Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   16   17   18   19   20   21   22   23   24

54 

 

istiqamətlərində  investisiya  qoyuluşu  və  risk  səviyyəsinin  müqayisə  edilməsini 



nəzərdə  tutur.  Sosial  gəlir  norması  isə  ictimai  xeyri  göstərir,  başqa  sözlə  desək, 

burada  maliyyə  maraqlarından  başqa  sosial,  ekoloji  tələblər  və  prioritetlər  nəzərə 

alınacaqdır.Biznesin 

strategiyasında  investisiya 

layihələrinin 

səmərəliyinin 

qiymətləndirilməsində istifadə olunan prinsiplər bunlardan ibarətdir[13,səh 144-145]: 

1. Biznesin strategiyasının layihəsinin həyata keçirilməsi prosesinda təmiz gəlir 

və  amortizasiya  ayırmaları  hesabında  formalaşan,  layihədən  gələn  pul  axının 

hesablanması  əsasında  investisiya  olunan  kapitalın  qaytarılması  və  gəlirin 

alınmasının qiymətləndirilməsi prinsipi. 

2.  Biznesin  strategiyasının  layihəsindən  gələn  gələcək  daxilolmaların,  onun 

hayata keçirilmə vaxtına uyğunlaşdırılması prinsipi. 

Hesablamalar aparmaq üçün, diskont dərəcəsi asağıdakı düstur vasitasi ilə hesablanır: 



 

   

 

 

D

d

=F

d

+B   

 

 

 

 

 

Burada:F


d

-inflyasiyanın səviyyəsini, ssuda faizini nəzərə alan, risksiz qoyuluşlar üzrə 

faiz dərəcəsi. 

B-investisyalardan  gələn  gəlirlərdən  olan  riskləri  nəzərə  alan  risklərə  görə 

mükafatdır. 

3.  Biznesin  strategiyasinda  müxtəlif  investisiya  layihələri  üçün  axınları 

diskontlaşdırılması    prosesində  çevik  diskont  dərəcə  seçimi  sistemi  prinsipi.  Bu 

zaman, gəlirlilik normasə aşağıdakı amillər nəzərə alınmaqla hesablanır: 

-

 

orta ssuda dərəcəsi



-

 

digər mümkun investisiya növləri üzra alternativ gəlirlilik normasi



-

 

inflyasiyanın templəri; 



-

 

risklərə görə mükafatlar; 



-

 

layihənin  aşağı  likvidliyinə  görə  mükafat.Bu  prinsip  müxtalif  layihələrin 



müqayisəli qiymətləndilməsi zamanı lazımdır. 

 

Biznesin  strategiyasinda,  layihənin  işənib  hazırlanması  zamanı,  onun  sosial  və 



ekoloji  nəticələrini  qiymətləndirmək  vacib  şərtdir.  Layihənin  iqtisadi  samərəliliyini 


55 

 

hesahlamaq üçün bunlara əməl etmək lazımdır: 



-

 

layihələri yerinə yetirən firmalar haqqında  informasiya əldə etmak;  



-

 

məhsul və onun satiş bazarları haqqında tam məlumat almaq; 



-

 

investorun imkanları haqqında tam məlumatlar əldə etmək



-

 

risklərin qiymətləndirilməsi va s. 



İnvestisiya layihələrinin səmərəliliyinin hesablanması üçün istifadə olunan əsas 

göstəricilər kimi aşağıdakılar tövsiyə edilir[13,səh 145]:: 

-

 

xalis gəlir; 



-

 

xalis diskontlaşdırılmış gəlir; 



-

 

daxili gəlirlilik norması; 



-

 

əlavə maliyyələdirməyə tələbat; 



-

 

xərc və investisiyanın gəlirlilik indeksləri; 



-

 

ödəmə müddəti; 



-

 

layihə  istirakçısı  olan  müəssisənin  maliyyə  vəziyyətini  xarakterizə  edən 



göstəricilər qrupu. 

Maliyyə  cəhətdən  reallasdırma  şərtləri  və  səmərəlilik  göstəriciləri  pul  axınları 

əsasında  hesablanır  ki,  onun  da  konkret  tərkibi  qiymətləndirilən  səmərəlilikdən 

asılıdır.  Müxtəlif  illərdə  əlavə  maliyyələşmənin  məqsədlərinə  və  spesifik 

xüsusiyyətlərinə  müvafiq olaraq  investisiya  layihəsinin  maliyyə  göstəriciləri cari və 

proqnoz  qiymətlərlə  hesablanır.  Qalan  göstəricilər  isə  cari  və  deflyasiya  olunmuş 

qiymətlərlə hesablanır. 

İstənilən  halda,  bu  və  ya  digər  investisiya  layihəsinin  hər  hansı  ölkədə 

reallaşdırılmasından  asılı  olmayaraq  o  səmərəlilik  baxımından  yoxlanılır  və 

qiymətləndirilir. Qiymətləndirmə üçün istifadə edilən ölçü və meyarlar həm təcrübi, 

həm  də  metodoloji  baxımdan  fərqlidirlər.  İqtisadi  ədəbiyyatlarda  formalaşan 

mövqelərə  əsasən  metodoloji  baxımdan  investisiya  layihələrini  müəyyən  səmərəlik 

göstəriciləri  əsasında  qiymətləndirirlər.  Məşhur  rus  alimi  V.Z.Çernyak  investisiya 

layihəsinin səmərəlilik göstəricilərini aşağıdakı kimi qruplasdırır[13,səh 146]: 

1.

 

büdcə səmərəliliyi; 




56 

 

2.



 

iqtisadi səmərəllik;  

3.

 

kommersiya (maliyyə) səmərəliliyi. 



İnvestisiiya layihəsinin büdcə səmərəliliyi dedikdə layihənin müvafiq büdcələrin 

gəlir  və  xərclərinə  təsir  nəticəsi  başa  düşülür.  Büdcə  səmərəliliyi  göstəricisi  olaraq 

müvafiq  büdcədə  büdcə  səmərəsi  anlayışından  istifadə  edilir.  Büdcə  səmərəsi  o 

deməkdir  ki,  layihə  həyata  keçirildikdə  onun  nəticəsində  əldə  edilən  vəsait  həmin 

layihənin  həyata  keçirilməsi  üçün  çəkilən  xərcləri  üstələsin.Bu  göstəricilərdə 

respublika  və  yerli  büdcələr  üçün  layihənin həyata  keçirilməsinin  maliyyə  nəticələri 

əks etdirilir. 

İnvestisiya layihəsinin iqtisadi səmərəliliyi dedikdə layihənin həyata keçirilməsi 

ilə  əlaqədar  iştirakçıların  birbaşa  maliyyə  maraqlarında  nəzərdə  tutulan  ölçülərdən 

kənara  çıxan  və  dəyər  dəyişikliklərini  nəzərdə  tutan  əlavə  məsrəfləri  başa  düşülür. 

Belə  məsrəflər  iştirakçılar  tərəfindən  həyata  keçirilir.  Onlara  ilkin  (kapitalyaratma 

investisiyaları),  cari  və  ləğvetmə  məsrəfləri  ayırd  edilir.Eyni  zamanda,  qeyd  etmək 

lazımdır  ki,  hər  bir  investisiya  layihəsinin  səmərəliliyinin  qiymətləndirilməsi 

müəyyən  prinsiplərə  cavab  verən  aşağıdakı  meyarlar  nəzərə  alınmaqla  həyata 

keçirilməlidir: 

-

 



vaxta görə pulun dəyərinin təsiri; 

-

 



alternativ xərclərin uçotu; 

-

 



layihənin parametrlərində mümkün dəyişmələrin uçotu; 

-

 



mühasibat  göstəricilərinə  görə  deyil,  pul  vəsaitlərinin  real  axını  əsasında 

hesablamaların aparılması; 

-

 

inflyasiyanın əks etdirilməsi və uçotu; 



-

 

layihənin həyata keçirilməsi ilə əlaqədar riskin uçotu. 



İnvestisiya  layihələrinin kommersiya səmərəliliyi  dedikdə, gələcəkdə layihənin 

reallaşmasından  sonra  təmin  ediləcək  gəlirlilik  norması  ilə  maliyyə  məsrəfləri 

arasında  olan  müqayisəli  fərq  başa  düşülür.Bu  göstəricilərdə  layihənin  birbaşa 

istirakçıları üçün onun reallaşdırılmasının maliyyə nəticələri nəzərə alınır.İnvestisiya 

layihəsinin  kommersiya  səmərəliliyi  iqtisadi  ədəbiyyatlarda  formalaşan  mövqeyə 



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə