Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

43 

 

sayı  xeyli  artmış,  fəaliyyət  dairəsi  isə  xeyli  genişlənmişdir.Belə  ki,  2005ci  illə 



müqayisədə 2014cü ildə həmin müəssisələrin sayı  53,0 % artaraq 1218-ə çatmışdır. 

Xarici  və  birgə  müəssisələrdə  işləyənlərin  sayı  56,7  %  artaraq  91,5  minə,  onlarda 

istehsal edilən məhsul, iş və xidmətlərin həcmi  təqribən 3,9 dəfə artaraq 27,6 mlrd. 

manata yüksəlmiş, işləyənlərin orta aylıq əmək haqqı isə 2 dəfədən çox artaraq 1300 

manatdan çox olmuşdur (Cədvəl 2.1) 

(Cədvəl 2.1) 



Azərbaycanda xarici və birgə müəssisələrin inkiĢaf dinamikası və fəaliyyəti. 

 

 

İllər 

Fəaliyyət 

göstərən 

müəssisələrin 

sayı(ədəd) 

Onlarda işləyən 

işçilərin 

sayı(nəfər) 

Məhsul,işlərin, 

xidmətlərin 

həcmi 

(min.manat) 

Orta aylıq 

əməkhaqqı 

(manat) 

2005 

796 

58413 

7081,4 

627,7 

2006 

863 

63105 

12103,1 

746,8 

2007 

1163 

62203 

17215,4 

950,0 

2008 

1174 

65198 

25952,6 

1012,0 

2009 

1181 

59402 

19637,6 

941,7 

2010 

1091 

55936 

24011,9 

1008,0 

2011 

899 

63918 

29651,2 

1117,2 

2012 

1083 

76651 

29439,5 

1241,0 

2013 

1140 

84985 

30130,0 

1304,0 

2014 

1218 

91535 

27590,1 

1335,2 

2014-cü ilin 

2005-ci ilə faiz 

nisbəti 

 

153,0% 

 

156,7% 

 

389,6% 

 

212,7% 

Mənbə:Azərbaycanın Statistik Göstəriciləri.Bakı,2015,səh.133-138. 

Milli  iqtisadiyyatın  formalaşması  və  inkişafı  beynəlxalq  iqtisadi  əməkdaşlığın, 

onun  mühüm  forması  olan  müştərək  sahibkarlığın  genişləndirilməsinin  obyektiv 

zərurətə çevirir.Vahid sistem halında formalaşan dünya iqtisadiyyatına qovuşmaq və 




44 

 

onun  uğurlarından  bəhrələnmək  üçün  beynəlxalq  iqtisadi  əməkdaşlığın  müxtəlif 



formalarından  bacarıqla  istifadə  olunmasını,  bazar  konyukturunun  dəyişdirilməsini, 

xarici investisiyanın cəlb edilməsini və onun fəallığının artırılmasını nəzərə tutur.Bu 

isə  müştərək  sahibkarlığın  önəmli  forması  sayılan  müştərək  müəssisələrin 

yaradılmasını  daha  da  zəruri.  Milli  təsərrüfatların  formalaşmasında  onların  dünya 

iqtisadiyyatına  sıx  inteqrasiya  olunmasında  rol  oynayan  müştərək  sahibkarlığın 

fəaliyyəti  özbaşına  və  idarə  olunmaz  proses  kimi  baş  vermir,  o,  əslində  dövlətin 

iqtisadi  siyasətinin  ödəməli  istiqaməti  kimi  çıxış  edir.Bu  baxımdan  ölkəmizdə 

fəaliyyət  göstərən  müştərək  müəssisələr  Milli  iqtisadiyyatın  inkişafında  olduqca 

əhəmiyyətli  rola  malikdir.  Ölkənin  zəngin  təbii  sərvətlərə,  əlverişli  təbii  iqlim 

şəraitinə  malk  olması  müştərək  müəssisələrin  yaradılması  və  inkişafina  əlverişli 

imkan yaradır.  

Həmçinin  ölkəyə  xarici  investisiyaların  cəlb  olunmasında,müştərək  müəssisələrin 

yaradılmasında  dövlətin  həyata  keçirdiyi  investisiya  siyasətinin  də  əhəmiyyətli  rolu 

var.Aparılan  təhlil  və  tədqiqatlar  göstərir  ki,  Azərbaycanda  dövlətin  investisiya 

siyasətinin  əsas  məqsədi  ümumi  şəkildə  elmi-texniki  nailiyyətlərin  tətbiqi  hesabına 

əsas  fondların  yenilənməsinin,  kadr  hazırlığının  və  istehsalın  strateji  sahələrinin 

tamamilə  yenidən  qurulmasının  həyata  keçirilməsi  olmuşdur.Xarici  investisiyanın 

ölkəmizə cəlb olunmasında əsas məqsədlər asağıdakılardan ibarətdir [11, səh 25-26]: 

-

 

ölkədə istehsal rəqabət qabiliyyətinin, texniki-iqtisadi səviyyəsinin artırılması; 



-

 

ölkədə  struktur  dəyisikliklərin  aparılması  və  mövcud  iqtisadi  potensialı 



artırılması üçün yeni müəssisələrin yaradılması; 

-

 



yeni ixrac yönlü və idxalı əvəz edən istehsalların yaradılması; 

-

 



ölkədə  rəqabətin  mühitinin  inkisaf  etdirilməsi  üçün  yeni  təsərrüfat 

subyektlərinin yaradılması; 

-

 

az inkisaf etmis ərazilərin inkisaf etdirilməsi



-

 

ixtisaslı kadrların hazırlanması sahəsində xarici təcrübədən istifadə. 




45 

 

Ölkəmiz  xarici  investisiyaların  cəlb  olunması  və  sahibkarlıq  mühitinin  inkişaf 



etdirilməsi  üçün  geniş  imkanlara  malikdir.Bekı  ki,ölkədə  xarici  investisiya 

qoyuluşları üçün münbit şərait mövcuddur.Bu şəraitə aşağıdaklar aiddir[16, səh 124]: 

-

 

investorlar üçün hüquqi təminatlar; 



-

 

sürətlə inkisaf edən və açıq iqtisadiyyat; 



-

 

ÜDM-in 26,4 % illik artımı; 



-

 

xarici ticarət dövriyyəsinin 19,8 % illik artımı; 



-

 

orta idxal tarif dərəcəsi: 5,7%; 



-

 

qeyri-neft sektorunda geniş imkanlar; 



-

 

kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştləri; 



-

 

təbii ehtiyatlar,faydalı qazıntılar və münbit torpaq



-

 

əlverisli strateji mövqe; 



-

 

Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış; 



-

 

beynəlxalq ticarət təşəbbüslərində iştirak (İpək yolu, Şimal–Cənub koridoru); 



-

 

genişlənən Avropa faktoru və Yeni Qonsuluq Siyasətinə qosulma; 



-

 

rəqabət qabiliyyətli yerli isçi qüvvəsi; 



-

 

regionda  adambaşına  düşən  ən  yüksək  xarici  birbaşa  və  portfel  investisiya 



göstəricisi; 

-

 



son 5 ildə əksər iqtisadi fəaliyyət sahələrində yüksək artım sənaye – 7,5 dəfə, 

tikinti – 3,8 dəfə, ticarət – 3,5 dəfə, nəqliyyat və rabitə – 2,9 dəfə, sosial xidmətlər – 

2,8 dəfə, kənd təsərrüfatı – 2,1 dəfə. 

Azərbaycan  respublikasında  müştərək  müəssisələrin  və  onlara  investisiya 

qoyuluşunun müasir vəziyyətini təhlil edə bilmək üçün son 5 ildə ölkə iqtisadiyyatına 

yönəldilmiş  investisiyaların  təhlilini  aparmaq  lazımdır.Azərbaycan  iqtisadiyytına 

2010-2014-cü  illər  ərzində  cəlb  olunmuş  məcmu  investisiyaları,onların  tərkibində 

daxili  və  xarici  investisiya  qoyuluşlarının  pay  bölgüsünü,  onların  sahələr  üzrə 

məqsədli  istifadə  olunmasının  və  s.  parametrlərinin  təhlil  olunması  üçün  aşağıdakı 

cədvələ baxaq(Cədvəl  2.2): 

 



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə