Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   ...   24

 

genişləndirilməsi,daxili  investisiyaların  həcminin  çoxalması  ölkənin  makroiqtisadi 



göstəricilərini  yaxşılaşdıraraq,  sosial-iqtisadi  vəziyyətdə  önəmli  irəliləyişlərə  nail 

olunmasına səbəb olmuşdur. Artıq, uzun illərdir ki, Azərbaycan ÜDM-nin orta artım 

tempinə,  hər  nəfərə  düşən  xarici  investisiyaların  həcminə  və  aparılan  iqtisadi 

islahatların  tempinə  görə  dünya  ölkələri  içərisində  liderdir.  Hazırda  Azərbaycan 

dünyanın  140-a  yaxın  ölkəsi  ilə  iqtisadi  əlaqələr  qurmuşdur.  Təkcə  1995-2014-cü 

illərdə  müxtəlif  mənbələrdən  Azərbaycan  iqtisadiyyatına  123,9  mlrd.  ABŞ  dolları 

həcmində xarici investisiya yönəldilmişdir.Təkcə bu göstərici bir daha sübut edir ki, 

Azərbaycan iqtisadiyyatı öz inkişaf tempi və göstəriciləri ilə dünya investorları üçün 

əlverişli investisiya mühitinə malik iqtisadiyyatların sırasına daxildir. 

Problemin  öyrənilmə  səviyyəsi.  «Əsrin  müqaviləsi»  imzalandıqdan  sona 

müştərək  müəssisələrin  fəaliyyəti  və  tənzimlənməsinin,  onların  iqtisadiyyatdakı 

rolunun  nəzəri  və  praktiki  aspektləri  iqtisadçılarımız  tərəfindən  kifayət  qədər  tədqiq 

edilmiş,  bu  istiqamətdə  bir  sıra  qiymətli  tədqiqatlar  aparılmışdır.  Bu  baxımdan 

AMEA-nın  akademikləri:  Z.Səmədzadə,  A.Nadirov;  müxbir  üzvlər:  Ş.Muradov, 

A.Ələsgərov,  professorlar:  T.Hüseynov,  T.Əliyev,  A.Abbasov,  Ə.Allahverdiyev, 

Ş.Axundov,  Q.  Manafov,  M.Məmmədov;  iqtisad  elmləri  namizədləri:  R.Quliyev, 

B.Əhmədov, N.Ələsgərov, A.Hüseynov və başqalarının əsərləri diqqəti cəlb edir.  

Müştərək  müəssisələrin  fəaliyyətinin  təşkili,  onlara  xarici  investisiyaların 

yönəldilməsi  və  inkişaf  istiaqmətlərinin  müəyyənləşdirilməsi  xarici  alimlərindən: 

T.B.Berdnikova,  L.Y.Basovski.  A.Z.Bobilova,  Q.Birman,  S.Smidt,  İsmet  Mucuk, 

Muammer Doğan, Goktepe Emre və s. əsərlərində də geniş tədqiq edilmişdir. 

Ayrı-ayrı  yerli  və  xarici  alimlər  müştərək  müəssisələr  haqqlnda  müxtəlif 

məsələlərə  toxunsalar  da,  müştərək  sahinkarlığa  investisiya  qoyuşu  və  onun 

səmərəlilik  göstəricilərinin  yüksəldilməsi    problemin  tədqiqinə  dair  heç  bir  əsaslı 

tədqiqat  işi  yerinə  yetirilməmişdir.  Ona  görə  də  müştərək  müəssisələrin  və  onlara 

investisiya  qoyuluşunun  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi  problemlərinin 

kompleks  şəkildə  tədqiqi,  problemlərin  aradan  qaldırılmasına  dair  elmi  cəhətdən 

əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanması zəruridir və nəzəri-praktiki 



 

cəhətdən  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bütün  bunlar  isə,  öz  növbəsində,  tədqiqatın 



məqsəd və vəzifələrini müəyyən etmişdir 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  Azərbaycan 

müştərək  müəssisələrinin,  onlara  xarici  investisiya  qoyuluşunun  müasir  vəziyyətini 

araşdıraraq,  səmərəlilik  göstəricilərini  təkmilləşdirmək,  mövcud  problemləri  aşkara 

çıxarmaq və onların aradan qaldırılmasına dair elmi cəhətdən əsaslandırılmış təklif və 

tövsiyələrin işlənib hazırlanmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün tədqiqat 

zamanı aşağıdakı vəzifələr qarşıya qoyulmuş və ardıcıllıqla həll edilmişdir: 

-

 

müştərək  müəssisələrin  sosial-iqtisadi  mahiyyətinin  aydınlaşdırılması  və 



yaranması  zərurətinin  əsaslandırılması  və  onun  fəaliyyətinin  səciyyəvi 

xüsusiyyətlərinin müəyyən edilməsi; 

-

 

ölkəmizdə  müştərək  müəssisələrinin  inkişaf  dinamikasının  illər  üzrə  statistik 



təhlili və qiymətləndirilməsi; 

-

 



müştərək  müəssisələrin  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  göstəricilərinin 

müəyyənləşdirilməsi; 

-

 

ölkə  iqtisadiyyatına  xarici  investisiya  qoyuluşlarının  müasir  vəziyyətinin 



müqayisəli  təhlili  və  bunun  müştərək  müəssisələrin  fəaliyyətinə  təsirinin 

aydınlaşdırılması; 

-

 

statistik 



məlumatlar 

əsasında  Azərbaycan  müştərək  müəssisələrinin 

fəaliyyətinin  əsas  inkişaf  göstəricilərinin  təhlil  edib  qiymətləndirilməsi,  onların 

inkişafı üçün əlverişli investisiya mühitinin yaradılması yollarının müəyyən edilməsi; 

-

 

müştərək  müəssisələrə  xarici  investisiya  qoyuluşunun  stimullaşdırılması  və 



onun iqtisadi səmərəliliyinin yüksəldiləsi yollarının müəyyən edilməsi; 

-

 



müştərək 

müəssisələrə 

investisiya 

qoyuluşunun 

təkmilləşdirilməsi 

istiqamətində  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələrin  işlənib 

hazırlanması; 

-

 



müştərək müəssisələrə xarici investisiya qoyuluşunun planlaşdırılması və  onun 

gələcək inkişafının proqnozlaşdırılması. 




 

Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqat  obyekti  kimi  Azərbaycanda 

fəaliyyət  göstərən  müştərək  müəssisələr  seçilmişdir.Tədqiqatın  predmetini  isə 

müştərək  müəssisələrin  və  onlara  xarici  investisiya  qoyuluşlarının  iqtisadi 

səmərəliliyinin yüksəldilməsi məsələləri təşkil edir. 

Tədqiqatın  nəzəri  –  metodoloji  əsasları  və  informasiya  bazası.  Tədqiqatın 

nəzəri-metodoloji əsaslarını iqtisad elminin klassiklərinin kapitalın beynəlxal hərəkəti 

haqqında  müddəaları,  yerli  və  xarici  ölkə  alimlərinin  müştərək  müəssisələrin 

fəaliyyəti  haqqında  elmi  tədqiqatlarının  nəticələri,  dünya  ölkələrinin  təcrübəsi, 

iqtisadi  nəzəriyyə,  iqtisadi  anlayışlar,  kateqoriyalar,  qanunlar  və  onların  iqtisadi 

tədqiqatlarda tətbiqi xüsusiyyətləri təşkil edir.  

Dissertasiya  işi  yazılarkən  problemlə  əlaqədar  Azərbaycan  Respublikasının 

müvafiq  qanunlarından,  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev 

cənablarının  uyğun  fərman  və  sərəncamlarından,  habelə  digər  direktiv  və  normativ 

sənədlərdən istifadə edilmişdir.  

Tədqiqat  iqtisadi-statistik  təhlil,  müqayisəli  yanaşma,  proqram  məqsədli 

yanaşma, statistik qruplaşdırma, elmi abstraksiya, ümumiləşdirmə və digər metodlar 

əsasında qurulmuşdur. 

Tədqiqatın  informasiya  bazasını  müştərək  müəssisələrlə  əlaqədar  qanunlar, 

proqramlar  və  digər  normativ-hüquqi  sənədlər,  eləcə  də,  Azərbayan  Respublikası 

Dövlət  Statistika  Komitəsinin,  İqtisadi  İnkişaf,  İqtisadiyyat,  Vergilər  və  digər 

müvafiq nazirliklərin məlumatları, ölkədə fəaliyyət göstərən müştərək müəssisələrin 

uçot və hesabat sənədləri təşkil etmişdir. 



Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

-

 



qloballaşma  şəraitində  müştərək  müəssisələrin  yaradılması  zərurəti 

əsaslandırılmışdır; 

-

 

bazar  münasibətləri  şəraitində  müştərək  fəaliyyətin  təşkilinin  səciyyəvi 



xüsusiyyətləri aydınlaşdırılmışdır; 

-

 



müştərək  müəssisələrin  fəakiyyətinin  iqtisadi  səmərəliliyinin  yüksəldilməsi 

istiqamətləri göstərilmişdir; 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə