Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

51 

 



 

ölkənin  ümumi  ixrac  və  idxalında  xarici  investisiyalı  müəssisələrdə  istehsal 

edilən məhsulların xüsusi çəkisi; 

İnvestisiya qoyuluşlarının iqtisadi səmərəliliyi həmçinin əmək məhsuldarlığının 

yüksəldilməsində və mühüm əhəmiyyət kəsb edən digər iqtisadi məsələlərin müsbət 

həlimdə  əks  olunur.  Bu  baxımdan  müasir  şəraitdə  investisiya  qoyuluşlarının 

səmərəliliyinin  müəyyənləşdirilməsinin  əsasən  iki-  iqtisadi  və  sosial  aspektləri 

fərqləndirilir. 

 İnvestisiya qoyuluşlarının iqtisadi aspektdə səmərəliliyinin müəyyənləşdirilməsi 

zamanı  əsas  və  əlaqəli  istehsal  məsrəflərinin  daha  ətraflı  nəzərə  alınmasına  cəhd 

olunur.  Burada  ümumi  məsrəfdə  həm  istehsalçıda  həm  də  istehlakçıda  yaranan 

effektin  məbləği  aydınlaşdırılır  və  ümumi  iqtisadi  səmərəlilik  alınan  effektin 

investisiya  qoyuluşlarına  münasibəti  kimi  dəyərləndirilir.  Bu  zaman  ümumiləşdirici 

göstərici  kimi  məhsulun  və  ya  xidmətin  həcminin  artımı  təmin  olunduqda  kapital 

tutumu  səviyyəsi,  əmək  məhsuldarlığı,  məhsulun  maya  dəyəri,  məhsulun  texniki 

keyfiyyət  səviyyəsi,  məhsulun  va  ya  xidmətin  material  və  enerji  tumu,  istehsalın 

davamlılığı, layihə gücünün mənimsənilməsi, əmək şəraitinin yaxşılaşdırılması, ətraf 

mühitin mühafizəsi və s. müəyyən edilir. 

İnvestisiya  qoyuluşlarının  sosial  nəticələrinin  müəyyənləşdirilməsi  isə  onun 

sosial normalar, standartlar və insan hüquqlarının qorunması ilə uyğunluq dərəcəsinin 

müqayisəsini  əks  etdirir.  Bu  baxımdan  investisiya  qoyuluşlarının  sosial  nəticələrini 

əks etdirən göstəricilərə aşağıdakıları daxil etmək olar, 

 

iş yerlərinin kəmiyyət dəyişikliyi; 



 

əhalinin yaşayış və mədəni-məişət şəraitinin yaxşılaşması; 



 

əmək şərtlərinin dəyişdirilməsi; 



 

istehsal heyətinin strukturunun dəyişməsi; 



 

əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi; 



 

əhalinin ayrı-ayrı tələbatlarının ödənilməsində müsbət dəyişiklik. 



İqtisadi  ədəbiyyatda  investisiya  qoyuluşunun  iqtisadi  səmərəliliyinin 

qiymətləndirilməsinə müxtəlif yanaşmalar mövcuddur.Mülkiyyət formaları, qiymətin 




52 

 

əmələgəlməsi  üsulları  və  s.  mövqelər  baxımından  müxtəlif  təsərrüfat  sistemləri  öz 



aralarında 

əhəmiyyətli 

fərqlərə 

baxmayaraq 

investisiya 

layihələrinin 

qiymətləndirilməsinə prinsipial yanaşmalarda bir çox ümumiliklərə malikdirlər. 

İnvestisiya  layihələrinin  səmərəliliyinin  qiymətləndirilməsi  prinsiplərini 

iqtisadçılar üç qrupa ayırırlar: 

-

 



metodoloji  prinsiplər  –  işin  konseptual  tərəfinə  aid  edilən  daha  ümumi 

prinsiplər,  layihələrin  səmərəliliyinin  qiymətləndirilməsi  “fəlsəfəsi”  və  baxılan 

layihənin spesifik xüsusiyyətindən daha az asılı olan prinsiplər; 

-

 



metodiki prinsiplər – layihə ilə, onun spesifik xüsusiyyəti ilə, layihənin iqtisadi 

və maliyyə cəlbediciliyi ilə artıq birbaşa bağlı olan prinsiplər; 

-

 

əməliyyat  prinsipləri  –  informasiya-hesablama  nöqteyi-nəzərindən  layihənin 



səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər. 

İqtisadçılar  investisiyanın  qiymətləndirilməsi  prinsiplər  sisteminin  strukturunu 

asağıdakı sxem üzrə təklif edirlər (Sxem 2.3). 

 

Sxem 2.3. İnvestisiyanın qiymətləndirilməsi prinsipləri (Mənbə: 



www.aak.gov.az

 əsasında müəllif 

tərəfindən hazırlanıb). 

İnvestisiyanın 

səmərəliliyinin 

qiymətləndirilməsi

 

prinsipləri 



Metodoloji 

Metodiki 

Əməliyyat 

Səmərəlilik,uyğunluq, 

obyektivlik,təshihlik, 

sistemlilik,komplekslili, 

tələbatın qeyri-

məhdudluğu,resursların 

məhdudiyyətliliyi 

 

Məhdud idarəolunma, 



dinamiklik xərc və nəticələrin 

qeyri-bərabər dəyərliliyi

layihənin,investorların 

tərkibinin 

spesifikliyi,iştirakçıların 

maraqlarının üst-üstə 

düsməməsi və qeyri-

sinxronluğu,razılaşdırma, 

informasiyanın qeyri-

tamlığı,kapitalın

 strukturu 

Modelləşdirmə, 

interaktiv 

rejim,kompüter 

yardımı, simplifikasiya 

 



53 

 

İqtisadi  ədəbiyyatda  investisiyanın  səmərəlilik  göstəricilərini  aşağıdakı 



əlamətlərə görə təsnifləsdirirlər: 

1.

 



Ümumiləşdirici  göstəricilərin  növü  üzrə.  Həmin  göstərici  növləri 

investisiyanın iqtisadi səmərəlilik meyarı kimi çıxış edirlər [3,səh 108-109]: 

-

 

mütləq.  Burada  ümumiləşdirici  göstəricilər  layihənin  reallasması  ilə  əlaqədar 



nəticə  və  xərclərin  dəyər  qiymətləndirmələri  arasındakı  fərq  kimi  müəyyən 

edilir; 


-

 

nisbi.  Burada  ümumiləşdirici  göstəricilər  layihənin  nəticələrinin  dəyər 



qiymətləndirmələrinin  onların  alınmasına  çəkilən  məcmu  xərclərə  nisbəti  ilə 

müəyyən edilir; 

-

 

vaxt.  Burada  ümumiləşdirici  göstəricilər  investisiya  xərclərinin  ödəmə  dövrü 



kimi qiymətləndirilir. 

2.  Müxtəlif vaxta malik pul xərcləri və nəticələrinin müqayisəsi metodu üzrə: 

-

 

statik.  Burada  müxtəlif  vaxt  anlarında  meydana  çıxan  pul  axınları  bərabər 



dəyərlə qiymətləndirilir; 

-

 



dinamik.  Burada  layihənin  reallaşdırılması  ilə  əlaqədar  meydana  çıxan  pul 

axınları  onların  diskontlaşdırılması  vasitəsilə  ekvivalent  əsasa  gətirilir  ki, 

bununla da müxtəlif vaxtlarda pul axınlarının müqayisəliliyi təmin edilir. 

  Statistik  metodlar  uçot  qiymətləndirmələrinə  əsaslanan  metodlar  kimi,  dinamik 

metodlar  isə  diskontlaşdırıcı  qiymətləndirmələrə  əsaslanan  metodlar  kimi 

səciyyələndirilir.  

  Biznes  layihənin  səmərəliliyinin  qiymətləndirilməsində  diskont  üsulundan 

istifadə  edirlir.  Diskontun  mahiyyəti    gələcəkdə  alınan  pul  vəsaitlərinin  mürəkkəb 

faiz  vasitəsi  ilə  indiki  zamanda  hesablanmasındadır.Diskont  vasitəsi  ilə  xərclər, 

səmərə  və  nəticələrin,  eyni  zamanda  investisiya  layihəsinin,  ilkin  mərhəlsində 

hesablanmasına  şərait  yaranır.  Bu  hesablamalarda  diskont  normasından  istifadə 

olunur.  Bu  da  investor  tərəfindən  qoyulan  kapitala  qəbul  olunacaq  müvafiq  gəlir 

normasıdır. Gəlir norması layihədən asılı olaraq, kommersiya və sosial tipi ola bilər. 

Kommersiya  gəlir  norması  kapitalın  istifadəsinin  alterativlərinin,  yəni  digər  istifadə 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə