Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

34 

 

formalaşdırılması,müştərək istehsal,satış  və  xidmət  fəaliyyətinin  təşkili  inteqrasiya  



proseslərinin  ən  aparıcı  bir  istiqaməti  kimi  mühüm  əhəmiyyət  kəsb  edir.  

Dünya təcrübəsi göstərir ki, xarici investorlar bu və ya digər ölkəyə investisiya 

qoymaq istəyərkən öz strateji maraqlarından çıxış edərək, ilk növbədə, həmin ölkədə 

investisiya mühitinin əlverişli olub olmaması ilə maraqlanırlar. İnvestisiya mühitinin 

əlverişliliyi isə, hər şeydən əvvəl, investisiya iqliminin vəziyyətindən, ölkədə siyasi 

və  makroiqtisadi  sabitliyin  olmasından  asılıdr.  Məhz  bu  amillər  investora  öz 

fəaliyyətini uzun müddətli dövr üçün planlaşdırmağa imkan verir.Ümumiyyətlə ölkə 

iqdisadiyatına  investorları  cəlb  eləmək  üçün  ölkədə  gərək  aşağıdakı  faktorlar 

olsun[18, səh 146-146]: 

-

 



ölkədə mövcud оlan sоsial-siyasi vəziyyət və оnun pеrspеktivləri; 

-

 



daхili iqtisadi vəziyyət və оnun inkişaf pеspеktivləri; 

-

 



daхili iqtisadi fəaliyyət və оnun pеrspеktivləri; 

-

 



dövlətin sahibkarlığa kömək siyasətinin stabil оlması; 

-

 



güzəştli vеrgi rеjimi; 

-

 



maliyyə vəsaitlərinin aхınına şərait yaradan tədbirlər sistеmi; 

-

 



innоvasiya mərkəzlərinin yaradılması; 

-

 



müəssisələrə maliyyə yardımının göstərilməsi üçün firma şəbəkəsinin inkişafı; 

-

 



kоnsultasiya mərkəzlərinin mövcudluğu; 

-

 



intеllеktual mülkiyyətin еffеktiv müdafiə sistеmi; 

-

 



təsərrüfat fəaliyyətinin tənzimlənməsi prоsеdurasının sadələşdirilməsi; 

-

 



işçi qüvvəsi kеyfiyyətinin yüksəldilməsi; 

-

 



infоrmasiya tехnоlоgiyası və kоmmunikasiya vasitələri ilə təminatlıq dərəcəsi; 

-

 



yaradıcılıq azadlığı və s. 

Yuxarıda  sadalanan  şərtlərin  əksəriyyəti  hal-hazırda  iqtisadiyyatımız  üçün 

xarakterikdir.Məhz  bu  faktorlar  isə  iqtisadiyyatınımıza  xarici  investisiyaların  cəlb 

olunmasına  və  müştərək  müəssisələrin  yaradılmasına  əlverişli  şərait  yaradır. 

Ölkəmizdə investisiya mühitini formalaşdıran amillərə ona birbaşa və ya dolayı yolla 

təsir  göstərən  qlobal  və  ölkədaxili  amilləri  misal  göstərmək  olar.Qlobal  amillərə 




35 

 

ölkələrərin bilavasitə fəaliyyətindən asılı olmadan ümumdünya miqyasında baş verən 



hadisələr,ölkədaxili  amilləər  isə  ölkədə  olan  iqtiadi,siyasi,sosial,hüquqi,təbii-cografi 

mühit  amilləri  aiddir.  Ölkədaxili  amillərə  aşağıdakıları  misal  olaraq  göstərmək 

olar(Sxem 2.2): 

 

 



 

Sxem 2.2: İnvestisiya mühitinə təsir edən amillər.(Mənbə:13,səh 151) 

Siyasi  amil  investisiya  iqliminin  formalaşmasında  və  müştərək  sahibkarlığın 

inkişafında mühüm amil olmaqla, ölkənin geosiyasi mövqeyini, mövcud siyasi rejimi, 

yeridilən  siyasəti,  ölkədə  mövcud  olan  siyasi  sabitliyi,  dövlətin  iqtisadiyyata 

müdaxiləsi  səviyyəsini,  beynəlxalq  sazişlərin  şərtlərinə  əməl  olunmasını  və  s. 

İnvestisiya mühitinin 

formalaşmasına təsir edən 

amillər 


iqtisadi 

siyasi 


sosaial 

iqtisadiyyatın 

ümumi vəziyyəti, 

vergi və gömrük 

dərəcələri və 

imtiyazlar, 

infilyasiyanın 

səviyyəsi, ,işçi 

qüvvəsinin 

dəyəri,kredit 

faizləri,valyuta 

kursunun 

sabitliyi, pul-

kredit sistemi, 

iqtisadi 

fəaliyyətin 

sərbəstliyi,ölkədə 

infrastrukturun 

inkişaf səviyyəsi 

və s. 


cəmiyyət 

üzvlərinin 

idioloji bilik 

səviyyəsi,işçiləri

n təşkilatçılıq 

qabiliyyəti,cəmiy

yət üzvlərinin 

xarici investisiya 

və xüsusu 

mülkiyyətə 

münasibəti və s. 

hüquqi 


təbii-coğrafi 

ölkənin təbii-

iqlim şəraiti, 

yertləşdiyi 

bölgənin strateji-

coğrafi 


əhəmiyyətliliyi, 

ölkənin təbii 

sərvətlərə malik 

olması 


səviyyəsi,beynəl

xalq ticarət 

yollarınıa 

yaxınlığının 

səviyyəsi və s. 

 

ölkədəki 



qanunvericilik 

sistemi,qanunlar,

normativ hüquqi 

aktlar,fərmanlar, 

sərəncamlar, 

xarici 


investisiyaların 

müdafiəsinə 

dövlət təminatı 

ölkədə xarici 

investisiya 

qoyuluşuna 

imkan verən 

xüsusi 


mülkiyyəti 

dəstəkləyən 

hüquqi sistemin 

mövcudlugu və s. 

siyasi 

sabitlik,mövcud 



siyasi 

rejim,dövlətin 

idarəetmə 

aparatlarının 

səmərəliliyi, 

beynəlxalq 

müqavilələrin 

şərtlərinə əməl 

edilməsi, 

dövlətin 

iqtisadiyyara 

müdaxilə 

səviyyəsi,xarici 

investisiyalara 

münasibətdə 

dövlət siyasəti və 

s. 



36 

 

məsələləri  əhatə  edir.  Bu  amil  hər  şeydən  əvvəl  ölkədə  mövcud  olan  siyasi 



dəyişiklikləri (hansı ki, ölkədə fəaliyyət göstərən xarici kapitalın fəaliyyətinə nəzərə 

çarpacaq  dərəcədə  təsir  göstərir)  əks  etdirir.Respublikamızda  90-cı  illərin 

əvvəllərində bu sahədə mövcud olmuş əlverişsiz durum investisiyaların cəlb olunması 

baxımından  öz  neqativ  təsirini  göstərmişdir.  Belə  ki,  o  dövrdə  respublikada  kifayət 

qədər daili vəsaitin olmaması ilə əlaqədar olaraq Azərbaycan özünün karbohidrogen 

ehtiyatlarının  işlənməsinə  təkan  vermək  məqsədi  ilə  bir  çox  xarici  neft  şirkətlərinə 

investisiya qoymağı təklif etdi. Qısa müddət ərzində xarici neft xarici neft şirkətləri 

tərəfindən  təkliflərin  alınmasına  baxmayaraq,  müstəqilliyin  ilk  illərindən  başlayaraq 

respublikada mövcud olan vəziyyət, xüsusilə də dövlətçiliyin zəifliyi və digər siyasi 

amillər xarici investisiyanın cəlb olunması üçün ciddi problemlər yaratmışdır. Yalnız 

1993-cü ildən həyata keçirilməyə başlanan tədbirlər nəticəsində bu istiqamətdə dönüş 

yaranmış  və  xarici  neft  şirkətlərinin  Xəzər  dənizinin  Azərbaycan  sektorundakı  neft 

yataqlarının işlənməsinə investisiya yönəltməyə başlamışdır [11, səh 34]. 

Hal-hazırda Azərbaycanda siyasi sabitliyin yaranması xarici investisiyanın cəlb 

olunmasına  və  müştərək  sahibkarlığın  inkisafına  nəzərəçarpacaq  dərəcədə  təsir 

göstərmişdir.  Lakin  hələdə  Qarabağ  probleminin  mövcudluğu  və  regional  qeyri-

sabitlik  xarici  investisiyanın  cəlb  olunmasına  məhdudlaşdıran  təsir  göstərir.  Ölkədə 

hüquqi,  demokratik  cəmiyyətin  mövcudluğu,  regionda  ölkələr  arasında  qarşılıqlı 

mənfəətli  əməkdaşlıq  münasibətlərinin  formalaşması  perspektiv  iqtisadi  inkişafda 

xarici  investisiya  resurslarından  səmərəli  istifadə  olunmasına  müsbət  təsir  göstərən 

amillərdəndir.Bütün bunlarla yanaşı, investisiya mühitinin aktiv hissəsi olan kapitalın 

qəbulu  sisteminin  formalaşdırılması  xarici  investorların  investisiya  fəallığının 

artmasına  və  xarici  investisiyadan  istifadə  edərək  iqtisadi  inkişaf  qarşısında  duran 

məqsədlərinə  nail  olunmasına  şərait  yaradır.  Hazırda  isə  xarici  investisiyalı 

müəssisələrə milli rejim verilmişdir ki, bu da xarici investisiyalı müəssisələrlə milli 

müəssisələr arasında operativ olaraq iqtisadi əlaqələr qurulmasına, rəqabət mühitinin 

formalaşmasına,  ölkədə  təsərrüfat  fəaliyyəti  azadlığının  və  sahibkarlığın  inkişafını 

müsbət təsir göstərir. 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə