Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə178/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   174   175   176   177   178   179   180   181   ...   189

Dilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Q a t i l .  Bankonun qanıdır. 

M a q b e t .  

Bu qorxulu qan 

Onun bədənində çağlamaqdansa Sənin 

sifətində qalsa yaxşıdır. 

İşini bitirdin? 

Q a t i l .  

Bəli, hökmdar. 

Kəsdim başını mən öz əllərimlə. 

M a q b e t .  

Sən başkəsənlərin ən yaxşısısan. 

Flinsi öldürən heç də pis deyil. 

Əgər bu işi də sən görmüsənsə, Tayın-

bərabərin yoxdur dünyada. Q a t i l .  Flins qaçıb getdi, 

böyük hökmdar. 



M a q b e t  

{kənara). 

Yenə xəstələndim, dərd aldı məni, 

Tamam sağalmışdım, yoxdu illətim. 

Mərmərtək sarsılmaz, qayatək möhkəm, 

Havatək asudə, azad idim mən. 

Fəqət indi yenə zəncirlənərək Sıxılıb 

vahimə məngənəsində Şübhələr içində 

dustağam, dustaq. 



(Qatilə)

 

Banko öldü yəni? 



Q a t i l .  

Bəli, hökmdar. 

O daha oyanmaz, yatır xəndəkdə. 

Başında iyirmi yarası vardır. 

Həmin yaraların ən balacası Ən möhkəm 

insanı öldürə bilər. 

M a q b e t .  

Təşəkkür edirəm mən buna görə. 



(Kənara) 

O böyük ilanın əzildi başı, 

Balaca ilansa qaçdı, sağ qaldı. 

Vaxtında çıxacaq zəhər dişləri, 

downloaded from KitabYurdu.org



O zaman qorxulu olacaq o da. 

(Qatilə) 

Yaxşı, sən indi get, sabah təzədən Bu 

haqda təklikdə söhbət edərik. 

Qatil gedir. 

L e d i   M a q b e t .  

Mənim hökmdarım, qonaqlara siz Lazımi 

diqqəti yetirmirsiniz. 

Qonaqlara ancaq ev sahibinin Gülər üzü 

gərək, xoş sözü gərək. 

Yoxsa  evdə  yemək  daha  yaxşıdır. 

Qonaqlıqda  bişən  hər  bir  xörəyin 

Dadı məhəbbətdir, səmimiyyətdir. 

Bunlarsız ziyafət ziyafət deyil. 

M a q b e t .  

Gözəl qınayırsan məni, əzizim. 

Dostlar, bağışlayın, lap unutmuşdum. 

Yeyin iştaha ilə, sizə nuş olsun. L e n o k s .  Hökmdar, 

əyləşmək istəyirsiniz? M a q b e t .  

Alicənab Banko gəlsəydi əgər

Onda ölkəmizin bütün gülləri Burda 

bizim ilə birgə olardı. 



Bankonun ruhu daxil olur və Maqbetin yerində əyləşir. 

Ona dərd üz versə, rəhm eyləməzdim

Onu qınayardım xəyanətdə mən. 

R o s s .  

Vədinə, sözünə xilaf çıxıb o. 

Ey şanlı hökmdar, bizimlə birgə Əyləşib 

siz bizi şərəfləndirin. 

M a q b e t .  Burda boş yer yoxdur. 

L e n o k s .  Boşdur birisi. 

M a q b e t .  Hanı? 

L e n o k s .  

Budur, baxın! 



717 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Maqbet Bankonun ruhunu görür. 

Böyük hökmdar, 

Mədir sizi belə narahat edən? 

M a q b e t .  Bunu kim düzəldib? 

L o r d l a r .  Məyi, hökmdar? 

M a q b e t  



{ruha). 

Saçından qan daman qanlı başını Meçin 

mənə doğru yırğalayırsan? 

Sən deyə bilməzsən, müqəssir mənəm! R 

o s s. Kral xəstələnib, qalxın, cənablar. 

L e d i   M a q b e t .  

Yox, yox, qalxmayınız, hörmətli dostlar. 

Onda belə hallar tez-tez baş verir. Düşüb 

bu azara gənc yaşlanndan. Təvəqqe 

edirəm, əyləşəsiniz. 

Bu mərəz keçici, müvəqqətidir, 

Bu saat o yenə yaxşı olacaq. 

Əgər siz baxsanız hərəkətinə, 

Onu hirsləndirər nəzərləriniz, 

Onun xəstəliyi şiddət eyləyər. 

Heç bir əhəmiyyət verməyin ona. 

Başlayın yeməyə. 

(Maqbetə) 

Sən də kişisən? 

M a q b e t .  Bəli, qorxubilməz, cəsur bir kişi. 

Mənim cürət edib baxdığım dəhşət Salar 

vahiməyə şeytanı hətta. 

L e d i   M a q b e t .  

Yəqin ki, yenə də cəfəngiyatdır! 

Qəlbini titrədən həmin qorxunun 

Gözündə əks edən sürətidir bu. 

Dunkanın cəsədi yanında sənin 

Gördüyün xəncərin vahiməsidir. 

Həqiqi qorxunun saxta əksidir. 

Ah, bu əsməcələr, bu həyəcanlar Soyuq 

qış axşamı ocaq başında 

 

718 

downloaded from KitabYurdu.org




Nənəsinin qorxunc nağıllarını Dinləyən 

bir qıza yaraşar ancaq. 

CJtan, ayıb olsun! Nə üçün belə Haldan-

hala düşür sənin sifətin? Deməli, 

qorxursan boş bir mizdən də. 

M a q b e t 



{lordlara).

 

Siz bir ora baxın! Hə, baxın, görün! Buna 



şübhəniz var, nə deyirsiniz? 

Yox a, sən nə dedin, nədən qorxacam! 



(Bankonun ruhuna) 

Başını tərpədə bilirsən, aha, 

Danışa bilərsən, de məqsədini. 

(Lordlara)

 

Əgər sərdabələr, əgər məzarlar Geri 



qaytarırsa cənazələri, 

Onda bu dünyada bizim gorumuz 

Qarğa-quzğunların qarnı olacaq. 

Bankonun ruhu qeyb olur. 

L e d i   M a q b e t .  

Bu nədir, dəlilik ağlını aldı, 

Sən tamam itirdin kişiliyini? 

M a q b e t .  

And olsun, siz məni gördüyünüztək 

Mən də onu gördüm. 

L e d i   M a q b e t .  Tfu, bir utan! 

M a q b e t .  

Qanunlar, qaydalar yox ikən hələ

Qədim zamanlardan bu günə qədər 

Cİzüb qan selində insan xilqəti. 

Yenə də qan tökür müdhiş qatillər. 

Bir vaxtlar vardı ki, kəllədən beyni Elə 

çıxarantək ölürdü insan. 

Bununla hər şeyə son qoyulurdu. Fəqət, 

fəqət indi öldürülənlər Başından iyirmi 

yara alsa da, 



719 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə