Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə161/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   157   158   159   160   161   162   163   164   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Şeypur səsləri. Vuruşurlar. Edmund yıxılır. 

A l b a n i. Öldürmə, öldürmə, onu öldürmə! 

Q o n e r i l y a .  

Çirkin bir kələk var burda, Qloster. 

Naməlum düşmənlə qanuna görə, Sən 

gərək heç vədə döyüşməyəydin. Sən 

məğlub deyilsən bu vuruşmada. Sən 

tora düşübsən, aldanılıbsan. 

A l b a n i .  

Lütfən, ağzınızı bağlayın, xanım. 

Yoxsa, mən bağlaram bu kağız ilə. 

(Edmunda) 

Buyur, ser, yaxşı bax! Yaramaz cani, 

Oxu törətdiyin müsibətləri. 

Ledi, siz də baxın, armayın ancaq. 

Yəqin ki, bu məktub sizə tanışdır? 

Məktubu Edmunda verir. 

Q o n e r i l y a .  

Tutalım tanışdır. Bizim yerlərdə 

İxtiyar mənimdir, sənin ki deyil. 

Kim məni ittiham eyləyə bilər? 

A l b a n i .  

Of, qansız yırtıcı, amansız vəhşi, 

Bilirsən məktubun məzmununu sən? 

Q o n e r i l y a .  Mənim bildiyimi məndən soruşma. 

A l b a n i .  



Gedir. 

Gedin arxasınca, muğayat olun. 

Ağlını itirib, sərsəmləyibdir. 

Zabitlərdən biri gedir. 

E d m u n d .  

Tamamilə düzdür ittihamların, 

Mənim günahlanm daha artıqdır. 

Vaxt özü hər şeyi açar, göstərər. 

downloaded from KitabYurdu.org




Getdi o zamanlar, keçdi dövranım. 

(Edqara) 

Sən kimsən, ey mənə qalib gələn kəs? 

Danış, məğrur igid. Zadəgan olsan, 

Səni əfv edərəm, bağışlayaram. 

E d q a r .  

Gəl, biz bağışlayaq bir-birimizi. 

Əslimə - nəslimə, zatıma görə, 

Səndən zərrə qədər əskik deyiləm. 

Əgər artığamsa, onda artıq da Sən mənim 

qəlbimi yaralamısan. 

Mən sənin atanın oğluyam, Edmund. 

Sənin qardaşınam, Edqardır adım. 

Allah insaflıdır, ədalətlidir. 

Bizim suçumuzla, günahımızla Bizim 

özümüzü cəzalandırır. 

Atan qaranlıqda zinakarlıqla Səni bu 

dünyaya gətirdiyiçün Qaldı dərd içində, 

zülmət içində, 

İşıqlı gözündən məhrum edildi. 

Edmund. 

Doğrudur dediyin, doğrudur sözün. 

Artıq sona çatdı taleyin çarxı, 

Burda dövrəsini yetirdi başa. 

Burda ölüm kəsdi mənim üstümü. 

A l b a n i .  

Sənin duruşundan, hərəkətindən Özüm 

hiss etmişdim, başa düşmüşdüm: Yüksək 

nəsildənsən, adın-sanın var. Yaxın gəl, 

qoy səni bağrıma basım. Hərgah sənə 

qarşı, atana qarşı Cİrəyimdə azca nifrət 

olubsa, 


Cİzümə  səadət  heç  vaxt  gülməsin. 

E d q a r .   Mən  bunu  bilirəm,  möhtərəm  hersoq. 

A l b a n i .  

Harda gizlənmişdin indiyə qədər? 

Atanın bu ağır fəlakətini Sən necə 

öyrəndin? 



645 

downloaded from KitabYurdu.org




 

Uilyam Şokspir 



DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

E d q a r .  



Dərd kürəsində 

Özüm yana-yana öyrəndim, milord. 

Dinləyin qısaca danışım sizə. 

Axıra çatanda qəmli hekayəm, 

Kaş ki, parça-parça olaydı qəlbim! 

Məni addım-addım təqib eyləyən 

Amansız ölümdən qurtarmaq üçün Dəli 

görkəminə saldım özümü. 

İlahi, necə də şirindir həyat! 

Hər saat ölsə də dərddən, əzabdan, 

Biryolluq ölümü istəmir insan. 

Cır-cındır içində gəzdim səfiltək. 

Elə vəziyyətə, hala düşdüm ki, 

Məni pəsinmədi hətta itlər də. 

Bu zaman atamla gəldim üz-üzə. 

Onun boş qalmışdı göz çalaları. 

Qanlı üzüklərdən hələ yenicə Nadir daş-

qaşları çıxarmışdılar. 

O gündən atama bələdçi oldum. 

Gəzdirdim hər yerdə onu özümlə, Sədəqə 

toplayıb saxladım onu. 

Bir anda qoymadım ruhdan düşməyə, 

Daima yandırdım ümid şamını. 

Heç vədə demədim kim olduğumu. Yalnız 

yarım saat bundan irəli, 

Bu döyüşdən qabaq bədbəxtlikdən, mən 

Danışdım kədərli sərgüzəştimi. 

Bu cür qələbəyə ümid etsəm də

Ancaq nə gizlədim, inanmırdım heç. Xahiş 

eylədim ki, istəkli atam Xeyir-dua versin 

bədbəxt oğluna. 

Onun ağır dərddən sınmış ürəyi Bu qəfil 

xəbərə dözə bilmədi, 

Cilik-cilik olub parçalandı, ah! 

Gah sevinc içində, gah qəm içində 

646 

downloaded from KitabYurdu.org




Çırpına-çırpına ixtiyar atam Cİzündə 

təbəssüm köçdü dünyadan. 

E d m u n d. 

Sənin bu hekayən sarsıtdı məni. 

Sənin bu hekayən mənim qəlbimdə 

Xeyirxah duyğular yaratdı, bəlkə. 

Ancaq davam elə, qurtar sözünü, 

Görünür, deməyə hələ sözün var. 

A l b a n i .  

Əgər qəmlidirsə, daha danışma. 

Məni göz yaşına qərq etmək üçün Artıq 

kifayətdir eşitdiklərim. 

E d q a r. 

Yalnız dərd görməyən hədd sayar bunu, 

Fəqət dərd çəkənlər zillət içində Bir-bir 

aşıb keçər qəm dağlarını. 

Acı göz yaşında boğulduğum vaxt 

Hardansa bir nəfər gəldi yanıma. 

Əvvəllər o məni dilənçi bilib Kənar 

dolanardı, kənar gəzərdi. 

İndi kimliyimi öyrənib mənim, 

Güclü qollarını saldı boynuma. 

Elə fəryad edib, nalə çəkdi ki, 

Sanki, asimanı uçuracaqdı. 

Sonra üzüqoylu düşdü aşağı, 

Atamı həsrətlə basdı bağrına, 

Yudu göz yaşıyla cənazəsini. 

O, kral barədə, özü barədə Olduqca 

kədərli şeylər danışdı. 

Dünya qurulandan bu günə qədər Heç 

kəs eşitməyib belə dəhşəti. Danışdıqca 

dərdi tüğyan edirdi. 

Onun ürəyində həyat telləri Bir-bir 

qırılırdı, bir-bir sınırdı. 

O birdən bayıldı. Elə bu zaman Şeypuru 

çaldılar ikinci dəfə. 

Onu huşsuz halda qoyub gəldim mən. 

647 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə