Azərbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/52
tarix14.05.2018
ölçüsü2,8 Kb.
#44204
1   ...   44   45   46   47   48   49   50   51   52

164 
 
qiymət  müştərilərinin  gözlənilən  yaşam  müddətini  əks  etdir-
səydi,  adıçəkilən  problem  –  qeyri-əlverişli  seçim  problemi  ol-
mazdı.  Lakin  şirkətlər  müştərilərinin  nə  qədər  yaşayacağını 
onların  özlərindən  daha  dəqiq  bilə  bilməz.  Əgər  sığortalayan 
ş
irkət  müştərisinin  yaşama  müddətinə  dəqiq  uyğun  gələn 
qiymət müəyyən edə bilmirsə, o zaman qeyri-mütənasib şəkil-
də  annuitetlərin  çoxu  daha  uzun  müddət  yaşayan  sağlam 
insanlar tərəfindən əldə olunacaqdır. Göstərdiyimiz misalda isə 
annuitetlərin  çoxu  17,5  il  yaşayacaq  insanlar  tərəfindən  əldə 
olunacaq ki, bu da orta statistikadan 2,5 il artıqdır. 
Beləliklə,  əgər  sığorta  şirkəti  bütün  əhalinin  orta  göz-
lənilən  həyat  müddəti  əsasında  annuitet  sığortasını  verərsə  və 
ə
lverişsiz  şərait  yarandığı  təqdirdə,  vəziyyəti  düzəltmək  üçün 
müvafiq qərarlar qəbul etməzsə, o şitkət mütləq iflasa uğraya-
caqdır.  Bu  səbəbdən  təsadüfi  deyildir  ki,  bu  növ  sığorta 
bazarında annuitet sığortasına həmişə orta yaşam müddəti olan 
müştərilər üçün cəlbedici olmayan qiymətlər müəyyən edilir və 
bazar daim potensialından daha kiçik olur. 
qtisadiyyat  və  psixlogiya  elminin  qarışığından  yaran-
mış  iqtisadi  davranış  psixlogiyasının  məqsədi  iqtisadi  faktor-
ların  insan  psixikasına  təsiri  nəticəsində  insanın  məqsədli 
davranışının  təhlil  edilməsidir.  Bura  insan  fəaliyyətinin  bütün 
sferalarının kompleks təhlili daxil olduğundan, bu problemlərin 
təhlili  ilə  bir  neçə  nəzəriyyə  məşğul  olur.  Bir  qayda  olaraq, 
insanların məqsəd və maraqları, onun iqtisadi bilikləri, düşüncə 
tərzi, xarakteri və digər faktorlar onun bu sahədəki davranışına 
təsir edən mühüm amillərdir.  
nsanların  biliklərindən,  fərdi  keyfiyyətlərindən  asılı 
olaraq,  riskləri  qavranılma  səviyyəsinə  görə  də  qruplaşdırmaq 
mümkündür. Riskin biliklə qavranılan, intuitsiya ilə dərk edilən 
və  ümumiyyətlə,  dərk  edilməyən  növləri  bir-biri  ilə  qarşılıqlı 
ə
laqədə olduğundan çox zaman onları virtual olaraq fərqləndir-
mək çətinlik yaradır. 
 


165 
 
 
Şə
kil 10.3. Qavranılma səviyyəsinə görə risklə
 
Məlumdur ki, insanların riski qəbuletmə xarakteri, riskə 
qarşı münasibəti fərqli olur. Bəzi insanlar riskə getməyi sevmir, 
onlar xırda risklərə gedərək xırda gəlir əldə etməklə kifayətlə-
nirlər.  Bəzi  insanlar  isə  özlərini  bəxtəvər  sayır  və  daha  iri 
risklərə  getməklə,  böyük  mənfəət  əldə  etməyə  çalışırlar.  Bu 
xüsusiyyətlərinə görə insanlar 3 qrupa bölünürlər: 
-  Riskdən çəkinən insanlar; 
-  Riski sevən insanlar;  
-  Neytral insanlar. 
Riskdən  qaçan  insanlar  çox  vaxt  az,  lakin  sabit  olan 
işlərə can atırlar. Onlar investisiya yatırdıqda və iş seçəndə da-
vamlı  işlərə,  güvənli  işlərə  investisiya  qoymağı  sevirlər. 
Məsələn, bu tip insanlar daha çox dövlət işində  işləyir, nəinki 
şə
xsi  biznesini  qurur.  nvestisiyalarını  isə  dövlət  istiqrazlarına 
yatırmaqla  kifayətlənirlər.  Qeyd  etmək  lazımdır  ki,  cəmiyyə-
timizdəki  insanların  bir  çoxu  bu  tipə  aiddirlər.  Adətən,  riski 
sevməyən insanlar riskləri qəbul etmir və bunun üçün müvafiq 


166 
 
gəlirini  qurban  verməyə,  yaxud  xərc  çəkməyə  hazır  olurlar, 
məsələn, sığortalanmaqla. 
Riski  sevən  insanlar  isə  daha  çox  riskə  gedir  və  əvə-
zində daha çox gəlir əldə tməyə cəhd göstərirlər. Bu tip insan-
lar  riski  çox  və  nəticədə  mənfəəti  də  çox  olan  layihələrə  in-
vestisiya yatırırlar. 
Ehtimal  edilən  dəyərin  eyni  olduğu  şəraitdə  son 
nəticədə  əldə  olunan  gəlirin  dəqiq  bilinib-bilinməməsi  neytral 
insanlar  üçün  fərq  etmir.  ki  alternativ  vəziyyətdə  riskin 
dərəcəsinin fərqli olması bu tip insanları narahat etmir.  
qtisadi  davranış  elminin  predmeti  iqtisadi  və  psixoloji 
amillərin təsiri altında insanın alternativlərin seçilməsi zamanı 
davranışının  öyrənilməsidir.  Elmin  obyekti  isə  şəxsdir.  Əgər 
ə
vvəlki nəzəriyyələrdə tədqiqatçıları insan deyil, müxtəlif insan 
qruplarının  davranışı  maraqlandırırdısa,  burada  yalnız  bir 
şə
xsin davranışı daha əsas götürülür. 
Nəzəriyyədə  istifadə  olunan  metodlar  bir-biri  ilə  o  qə-
dər əlaqəlidir ki, təhlil zamanı kimin əsas olduğunu – iqtisadçı, 
yaxud  psixoloq,  marketoloq,  yaxud  iqtisadi  psixoloq  təyin 
etmək mürəkkəbləşir.  ndi bir çox tədqiqatçıları fərdi insanların 
aktual  davranışı  daha  çox  maraqlandırır,  nəinki  insan  qrup-
larının birgə fəaliyyəti. 
Nəzəriyyənin  öyrənmə  sahəsi  geniş  olduğundan  onun 
öyrənilməsi zamanı psixologiya, sosiologiya, biologiya,  antro-
pologiya,  siyasi  elmlər  və  iqtisadiyyatın  metod  və  metodo-
logiyasından geniş istifadə olunur. 
qtisadi  insanın  davranışına  aşağıdakı  qrup  faktorlar 
təsir edir: 

  ətraf mühit amilləri; 

  subyektiv amillər; 

  iqtisadi davranış. 
Birinci  qrup  amillərə  bir-biri  ilə  üzvi  şəkildə  əlaqədə 
olan  üç altqrup amillər aid edilir: 


167 
 
I. Mövcud vəziyyət amilləri – bura iqtisadiyyatın möv-
cud  durumu,  ölkədəki  vergi  sistemi,  iqtisadi  qanunvericilik, 
inflyasiyanın səviyyəsi və s. daxildir. 
II.  nsanlarla birbaşa əlaqəsi olan mühit amilləri – bura  
subyektiv vəziyyət və məhdudiyyətlər, cəmiyyətin demoqrafik 
xüsusiyyətləri (cins, yaş, təhsil, yaşadığı yer, ailə vəziyyəti və s.) 
daxildir. 
III. Digər subyektlərin təsiri ilə  yaranan amillər – bura 
insanların  digər  insanlarla  ünsiyyətindən,  birgə  fəaliyyətindən 
yaranan  amillər  (insanın  sosial  vəziyyəti,  karyerası  və  s.) 
daxildir. 
kinci qrup amillərin özünü də üç altqrupa bölmək olar: 
1. Qavrayış amili.  nsanın malik olduğu vəziyyətin, ona 
göstərilən  təsirlərin  qavranılması  xüsusi  altqrupa  ayrılmışdır. 
Çünki  eyni  vəziyyət  və  onun  insana  göstərdiyi  təsir  müxtəlif 
insanlar tərəfindən fərqli şəkildə qavranılır. 
2.  Somatik  amillər.  Bura  insanın  müəyyən  istəyini 
həyata  keçirmək  üçün  onun  sahib  olduğu  bioloji  və  fizioloji 
keyfiyyətlərin təsiri daxildir. Fəaliyyət zamanı bu keyfiyyətlər 
ona mane ola, yaxud da kömək edə bilər. 
3. Psixoloji amillər. Onlara insanın psixoloji vəziyyəti-
nə  təsir  edən  xarakteri,  əhvalı,  bilikləri,  gözləntiləri  və  s.  da-
xildir. 
Yerli  və  xarici  ədəbiyyatın,  qabaqcıl  şirkətlərin  fəaliy-
yətinin təhlili göstərir ki, şirkətin fəaliyyətinin uğuru şəxsiyyət 
amilindən,  idarəedənin  keyfiyyətindən  çox  asılıdır.  Bu  həm 
ş
irkətin  sahiblərindən,  həm  də  cari  işlərin  yerinə  yetirilməsi 
üçün  onlar  tərəfindən  işə  götürülmüş  menecerlərdən  asılıdır. 
Sahibkarlıq fəaliyyəti bu işdə uğur qazanmaq üçün insanlardan 
həm  şəxsi  keyfiyyətlərin  olmasını,  həm  də  iş  zamanı  təc-
rübədən  irəli  gələrək  mütəmadi  olaraq  müəyyən  keyfiyyətlərə 
yiyələnməsini tələb edir. 
Təcrübə onu da göstərir ki, ilkin mərhələdə sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  insanların  bu  sahədə  zəruri  nəzəri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə