34
formalaşdırılması,müştərək istehsal,satış və xidmət fəaliyyətinin təşkili inteqrasiya
proseslərinin ən aparıcı bir istiqaməti kimi mühüm əhəmiyyət kəsb edir.
Dünya təcrübəsi göstərir ki, xarici investorlar bu və ya digər ölkəyə investisiya
qoymaq istəyərkən öz strateji maraqlarından çıxış edərək, ilk növbədə, həmin ölkədə
investisiya mühitinin əlverişli olub olmaması ilə maraqlanırlar. İnvestisiya mühitinin
əlverişliliyi isə, hər şeydən əvvəl, investisiya iqliminin vəziyyətindən, ölkədə siyasi
və makroiqtisadi sabitliyin olmasından asılıdr. Məhz bu amillər investora öz
fəaliyyətini uzun müddətli dövr üçün planlaşdırmağa imkan verir.Ümumiyyətlə ölkə
iqdisadiyatına investorları cəlb eləmək üçün ölkədə gərək aşağıdakı faktorlar
olsun[18, səh 146-146]:
-
ölkədə mövcud оlan sоsial-siyasi vəziyyət və оnun pеrspеktivləri;
-
daхili iqtisadi vəziyyət və оnun inkişaf pеspеktivləri;
-
daхili iqtisadi fəaliyyət və оnun pеrspеktivləri;
-
dövlətin sahibkarlığa kömək siyasətinin stabil оlması;
-
güzəştli vеrgi rеjimi;
-
maliyyə vəsaitlərinin aхınına şərait yaradan tədbirlər sistеmi;
-
innоvasiya mərkəzlərinin yaradılması;
-
müəssisələrə maliyyə yardımının göstərilməsi üçün firma şəbəkəsinin inkişafı;
-
kоnsultasiya mərkəzlərinin mövcudluğu;
-
intеllеktual mülkiyyətin еffеktiv müdafiə sistеmi;
-
təsərrüfat fəaliyyətinin tənzimlənməsi prоsеdurasının sadələşdirilməsi;
-
işçi qüvvəsi kеyfiyyətinin yüksəldilməsi;
-
infоrmasiya tехnоlоgiyası və kоmmunikasiya vasitələri ilə təminatlıq dərəcəsi;
-
yaradıcılıq azadlığı və s.
Yuxarıda sadalanan şərtlərin əksəriyyəti hal-hazırda iqtisadiyyatımız üçün
xarakterikdir.Məhz bu faktorlar isə iqtisadiyyatınımıza xarici investisiyaların cəlb
olunmasına və müştərək müəssisələrin yaradılmasına əlverişli şərait yaradır.
Ölkəmizdə investisiya mühitini formalaşdıran amillərə ona birbaşa və ya dolayı yolla
təsir göstərən qlobal və ölkədaxili amilləri misal göstərmək olar.Qlobal amillərə
35
ölkələrərin bilavasitə fəaliyyətindən asılı olmadan ümumdünya miqyasında baş verən
hadisələr,ölkədaxili amilləər isə ölkədə olan iqtiadi,siyasi,sosial,hüquqi,təbii-cografi
mühit amilləri aiddir. Ölkədaxili amillərə aşağıdakıları misal olaraq göstərmək
olar(Sxem 2.2):
Sxem 2.2: İnvestisiya mühitinə təsir edən amillər.(Mənbə:13,səh 151)
Siyasi amil investisiya iqliminin formalaşmasında və müştərək sahibkarlığın
inkişafında mühüm amil olmaqla, ölkənin geosiyasi mövqeyini, mövcud siyasi rejimi,
yeridilən siyasəti, ölkədə mövcud olan siyasi sabitliyi, dövlətin iqtisadiyyata
müdaxiləsi səviyyəsini, beynəlxalq sazişlərin şərtlərinə əməl olunmasını və s.
İnvestisiya mühitinin
formalaşmasına təsir edən
amillər
iqtisadi
siyasi
sosaial
iqtisadiyyatın
ümumi vəziyyəti,
vergi və gömrük
dərəcələri və
imtiyazlar,
infilyasiyanın
səviyyəsi, ,işçi
qüvvəsinin
dəyəri,kredit
faizləri,valyuta
kursunun
sabitliyi, pul-
kredit sistemi,
iqtisadi
fəaliyyətin
sərbəstliyi,ölkədə
infrastrukturun
inkişaf səviyyəsi
və s.
cəmiyyət
üzvlərinin
idioloji bilik
səviyyəsi,işçiləri
n təşkilatçılıq
qabiliyyəti,cəmiy
yət üzvlərinin
xarici investisiya
və xüsusu
mülkiyyətə
münasibəti və s.
hüquqi
təbii-coğrafi
ölkənin təbii-
iqlim şəraiti,
yertləşdiyi
bölgənin strateji-
coğrafi
əhəmiyyətliliyi,
ölkənin təbii
sərvətlərə malik
olması
səviyyəsi,beynəl
xalq ticarət
yollarınıa
yaxınlığının
səviyyəsi və s.
ölkədəki
qanunvericilik
sistemi,qanunlar,
normativ hüquqi
aktlar,fərmanlar,
sərəncamlar,
xarici
investisiyaların
müdafiəsinə
dövlət təminatı
ölkədə xarici
investisiya
qoyuluşuna
imkan verən
xüsusi
mülkiyyəti
dəstəkləyən
hüquqi sistemin
mövcudlugu və s.
siyasi
sabitlik,mövcud
siyasi
rejim,dövlətin
idarəetmə
aparatlarının
səmərəliliyi,
beynəlxalq
müqavilələrin
şərtlərinə əməl
edilməsi,
dövlətin
iqtisadiyyara
müdaxilə
səviyyəsi,xarici
investisiyalara
münasibətdə
dövlət siyasəti və
s.
36
məsələləri əhatə edir. Bu amil hər şeydən əvvəl ölkədə mövcud olan siyasi
dəyişiklikləri (hansı ki, ölkədə fəaliyyət göstərən xarici kapitalın fəaliyyətinə nəzərə
çarpacaq dərəcədə təsir göstərir) əks etdirir.Respublikamızda 90-cı illərin
əvvəllərində bu sahədə mövcud olmuş əlverişsiz durum investisiyaların cəlb olunması
baxımından öz neqativ təsirini göstərmişdir. Belə ki, o dövrdə respublikada kifayət
qədər daili vəsaitin olmaması ilə əlaqədar olaraq Azərbaycan özünün karbohidrogen
ehtiyatlarının işlənməsinə təkan vermək məqsədi ilə bir çox xarici neft şirkətlərinə
investisiya qoymağı təklif etdi. Qısa müddət ərzində xarici neft xarici neft şirkətləri
tərəfindən təkliflərin alınmasına baxmayaraq, müstəqilliyin ilk illərindən başlayaraq
respublikada mövcud olan vəziyyət, xüsusilə də dövlətçiliyin zəifliyi və digər siyasi
amillər xarici investisiyanın cəlb olunması üçün ciddi problemlər yaratmışdır. Yalnız
1993-cü ildən həyata keçirilməyə başlanan tədbirlər nəticəsində bu istiqamətdə dönüş
yaranmış və xarici neft şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektorundakı neft
yataqlarının işlənməsinə investisiya yönəltməyə başlamışdır [11, səh 34].
Hal-hazırda Azərbaycanda siyasi sabitliyin yaranması xarici investisiyanın cəlb
olunmasına və müştərək sahibkarlığın inkisafına nəzərəçarpacaq dərəcədə təsir
göstərmişdir. Lakin hələdə Qarabağ probleminin mövcudluğu və regional qeyri-
sabitlik xarici investisiyanın cəlb olunmasına məhdudlaşdıran təsir göstərir. Ölkədə
hüquqi, demokratik cəmiyyətin mövcudluğu, regionda ölkələr arasında qarşılıqlı
mənfəətli əməkdaşlıq münasibətlərinin formalaşması perspektiv iqtisadi inkişafda
xarici investisiya resurslarından səmərəli istifadə olunmasına müsbət təsir göstərən
amillərdəndir.Bütün bunlarla yanaşı, investisiya mühitinin aktiv hissəsi olan kapitalın
qəbulu sisteminin formalaşdırılması xarici investorların investisiya fəallığının
artmasına və xarici investisiyadan istifadə edərək iqtisadi inkişaf qarşısında duran
məqsədlərinə nail olunmasına şərait yaradır. Hazırda isə xarici investisiyalı
müəssisələrə milli rejim verilmişdir ki, bu da xarici investisiyalı müəssisələrlə milli
müəssisələr arasında operativ olaraq iqtisadi əlaqələr qurulmasına, rəqabət mühitinin
formalaşmasına, ölkədə təsərrüfat fəaliyyəti azadlığının və sahibkarlığın inkişafını
müsbət təsir göstərir.