40
inkişafına müsbət təsir göstərir. Mövcud kənd təsərrüfatına yararlı torpaq sahələrinin
optimal və səmərəli istifadə edilməsi nəticəsində 3,0 mln. tona yaxın taxıl, 840 min
tona yaxın pambıq, 75 min tona yaxın tütün və s. istehsal etmək mümkündür[36; 37].
Beləliklə, kənd təsərrüfatı istehsalının inkişafı isə bəzi sənaye sahlərinin xammal
bazasını genişləndirməyə şərait yaradır ki, bu da öz növbəsində sənayedə müştərək
müəssisələrin inkişafı üçün zəruri əsasdır.Beləliklə də, ölkəmizin istər zəngin təbii-
iqtisadi resurs ehtiyyatlarına malik olması, istərsə də əlverişli coğrafi mövqedə
yerləşməsi, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda müştərək sahibkarlığın
inkişaf imkanlarının mövcudluğunu göstərir ki, bu da, mövcud potensialdan səmərəli
istifadənin qarşıda duran başlıca məsələlərdən biri olduğunu deməyə əsas verir.
İnvestisiya qoyuluşlarının cəlb olunmasında mühüm yer tutan amillərdən biri də
qlobal amillərdir. Bu amillər qrupuna əsasən beynəlxalq səviyyədə gedən proseslərin,
coğrafi dəyişikliklərin və təbii hadisələrin təsirləri toplanmışdır ki, bunlar da ölkənin
investisiya mühitinə dolayısı ilə təsir etməkdədir. Siyasi konfliklər (əsasən
müharibələr, ölkələr arasında ziddiyyətlər və s.) iqtisadi böhranlar (dünya bazarında
müxtəlif növ resursların qiymətlərinin yüksəlib enməsi), təbii fəlakətlər və coğrafi
dəyişikliklər bu qəbildən olan amillərdəndir.
2.2.Azərbaycanda müĢtərək sahibkarlığa investisiya qoyuluĢunun müasir
vəziyyəti
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəyə xarici kapital axını və bunun
nəticəsində də müştərək tipli müəssisələrin yaradılması və fəaliyyətinin təşkili «Əsrin
müqaviləsi» ilə başlamış oldu.H.Əliyevin rəhbərliyi altında 1994-cü ilin sentyabrın
20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 10
aparıcı transmilli neft şirkətlərinin(Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi
Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den Norske Stats
Olyeselskap A.S., Lukoyl Səhmdar Cəmiyyəti, Makdermott Azərbaycan İnk.,
Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri
41
A.O., Yunokal Xəzər, Ltd) iştirakı ilə «Əsrin müqaviləsi» imzalandı. Müqaviləyə
görə Azərbaycan neft sənayesinə 8 mlrd. ABŞ dolları məbləğində xarici investisiya
qoyuluşu nəzərdə tutulurdu. Bu layihə 30 il ərzində Xəzər dənizinin Azərbaycan
hissəsindən 510 mln ton neft çıxarılmasına ilk investisiya qoyuluşu idi [32;34;35;37].
Nəticədə, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda
saziş imzalayan ilk dövlət olaraq özünün neft strategiyasını irəli sürmüş oldu. Məlum
olduğu kimi, Azərbaycan Respublikası özünün coğrafi mövqeyinə, yeraltı və yerüstü
təbii sərvətlərinə, zəngin xammal ehtiyatlarına və güclü işçi potensialına görə müasir
dünyanın diqqət mərkəzindədir. 1994-cü ildə Qərbin neft şirkətləri ilə bağlanan neft
müqavilələri də bu marağın canlı təcəssümüdür.Təkcə bu müqavilənin imzalanması
Azərbaycanın xarici ölkələrlə iqtisadi münasibətlərində yeni bir mərhələ oldu və milli
təsərrüfatın qlobal iqtisadi məkana sürətli inteqrasiyasına xeyli təkan verdi. Bu
müqavilələrin imzalanması yalnız xam neftin çıxarılması və nəqli üçün yox, həm də
yeni texnika və texnologiyanın alınması, iqtisadiyyatın əsas sahələrə investisiya
qoyuluşunu xeyli artırmaqla bu sahələrin də dirçəlməsinə təkan verdi. 90-cı illərin
ortalarından başlayaraq Azərbaycana xarici investisiyaların cəlb edilməsi və bunun
əsasında da müştərək müəssisələrin yaradılması sahəsində müsbət meyillər
yaranmağa başladı ki, bu da son nəticədə bu sahədə keyfiyyət dəyişikliklərinin
yaranmasına,o cümlədən,daha çox xarici ivestisiyaların ölkə iqtisadiyyatına cəlb
olunmasına səbəb oldu.Bunun nəticəsində də ölkədə ötən əsrin sonlarında investisiya
sıçrayışı baş vermiş,xarici investorlar tərəfindən əsaslı investisiya qoyuluşları həyata
keçirilmişdir[32; 34;38].
Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi öz növbəsində
müştərək müəssisələrin yaradılmasını və fəaliyyət dairəsinin genişləndirilməsini
zəruri edirdi.Aparılan təhlillər göstərir ki, Azərbaycana qoyulmuş xarici investisiyalar
hesabına ölkədə neft, qaz, energetika, metallurgiya, maşınqayırma, yeyinti sənayesi,
kənd təsərrüfatı və digər sahələr geniş inkişaf etdirilmiş və bu prosesdə xarici və milli
tərəfdaşların ortaqlaşa yaratdığı müştərək müəssisələr əhəmiyyətli rol oynamışdır.
42
Yuxarıda da qeyd olunduğu kimi, 1994-cü ildən etibarən başlanmış mühüm
struktur dəyişikliklərinə uyğun olaraq milli iqtisadiyyatın tikinti, nəqliyyat, rabitə və
s. kimi sahələri dinamik olaraq inkişaf etmişdir.Əldə edilən inkişaf dinamikasında
mühüm amillərdən biri də, xarici iqtisadi əlaqələrin inkişafı, xarici investisiyaların
cəlb edilməsi ilə müxtəlif mülkiyyət və təşkilati formaya malik təsərrüfat
subyektlərinin yaradılmasıdır. Xüsusilə müasir dövrdə, bu təsərrüfat subyektləri ayrı-
ayrı ölkələrdə sahibkarlıq fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkili edir.
Belə ki, iqtisadi fəaliyyətin müxtəlif sahə və formalarını əhatə edən müştərək və ya
birgə müəssisələr, artıq milli təsərrüfatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, müştərək fəaliyyətin təşkili nə qədər zəruri
olsa da, onun səmərəli təşkili də bir o qədər çətin və məsuliyyətlidir. Ona görə ki,belə
fəaliyyətin təşkili bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bu da müştərək
müəssisələrin formalaşmasına daha ciddi yanaşılmasım tələb edir.Müştərək
sahibkarlığın inkişafı xarici tərəfkeşin bazarlarından faydalanmağa, ölkəyə böyük
həcmdə xarici investisiya gətirməklə iqtisadiyyatda diversifıkasiya probleminin
həllinə kömək edir.Müştərək müəssisələrin yaradılmasında və ölkələr arasındakı
investisiya axını nəinki firmalar, eləcə də iqtisadi inkişaf səviyyəsi müxtəlif olan
dövlətlər arasında da iqtisadi inteqrasiya prosesini zəruri edir. Məhz bu amillərin
təsiri ilə beynəlxalq iqtisadi inteqrasiya proseslərinin gücləndirilməsi üçün müştərək
müəssisələrin yaradılması və bu fəaliyyətin genişləndirilməsi meyli daim
artmaqdadır.
Müşahidə və araşdırmalar göstərir ki, müasir dövrdə bütün dünyada, o
cümlədən Azərbaycan Respublikasında müştərək müəssisələrin təşkilinə daha çox
rast gəlinir. Azərbaycan Respublikasında müştərək müəssisələrin 14% iqtisadiyyatın
aparıcı sahəsi olan sənayedə fəaliyyət göstərir.Neft layihələrinin həyata keçirilməsi
üçün 2 mindən artıq Azərbaycan vətəndaşının çalışdığı 10 müştərək müəssisə
fəaliyyət göstərir ki, onlar tanınmış xarici şirkətlərlə 381 milyon dollar dəyərində
müqavilə işləri almışlar[32].Azərbaycanda fəaliyyət göstərən müştərək müəssisələrin
inkişaf dinamikasını nəzərdən keçirsək görərik ki, son illərdə bu tip müəssisələrin
Dostları ilə paylaş: |