Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

31 

 

2. FƏSIL:  AZƏRBAYCANDA MÜġTƏRƏK SAHĠBKARLIĞA ĠNVESTĠSĠYA 



QOYULUġU VƏ ONUN MÜASĠR VƏZĠYYƏTĠ. 

 

2.1. Azərbaycanda müĢtərək sahibkarlığa investisiya qoyuluĢu və onun 

inkiĢafına təsir edən amillər 

XXI    əsr    dünyada    qloballaşma    və    inteqrasiya    əsri,    eləcə    də    sürətli  

informasiya  dövrü  kimi  xarakterizə  edilir.  Təbii ki,  bütün  bu  proseslər,  həm  də  

milli  təsərrüfatların  daha  sürətlə  beynəlmiləlləşməsini,  qlobal  iqtisadi  məkana  

sürətli  çıxışını  və  s.  tələb  edir. Eyni  zamanda,  qeyd  olunanlar  ayrı-ayrı  milli  

təsərrüfatların  dinamik  inkişafında  xarici  amillərin  də  rolunu  artırır.  Belə  ki,  

artıq    xarici    bazara  çıxış,    daxili    və    xarici    bazarda    mövcud    olan    rəqabət  

mübarizəsindən    qalib    çıxmaq,    qlobal    iqtisadi    məkanda    cərəyan    edən    sosial-

iqtisadi  proseslərin  fəal  iştirakçısına  çevrilmək  və  s.  kimi  məsələlər  hər  bir  

milli  iqtisadiyyatın  davamlı  inkişafının  zəruri  şərtinə  çevrilmişdir.Digər  tərəfdən,  

yüksək  səviyyədə  inkişaf  etmiş  maddi  texniki  bazaya,  beynəlxalq  əmək  bölgüsü  

sisteminə    və    beynəlxalq    kooperasiyanın  müxtəlif    formalarına    malik    dünya  

məhsuldar    qüvvələrinin    inkişafının  müasir    dövrü    beynəlxalq    iqtisadi  

əməkdaşlığın    genişlənməsinə    obyektiv  zərurət    yaradır.    Belə    bir    şəraitdə  

istehsalın  və  kapitalın  beynəlmiləlləşməsi,  elmi  texniki  tərəqqinin  sürətlənməsi  

kapital    idxalını    məhsuldar  qüvvələrin    inkişafının    mühüm    amillərindən    birinə  

çevirmişdir.  Ona  görə  də,  müasir  dövrdə  qarşıda  duran  mühüm  vəzifələrdən  

biri    də    iqtisadiyyatın    beynəlxalq    əmək    bölgüsündə    səmərəli    iştirakını    təmin  

etməkdən,  xarici  kapitalın,  mütərəqqi  texnologiya  və  idarəetmə  təcrübəsinin cəlb  

olunması    yolu    ilə    məhsuldar    qüvvələrin    inkişafına    nail    olmaqdan 

ibarətdir.Ölkəyə  xarici  kapitalın,mütərəqqi  texnika  və  texnologiyanın,müasir 

idaarəetmə  təcrübəsinin  cəlb  edilməsinin  ən  səmərəli  forması  isə,  sözsüz  ki,  xarici 

investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasıdır. 



32 

 

Xarici  investisiyanın  iqtisadiyyatda  oynadığı  rolunu  başa  düşmək  üçün  ilk 



növbədə onun mahiyyətinə nəzər salmaq lazımdır. Qeyd etmək lazımdır ki, qüvvədə 

olan investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının 13 yanvar 1995ci il 

tarixli  qanununda  investisiyaya  belə  tərif  verilir:  İnvestisiya-gəlir  (mənfəət)  və  ya 

sosial  səmərə  əldə  etmək  məqsədi  ilə  sahibkarlıq  və  digər  fəaliyyət  növləri 

obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən 

ibarətdir  [19, səh 3].Daha geniş  şəkildə desək  investisiya  dedikdə  mənfəət və digər 

səmərə əldə etmək məqsədi ilə dövlətin, hüquqi və fiziki şəxslərin yeni müəssisələrin 

yaradılmasına, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsinə, daşınmaz əmlakın, 

səhmlərin,  istiqrazların  və  digər  qiymətli  kağızların  və  aktivlərin  əldə  edilməsinə 

yönəldilən  pul  vəsaitini,  əmlak  və  intellektual  dəyərləri  başa  düşmək  lazımdır. 

Tərifindən də göründüyü kimi investisiya faəliyyəti ölkə iqtisadiyyatlari, o cümlədən, 

həmin  iqtisadiyyatların  ən  mühüm  həlqələri  olan  ayrı-ayrı  müəssisələr,  firmalar, 

təşkilatlar arasında beynəlxalq səviyyədə kapitalın,texnika və texnlogiyanın,maddi və 

qeyri  maddi  aktivlərin  sərbəst  axınını  təmin  edərək  öz  növbəsində  inteqrasiya 

proseslərinin  daha  da  sürətlənməsi  və  daha  da  mürərəqqi  xarakter  almasına  təkan 

verir.


  

Son  zamanlarda  dünya  miqyasında  inteqrasiya  proseslərinin  sürətlənməsi  və 

bunun  məntiqi  davami  olaraqda  müştərək  sahibkarlığın  dahada  inkişaf  etdirilməsi, 

müştərək  müəssisələrin  fəaliyyət  dairələrinin  getdikcə  daha  da  genişləndirilməsi  və 

iqtisadiyyatda  yeni  struktur  dəyişikliklərinin  həyata  keçirilməsi  investisiya 

qoyuluşlarının həcminin nəzərəçarpacaq səviyyədə artmasına səbəb olmuşdur. Bunu 

dha  aydın  şəkildə  görmək  üçün  son  zamanlar  dünya  miqyasında  həyata  keçirilən 

birbaşa  və  portfel  investisiyaların  inkişaf  dinamikasına  nəzər  yetirmək 

kifayətdir.Xarici investisiyaların artım göstəriciləri və bu göstəricilərin get-gedə daha 

da  yüksəlməsi  bir  daha  xarici  investisiya  qoyuluşlarının  iqtisadi  inkişafın  təmin 

olunmasında oynadığı rolu əks etdirir. Müasir dövrümüzdə investisiya qoyuluşlarına 

daxil olan vəsait və sərvətlər aşağıdakılardır (Sxem 2.1) .  




33 

 

 



   

Sxem 2.1: İnvestisiya qoyuluşlarına daxil olan vəsait və sərvətlər(Mənbə:11,səh 309 

əsasında müəllif tərəfindən hazırlanmışdır). 

Bildiyimiz  kimi,müasir  dövrdə  bazar  iqtisadiyyatı  ölkələri  bir-birindən  təcrid 

olunmuş, xarici iqtisadi əlaqələrə qapalı formada  təsəvvür etmək qeyri mümkündür. 

Qloballaşıb  vahid  bir  sistem  halına  düşən  dünya  iqtisadiyyatı  onun  ayr-ayrı 

həlqələrini  təşkil  edən  milli  təsərrüfatların  daha  da  yüksək  səviyyədə  bir-birinə 

inteqrasiya  etməsini,bir-birinə  çuğlaşmasını  tələb  edir.Belə  bir  şəraitdə  isə,bazar 

iqtisdiyyatına artıq tam şəkildə keçmiş olan Azərbaycan  Respublikasının  da  dünya  

bazarına  çıxışı,  qlobal  iqtisadi  məkana  sürətli   inteqrasiyası  zəruri  bir  prosesə  

çevrilmişdir.Müasir    dövrdə    isə,    bütün    bunların    ən    sadə    və    əlverişli    yolu 

müştərək  fəaliyyətin  təşkilindən  keçir. Yeni  texnika  və  mütərəqqi  texnologiya  

əsasında    modern  müəssisələrin    təşkili,    beynəlxalq    standartlara    uyğun    rəqabət  

qabiliyyətli  məhsul    istehsalının    artırılması  üçün  xarici  investisiyaların  ölkə 

iqtisadiyyatına cəlb olunmasında müştərək  müəssisələrin  yaradılması  və inkişafının 

təmin edilməsini zəruri  amilə çevrilmişdir. Belə  bir  dövrdə  müştərək  müəssisələrin  

investisiya 

qoyuluşları 

pul, məqsədli bank 

əmanətləri, kreditlər, 

paylar, səhmlər və başqa 

qiymətli kağızlar  

daşınan və daşınmaz 

əmlak (binalar, 

qurğular, avadanlıq və 

başqa maddi sərvətlər) 

müvafiq qaydada 

rəsmiləşdirilmiş elmi-

təcrübi və digər intellektual 

sərvətlər;  

texniki, texnoloji, 

kommersiya və digər 

biliklərin məcmusu 

(“nau-hau”) 

torpaqdan, sudan və digər 

təbii ehtiyatlardan

binalardan, qurğulardan, 

avadanlıqlardan istifadə 

hüquqları 



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə