Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə166/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   162   163   164   165   166   167   168   169   ...   189

Uilyam 

Şckspir 


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Hardan alırsınız, açıq söyləyin, 

Bu qorxunc səhrada peyğəmbər kimi 

Bizi təbrik edib xoş xəbərlərlə Neçin 

yolumuzdan saxlayırsınız? 

Rica eyləyirəm, danışın bunu. 



Cadugərlər qeyb olurlar. 

B a n k o .  

Torpaq buxarlanır su kimi, dostum, 

Onlar buxar olub çıxdı torpaqdan

Haraya uçdular? 

M a q b e t .  

Clca göylərə. 

Görünür, əridi havada onlar, - Külək 

nəfəs kimi çəkdi köksünə. 

Kaş ki getməyəydi onlar heç yana. 

B a n k o .  

Doğrudan, gerçəkdən burda idilər?! 

Yoxsa ki bəngotu yemişik bu gün, itibdir ağlımız-

huşumuz bizim?! M a q b e t .  Sənin övladlann kral 

olacaq. 

B a n k o .  Kral olacaqsan sən özün, dostum. 

M a q b e t .  Həm də Kavdor tanı. Belə demədi? 

B a n k o .  Lap beləcə dedi. Bu gələn kimdir? 



Ross ve Anqus daxil olurlar. 

R o s s .  

Maqbet, kral sənin uğurlarından Yer 

qədər, göy qədər razı qalmışdır. Səni 

mədh edirdi candan, ürəkdən. Elə ki o 

bildi, azğın düşmənlə Sənin gedib 

şəxsən vuruşduğunu Sonsuz bir 

heyrətdən kəsildi nitqi. Bütün qalan 

günü qanlı döyüşdə Düşmən səflərini 

yara-yara sən, 

Özün düzəltdiyin saysız-hesabsız 

Vahiməli ölüm səhnələrindən 

Qorxmadan, cürətlə addımladıqca 

 

668 

downloaded from KitabYurdu.org



O qaldı beləcə dinməz-söyləməz. 

Şıdırğı dolutək qorxunc cəbhədən Hey 

xəbər gəlirdi xəbər dalınca. 

Sənin yeni-yeni zəfərlərini Böyük 

hökmdann qədəmlərinə Hər qasid 

səpirdi inci-dürr kimi. 

A n q u s .  

Əlahəzrət kral göndərib bizi, 

Çatdıraq tükənməz təşəkkürünü, 

Səni hüzuruna dəvət eyləyək. 

Biz sənə mükafat gətirməmişik. 

R o s s .  

Ən böyük şərəfdən nişanə kimi, 

Əmr etdi: Maqbetə onun adından 

Verim Kavdor tanı rütbəsini mən. 

Eşq olsun hörmətli Kavdor tanına! 

Bu şöhrət, bu ad-san öz xidmətindir. 

B a n k o .  Qəribədir, şeytan düz deyə bilir? 

M a q b e t .  

İndi Kavdor tanı sağ-salamatdır. 

Mənə başqasının paltarını siz Nə 

üçün gətirib geydirirsiniz? 

A n q u s .  

O artıq itirib tan rütbəsini. 

Düzdür, sağ-salamat yaşayır hələ, 

Fəqət ölümünə hökm verilmiş. 

Ağır cinayətdə müqəssirdir o: 

Ya əlbir olubdur norveçlilərlə, 

Ya da əlaltından havadar çıxıb, 

Köməklik göstərib üsyançılara. 

Bilmirəm tam-dürüst taqsırımı mən. 

Hər halda, dövlətə xəyanət edib. 

Alıbdır boynuna öz günahını. 

Yəqin ki, tezliklə asılacaqdır. 



M a q b e t  

(kənara). 

Qlamis, Kavdor tanı, sonralar isə Ən 

böyük, ən yüksək, ən gözəl rütbə. 

669 

downloaded from KitabYurdu.org




Uilyam Şelıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

(Ross və Anqusa) 

Təşəkkür edirəm, zəhmət çəkdiniz. 



(Barıkoya) 

Hə, sən gələcəkdə övladlarının Kral olmasına 

inanmayırsan? 

Məni Kavdor tanı edənlər, axı, 

Onlara az şöhrət vəd etmədilər. 

B a n k o .  

İşlər belə getsə axıra kimi, 

Səni çatdıracaq taxt-taca onlar. 

Bu çox qəribədir: zülmət ruhları Bizi 

fəlakətdə məhv etmək üçün Doğru danışırlar 

bizə çox vədə. 

Kiçik işartıyla aldadıb bizi, 

Aparırlar sonsuz uçurumlara. 

(Ross və Anqusa) 

Dostlar, iki kəlmə sizə sözüm var. 



Kənara çəkilirlər. 

M a q b e t  



(kənara). 

İki söz düz çıxdı, nə deyək buna, Hakimiyyət 

haqda bir tamaşanın Bitdi iki gözəl 

müqəddiməsi. 



(Ross və Anqusa) 

Təşəkkür edirəm sizə, cənablar. 



(Kənara) 

Bu ağlasığışmaz sirli müjdələr Heç zaman şər 

olmaz, heç zaman xeyir. Əgər onlar şərsə, nə 

üçün, nədən Bütün uğurların əsası olan Ali 

həqiqəti bəxş etdi mənə. 

Doğrudan, mən artıq Kavdor tanıyam. Əgər 

xeyirdirsə, bəs onda niyə O niyyət özünə cəlb 

edir məni?! 

Onun dəhşətindən, vahiməsindən Saçım biz-

biz olur başımda mənim, tirəyim köksümdə 

çırpınır, əsir. 

İnsan xəyalında yaranan qorxu 

 

670 

downloaded from KitabYurdu.org




Həqiqi qorxudan daha qorxuncdur. Qətl 

bir xəyaldır, fikirdir hələ, 

Fəqət gör necə də lərzəyə salıb, Şübhələr 

içində qovurur məni! 

Arada, ortada yoxdur heç bir şey. 

B a n k 




(Ross və Anqusä). 

Baxınız, necə də fikrə qərq olub. 

M a q b e t 

(kənara).

 

Taleyin məqsədi budursa əgər, 



İstəyir ki, mənə krallıq versin, 

Qoy versin, mən ona kömək etmərəm. 

B a n k o .  

Onu darıxdırır təzə rütbəsi. 

Təzə rütbəyə də təzə paltartək Tədricən 

öyrəşib alışmaq gərək. 

M a q b e t 

{kənara).

 

Qoy nə olur-olsun, dolanır ruzgar, 



Hər tufanlı günün bir günəşi var. B a n k o .  

Səni gözləyirik, möhtərəm Maqbet. 

M a q b e t 

{Ross və Anqusä). 

Məni bağışlayın. Xatırlayırdım Çoxdan 

unutduğum bəzi şeyləri. Mehriban 

cənablar, bu zəhmətiniz Əbədi yazılıb 

qəlbimə mənim, 

Heç vədə bir an da çıxmaz yadımdan. - 

Gedəyin kralın hüzuruna biz. 

(Bankoya) 

Düşün yaxşı-yaxşı o sərgüzəşti. 

Boş vaxt tapan kimi açıq ürəklə Bütün 

olanları götür-qoy edib Söhbət 

eyləyərik. 

B a n k o .  Məmnuniyyətlə. 

M a q b e t .  

Sus o vaxta qədər. 



{Hamıya)

 

Gedəyin, dostlar! 



Gedirlər. 

671 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə