Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

37 

 

Azərbaycan  iqtisadiyyatına  xarici  investisiya  qoyuluşlarının  cəlb  olunmasında 



və  bunun  əsasında  da  müştərək  müəssisələrin  yaradılmasında  ölkədəki  iqtisadi 

amillərin  də  ciddi  rolu  vardır.Bu  amillərə  əsasən  iqtisadiyyatın  ümumi  vəziyyəti 

(böhran,  durğunluq,canlanma  və  yüksəliş),  inflyasiyanın  səviyyəsi,  milli  valyutanın 

kursunun sabitliyi, aparılan iqtisadi islahatların sürət və keyfiyyəti, vergi sistemi, pul-

kredit  sistemi,  gömrük  xidməti,  faiz  dərəcəsi,  iqtisadi  fəaliyyətin  sərbəstliyi,  daxili 

bazarın  səviyyəsi,  ölkənin  əmək  resurslarının  həcmi,  daxili  infrastrukturun  inkişaf 

səviyyəsi və s. kimi amillər daxildir. 

Qeyd  etmək  lazımdır  ki,  müstəqilliyin  ilk  illərində  respublika  iqtisadiyyatının 

tənəzzül  etməsi  və  qısa  müddət  ərzində  böhran  həddinə  çatması,  hiperinflyasiyanın 

mövcudluğu  və  s.  investisiya  qoyuluşlarının  geniş  vüsət  almasının  qarşısını  alan 

mühüm  amillərdən  olmuşdur.  Qeyd  olunduğu  kimi,  xarici  investor  siyasi  sabitlik, 

idarə  edilə bilən inflyasiya  səviyyəsi,  yüksək  iqtisadi  artım,  ədalətli  rəqabət  mühiti, 

inhisarçılığm  olmaması,  yersiz  müdaxilələrin  aradan  qaldırılması  və  s.  kimi 

məsələlərə  üstünlük  verir.İnflyasiya  investisiya  mühitinin  əsas  tərkib  hissəsidir  və 

faiz  dərəcəsinə,  mübadilə  kursuna,  həyat  səviyyəsinə,  ölkənin  iqtisadi  və  siyasi 

sisteminə  təsir  göstərən,  eləcə  də  qiymətlərin  elastikliyini  artıran  bir  amildir. 

Aydındır  ki,  yüksək inflyasiya  şəraitində müştərək  müəssisənin  gələcək  fəaliyyətini 

planlaşdırmaq  və  gəlirli  əməliyyat  aparmaq  çətindir.  Müəssisə  öz  fəaliyyətini  və 

əmtəə - material ehtiyatlarının əvəzini ödəmək üçün qiymətləri hər gün dəyişməlidir. 

Yüksək inflyasiya şəraitində valyuta və maliyyə riskləri artır. Bu halda, müəssisələrin 

təsərrüfat  fəaliyyətini  çətinləşdirən  mühüm  amillərdən  olan  valyuta  və  maliyyə 

risklərindən  qorunma  imkanları  məhdudlaşır.  Ölkədə  fond  və  valyuta  bazarlarının, 

əmtəə  birjalarının  normal  fəaliyyət  göstərməməsi  də  investisiya  riskini  artırır. 

Azərbaycanda  həyata  keçirilən  düşünülmüş  sosial-iqtisadi  siyasət  nəticəsində  2003-

cü ildən etibarən birrəqəmli inflyasiya təmin edilmişdir ki, bu da investisiya riskini də 

xeyli  dərəcədə  azaldır  xarici  investiiyanın  cəlb  olunmasında  müştərək  sahibkarlığın 

inkişafına  əlverişli  şərait  yaradır.  Bu  zaman  investisiya  riski  iqtisadi-siyasi  sabitlik, 

geosiyasi və geoiqtisadi vəziyyət,gömrük-vergi dərəcəri, onların tənzimlənməsi və bu 




38 

 

sistemin  səmərəliliyi,yerli  bazarın  xarakteristikası,ticarət  siyasəti,bazara  daxil  olma 



şərtləri  və  xüsusiyyətləri,  kapitalın  risklilik  dərəcəsi,qoyulmuş  investisiyaların  öz 

xərcini  ödəmə  dərəcəsi,  daxili  sosial  durum  və  əhalinin  rifah  halı,iqtisadi 

cinayətkarlığın səviyyəsi və ölkənin reytinqi,dövlətin investisiya riskiərindən sığorta 

təminatı kimi amillər nəzərə almaqla qiymətləndirilir [16, səh 173-175].  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkədəki  əlverişli  investisiya  mühitinə  təsir 

göstərən  əsas  amiliərdən  biri  də  ölkənin  iqtisadi  amillərinə  daxil  olan  və  istehsal 

xərclərinin həcminə təsir göstərən infrastruktur obyektlərinin inkişafıdır.Azərbaycan 

Respublikası inkişaf etmiş istehsal infrastrukturuna malikdir. 2000-ci ildən etibarən, 

ölkədə  apardan  genişmiqyaslı  tikinti  quruculuq  işləri,  bütün  sahələrdə  həyata 

keçirilən  layihələr,Azərbaycan  Respublikasının  sürətlə  inkişaf  edərək  bir  çox 

beynəlxalq  və  regional  layihələrin  fəal  iştirakçısına  çevrilməsi  infrastruktur 

təminatının  yaxşılaşmasına  və  təkmilləşməsinə  zəmin  yaratmışdır.İstehsal,  xidmət 

sahələrinin,  o  cümlədən  rabitə  və  nəqliyyatın  inkişaf  etdirilməsi,  xarici  ölkələrlə 

alternativ  nəqliyyat  yollarının  inkişafı  ölkə  iqtisadiyyatının  dünya  təsərrüfatı 

sisteminə  qoşulmasında  və  ölkənin  nəqliyyat  asılılığının  azalmasında  mühüm  rol 

oynayır.Bütün  bu  kimi  millər  isə  öz  növbəsində  xarici  investisiya  qoyuluşuna  və 

müştərək  sahibkarlığa  əlverişli  imkan  yaradr.Son  zamanlar  Şərq-Qərb  nəqliyyat 

yolunun  inkişaf  etdirilməsi  də  investisiya  mühitinə  müsbət  təsir  göstərən 

amillərdəndir. Digər tərəfdən,  sadalanan  faktorlar  inkişafı  xarici  iqtisadi  əlaqələrdən 

asılı  olan  sahələrdə  yaradılan  müştərək  müəssisələrin  xammal  və  materiallarla 

mərkəzləşdirilmiş  şəkildə  təminatına  əlveişli  imkan  yaradır.Eyni  zamanda,son 

dövrlərdə  rabitə  və  mehmanxana  təsərrüfatının,  tikinti  sektorunun  inkişafı  sosial 

infrastrukturamn təkmilləşməsinə səbəb olmuşdur [13, səh 152].  

İnvestisiya  qoyuluşlarının  həyata  keçirilməsində  onun  hüquqi  bazasının 

yaradılması da vacib amillərdəndir. Belə ki, investisiya qoyuluşu zamanı investorlar  

öz  maliyyə  vəsaitlərinin  banklarla  deyil,  birbaşa  təsərrüfat  sahələrinə  cəlb  etdikləri 

üçün  hüquqi  təminatın  yüksək  olması  onların  diqqət  mərkəzində  dayanır.  Hüquqi 

təminat dedikdə isə dövlətin aidiyyatı sahələr üzrə müvafiq qanun, qərar və normativ 




39 

 

aktların mövcud olmasının zəruriliyi şərtləndirilir ki, potensial investorlar da məhz bu 



hüquqi  sənədlərə  istinadən  öz  fəaliyyətini  təşkil  etmiş  olurlar.  Qanunlardan  əlavə 

müəyyən  hüquqi  normativ  aktların  qəbulu  da  zəruridir.  İnvestisiyalarla  bağlı  bu 

hüquqi sənədlər əsasən vergi, gömrük, bank, sığorta və digər sahələrdə münasibətləri 

müəyyən  etməlidir.Hal-hazırda  ölkədə  xarici  investisiya  qoyuluşu  üçün  əlverişli 

hüquqi bazanın yaradılması,xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması 

üçün  müvafiq  qanunların,qanunvericilik  aktlarının  qəbul  olunması,həmçinin,xarici 

investisiyaların  müdafiəsinə  dövlət  təminatı  və  s.  kimi  hüquqi  amillər  xarici 

investisiyaların  cəlb  olunmasına  və  müştərək  müəssisələrin  yaradılmasına  əlverişli 

imkan yaradır. 

Ölkədəki  əhalisinin  xarici  kapitala  və  şəxsi  mülkiyyətə  münasibəti  səviyyəsi, 

ölkədə  baş  verən  dəyişikliklər,  cəmiyyət  üzvlərinin  idioloji  bilik  səviyyəsi, 

təşkilatçılıq qabiliyyəti və s. amillər investisiya mühitinin formalaşmasına təsir edən 

sosial-mədəni amillər qrupunu daxildir. 

Respublikamızda müstərək biznesin inkisafına təsir göstərən əsas amillərdən biri 

əlverisli  iqlim  mühitinin  olması  və  mineral,xammal  resurslarının  mövcudluğudur. 

Respublika neft, qaz, alüminium, tikinti sənayesi üçün xammal və s. ilə zəngindir.  

Müşahidələr  göstərir  ki  ölkədə  müştək-müəssisələrin  inkişafına  əlverişli  təsir 

göstərən  əsas  amillərdən  biri  də  təbii-iqlim  şəraitidir  ki,  Azərbaycan  bu  sahədə  də 

kifayət  qədər  geniş  imkanlara  malikdir.  Ölkə  neft,  qaz,  alüminium,  tikinti,  turizm 

sənayesinin  və s.  inkişafı üçün xammal  ilə  zəngin olmaqla,  yanaşı həm  də  əlverişli 

coğrafi mövqeyə malikdir. Bütün bunlar isə nəqliyyat-tranzit xidmətləri üçün böyük 

imkanlar vəd edir[13, səh 153].  

Xəzər dənizinin Azərbaycan sektorunda hazırda 3,5 mlrd. ton neft, 200 mln. ton 

dəmir filizi, 180 mln. ton alunit, 400 min tona yaxın mis ehtiyatı vardır[36; 37]. Bu 

isə ölkədə neft-qaz sənayesindən əlavə həm də digər ağır  sənye sahələrinin,xüsusən 

metalurgiya  sənayesinin  inkişafı  üçün  yüksək  potensialın  olmasına  bariz 

nümunədir.Eyni  zamanda,  respublikada  kənd  təsərrüfatı  istehsalarının  inkişaf 

imkanlarının  böyüklüyü  yüngül  və  yeyinti  sənayesində  müştərək  müəssisələrin 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə