Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə174/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   170   171   172   173   174   175   176   177   ...   189

Misli görünməmiş bu qanlı işi 

Arayıb axtaraq axıra kimi, 

Əslini, kökünü öyrənək tamam. 

Qorxu, şübhə bizi salır lərzəyə. 

Böyük yaradanın köməyiylə mən 

Xainin bu gizli cinayətini 

Açmaqçün inadla çarpışacağam. 

Buna and içirəm. 

M a kdu f.   M ə n  də .  

H a m ı.  Hamımız. 

M a qb e t .  

Sözün müxtəsəri, hərbi geyimdə 

Toplaşaq salona. 

H a m ı.  Yaxşı, razıyıq. 



Malkolm və Donalbayndan başqa, hamı gedir. 

M a lko lm .  

Nə edək, qardaşım? Artıq bunlarla 

Bir daha bir yerdə qala bilmərik. 

Saxtakar adamlar çox asanlıqla 

Görünə bilirlər qəmli-qüssəli. 

Mən burdan gedirəm İngiltərəyə. 

Do na lb a y n.  

Mən isə gedirəm İrlandiyaya. 

Yalnız bizim belə aynlmağımız Bizi 

təhlükəsiz saxlayacaqdır. 

Burda insanların təbəssümündə 

Sıyrılmış qılınclar parlayır ancaq. 

Qanımıza ən çox yaxın olan kəs 

Qanımıza ən çox susayır bizim. 

M a lko lm .  

Qatilin atdığı təhlükəli ox Hələ də 

dolanıb süzür havada. 

Biz ona bir hədəf olmamaq üçün 

Gərək öz vaxtında çıxaq aradan. 

Odur ki təcili minək atları, 

Vida mərasimi yersizdir indi. 



699 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Haydı, düşək yola fürsət var ikən. 



Bir yerdə yoxdursa insaf, mərhəmət, 

Oğrutək əkilmək deyil qəbahət. 



DÖRDÜNCÜ SƏHNƏ

 

Yenə də həmin yer. 

Maqbetin qəsrindən aralı bir meydan. 

Ross və bir qoca gəlirlər. 

Dünyada yetmiş il ömür sürmüşəm, 

Mən günlər görmüşəm ağlı-qaralı. 

Zamanın dolaşıq sərgüzəştində 

Möcüzələr olub, dəhşətlər olub. Hamısı 

çox yaxşı qalıb yadımda. Bütün 

gördüklərim bu vahiməli Gecəyə 

nisbətən heç şeydir, heç şey. 

Elədir, baxınız, mehriban ata, Bəşərin 

bu qanlı faciəsindən Hətta göylər belə, 

təhqir olmuştək, Qəzəblə tökübdür 

qaşqabağını. Artıq səhər çoxdan 

açılmalıydı, Fəqət dustaq edib günəşi 

zülmət. Gündüz öz nur dolu 

dodaqlarıyla Dünyanın üzündən 

öpməsin deyə Dünyanı qoynunda 

gizlədib gecə. Əcəba dəyişib gərdişi-

dövran; Gecəmi aləmə hökmdar olub, 

Yoxsa insanların əməllərindən Gündüz 

daldalanır, həya eyləyir. 



Gedirlər. 

Qo ca .  

R o s s.  

700 

downloaded from KitabYurdu.org




Qo ca .  

Bu qanlı, bu məşum cinayət kimi, 

Təbiətə ziddir bütün bu işlər. 

Çərşənbə axşamı bir şahin gördüm. 

Səmanın ən uca ənginliyində Uçub 

əzəmətlə dövrə vururdu. 

Bu zaman bir bayquş siçovul kimi, 

Pusqudan  çıxaraq  hücuma  keçib, 

Qanına bələdi o qızılquşu. 

R o s s.  

Bunlar, doğrudan da, çox qəribədir. 

Dunkanın cins, gözəl atlan isə Birdən 

qeyzə gəlib vəhşiləşərək Qırdılar 

tövlənin qapılarını, 

Baş alıb qaçdılar səhraya doğru. Atlar 

itaətə qarşı çıxaraq Sanki, insanlarla 

vuruşacaqdı. 

Qo ca .  

Belə deyirlər ki, cinlənmiş atlar Hirslə 

gəmirirmiş biri-birini. 

R o s s.  

Bəli, gözlərimlə gördüm mən özüm, 

Onlara heyrətlə tamaşa etdim. Budur, 

gəlir Makduf. 



Makduf daxil olur. 

Hörmətli cənab, 

İndi bu dünyada nələr baş verir? 

M a kdu f.  Sən məgər görmürsən? 

R o s s.  

Bu qanlı işi 

Kimlər törədibdir, məlum olmadı? 

M a kdu f.  Maqbet öldürdüyü o iki adam. 

R o s s.  

Xudaya, ölmədik, biz nələr gördük! 

Görəsən, onların niyyəti nəymiş? 

701 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

M a kdu f.  

Onlar satqındılar. Bir iş var ancaq

Kralın varisi iki övladı - Malkolm, 

Donalbayn xəlvət qaçmışlar. Hamı 

şübhələnir indi onlardan. 

R o s s.  

Yenə təbiətin ziddinədir bu. 

İnsanın ağlını gör bir necə də Başından 

çıxarır şöhrətpərəstlik, 

Kəsir öz kökünü öz əlləriylə! 

Yəqin ki, çatacaq taxt-tac Maqbetə. 

M a kdu f.  

Bəli, artıq onu kral seçdilər. 

O getdi Skona tac qoymaq üçün. 

R o s s.  Hardadır Dunkanın cənazəsi bəs? 

M a kdu f.  

Apardılar Kolmkil adacığına. 

Bu yerdə müqəddəs bir məqbərədə Onun 

əcdadının sür-sümükləri Saxlanır 

qədimdən bu günə kimi. 

R o s s.  De, sən də Skona gedəcəksənmi? 

M a kdu f.   Yox,  dostum,  yox,  Fayfa  gedəcəyəm  mən. 

R o s s.  Mən isə Skona düşürəm yola. 

M a kdu f.  

Yaxşı yol, orada yaşa firavan, 

Yeni vəzifədə sıxılmayasan. 

Kaş təzə xalatda köhnə xalata Həsədlə 

baxmayaq. 

R o s s.  Əlvida, ata. 

Qo ca .  

Sizi və xeyirxah mərd adamları Hər an 

kölgəsində hifz etsin tanrı. 

Gedirlər. 

 

702 

downloaded from KitabYurdu.org



ÜÇÜNCÜ FƏRDƏ 

BIRINCI S

Ə

HN

Ə

 

Forres. Sarayda bir otaq. 

Banko daxil olur. 

Ba nk o.  

Cİç sirli bacının vəd etdiyitək Bütün 

rütbələrə çatmısan indi Qlamis, Kavdor 

tanı, kralsan artıq. Fəqət qorxuram ki, ən 

çirkin, iyrənc Oyun oynayasan bu 

məqsəd üçün. Onlar dedilər ki, sənin 

taxt-tacın Heç vaxt keçməyəcək 

övladlarına. Mənimsə başqadır bəxtim, 

qismətim. Gələcəkdə bir çox kral 

nəslinin İlk kökü, atası olacağam mən. 

Maqbet, sənin haqda cadugərlərin Bütün 

dedikləri doğruya çıxdı. 

Bəs onda nə üçün mənim barəmdə 

Onların dediyi həmin sözlərə Mən ümid 

etməyim, mən inanmayım? Ancaq 

susmaq gərək, hələlik bəsdir, İndi 

danışmağa yoxdur ehtiyac. 



Şeypur çalınır. Maqbet kral paltarında, Ledi Maqbet 

kraliça libasında daxil olurlar. Onları Lenoks, 

Ross, saray adamları və xanımlar müşayiət edirlər. 

M a qb e t .  Əsas qonağımız burdadır bizim. 



703 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə