Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə164/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   160   161   162   163   164   165   166   167   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

BİRİNCİ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Açıq bir yer. 

Şimşək çaxır, ildırım düşür. Üç cadugər peyda olur. 

B i r i n c i   c a d u g ə r .  

Bir də haçan gələk? Yağış yağanda, 

Ya tufan qopanda, şimşək çaxanda? İ k i n c i  

c a d u g ə r .  

Bu qanlı çarpışma bitdiyi zaman, 

ü ç ü n c ü   c a d u g ə r .  

Bu, yəqin qurtarar gün batanacan. 

B i r i n c i   c a d u g ə r .  

Harda görüşəyin? 

İ k i n c i   c a d u g ə r .  

üzaq səhrada, ü ç ü n c ü   c a d u g ə r .  

Maqbet də olacaq mütləq orada. 

B i r i n c i   c a d u g ə r .  

Pişik movuldayır, vaxtdır, gedəyin. 

İ k i n c i   c a d u g ə r .  

Qurbağa çağınr, pərvaz edəyin. 

H a m ı s ı .  

Xeyir şər deməkdir, şər isə xeyir. 

Süzək buludlarda, alovlansın yer. 



Qeyb olurlar. 

660 

downloaded from KitabYurdu.org




İKİNCİ SƏHNƏ

 

Forres yaxınlığında düşərgə. 

Səhnə arxasından döyüş hayqırtılan gəlir. 

Kral Dunkan, Malkolm, Donalbayn, Lenoks məiyyətlə daxil olurlar. 

Onlar yaralı bir əsgər görürlər. 

D u n k a n .  

Qanına bələnmiş bu adam kimdir? 

Mənə elə gəlir, qiyam barədə O təzə 

bir xəbər söyləyə bilər. 

M a l k o l m .  

O həmin əsgərdir, qanlı vuruşda 

Cəsur, alicənab bir döyüşçütək 

Məni əsirlikdən xilas eylədi. 

(Döyüşçüyə) 

Salam, igid dostum! Danış krala, 

Döyüş nə yerdəydi sən gələn vaxtı? 

Ə s g ə r .  

Hələ qalib, məğlub bilinməyirdi. 

Dənizdə sarmaşıb biri-birinə Heç 

yana, heç yerə üzə bilməyən İki 

əldən düşmüş üzgüçü kimi, 

Qoşunlar sarılıb biri-birinə 

Qalmışdı meydanda dəhşət içində. 

Qiyamçıya layiq hər rəzaləti 

Özündə bir yerdə təcəssüm edən 

Amansız Makdonald İrlandiyadan, 

Qərbi adalardan kömək alırdı. 

Yaman çoxalmışdı onun dəstəsi. 

Təsadüf köləsi satqın tale də Alçaq 

qiyamçının aşnası təkin O mənfur 

qiyama baxıb gülürdü. Fəqət 

faydasızdı bütün qüvvələr. 

Bu vaxt igid Maqbet 



(bu igid sözü necə də yaraşır onun adına) 

Taleyin gözünə nifrətlə baxdı.



 

İrəli şığıyıb açdı yolunu. 



661 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Göydə oynatdıqca polad qılıncı 



Almaz tiyəsindən qan buğlanırdı. 

Gedib azğın qulla durdu üz-üzə. Ona 

əl vermədən, bir söz demədən Onu 

iki böldü tən ortasından. Başını 

bədəndən üzüb bir anda Qalanın 

bürcünə keçirdi dərhal. 

D u n k a n .  Ah, igid qardaşım; ah, cəsur insan! 

Günəş açıq göydə şəfəq saçarkən 

Qara bulud qalxıb, ildırım çaxıb 

Dəhşətli fırtına qopduğu kimi, 

Bizim də səadət çeşməmiz birdən 

Çevrildi fəlakət burulğanına. 

Şotlandiya kralı, yaxşı dinləyin: 

Ədalət yenicə çıxmışdı taxta, 

Şöhrət qılıncıyla hücuma keçib, 

Qorxaq kemləri dabanlanna Tüpürüb 

qaçmağa məcbur eylədik. Bu zaman 

fürsəti keçirib ələ, 

Yeni qüvvə ilə Norveç kralı Aldı 

üstümüzü bir an içində. 

Bu bizim yenilməz sərdarlanmız 

Maqbeti, Bankonu qorxutmadımı? 

Bəli, dovşan şiri, sərçə qartalı 

Qorxudub dəhşətə saldığı kimi. 

Mən haqqı danışsam, deməliyəm ki, 

Onlar alovsaçan toplar sayağı 

Düşmənin başına od yağdırırdı. 

Bilmirəm onların məqsədi nəydi? 

Buğlanan, qaynayan qan dənizində 

Çimməkmi keçirdi ürəklərindən, 

Yoxsa ki yaratmaq istəyirdilər İkinci 

Qolqofa müsibətini?! 

Taqətim kəsilir, sustahram, ah, 

Məni yaralarım yaman incidir. 

Ə s g ə r .  

D u n k a n .  

Ə s g ə r .  

662 

downloaded from KitabYurdu.org




D u n k a n .  

Bədənində olan yaralarıntək Sözlərin də sənə 

gözəl yaraşır. 

Onlarda duyulur şərəf, ləyaqət. 

- Həkimin yanına aparın onu. 

Əsgəri aparırlar. Ross və Anqus daxil olurlar. 

Kimdir bura gələn? 

Mal ko İm. Hörmətli tan Ross. 

L e n o k s .  

Necə də od saçır onun gözləri! 

Möcüzə deyəcək adamın yalnız Gözləri 

beləcə alışa bilər. 

R o s s .  Yaşasın hökmdar! 

D u n k a n .  

Bir söylə görək, 

Sən hardan gəlirsən, ey möhtərəm tan? 

R o s s .  

Fayfdan gəlirəm, ulu hökmdar. 

Norveç bayraqları tutdu göyləri

Dəhşətdən titrədi bizim adamlar. 

Böyük ordusuyla Norveç kralı Birləşdi 

satılmış Kavdor tanıyla, 

Bizimlə başladı qanlı döyüşə. 

Özünü köməyə yetirdi bu vaxt 

Bellonanın  -  o  hərb  ilahəsinin 

Nişanlısı polad zirehli Maqbet. 

Namərd kral ilə durdu üz-üzə, 

Dayandı qol-qola, qılınc-qılınca. 

Gücdə, ləyaqətdə eyniydi onlar. 

Qırıldı vüqarı məğrur kralın. 

Sözün müxtəsəri, biz qalib gəldik. 

D u n k a n .  Nə böyük səadət! 

R o s s .  

Norveç kralı 

Sven xahiş edir, sülh bağlayaq biz. Çünki 

biz icazə vermədik ona, 

Ölmüş əsgərləri dəfn elətdirsin. 



663 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə