Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   16   17   18   19   20   21   22   23   24

57 

 

əsasən  həm  bütövlükdə  layihə  üzrə,  həm  də  onun  ayrı-ayrı  bölmələri  üzrə  aparılır. 



Təhlillər  göstərir  ki,  bir  qayda  olaraq  investisiya  layihələrinin  kommersiya 

səmərəliliyinin əlavə qiymətləndirilməsi də həyata keçirilir. Bu layihə üzrə borcların 

tam  və  vaxtında  ödənilməsi  kimi  qiymətləndirilir.  Bu  o  deməkdir  ki,  investisiya 

layihəsi  kredit  müəssisəsi  üçün  o  zaman  səmərəli  hesab  edilir  ki,  bu  layihə 

çərçivəsində  risklər  nəzərə  alınmaqla  alınmış  kreditlər  vaxtında  və  tam  şəkildə 

ödənilmiş olsun. 

 Respublikamızda  xarici  investisiyalardan  istifadənin  və  müştərək  sahibkrlığa 

investisiya qoyuluşunun səmərəliliyinin qiymətləndirilməsi üçün çoxsaylı göstəricilər 

təhlil  olunmalıdır.  Onlardan  biri  də  əsas  kapitala  yönəldilən  daxili  və  xarici 

investisiyaların dinamikası,istər daxili istərsədə xarici investisiyaların ümumi həcmdə 

çəkisinin  faizlə  ifadəsidir  (cədvəl  2.4).  Əsas  kapitala  yönəldilmş  daxili  və  xarici 

investisiyaların dinamikasını nəzərdən keçirərkən görürük ki, 1995-ci ildən başlamış 

2014-cü  il  də  daxil  olmaqla  qeyd  edilən  istiqamətə  123909  milyon  manat  vəsait 

yönəldilmişdir. 

(Cədvəl 2.4) 

1995-2014-cü illərdə əsas kapitala yönəldilmiĢ daxili və xarici investisiyaların dinamikası. 

İllər 

Cəmi 

(mln. manat) 

O cümlədən 

Daxili investisiya 

Xarici investisiya 

Mln. manat 

Ümumi 

həcmdə 

xüsusu çəkisi 

faizlə 

Mln. manat 

Ümumi 

həcmdə 

xüsusu çəkisi 

faizlə 

1995 

228,0 

149,3 

65,5 

78,7 

34,5 

2000 

967,8 

460,3 

47,6 

507,5 

52,4 

2005 

5769,9 

2104,9 

36,5 

3665,0 

63,5 

2010 

9905,7 

7499,2 

75,7 

2406,5 

24,3 

2011 

12799,1 

10199,0 

79,7 

2600,1 

20,3 

2012 

15407,3 

12148,4 

78,8 

3258,9 

21,2 

2013 

170850, 

13178,9 

73,8 

4671,9 

26,2 

2014 

17618,6 

12715,0 

72,2 

4903,6 

27,8 

Mənbə: Cədvəl Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında 

müəllif tərəfindən tərtib edilmişdir (9,səh 133-138,407;8, səh 127). 



58 

 

 

Yuxarıdakı cədvəl məlumatları üzrə aparılan təhlillər göstərir ki,1995-2014-cü 

illər  ərzində  əsas  kapitala  yönəldilmiş  ümumi  investisiyaların  həcmi  artsa  da,  onun 

tərkibində xarici investisiyaların həcmi azalaraq 33% təşkil etmişdir. 

Təhlil  və  tədqiqatların  mühüm  elementi  kimi  qeyd  etmək  olar  ki,  müasir 

şəraitdə  Azərbaycan  Respublikasının  iqtisadiyyatına  cəlb  edilən  xarici 

investisiyaların  səmərəli  istifadə  olunması  xüsusi  əhəmiyyətli  məsələlərdən  biridir. 

Qeyd  edilən  amili  ölkə  iqtisadiyyatının  bütün  sahələrinin  davamlı  və  sabit  fəaliyyət 

göstərməsi, təsərrüfat subyektlərinin genişləndirilməsi, proqnozlaşdırılan səmərəlilik 

nəticələrinə  nail  olunması,  maliyyə  təhlükəsizliyinin  təmin  edilməsi,  intellektual 

səviyyənin yüksəldilməsini təmin edən bir amil kimi çıxış edir. 

İnvestisiya mühitinin genişləndirilməsi onun iqtisadiyyatın müxtəlif sahələrinə 

qoyulmasının təmin edilməsi nəticəsində sabit,tarazlaşdırılmış inkişafa nail olunması 

və  cəmiyyətin  qarşısına  çıxan  problemlərin  həll  edilməsi  vacib,  zəruri  məsələ  kimi 

ortaya  çıxmışdır.  İnvestisiya  qoyuluşları  hesabına  ölkədə  həyata  keçirilən 

infrastruktur  və  sosial  layihələrin  təhlil  edilməsi  investisiyalardan  istifadənin 

səmərəliliyinin  qiymətləndirilməsi  istiqamətində  atılmış  bir  addım  olardı. 

İnfrastruktur layihələrə və sosial yönümlü layihələrə investisiya qoyuluşlarının həyata 

keçirilməsi  qeyri-neft  sektorunun  inkişafına  təkan  vermiş,  ölkə  iqtisadiyyatının  neft 

amilindən  asılılığını  azaltmışdır.  Tədqiqata  cəlb  edilən  5  il  ğərzində  infrastruktur 

layihələrin reallaşdırılmasında dinamika mövcud olmuşdur. 

 

 

 



 

 

 



 

 



59 

 

3. FƏSĠL: MÜġTƏRƏK SAHĠBKARLIĞA ĠNVESTĠSĠYA QOYULUġUNUN 



ĠQTĠSADĠ SƏMƏRƏLĠLĠYĠNĠN YÜKSƏLDĠLMƏSĠ ĠSTĠQAMƏTLƏRĠ. 

 

3.1. Bazar münasibətləri Ģəraitində müĢtərək sahibkarlığa investisiya 

qoyuluĢunun iqtisadi səmərəliliyinin yüksəldilməsi 

Müştərək  müəssisə    spesifik  mülkiyyət  növü  olmaqla    beynəlxalq  iqtisadi  

əməkdaşlığın  genişlənməsi    nəticəsində    yaranır.  Dünya  ölkələri  arasında  istehsal, 

elmi-texniki,  mənzil,  kredit,  satış,  kənd  təsərrüfatı,  firmalararası,  üfüqi,    şaquli,  

qarışıq,  ölkələrarası,    regionlararası    və    bu  kimi    sahələrdə    baş  verən  iqtisadi  

əlaqələr  kooperasiya    vasitəsi  ilə    həyata  keçirilir.  Bu  proses  müştərək  müəssisələr 

yaratmaqla  geniş    əməkdaşlığa  imkan    yaradır.  Bu  da  kooperasiya    prosesinin 

sürətlənməsinə    və    dövlətlər  arasında    beynəlxalq  iqtisadi  münasibətlərin  (BİM) 

inkişafına  səbəb  olur.  MM-nin    yaradılması    və  inkişafı    prosesində    investisiya  

əməkdaşlığının rolu  və  xarici investisiyalar sistemində  MM-nin  yerini funksional 

təhlil nöqteyi-nəzərdən araşdırmaq vacibdir. 

Aydındır  ki,  xarici  investisiyaların  cəlb  olunması,  o  cümlədən  müştərək 

müəssisələrin  yaradılması,  ilk  növbədə  istehsal  resurslarının  təsərrüfat  dövriyyəsinə 

cəlb  edilməsinə  şərait  yaradır.  Nəticədə,  müəyyən  istehsal  amillərinin  məşğulluq 

səviyyəsi  yüksəlir,  təbii  resurs  istehsalçıları,  işçi  qüvvəsi  və  s.  tərəfindən  yaradılan 

əlavə  dəyər  hesabına  milli  gəlir  artır.  Eyni  zamanda,  xarici  investisiyaların  həcmi 

artdıqca  ölkəyə  gətirilən  yeni  texnika  və  texnologiyanın,  mütərəqqi  İdarəetmə  və 

marketinq üsullarının yayılması nəticəsində ölkənin texnoloji inkişafının sürətlənməsi 

baş  verir.  Xarici  investisiyanın  cəlb  olunması  mütərəqqi  texnika  və  texnologiyada, 

təşkilati-texnoloji  və  mikroiqtisadı  istehsal  münasibətlərinin  ölkəyə  daxil  olmasına, 

yəni  mahiyyətcə,  təsərrüfat  mikrosistemınin  kapital  ixrac  edən  ölkədən  idxal  edən 

ölkəyə  keçməsinə  imkan  verir.  Digər  tərəfdən,  xarici  İqtisadi  əlaqələrin  inkişafı 

nəticəsində  inkişaf  etməkdə  olan  ölkələr  tərəfindən  qabaqcıl  istehsal  modellərinin 

mənimsənilməsi baş verir[24,səh 47]. 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə