Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

48 

 

Cədvəldən də göründüyü kimi maliyyə kreditləri üzrə neft sənayesinə yönəldilən 



investisiyaların məbləği 2010-2014-cü illərdə orta hesabla 2954,06 mln dollar təşkil 

etmişdir.2011-ci  ildə  əvvəlki  dövrlə  müqayisədə  artım  müşahidə  olunsa  da  2012-ci 

ildən  başlayaraq    azalma  müşahidə  olunmuşdur.  Belə  ki,  2012-ci  ildə  əvvəlki  il  ilə 

müqayisədə  15,1%,  2013-cü  ildə  2012-ci  il  ilə  müqayisədə  15,3%,  2014-cü  ildə 

2013-cü il ilə müqayisədə 29,2% azalma olmuşdur. Real mənzərə belədir ki, maliyyə 

kreditləri  ilə  xarici  investisiya  qoyuluşları  azalmağa  doğru  meyl  etsə  də  neft 

sənayesinə  xarici  investisiya  qoyuluşları  isə  təhlil  olunan  illər  üzrə  artmağa  doğru 

meyl  etmişdir.Xarici  ivestisiyaların  strukturuna  aid  olan  digər  qrup  investisiyalar 

birgə müəssisələr və xarici şirkətlərin ölkə iqtisadiyyatına qoyduğu investisiyalardır. 

Bu investisiyaların son 5 il ərzində ümumi məbləği 4992,8 mln dollar olmaqla son 5 

il ərzində ölkəmizə qoyulmuş 49474,3 mln. dollar olan ümumi xarici investisiyaların 

10,09%-ni  təşkil  edir.Xarici  investorların  müştərək  müəssisələrin  xəttiylə 

iqtisadiyyatımıza qoyduğu xarici investisiyalar 2013-cü il istisna olmaqla, bütün illər 

ərzində  artımla  müşahidə  olunan  dinamikaya  malik  olmuşdur.  Bu  göstərici  xarici 

ölkələrin  birgə  müəssisələrinin  və  xarici  şrkətlərin  Azərbaycana  olan,  onun 

iqtisadiyyatına  olan  etibar  və  inamının  nəticəsidir.  Təhlil  aparılan  sonuncu  2014-cü 

ildə  yenidən  artım  müşahidə  olunmuşdur.  Həmin  ildə  təhlili  aparılan  qrup  üzrə 

investisiya  qoyuluşlarının  ümumi  məbləği  1318,5  mln  dollar  olmuş,  əvvəlki  ilə 

nisbətən  26,6%  artım  olmuşdur.İnvestisiya  qoyuluşlarının  strukturunda  xüsusi  çəki 

etibarilə  sonuncu  yeri  neft  bonusu  tutur.  Bu  qrup  üzrə  göstəricilər  həddən  artıq  az 

olduğunu  və  neft  bonuslarının  konkret  vaxtlarda  ödənildiyini  nəzərə  alaraq  onun 

dinamikasını  təhlil  etməyə  ehtiyac  yoxdur.Aparılan  təhlillər  göstərir  ki,  son  5  il 

ərzində  Azərbaycan  iqtisadiyyatına  xarici  investisiya  qoyuluşu  artımla  müşahidə 

olunan  dinamikaya  malik  olmuş,  onun  strukturunda  əvvəlki  illərdən  formalaşan 

meyillər,demək  olar  ki,  dəyişməmişdir.  Həm  ümumi  dinamikanın  mövcud  olması, 

həm  də  strukturda  ciddi  dəyişikliyin  baş  verməməsi  ölkə  iqtisadiyyatında  sabit 

inkişafın olduğunu və xarici investorların ölkəmizə yüksək marağının dəyişməzliyini 

göstərir. 




49 

 

Həmçinin,cədvəl  göründüyü  kimi  iqtisadiyyatımıza  ən  böyük  investisiya 



qoyuluşları  Türkiyə,Niderland,ABŞ,Böyük  Britaniya,Birləşmiş  Ərəb  Əmirlikləri 

(BƏƏ),  Rusiya  və  s.  kimi  dövlətlərin  investorları  tərəfindən  həyata  keşirilir  və  bu 

proses  2010-2014-cü  illər  üzrü  yüksələn  xətt  üzrə  inkişaf  edir.Bu  isə  bir  daha 

Azərbaycan  iqtisadiyyatının  dinamik  inkişafindan,onun  dünya  iqtisadiyyatına  sürətli 

inteqrasiyasından  və  Azərbaycanın  etibarlı  investisiya  tərəftaşı  olmasından,xarisi 

investisiyaların  cəlb  edilməsi  və  bunun  əsasında  da  müştərək  müəssisilərin 

yaradılması  üçün  əlverişli  təbbi-coğrafi,  iqtisadi,  siyasi,  sosial,  hüquqi  mühitin 

mövcudluğundan xəbər verir. 

 

 

2.3. MüĢtərək sahibkarlığa invesyisiya qoyuluĢunun iqtisadi səmərəliliyi 



Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr investisiya fəaliyyəti 

göstərərkən bir çox amilləri nəzərə almalıdırlar. İnvestisiya fəaliyyəti ilə bağlı qərarın 

qəbul  edilməsi  mürəkkəb  proses  olduğuna  görə  həyata  keçiriləcək  investisiya 

layihələrinin  istiqaməti  və  növləri,  dəyəri  və  sayı,  maliyyə  ehtiyatlarının  miqdarı  və 

investorların səxsi maraqları tədqiq edilib öyrənilməlidir 

Ukrayna  iqtisadçıları  V.P.Savçukun,  S.İ.Prilipkonun  və  Y.Q.Veliçkonun 

fikrincə beynəlxalq təcrübədə müəssisənin inkişaf planı biznes-plan formasında tərtib 

olunduğuna görə bu planı həm  də  müəssisənin  inkisaf  layihəsi  kimi  də  qəbul etmək 

olar.  Əgər  həmin  layihə  investisiya  qoyuluşu  tələb  edirsə,  onu  investisiya  layihəsi 

kimi  səciyyələndirmək  lazımdır.Layihələrin  əksəriyyətinin  investisiya  qoyuluşları 

tələb etməsi qənaətinə gələn bir qrup Azərbaycan alimlərinin fikrincə isə investisiya 

layihəsi  “müəyyən  məqsəd  güdən  müəssisənin  fəaliyyətinin  dəyişmələri  haqqında 

xüsusi  formada  işlənmiş  təklif  və  ya  ideyadır”  [31,  səh  27]..A.Erdal  və  V.Kərimov 

investisiya layihəsinə “hər hansı bir kapital qoyuluşunun iqtisadi, texniki və maliyyə 

imkanlarının  planlı  şəkildə  hazırlanması”  kimi  baxılarsa,  F.B.Əliyev  investisiya 

layihəsini  “investisiyanın  hüquqi,  iqtisadi,  texniki  və  maliyyə  təhlillərinin  planlı 

şəkildə hazırlanması” kimi nəzərdən keçirir[31, səh 27-33]. 



50 

 

Rus iqtisadçısı V.İ.Çeksinin fikrincə, investisiya layihəsi dedikdə “arzu olunan 



sosial-iqtisadi  səmərəliliyi  əldə  etmək  məqsədilə  elmi-tədqiqat,  təcrübi-konstruktor, 

tikinti-quraşdırma,  sınaq,  işəsalma-sazlayıcı,  təhvil-təslim,  təşkilati-hüquqi,  reklam-

tərtibat,  informasiya  və  s.  xidmətlərin  həyata  keçirilməsi  formasında  vəsaitlərin 

investisiya  obyektinə  qoyulması  və  toplanması  üzrə  texniki  iqtisadi  qərarların  və 

təşkilati-maliyyə tədbirlərinin məcmusu” basa düşülməlidir[31, səh 28-29]. 

Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  istənilən  halda  investisiya 

layihələri  müxtəlif  maliyyələşdirmə  mənbələri  və  imkanları,  texnoloji  və  təşkilati 

təminat,  reallaşdırma  müddəti  və  s.  cəhətdən  səciyyələndirilə  bilər.  Lakin  onlardan 

hər  biri  eyni  dərəcədə  vacib  olsalar  da  investisiya  fəaliyyətinin  maliyyələşdirmə 

aspektləri  bir  çox  hallarda  həlledici  əhəmiyyət  kəsb  edir.  Hər  hansı  investisiya 

layihəsinin  investorun  tələblərinə  cavab  verib-vermədiyini  müəyyən  etmək  üçün 

aşağıdakı maliyyə xarakterli sualların araşdırılması vacibdir: 

-

 

layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinin məbləği. 



-

 

tələb  olunan  həcmdə  maliyyə  vəsaitlərinin  mənbələri  və  onlardan  istifadənin 



qiyməti. 

-

 



investisiyanın iqtisadi səmərəlilik göstəriciləri, ayrılan investisiya qoyuluşu ilə 

gözlənilən maliyyə nəticələrinin müqayisəsi. 

Araşdırmalar  göstərir  ki,  xarici  investisiyanln  cəlb  edilməsinin  iqtisadi 

səmərəliliyi  bir  sıra  makroiqtisadi  göstəricilərlə  müəyyən  olunur.  Bu  göstəricilərə, 

əsasən aşağıdakılar aid edilir: 

 



ölkəyə  kapital  qoyuluşunun  ümumi  həcmində  xarici  investisiyaların  xüsusi 

çəkisi; 


 

sənaye  istehsalının  ümumi  həcmində  xarici  kapitalın  iştirakı  ilə  olan 



müəssisələrdə buraxılan məhsulların həcmi və ümumi istehsalda payı; 

 



məşğulların  ümumi  sayında  xarici  investisiyalı  müəssisələrdə  məşğul 

olanların sayı və xüsusi çəkisi

 

xarici kapitalın iştirakı ilə olan müəssislərdə əmək məhsuldarlığı;  




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə