Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   2   3   4   5   6   7   8   9   10   ...   24

19 

 

 



 

 

 



Sxem 1.1:Müştərək müəssisələrin dəyərinin məcmu idarə edilməsi.(Mənbə:4,səh 33). 

Müştərək  biznesin  yaradılmasının  makroiqtisadi   səmərəliliyinin  meyarı  bu  

prosesdəki  xalq  təsərrüfatı  məqsədlərindən  asılıdır.  Ayrı-ayrı dövrdən  asılı  olaraq  

bu    məqsədlər    dəyişə    bilər.    Məsələn,    müştərək    biznesin  yaradılması    yolu    ilə  

xarici    investisiyasının    cəlb    olunması    sənaye    istehsalının  sahə    quruluşunun  

təkmilləşməsi,    onun    texniki-iqtisadi    səviyyəsinin    yüksəldilməsi,    mütərəqqi    və  

texnologiyanın,    idarəetmə    təcrübəsinin    cəlb    olunması    və    s.    məqsədlər  daşıya  

bilər.Müştərək 

müəssisələrin 

yaradılması 

və 

fəaliyyətinin 



makroiqtisadi 

səmərəliliyini  iki  formada  müəyyən  etmək  olar.  Birinci  halda  səmərəlilik,  milli 

təsərrüfata istehsalçı mövqeyindən baxılaraq, müəyyən edilir. Müştərək müəssisələrin 

yaradılması hesabına ölkə iqtisadiyyatına modern texnika və texnologiya, idarəetmə 

təcrübəsi  cəlb  etməklə  istehsal  xərclərinin  azaldılması  və  məhsulun  keyfiyyətinin 

yüksəldilməsi  baş  verir.  Bu  forma  özünü  müəssisənin  iqtisadi  səmərəliliyində 

İnvestisiya 

fəaliyyətinin strateji 

planlaşdırılması 

Brend strategiyası 

Dəyər amillərinin 

idarə edilməsi və 

monitorinqi 

MM-in dəyəri ilə 

əlaqədar 

mükafatlandırma və 

motivasiya sistemi 

İnvestorlarla 

kommunikasiya 

sistemi 



20 

 

konkretləşdirsə də, daha geniş mənaya malikdir. Başqa sözlə desək, məhdud iqtisadi 



resursların səmərəli istifadəsi və bunun nəticəsində də, xammal və materialların emal 

edilməsi səviyyəsinin yüksəldilməsi ilə ölkənin iqtisadi imkanları daha da genişlənir. 

Beləliklə də, ölkə milli iqtisadiyyatın uzunmüddətli və fasiləsiz inkişafı üçün olduqca 

mühüm  əhəmiyyət  kəsb  edən  xammal  ixracatçısından  hazır  məhsul  ixracatçısına 

çevrilir.  

Kiçik  dövlətlər  xarici  iqtisadi əlaqələrdən  daha  çox  asılıdır.  Bu  asılılıq  xalq  

təsərrüfatının  istehsalçı  kimi səmərəliliyinin  yüksək  olmasını  tələb  edir.  Müasir  

dövrdə  əlavə  gəliri  ilk növbədə  istehsal  xərclərinin  azaldılması  hesabına  əldə  

etmək   mümkündür. Xalq  təsərrüfatının  istehsalçı  kimi  iqtisadi  səmərəliliyi  nə  

qədər  aşağıdırsa, ölkənin  xarici  ticarətində  “ticarət  şəraiti”  bir  o  qədər  pisdir.  

Yəni    məhsul    vahidinə    sərf    olunan    iqtisadi    resurslar    digər    ölkələrə    nisbətən  

artıqdır.    Qeyd  etmək    lazımdır    ki,    istehsal    növlərindən    asılı    olaraq    xalq  

təsərrüfatına    istehsalçı    kimi    baxılması    əsasında    makroiqtisadi    səmərəliliyin  

hesablanması  dövlətin    iqtisadiyyatı    istər    iqtisadi,    istərsə    də    inzibati    yolla  

tənzimlənməsində  mühüm  əhəmiyyətə  malikdir. Hazırda  ölkənin  mövcud  iqtisadi  

imkanlarından  tam  istifadə  edib  maksimum  əlavə  gəlir  yaratmaq  geniş  mənada  

ölkə    iqtisadiyyatının    səmərəliliyini    göstərir.    Lakin    bu    məşğulluğu    məhz    sərf  

olunan    xərclər    hesabına  daha    çox    səmərə    əldə    etməklə,    istehsal    olunan  

məhsulların  həm  qiymət,  həm də  keyfiyyət  baxımından  rəqabətqabiliyyətlərinin  

artırılması  hesabına  təmin etmək  mümkündür.  

Müştərək  biznesin  milli  iqtisadiyyatın  inkişafına  təsirini  səciyyələndirən  bir 

sıra makroiqtisadi səmərəlilik göstəriciləri mövcuddur. Belə göstəricilərdən  biri  də  

istehsal    olunan    məhsulun    dəyərində    milli  tərəfdaşların    payı  –  istehsal    olunan  

məhsulun    “millilik    səviyyəsi”    hesab  edilir.    Bu    göstəricilərin    artması    ölkədə  

daxili    əmək    bölgüsünün    dərinləşdirilməsini    və    məşğulluğun    səviyyəsinin  

yüksəlməsini    əks    etdirir,    müştərək  biznesin    xalq    təsərrüfatı    çərçivəsində  

“muxtariyyət”    səviyyəsini    göstərir.  Məhsulun  millilik  səviyyəsi  nə  qədər 

yüksəkdirsə  xalq  təsərrüfatına  xarici  invesyisiyanın  müsbət  təsir  dərəcəsi  də  bir  o 




21 

 

qədər  yüksəkdir.Məsələn  Çinin  Şenjen  vilayəyində  istehsal  onunmuş  məhsulun 



dəyərinin  50  faizi  idxalın  hesabına  formalaşır.  Braziliya  azad  iqtisadi  zonası  olan 

Manusda televizor, kompüter və başqa məmulatların millili səviyyəsi 75 faizdir[4,səh 

39-40 ]. 

Səmərəliliyi  ifadə  edən  mühüm  əhəmiyyətli  göstəricilərdən  biri  də  müştərək 

müəssisələrin  valyuta  ilə  özünü  ödəməsidir  ki,  bu  da,  ilk  növbədə,  ölkənin  tədiyyə 

balansı  ilə  əlaqədar  olan  bır  məsələdir.  İnvestisiyaların  iqtisadiyyata  cəlb  olunması 

zamanı  ölkənin  iqtisadi  inkişaf  tempi  ilə  yanaşı  həm  də  iqtidadiyyatın  xarici 

investisiyani  mənimsəməsi  imkanları  və  xarici  borcun  səviyyəsi  nəzərə  alınmalıdır. 

Məhz  elə  buna  görə  də  ölkələrin  xarici  borc  səviyyəsindən  asılı  olaraq  müştərək 

müəssisələrin xarici valyuta  ilə özünüödəməsi vacib  məsələlərdən  biridir.  Beləliklə,  

müştərək    biznesin    yaradılmasının    makroiqtisadi    səmərəliliyi  onların    xalq  

təsərrüfatı  məqsədlərinin  həyata  keçirilməsinə  təsir  ölçüsüdür.  

Müştərək müəssisələrin makroiqtisadi səmərəliliyi onların fəaliyyəti üçün zəruri 

istehsal 

resurslarının  verilməsindən  və  bu  resurslar  üzərində  nəzarətin 

minimallaşdırılmasından  asılıdır.  Bu  məsələnin  həlli  isə  tərəfdaşların  məqsədlərinin 

vəhdətində  öz  əksini  tapır.Tərəfdaşların  vəhdət  təşkil  eden  məqsədləri  və  səmərəli 

iqitisadi  resurslar  fonunda  fəaliyyət  göstərən  müştərək  müəssisələrin  səmərəliliyi 

digərlərinə  nisbətən  daha  yüksək  olur.Xarici  investorun  yeni  texnika  və 

texnologiyası,iadrəetmə  təcrübəsi,bazar  bilikləri  ilə  yerli  tərəfdaşın  yerli  şəraiti 

bilməsi,bina və tikililəri,torpaq sahəsini istismara verməsi,yerli təchizatçı və alıcıları 

taniması və onlarla əlaqəyə girməsi,müəssisənin işçi qüvvəsi ilə təchiz edilməsi və s. 

kapital  qoyuluşlarının  daha  tez  mənimsənilməsinə,istehsal  və  dövriyyə  xərclərinin 

azaldılmasına, kapitalın dövriyyə sürətinin yüksəldilməsinə və yekunda isə mənfəətin 

artırılmasına  gətirib  çıxarır.Qeyd  edilən  göstəricilər  ilk  növbədə  müəssisənin 

səmərəlilik  göstəricilərinin  və  əmək  məhsuldarlığının  artırılmasına  şərait 

yaradır.Məsələm  Çinin  Şenjen  xüsusi  iqtisadi  zonasında  xarici  investisiyaların  cəlb 

olunasına  əlverişli  imkan  yaradılmaqla  əmək  məhsuldarlığının  orta  sənaye 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə