxoş halda düşüb ölütək, 

Yatarlar yerdəcə donuzlar kimi. 

Dunkan qalar yalqız, müdafiəsiz. 

Bu vaxt biz ikimiz köməkləşərək 

Nələr gətirmərik onun başına. 

Ağır qətl üçün bütün günahı 

O kefli, yuxulu keşikçilərin 

Cİstünə biz məgər yıxa bilmərik? 

M a qb e t .  

Əzizim, sən mənə yalnız oğul doğ! 

Sənin coşqun qanın, sarsılmaz ruhun 

Kişi böyütməyə yaranıb ancaq. 

Sərxoş yatanların qılıncı ilə 

Dunkanı öldürüb, onun qanıyla 

Bulasaq onların üst-başlarını, 

Günahı atarıq üstlərinə, hə? 

Görəsən, bu işə inanarlarmı? 

Le di  M a qb e t .  

Onun cənazəsi üzərində biz 

Fəryad qoparanda, nalə çəkəndə 

Kimdə cürət çatar şübhələnməyə. 

M a qb e t .  

Artıq qərar verdim, vücudumdakı 

Bütün qüvvətimi, iqtidarımı Topladım 

bir yerə bu dəhşət üçün. Gəl gedək 

məclisə, şadlanaq biz də. Ürəkdə 

qıvnlan çirkin niyyəti Gizlədər biclərin 

gözəl surəti. 



Gedirlər. 

684 

downloaded from KitabYurdu.org




IKINCI PƏRDƏ

 

BİRİNCİ SƏHNƏ

 

İnvernes. Maqbetin qəsrinin həyəti. 

Gecədir. Banko və Flins daxil olurlar. 

Flins qabaqda gəlir, onun əlində məşəl vardır. 

Ba nk o.  Saat neçə olar? 

Fli ns .  

Ay batıb artıq. 

Saatın zəngini eşitməmişəm. Ba nk o.  

Aydındır, ay batır gecə yarısı. 

Fli ns .  Mən bilən, gec batır. 

Ba nk o.  

Al qılıncımı. 

Göylər də yaşayır qənaət ilə

Söndürübdür bütün çıraqlarını... 

Sən bunu da bil ki, ağır bir yuxu Ağır 

qurğuşuntək sıxır üstümdən. Yatmaq 

istəmirəm nədənsə ancaq. Ey ulu 

qüvvələr! Bu gecə vaxtı Qorxunc 

fikirlərdən qoruyun məni... Qaytar 

qılıncımı. 

Maqbet və xidmətçi əlində məşəl gəlirlər. 

Kimdir orada? 

M a qb e t .  Bir nəfər öz dostun. 

Ba nk o.  

Bu nədir, cənab? 

Hələ yatmamısan! Böyük hökmdar 

Olduqca şad-xürrəm getdi yatmağa. 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Bütün nökərlərə, xidmətçilərə 

Şahanə xələtlər bəxşiş eylədi. 

Sənin xanımını külli-aləmin 

Ən gözəl, mehriban ev sahibəsi 

Adıyla ürəkdən şərəfləndirib, 

Ona bu almazı töhfə göndərdi. 

Kral qonaqlıqdan çox məmnun idi. 

M a qb e t .  

Əvvəldən hazırlıq olmadığından 

Biz yaxşı ziyafət verə bilmədik. 

Qonaqlıq keçmədi ürəyimizcən. 

Ba nk o.  

Hər şey gözəl idi. Keçən gecəki 

Cİç cadugər bacı düşdü yadıma. 

Tufanlı səhrada o sehrbazlar 

Tamam düz dedilər sənin haqqında. 

M a q b e t .  

Onları büsbütün unutmuşam mən. 

Ancaq vaxt tapanda, imkan düşəndə 

Söhbət eyləyərik bu barədə biz. 

Ba nk o.  Nə zaman istəsən, hazıram, dostum. 

Ma q be t .  

O vədə sən baxsan məsləhətimə

Şərəf bir tac kimi qonar başına. 

Ba nk o.  

Yalnız bir şərtim var. Əgər bu şərəf 

Ləkə gətirməsə öz şərəfimə, 

Vicdanım saf qalsa, ürəyim təmiz, 

Can-başla dinlərəm məsləhətini. 

M a qb e t .  Gecən xeyrə qalsın! 

Ba nk o.  Sənin də, sağ ol. 



Banko ve Flins gedirlər. 

M a q b e t   (

xidmətçiyə

) .  

Xanımına de ki, məndən ötəri 

Düzəltdiyi içki hazır olanda Tezcə 

zəngi çalsın. Di get, sən də yat. 



(Xidmətçi 

gedir.)

 

 



686 

downloaded from KitabYurdu.org




Qarşımda gördüyüm bu xəncərmi, ah? 

Özü də qəbzəsi mənə tərəfdir. 



(Xəncərə müraciət edir.) 

Gəl, gəl, səni tutum, tuta bilmirəm. 

Ancaq mən yenə də görürəm səni. 

De, sən əl vurmaqla, toxunulmaqla 

Duyulmaz, bilinməz məşum xəyalsan, 

Yoxsa qızdırmalı, alovlu beynin 

Yaratdığı yalan, saxta varlıqsan? 

Xeyr, göz önündə bir həqiqətsən. 

Əlimdə tutduğum bir xəncər kimi, 

Elə bil, çəkirəm səni qınından. 

Bu getdiyim yolda sənsən bələdçim. Səni 

sancmalıyam mənzil başında. Bəlkə, 

korşalıbdır hiss üzvlərim

Bəlkə, yanlış görür mənim gözlərim. 

Yox, yox, mən görürəm səni yenə də, 

Tiyən də, qəbzən də qan içindədir. 

Bu qan damlalan yoxdu əvvəllər. 

Bu qan damlalan gələcəkdəki Qanlı 

cinayətdən bir nişan verir. 

Bütün bu dünyanın yarısı indi Yatır ölü 

kimi səssiz, səmirsiz. 

Heybətli yuxular, müdhiş röyalar Yatan 

insanları salır qorxuya. Cinlər-əcinnələr 

bənizi solmuş Hekatanı - zülmət 

ilahəsini Yeni qurbanlarla sevindirirlər. 

Gecələr dəhşətlə qurdlar ulayıb Bir 

keşikçi kimi oyadır qətli. 

Rəngi qaçmış halda durub bu rəzil, Bakir 

məleykəni təhqir eyləyən Roma 

hökmdarı Tarkvin sayağı, Xəlvətcə, 

gizlicə addımlayaraq Şikarına doğru 

gedir kölgətək. 

Sən ey dəyanətli, vəfalı torpaq, 

Mən hara üz tutsam, mən hara getsəm, 



687 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə