Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 0,64 Mb.
səhifə2/6
tarix26.09.2017
ölçüsü0,64 Mb.
#1691
növüQaydalar
1   2   3   4   5   6
7.6.6. Milli Etika üzrə sub - komitə

Tərkib. Milli Etika üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:

a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.

b) Prezident tərəfindən təklif olunmuş Milli Komitədən Nümayəndə

c) Əgər lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli üzvlər

Milli Etika üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:

a) Assosiasiya tərəfindən qəbul olunması üçün etika qayda və prinsiplərini işləyib hazırlamaq;
b) Üzvlərin və əməkdaşların və müəyyən hallarda, tələbə köməkçilərin və üzvlük üçün namizədlərin qeyri – etik davranışları haqqında məlumatları araşdırmaq;


c) Qeyri – etik davranışlar haqqında məlumatları həll etmək və/ və ya Assosiasiyanın məqsədlərinə nail olmaq üçün zəruri olduğu surətdə bu cür hərəkətlər üzrə tövsiyyələr vermək;
d) Müstəsna hallarda çətin halların xüsusi təsvir olunması ilə araşdırılmış şikayət növləri üzrə Milli Komitəyə və /və ya Assambleyaya hesabat vermək;


e) Öz yurisdiksiyası daxilində bütün məsələlər üzrə davranışları tənzimləyən qayda və prosedurlar qəbul etmək;

  1. Təsdiqləmə, dəyişik və düzəlişlər etmək üçün prosedurlar

    1. Bu Qaydalar qüvvədə olan iş sənədi kimi lazımi qaydada Milli Komitə tərəfindən təsdiqlənmiş, Prezident tərəfindən imzalanmış və möhürlənmiş və imzalandığı tarixdən etibarən qüvvəyə minir.

    2. Bu Qaydalar növbəti Ümumi Assambleya tərəfindən yenidən nəzərdən keçirilməli və təsdiqlənməli və Assambleyanın Sədri tərəfindən daimi müddəalar olaraq imzalanmalıdır.

    3. Bu Qaydalar hər üç ildə bir dəfədən az olmayaraq Milli Komitə tərəfindən yenidən keçirilməli və lazım gələrsə, yenilənməlidir. Düzəliş və ya dəyişikliklərin baş verdiyi hallarda, Qaydalar Ümumi Assambleyanın qərarı ilə təsdiqlənəcəkdir.



  1. Milli Komitənin üzvləri Abbas Fəttulayev çıxış etdi və Azərbaycan Skautlar Assosiasiyasının Skautların Etik davranış qaydalarının aşağıdakı mətnin təsdiq edilməsi təklif etdi:


1. Terminlər və akronimlər

1.1 Azərbaycan skautlar assosiasiyasının etika Qaydasi bundan sonra mətndə “Qayda” adlanacaq.

1.2 Azərbaycan skautlar assosiasiyası bundan sonra mətndə “Assosiasiya” adlanacaq.

1.3 Milli Etika üzrə sub – komitəsi bundan sonra mətndə “MES” adlanacaq.

1.4 Milli Etika üzrə sub – komitəsının sədri bundan sonra mətndə “MESS” adlanacaq.

1.5 Dünya Skaut Hərəkatı Təşkilatının Konstitusiyası bundan sonra mətndə “ÜSHT Konstitusiyası” adlanacaq.

2. Qaydanin məqsəd və ümumi müddəaları

2.1 Bu Qaydanin məqsədi Assosiasiya tərəfindən təsdiq edilmiş etika normalarının, davranış qaydalarının, skautlar arasında qarşılıqlı əlaqələrin, münaqişəli vəziyyətlərin yarana biləcəyi halların və onların mümkün həll yollarının skautların nəzərinə çatdırılmasından ibarətdir.

3. Qaydanin təsir sahəsi

3.1 Qayda bütün Azərbaycan skautları üçün mütləqdir.

3.2 Assosiasiya üzvü olan skaut bu Qaydanin etik normalarına və tələblərinə mütləq surətdə riayət etmək öhdəliyini öz üzərinə götürür.

3.3 Hər bir skaut (yeni gələnlər də daxil olmaqla) öz patrulunun / qrupunun lideri tərəfindən bu Qayda ilə tanlç edilməlidir.

4. Skautların əsas etika prinsipləri

4.1 Bu Qayda ilə müəyyən edilmiş skautların etik normaları ÜSHT Konstitusiyasının aşağıda göstərilən üç əsas prinsipinə müvafiq olmalıdır:

4.1.1 Allah və Azərbaycan qarşısında borc;

4.1.2 Başqaları qarşısında borc;

4.1.3 Özü qarşısında borc.

4.2 Assosiasiya skautları hər zaman və hər bir halda özlərini skautların əxlaq-etika prinsiplərinə və aşağıdakı qanunlarına müvafiq şəkildə aparmalıdırlar:

4.2.1 Skautun şərəfinə etibar olunmalıdır;

4.2.2 Skaut sadiqdir;

4.2.3 Skaut borcu faydalı olmaq və başqalarına kömək etməkdir;

4.2.4 Skaut hamının dostudur və hər bir başqa skautun qardaşıdır;

4.2.5 Skaut nəzakətlidir;

4.2.6 Skaut heyvanların və bütün təbiətin dostudur;

4.2.7 Skaut valideynlərinin, patrul liderinin və skaut ustadının əmrinə tabe olur;

4.2.8 Skaut şəndir və heç vaxt ruhdan düşmür;

4.2.9 Skaut təvazökar və qənaətcildir;

4.2.10 Skaut fikirlərində, səylərində və hərəkətlərində pakdır

4.3 Skaut hər zaman özünün skaut vədini xatırlamalıdır: “Öz şərəfimə and içirəm ki, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.

4.4 Skaut təşkilatda yoldaşlıq münasibətlərinin qurulmasına imkan yaratmalıdır.

4.5 Skaut öz ölkəsində olduğu kimi, ölkəsinin hüdudlarından kənarda da Assosiasiyanın yaxşı reputasiyasının möhkəmlənməsinə kömək etməlidir.

4.6 Skaut Assosiasiyanın reputasiyasına xələlə gətirəcək davranışdan çəkinməlidir.

4.7 Skaut Assosiasiyanın loyal üzvü olmalıdır.

4.8 Skaut öz niyyətlərində düzgün, vicdanlı olmalı, şübhə və qınaq üçün səbəb verməməlidir.

4.9 Skaut insanlara qarşı alicənab, xeyirxah və vicdanlı olmalıdır.

4.10 Skaut onu nüfuzdan salacaq və ya reputasiyasına mənfi təsir göstərəcək münasibətlər qurmamalıdır.

4.11 Skaut öz davranışı ilə insanlara qarşı ədalətlilik, xeyirxahlıq və diqqətlilik nümunəsidir, öz patrulunda olduğu kimi, bütün təşkilatda xoş mənəvi-etik ab havanın yaranmasına imkan verir.

4.12 Skaut intizamlı olmalı və öz yoldaşlarına yaxşı nümunə göstərməlidir.

4.13 Skaut öz məsuliyyətini digərlərinə həvalə etməməlidir.

4.14 Skaut digər skautlar haqqında saymazyana danışmamalıdır.

5. Milli Etika üzrə sub-komitə

5.1 Etik xarakterli mübahisəli məsələlər və hadisələr baş verdikdə belə halların nəzərdən keçirilməsi və həll olunması üçün ilk həlqə bilavasitə patrul rəhbəridir. Əgər məsələ onun səlahiyyətindən kənarda olarsa, o, Etika komissiyası tərəfindən milli səviyyədə həll olunur.

5.2 Assosiasiyada onun başlıca vəzifəsi etik münaqişələrin nəzərdən keçirilməsi və həll edilməsi olan Etika komissiyası fəaliyyət göstərir.

5.3 Etika komissiyası üç üzvdən ibarətdir və Assosiasiyanın Milli Komitəsinin təyin etdiyi Sədr tərəfindən idarə olunur.

5.4 Etika komissiyasının fəaliyyəti Etika komissiyası haqqında Əsasnamə ilə nizama salınır.

5.5 Hər bir skaut etik normaların, davranış qaydalarının pozulması, yaranmış maraq münaqişələri və s. ilə əlaqədar şikayətlə Etika komissiyasına müraciət edə bilər.

5.6 Bu Qaydaya əsasən Etika komissiyasına daxil olan bütün müraciətlər və şikayətlər məxfidirlər, digər üzvlər və Assosiasiyada işləyən böyüklər tərəfindən ictimai şəkildə müzakirə və mühakimə olunmur.

5.7 Skautun Etika Komissiyasına anonim şəkildə müraciət etmək hüququ var. Bunun üçün skaut Etika Komissiyasının Sədrinin adına anonim məktub ünvanlaya və ya Assosiasiyanın hər bir ofisində quraşdırılmış “Skautun poçtu” adlanan əks əlaqə üçün xüsusi qutudan istifadə edə bilər.

5.8 Etika komissiyası ona daxil olan etik xarakterli bütün müraciət və şikayətləri nəzərdən keçirməli və bu və ya digər qərarı qəbul etməzdən öncə komplMESs yoxlama aparmalıdır.

6. Maraqların münaqişəsi

6.1 Bu Qaydaya əsasən skaut bu və ya digər hadisənin səbəb olduğu istənilən maraq münaqişələrindən hər vəchlə qaçınmalıdır.

6.2 Münaqişəli vəziyyət yarandıqda skaut özünü ləyaqətli aparmalı və bu Qaydanin, Assosiasiyanın fəaliyyətini nizamlayan digər normativ sənədlərin etik prinsiplərinə müvafiq şəkildə hərəkət etməlidir.

6.3 Hər bir skaut üzərinə etik xarakterli öhdəlik götürməli və öz liderinə (yaxud bu və ya digər səbəblər üzündən o, öz liderinə müraciət edə bilməzsə, bilavasitə Etika komissiyasına) bütün real və ya potensial maraq münaqişələri haqqında məlumat verməli, eləcə də özünü, patrul yoldaşlarını və Assosiasiyanı belə münaqişələrin mümkün mənfi nəticələrindən qorumaq üçün ağıllı tədbirlər görməlidir.

6.4 Skaut Assosiasiyada öz fəaliyyətinin yerinə yetirilməsi zamanı aşağıda sadalanan səbəblərin doğurduğu müxtəlif münaqişəli vəziyyətlərlə üzləşə bilər:

6.4.1 Hər hansı bir kəsin təzyiqi ilə;

6.4.2 Digər skautların və ya üçüncü şəxslərin xahiş və tələbləri ilə;

6.4.3 Şayiə və şantajla skauta təsir etməklə;

6.4.4 Digər gənc, siyasi və digər təşkilatlar tərəfindən skauta təsir etməklə.

6.5 Maraqların münaqişəsi aşağıda sadalanan hallardan birinin nəticəsində baş verə bilər:

6.5.1 Əgər skaut öz şəxsi maraqlarına və digər təşkilatların maraqlarına xidmət edərsə;

6.5.2 Əgər skaut ona yaxın olan insanların şəxsi maraqlarına xidmət edərsə (xüsusilə patrul / qrup yoldaşlarının və ailə üzvlərinin);

6.5.3 Əgər skaut bu və ya digər hərəkətindən şəxsi mənfəət əldə edə bilərsə.

7. Etik normalara zidd olmayan hədiyyələrin / mükafatların alınma qaydası

7.1 Skaut hədiyyələrin, mükafatların alınması və xidmətlərin göstərilməsinin maraqların münaqişəsinə gətirib çıxara biləcəyi faktını tam surətdə dərk etməlidir.

7.2 Maraqların münaqişəsindən qaçınmaq üçün skaut bu Qayda iləəyyən edilmiş etik norma və qaydaları rəhbər tutmalıdır.

7.3 Skaut onun patrulda (Assosiasiyada) davranış normalarına yaxud bu və ya digər qərarların qəbul edilməsinə təsir göstərə biləcək hədiyyə və mükafatlardan imtina etməlidir.

7.4 Maraqların münaqişəsindən qaçınmaq üçün şəxsi hədiyyə, mükafat və xidmətlərə dair aşağıdakı qaydalar müəyyən olunur:

7.4.1 Hədiyyə, mükafat və xidmət alarkən skaut maksimal ehtiyatlılıq və sağlam düşüncə nümayiş etdirməlidir;

7.4.2 Skaut şəxsi hədiyyə olaraq pul qəbul etməməlidir;

7.4.3 Skaut müstəsna olaraq öz liderinə məlumat vermədən bir jest kimi aşağı dəyərə malik olan (10 manatdan baha olmayan) suvenir və ya hədiyyə qəbul edə bilər;

7.4.4 10 manatdan 100 manata kimi dəyərə malik şəxsi hədiyyə almış skaut hədiyyənin xarakteri, onun maddi dəyəri, eləcə də hədiyyənin kim tərəfindən nə zaman və nə ilə əlaqədar olaraq təqdim edilməsi haqqında öz liderinə məlumat verməlidir;

7.4.5 Əgər skaut dəyəri 100 manatdan artıq olan, könüllü olaraq təqdim edilmiş hədiyyə alarsa, o, ya həmin hədiyyəni təqdim edən şəxsə geri qaytarmalı, ya da özünün bilavasitə rəhbərinə bu barədə məlumat verərək hədiyyəni Assosiasiyaya bağışlamalıdır (Assosiasiyanın regional və ya milli ofisi vasitəsi ilə).

8. Etik münaqişələrin həlli

8.1 Əgər skaut münaqişəli vəziyyətdən yan qaça bilməzsə, o, aşağıdakı hərəkətlərdən birini etməklə məsələni düzgün həll etməyi bacarmalıdır:

8.1.1 Münaqişə problemini liderlə (skaut müəllimlə, bilavasitə rəhbərlə) müzakirə etmək;

8.1.2 Lider problemi həll edə bilmədikdə və ya özü bilavasitə həmin problemə cəlb edilmiş olduqda, skaut Etika Komissiyasına müraciət etməlidir;

8.1.3 Lider və ya Etika Komissiyasının nümayəndəsi skauta yaranmış vəziyyətdə necə davranmalı olduğuna dair göstərişlər verməlidir;

8.1.4 Etik münaqişənin həlli zamanı lider və ya Etika Komissiyasının nümayəndəsi normaları pozan skautu müzakirə prosesinə cəlb edə bilər;

8.1.5 Zəruri hallarda lider və ya Etika Komissiyasının nümayəndəsi münaqişəyə aiddiyyatı olan skautu həmin münaqişə ilə bağlı bütün müzakirə proseslərindən çıxara bilər;

8.1.6 Lider və ya Etika Komissiyasının nümayəndəsi münaqişə səbəbini ətraflı nəzərdən keçirməli və bu Qaydanin normalarına müvafiq qərar qəbul etməlidir;

8.1.7 Situasiyaya cəlb edilmiş müvafiq şəxslər qəbul edilmiş qərar haqqında məlumatlandırılmalıdırlar.

9. Etik normaların pozulması zamanı təsir tədbirləri

9.1 Lider və ya Etika Komissiyasının nümayəndəsi bu Qaydanin normalarını pozan şəxslərə dair aşağıdakı təsir tədbirlərini tətbiq edə bilər:

9.1.1 Skautun etik normaları bilərəkdən və ya bilməyərəkdən pozması faktının aydınlaşdırılması zamanı gələcəkdə bir daha bu səpkidə etik münaqişələrin baş verməməsi üçün ona səhvlərini ətraflı izah etmək və buna inandırmaq lazımdır;

9.1.2 Lider və ya Etika Komissiyasının nümayəndəsi skauta dair mənəvi ittiham irəli sürə və davranışının düzəldilməsi üzrə tövsiyə verə bilər;

9.1.3 Əgər skaut etik normaları bir neçə dəfə pozarsa, o zaman lider bu barədə Assosiasiyanın rəhbər orqanlarına skautun Assosiasiya sıralarından çıxarılmasına dair qərar qəbul etməsini tövsiyə edən Etika Komissiyasına məlumat verə bilər.

10. Əlavə bəndlər

10.1 Hər bir skaut onun bu Qayda ilə tanış olması, onun bütün şərtlərini qəbul etməsi və hər zaman və hər bir halda onun qaydalarına əməl etməsi faktını təsdiqləyən “Tanışlıq məktubu”nu imzalamalıdır.

10.2 Etika Komissiyası bütün skautların (yeni gələrlər də daxil olmaqla) bu Qayda ilə tanış olduqlarına və “Tanışlıq məktubu”nu imzaladıqlarına nəzarət etməlidir.

  1. Milli Komitənin üzvləri Rüfət Vəlizadə və Assosiasiyanın Prezidenti İlyas İsmayıllı çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin Etik davranış qaydalarının aşağıdakı mətnin təsdiq edilməsini təklif etdilər:


Məzmun
Fəsil 1. Əsas müddəalar

1 .1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasinin təyinatı

1.2. Qaydanin etibarlılıq sahəsi

1.3. Qaydanin prinsip və normalarının pozulmasına görə məsuliyyət
Fəsil 2. Assosiasiyada üzvlüyün mənəvi əsasları

2.1. Assosiasiyada üzvlüyün vətəndaşlıq borcu və mənəvi dəyərləri

2.2. Assosiasiyada böyüyün peşə borcu, şərəfi və ləyaqəti
Fəsil 3. Peşə-etika davranış qaydaları

3.1. Ümumi davranış qaydaları

3.2. Assosiasiyada fəaliyyətin həyata keçirilməsi üzrə vəzifələrin icra olunması zamanı davranış qaydaları
Fəsil 4. Nitq mədəniyyəti və ünsiyyət qaydaları

4.1. Nitq mədəniyyəti

4.2. Ümumi ünsiyyət qaydaları

4.3. Xarici görünüş və geyim tərzi
Fəsil 5. Assosiasiya Prezidentinə və Assosiasiya fəaliyyətinin bütün idarəetmə səviyyələrində olan digər rəhbərlərə peşə-etika tələbləri
Fəsil 6. Skaut ofislərinin və təlim mərkəzlərinin etika, tərtibat və saxlanılma norması

6.1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibat və saxlanılma norması

6.2. Skaut ofislərinə / təlim mərkəzlərinə gələnlərlə ünsiyyət xüsusiyyətləri

6.3. İnformasiya ilə davranış qaydaları
Fəsil 7. Ayrıca etika problemləri

7.1. Assosiasiyada qeyri-rəsmi münasibətlər

7.2. Hədiyyələrin qəbul edilmə qaydası

7.3. Maraqların münaqişəsi

Fəsil 1. Əsas müddəalar
1 .1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasinin təyinatı
1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasi (bundan sonra – Qayda) bütün böyük liderlərin, könüllülərin, təlimçilərin, ödənişli əməkdaşların, konsultantların, Assosiasiyanın bütüm səviyyələrində 18 yaşından yuxarı seçilmiş və təyin edilmiş orqan rəhbərlərinin (bundan sonra – Assosiasiyada böyüklər) peşə-əxlaq dərsliyidir.

2. Qayda peşə-etika normaları külliyatı kimi Azərbaycan Skautları Assosiasiyasında (bundan sonra – Assosiasiyada) böyüklər üçün aşağıda sadalananları təyin edir:

-      skaut təşkilatında böyüklərin fəaliyyətinin əxlaqi dəyərlərini, öhdəliklərini və prinsiplərini;

-     kollektivdə davranışa, qarşılıqlı münasibətlər peşə-etika tələblərini;

3. Bu qayda aşağıdakı məqsədlərə xidmət edir:

- Assosiasiyanın üzv-uşaqlarının hüquq, maraq həyat və sağlamlıqlarının şərtsiz müdafiəsi;

-      Assosiasiyada böyüklərin əxlaqi-etik əsaslarının və peşə davranışlarının təyin edilməsi;

- Assosiasiyada qəbul edilmiş peşə etikası və etiketi sahəsində əqidə və baxışlar vahidliyinin formalaşdırılması;

-     Assosiasiyada böyüklərin birgə fəaliyyəti prosesində meydana çıxan qarşılıqlı münasibətlərin peşə-etika problemlərinin tənzimlənməsi;

-     Assosiasiya skautlarına – şagirdlərinə müsbət nümunənin göstərilməsi;

- Məqsədi layiqli Azərbaycan Respublikası vətəndaşlarının yetişdirilməsi olan təşkilat kimi Azərbaycan Skautlar Assosiasiyanın müsbət imicinin formalaşması;

- Assosiasiyanın Azərbaycanda olduğu kimi, beynəlxalq səviyyədə də məziyyətlərinin qəbul edilməsi;

- Assosiasiyanın bütün fəaliyyət səviyyələrində skaut qanununa və vədinə əməl edilməsi.

4. Funksional təyinatına görə Qayda:

-  Assosiasiyada böyükləri münaqişə və etik qeyri-müəyyənlik vəziyyətlərində, digər mənəvi seçim situasiyalarında istiqamətləndirir; 

-      Assosiasiyada böyüklərin peşə-etika davranış normalarına riayət etmələrinin təkmilləşdirilməsinə imkan yaradır;

-     Assosiasiyada böyüklərin mənəvi simasına və davranışına nəzarət vasitəsi kimi çıxış edir.

5. Qayda Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, Azərbaycan Respublikası qanunvericiliyinin, Ümumdünya Skaut Hərəkatı Təşkilatının Konstitusiyasının, Azərbaycan Skautlar Assosiasiyasının tələbləri əsasında hazırlanmışdır.

6. Qayda prinsip və normalarına şərtsiz riayət edilmə Assosiasiyada böyüklər tərəfindən götürülmüş öhdəliklərin keyfiyyətli yerinə yetirilməsinin vacib amilidir.

 

1.2. Qaydanin etibarlılıq sahəsi


1. Qayda tərəfindən müəyyən edilmiş davranış prinsiplərinə, norma və qaydalarına riayət edilməsi Assosiasiya böyüklərinin tutduqları vəzifələrdən və üzərinə qoyulmuş öhdəliklərindən asılı olmayaraq onların hər birinin mənəvi borcudur.

2. Assosiasiya böyükləri tərəfindən Qayda müddəalarının qavranılması və onların yerinə yetirilməsi onların fəaliyyətinin keyfiyyətinin mütləq qiymətləndirilmə meyarı, eləcə də Assosiasiyanın skaut – üzvlərinin hüquqlarına riayət edilməsinin rəhnidir.

 

1.3. Qayda prinsiplərinin və normalarının pozulmasına görə məsuliyyət


1. Qayda tərəfindən müəyyən edilmiş peşə-etika prinsiplərinin və normalarının pozulmasına görə Assosiasiyada böyük Baş Assambleya, Milli Komitə, Assosiasiya üzvləri, öz məsləkdaşları – böyüklər və öz vicdanı qarşısında mənəvi məsuliyyət daşıyır.

2. Mənəvi məsuliyyətlə yanaşı peşə-etika prinsiplərinin və normalarının pozulmasına yol vermiş və bununla bağlı hüquq pozuntusu və ya inzibati xəta etmiş Assosiasiyada böyük inzibati məsuliyyət daşıyır.

3. Assosiasiyada böyük tərəfindən bu Qayda ilə müəyyən edilən peşə-etika prinsiplərinin və normalarının pozulması, məsələnin ağırlıq dərəcəsindən (xatanın ciddiliyindən) asılı olaraq müəyyən edilmiş qaydada nəzərdən keçirilir:

- bilavasitə rəhbər tərəfindən;

- Etika Sub-Komitəsinin iclaslarında;

- Milli Komitənin iclaslarında;

- Baş Assambleyanı ümumi yığıncağında;

4. Peşə-etika prinsiplərinin və normalarının pozulması haqqında məsələnin baxılma yekunlarına əsasən Assosiasiyada böyük barəsində xəbərdarlıq çıxarıla və ya onun Assosiasiyadan çıxarılması haqqında qərar qəbul edilə bilər.

5. Ciddi hüquq pozuntusuna yol verilməsi haqqında şübhələr olduqda Assosiasiya prezidenti bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verir.


Fəsil 2. Assosiasiyada üzvlüyünün mənəvi əsasları
2.1. Assosiasiyada üzvlüyün vətəndaşlıq borcu və mənəvi dəyərləri

1. Bu və ya digər dərəcədə Assosiasiyaya dəstək göstərmiş hər bir böyük əsas işdən boş olan vaxtını (və ya ödənişli əməkdaşlar, Assosiasiya konsultantları olduqda əsas iş vaxtını) Assosiasiyanın skaut – üzvlərinin, onların ailə üzvlərinin və Assosiasiyanın digər böyüklərinin hüquq və maraqlarının müdafiəsinə həsr edir.

2. Mənəvi dəyərlər xeyirxah işə - Azərbaycan Respublikasının gənc vətəndaşlarının tərbiyələndirilməsi və ətraf mühitə ehtiyatlı münasibətinə aidiyyatını dərk etdiyini göstərən hər bir Assosiasiya böyüyünün mənəvi ruhunun əsasını təşkil edir.
2.2. Assosiasiyada böyüyün peşə borcu, şərəfi və ləyaqəti
1. Vətəndaşlıq borcu, şərəf və ləyaqəti Assosiasiyada böyüyün yolunda başlıca mənəvi istiqamətlərdir.

2. Assosiasiyada böyüyün borcu Assosiasiyanın üzvü olan skautların hüquq və maraqlarının müdafiəsinin təmin olunması üzrə öhdəliklərin onun tərəfindən şərtsiz yerinə yetirilməsindən ibarətdir.

3. Assosiasiyada böyüyün şərəfi qazanılmış nüfuz, yaxşı ad, şəxsi avtoritet ilə ifadə olunur və vətəndaşlıq borcuna, verilmiş sözə və qəbul olunmuş mənəvi öhdəliklərə sadiqliklə təzahür edilir.

4. Ləyaqət mənəvi ruh və yüksək əxlaqi dəyərlərin vahidliyi, eləcə də özündə və digər şəxslərdə bu keyfiyyətlərə hörmət olaraq borc və şərəflə sıx əlaqədardır.

5. Şərəf və ləyaqətin, şan və şöhrətin rəmzi Azərbaycan Konstitusiyalarına və qanunlarına, BMT-nin Uşaq hüquqları konvensiyasına, ÜSHT Konstitusiyasına, Assosiasiya Nizamnaməsinə sadiqlikdir.

6. Vətəndaşlıq borcu, şərəf və ləyaqət Assosiasiyada böyüyün əxlaqi kamilliyinin vacib meyarları və onun üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hazırlıq göstəriciləri qismində çıxış edir.


Fəsil 3. Peşə-etika davranış qaydaları
3.1. Ümumi davranış qaydaları

 1. Həm üzvlər, həm də ASA fəaliyyətinə cəlb olunmuş şəxslər kimi böyüklərin davranışı hər zaman və istənilən hallarda qüsursuz olmalı, peşəkarlıq standartlarına və mənəvi-etik prinsiplərə müvafiq olmalıdır. Heç bir şey ASA-da böyüklərin etibarını və nüfuzunu ləkələməməlidir.



2. Assosiasiyada böyüklərə aşağıdakı etika normaları təyin olunur:

-        başqalarında özünə qarşı hörmət və onunla əməkdaşlığa hazırlıq hissi doğuraraq hörmət və özünü şəxsi ləyaqət hissi ilə, xeyirxah və açıq, diqqətli və nəzakətli aparmaq;

-        şəxsi simpatiya və antipatiya, kin, pis əhval-ruhiyyə və ya dostluq hisslərinin qərarlarına təsir etməsinə imkan verməyərək daima öz davranışlarına, hiss və emosiyalarına nəzarət etmək, öz hərəkət və əməllərinin nəticələrini qabaqcadan görməyi bacarmaq;

-        sosial baxımdan uğurlu şəxslərə yaltaqlıq və aşağı sosial statusa malik insanlara etinasızlıq göstərmədən, bütün təşkilat üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə onların yaşından, cinsindən, etiqadından, mənşəyindən, sosial vəziyyətindən asılı olmayaraq eyni qaydada ədəbli davranmaq;

-        yaşca böyük olanlara hörmət və diqqət göstərmək, həmişə birinci salamlamaq: kiçik – böyüyü, skaut – lideri, kişi – qadını;

-        təşkilatda öhdəliklərin yerinə yetirilməsi zamanı şəxsi intizama əsaslanan və peşəkar səlahiyyətlilik, öhdəlilik, səliqəlilik, dəqiqlik, diqqətlilik, özünün və başqalarının vaxtının qiymətləndirilməsini bacarmaqda ifadə olunan işgüzar davranış tərzində olmaq;

-        məsləkdaşlara qarşı münasibətdə sadəlik və təvazökarlıq, məsləkdaşların uğuruna səmimi qəlbdən sevinmək bacarığını göstərmək, çətin tapşırıqların onların tərəfindən uğurla yerinə yetirilməsinə köməklik etmək, lovğalıq, paxıllıq və bədxahlıq etməmək.

3. Assosiasiya əməkdaşı və ya könüllüsü olan kişi qadınlara – Assosiasiya üzvlərinə, valideynlərə, partnyor təşkilatlarının nümayəndələrinə münasibətdə alicənablıq, xüsusi nəzakət, diqqət və takt göstərməli, iltifatlı və ədəbli olmalıdır.

4. Assosiasiya əməkdaşı və ya könüllüsünə nümunəvi ailə başçısı olmaq, ailədə dostluq, mehribanlıq, səmimilik, etibarlılıq atmosferini təsdiq etmək, uşaqların tərbiyəsinə, onlarda yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına qayğı göstərmək yaraşır.

5. Etika norma və qaydaları Assosiasiyanın böyük üzvlərinə, könüllülərinə və əməkdaşlarına aşağıdakılardan çəkinməyi tapşırır:

-      üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsi ərəfəsində və zamanında, xüsusilə təşkilat üzvləri üçün tədbirlərin keçirilməsi zamanı alkoqol tərkibli içkilərin içilməsindən;

-      rəsmi tibbi təyinat halları istisna olmaqla narkotik, narkotik tərkibli və psixotrop maddə və preparatların istifadəsindən;

-     tədbirlərin keçririlməsi zamanı, bilavasitə təşkilat üzvləri olan uşaqların yanında siqaret çəkməkdən;

-      qumar oyunlarında iştirakdan;

-      mənfi ictimai ada, kriminal keçmişə və bu günə malik insanlarla şübhə doğuran əlaqələrdən.

6. Assosiasiyanın böyük könüllüləri və əməkdaşları unutmamalıdırlar ki, əxlaq qaydalarına zidd davranış, şəxsi əlaqələrdə qarışıqlıq və əyrilik, özünü intizam biliklərinin olmaması və intizamsızlıq təhlükəsizlik və sağlamlığa düzəlməz ziyanlar vura, skaut təşkilatında uşaqların və gənclərin tərbiyəsinə çox zərərli təsir göstərə bilər.

 
3.2. Assosiasiyada fəaliyyətin həyata keçirilməsi üzrə vəzifələrin icra olunması zamanı davranış qaydaları


1. Tapşırıqların yerinə yetirilməsi zamanı davranış qaydaları böyük liderlərdən, könüllülərdən, əməkdaşlardan aşağıdakıları tələb edir:

-        bütün zaman ərzində var gücü ilə işləmək, sərəncamında olan maddi və qeyri-maddi ehtiyatlardan müstəsna olaraq təşkilatın xeyrinə və onun məqsədləri üçün istifadə etmək;

-        yaşlı insanlara, qadınlara, uşaqlara, fiziki qüsurları olan insanlara qayğıkeşlik və diqqət göstərmək;

Xüsusi fövqəladə hallar şəraitində:

- risklərin minimuma endirilməsi, Assosiasiya üzvü olan uşaqların həyat və sağlamlıqlarının qorunub saxlanması üçün əlindən gələni etməlidir.      

- yüksək mənəvi-psixoloji davamlılıq göstərməlidir;

-        qanuniliyin və hüquq qaydasının dəstəklənməsinə riayət etməlidir;

-        çaxnaşma şəraitində inamla və soyuqqanlılıqla hərəkət etməlidir;

-       uşaqlarla və onlaırn valideynləri ilə ünsiyyətdə maksumum nəzakətli, qayğıkeş və emosional təmkinli olmalıdır;

2. Assosiasiyada böyüklər üçün aşağıda sadalanlar yol verilməzdir:

-        təhrikçilik, təsir altına salma, birbaşa və dolayı formada Assosiasiyada uşaqlara və digər böyüklərə qarşı təcavüz əməllərin edilməsinə təhrik ilə bağlı fitnəkar hərəkətlər, istənilən digər hüquq pozuntuları;


Fəsil 4. Ünsiyyət və xarici görünüş qaydaları
4.1. Nitq mədəniyyəti

1. Nitq mədəniyyəti Assosiasiyada böyüyün peşəkarlığının vacib göstəricisidir və onun öz fikrini savadlı, aydın və dəqiq çatdırmasında təzahür edir.

2. Nitq mədəniyyəti Assosiasiya böyüyünün üzərinə aşağıdakı nitq normalarını təqib etməsi öhdəliyini qoyur:

-        ünsiyyətdə asanlığı və sadəliyi təmin edən aydınlıq;

-        Azərbaycan (və / və ya rus) dilinin ümum qəbul olunmuş qaydalarından istifadə olunmasına əsaslanan savadlılıq;

-        müraciətin ətraflı düşünülməsində, dərk edilməsində və məlumatlılığında ifadə olunan dolğunluq;

-        fikirlərin ardıcıl, zidd olmayan və əsaslandırılmış şəkildə ifadə olunmasını tələb edən məntiqilik;

-        informasiyanın etibarlılığını və obyektivliyini özündə birləşdirən inandırıcılıq;

-        nitqin qısalığını və aydınlığını əks etdirən lakoniklik;

-        konkret vəziyyətə aid olaraq söylənmiş fikrin zəruriliyini və vacibliyini bildirən münasiblik.

3. Assosiasiyada böyük uşaqlara və digər Assosiasiya böyüklərinə münasibətdə nitq mədəniyyətinə riayət etməlidir. Skaut təşkilatında böyüyün nitqində aşağıda sadalananların istifadə olunması qəbul edilmir:

-        kobud zarafatlar və acı istehza;

-        vulqar, primitiv ifadələr, “parazit” sözlər;

-        müəyyən sosial və ya milli qrupların ünvanına təhqir kimi şərh oluna bilən fikirlər;

-        insanın fiziki qüsurları ilə bağlı təhqir xarakterli kəskin və ədəbsiz ifadələr.

4. Assosiasiyada böyüyün nitqində kobud söyüşlərin, nalayiq sözlərin və insanlara neqativ, nifrətli münasibəti nəzərə çarpdıran ifadələrdən istifadə olunması istisna edilir.

 

4.2. Ümumi ünsiyyət qaydaları


1. Assosiasiya üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə ünsiyyət zamanı Assosiasiya böyüyü onlara hörmətlə yanaşmalıdır.

2. Öz öhdəliklərinin yerinə yetirilməsi zamanı:

-        məşğələni, tədbiri, görüşü və ya istənilən digər ünsiyyət formasını salamlama ilə başlamaq; soyadını, adını bildirərək özünü təqdim etmək, müraciətin məqsəd və səbəbini qısa formada bildirmək;

-        fikirlərini düzgün və inandırıcı formada şərh etmək; lazım gələrsə, sakit halda, qıcıqlandırmadan söylənmiş fikri təkrarlamaq və izah etmək;

-        diqqətlə, danışanın sözünü kəsmədən, həmsöhbətə xeyirxahlıq və hörmət göstərərək izah və sualları dinləmək;

-        Assosiasiyada yeni olanlara, Mauqli-skautlara, Assosiasiyanın üzvü olan uşaqların valideynlərinə xüsusilə diqqətli olmaq.

3. Assosiasiya böyüyünün təşkilat üzvləri, onların valideynləri və digər şəxslərlə ünsiyyət zamanı aşağıda sadalananlara yol verilmir:

-        cins, yaş, irq, milliyyət, dil, vətəndaşlıq əlamətləri, sosial, əmlak və ya ailə vəziyyəti, siyasi və ya dini üstünlüklər üzrə diskriminasiya xarakterli istənilən növ fikir və hərəkətlərə;

-        təkəbbürlü ton, kobudluq, lovğalıq, töhmətlərin nəzakətsizliyi;

-        təhdidlər, təhqiredici ifadələr və ya replikalar;

-        normal ünsiyyətə mane olan və ya qanuna zidd davranışa təhrik edən mübahisələr, diskussiyalar və hərəkətlər;

6. Eləcə də Assosiasiyada böyüyə həmsöhbətləri tərəfindən deyilmiş acı və ədalətsiz məzəmmətləri, yersiz zarafatları, istehzaları öz üzərinə götürməmək, münaqişəli vəziyyətə və ya qalmaqala cəlb edilməyə yol verməmək tövsiyə olunur.

7. Telefondan istifadə edərkən Assosiasiya böyüyü ətrafdakılara narahatlıq yaratmadan asta və lakonik danışmalı; görüşdən öncə mobil telefonu səssiz rejimə qoymalıdır.
4.3. Xarici görünüş və geyim tərzi
1. Assosiasiyada böyüklərin layiqli xarici görünüşü özünə hörmətə mənəvi haqqı təmin edir, etibarın möhkəmlənməsinə imkan verir, insanların davranış və hərəkətlərinə təsir göstərir, Azərbaycanda və onun hüdudlarından kənarda Assosiasiyanın imicini formalaşdırır.

2. Assosiasiya böyükləri:

- rəsmi mərasimlərin keçirilməsi zamanı və Assosiasiya tərəfindən qəbul edilmiş Əsasnamə ilə nəzərdə tutulmuş digər hallarda müəyyən edilmiş nümunədə olan skaut formasını geyinməli və skaut forması və fərqlənmə nişanları haqqında Əsasnaməyə müvafiq olaraq fərqlənmə nişanlarını taxmalıdırlar;       

- gündəlik fəaliyyətləri zamanı adi, lakin təmiz və səliqəli paltar geyinməlidirlər;

-       öz xarici görünüşü ilə hörmət yaradan səliqəli xarici görünüşü dəstəkləməlidirlər;

-        sağlam həyat tərzi sürməlidirlər, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməlidirlər.

3. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – kişilər Assosiasiyanın üzvü olan uşaqlarla iş zamanı hər zaman saçları səliqəli kəsilmiş, üzləri qırxılmış, səliqəli geyinmiş olmalıdırlar.

4. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – qadınlar işgüzar tərzdə olan paltar geyinməlidirlər.

8. Assosiasiya böyükləri Assosiasiyada fəaliyyətlərini yerinə yetirərkən nişan üzüyü istisna olmaqla bahalı zinət əşyaları taxmamalıdırlar.

 

Fəsil 5. Assosiasiya Prezidentinə və Assosiasiya fəaliyyətinin bütün idarəetmə səviyyələrində olan digər rəhbərlərə (bundan sonra – Rəhbərlər) peşə-etika tələbləri



1. Rəhbərlər:

-        Qayda prinsiplərinə və normalarına şərtsiz riayət etmə nümunəsi olmalı;

-       Assosiasiya üzvü olan uşaq və gənclərin əxlaqi tərbiyəsi, onların hüquq və maraqlarının müdafiəsi üzrə tapşırıqların şərtsiz yerinə yetirilməsinə görə şəxsi məsuliyyəti özünün başlıca üstünlüyü hesab etməlidir.

2. Rəhbər tərəfindən tutulan vəzifə statusu onun şəxsi nüfuzu ilə möhkəmlənməlidir. Rəhbərin həqiqi nüfuzu onun qüsursuz adı, peşə səlahiyyəti, təcrübəsi, tələbkarlığı və prinsipiallığı ilə birlikdə Assosiasiyada olan hər kəsə humanist və hörmətli münasibəti ilə yaradılır.

3. Rəhbərin müsbət mənəvi siması peşə-əxlaq keyfiyyətlərinə əsaslanır: düzgünlük, təmizlik, özünü tənqid, tələbkarlıq, xeyirxahlıq, məcburilik, məsuliyyət, prinsipiallıq, ədalətlilik.

4. Peşə etikasının tələbləri rəhbərin üzərinə aşağıdakı öhdəlikləri qoyur:

-        böyük könüllülərin və əməkdaşların insan və vətəndaş kimi hüquq və azadlıqlarına riayət olunması;

-        hər bir könüllü və əməkdaşın şəxsi peşə fikirlərinə malik olmaq hüququnu qəbul edərək ona qarşı əşəxsiyyət kimi davranmaq;

-        şəxsi ləyaqətə hörmətlə birlikdə yüksək tələbkarlıq, prinsipiallıq göstərmək;

-        söz və işlə kömək edərək ədalətli, bərabər vəzifələr təyin etmək, mənəvi-psixoloji kömək və dəstək göstərmək, tələb və ehtiyacların fərqinə varmaq;

-        təşkilat üzvləri olan skautlarla tərbiyəvi iş zamanı psixoloji-pedaqoji yanaşmalardan tam həcmdə istifadə etmək;

-        Assosiasiyada intriqa, şayiə, dedi-qodu, vicdansızlıq, alçaqlıq və ikiüzlülüyün qarşısını almaq;

-        aşkarlanmış etika norma və prinsiplərinin pozulması faktlarına dərhal reaksiya vermək və bu haqda Assosiasiyanın Etika sub - komitəsinə məlumat vermək;

-        Assosiasiyada münaqişələrin profilaktikası üzrə tədbirlər kompleksinin hazırlanmasını və reallaşmasını təşkil etmək;

-        skaut ofislərinin və təlim mərkəzlərinin tərtib olunması və saxlanılmasında etika normalarına riayət olunmasına nəzarət etmək;

5. Tabeçilikdə olan şəxs çətin həyati vəziyyətə düşərsə, onun rəhbəri hərtərəfli kömək və dəstəyi göstərməlidir.

6. Rəhbərin aşağıda sadalananlara mənəvi haqqı yoxdur:

-        öz məsuliyyətini tabeçiiyində olna şəxslərin üzərinə atmağa;

-        rəhbərin xidməti vəziyyətindən şəxsi maraqlarla istifadə etməyə;

-        tabeçiliyində olan şəxslərə münasibətdə formallıq, təkəbbür, kobudluq göstərməyə;

-        tabeçiliyində olan şəxslərlə yuxarı rəhbərlərin hərəkətlərini müzakirə etməyə.


Fəsil 6. Skaut ofislərinin və təlim mərkəzlərinin etika, tərtibat və saxlanılma norması
Skaut ofisləri və təlim mərkəzləri Assosiasiyaya cəlb edilmiş böyüklərin əsas gündəlik iş yeridir. Bu, Assosiasiyanın vizit kartı, Assosiasiya üzvü olan skautların, onların ailə üzvlərinin, potensial üzvlərin, partnyorların və Assosiasiya qonaqlarının birinci və əsas görüş yeridir. Bu – hər bir skaut üçün ikinci ev, Assosiasiya haqqında ictimai rəyin formalaşmasının vacib mərkəzidir. Buna görə də könüllülər və əməkdaşlar tərəfindən mənəvi-etik normaların lazımi qaydada yerinə yetirilməsinə və skaut ofislərinin və təlim mərkəzlərinin saxlanılmasına xüsusi diqqət ayırmaq lazımdır.


6.1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibat və saxlanılma norması
1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibatı və saxlanılması Azərbaycan Respublikasının milli rəmzlərinə və ənənələrinə, Ümumdünya skaut hərəkatı təşkilatının korporativ brendinə, estetik mədəniyyətin qayda və normalarına müvafiq olmalı, əlverişli mənəvi-psixoloji ab-havanın saxlanılmasını, Assosiasiya üzvlərinin və digər ziyarətçilərin işləməsi və qəbulu üçün rahat şərtləri təmin etməlidir.

2.  Xidməti sənədlər qaydada saxlanılır, bayraqlar, qalstuklar, plakatlar və digər təsvir və ya rəmzlər stendlərdə və ya çərçivələrdə tərtib olunur.

3. Assosiasiyada böyüklər iş yerində daxili qayda və təmizliyi dəstəkləməlidirlər. Ofis və mərkəzlərin şəraiti təkcə əməkdaşlar üçün deyil, Assosiasiyanın üzvləri olan skautlar üçün də uyğun olmalıdır.

4. Skaut ofislərində və təlim mərkəzlərində plakatlar, təqvimlər, vərəqlər və ədəbsiz, təhrikedici, siyasi məzmunlu digər təsvir və ya mətnlər, skaut hərəkatına və Assosiasiya fəaliyyətinə aid olmayan digər informasiya asılmamalıdır.

5. Assosiasiyanın mükafatları, təşəkkürnamələri, diplomları, rəmzləri və hədiyyələri lazımi qaydada tərtib olunmalı və xüsusi olaraq onlar üçün ayrılmış yerlərdə yerləşdirilməlidir. 

6. Skaut ofislərində və təlim mərkəzlərində fərmanların, təşəkkürnamələrin, diplomların və Assosiasiya böyüklərinin digər şəxsi xidmətə görə şəhadətnamələrinin və nailiyyətlərinin yerləşdirilməsi zamanı təvazökarlıq və həddini aşmamağa riayət edilməsi tövsiyə olunur.

7. Assosiasiyanın bütün səviyyələrində sənədlərin və əmlakın lazımi qaydada tərtib olunmasına və saxlanılmasına xüsusi diqqət ayrılmalıdır.
6.2. Skaut ofisinə / təlim mərkəzlərinə gələnlərlə ünsiyyət xüsusiyyətləri
Yuxarıda sadalanan bütün normalardan başqa skaut ofislərinin və mərkəzlərinin könüllüləri və əməkdaşları aşağıdakı qaydalara riayət etməlidirlər:

1. Assosiasiyada böyük unutmamalıdır ki, Assosiasiyaya müraciət etmiş hər bir kəs bir qayda olaraq onun fəaliyyəti ilə maraqlanır. Skaut ofisinin / təlim mərkəzinin əməkdaşının və ya könüllüsünün gələn şəxsi (uşağı, gənci və ya böyüyü) necə qarşılayıb dinləməsindən və ya hansı köməkliyi göstərəcəyindən Assosiasiyanın imici, onun potensial inkişafı və ümumilikdə işi asılıdır. Bu, Assosiasiyanın fəaliyyət göstərən üzvlərinə və ya onların müəllimlərinə / valideynlərinə olduğu kimi, potensial üzvlərə, qonaqlara, partnyorlara və s. bərabər dərəcədə aiddir.

2. Qonaqları qəbul edərkən aşağıdakılar tövsiyə olunur:

-       kabinetə daxil olan qonağın salamını almaq, ona əyləşməyi təklif etmək;

-        diqqət, takt, xeyirxahlıq, ona kömək etmək arzusunu göstərmək;

-        qonağın fikirlərini dinləmək və şərh olunmuş problemin mahiyyətini aydınlaşdırmaq, korrekt formada dəqiqləşdirici suallar vermək;

-        zəruri hallarda baxılan məsələ üzrə tələbləri izah etmək;

-        qonağın müraciətinin mahiyyəti üzrə qərar qəbul etmək;

-        qonağı müraciətə baxılma, eləcə də qəbul edilmiş qərardan şikayət verilməsi qaydası və müddəti haqqında məlumatlandırmaq.

3. Skaut ofisinin / təlim mərkəzinin könüllüsü / əməkdaşı:

-        qonaqları əsassız olaraq çox gözlətməməli;

-        qonaqların sözünü kobud formada kəsməməli;

-        qonaqlara qarşı münasibətdə qıcıqlandığını və narazı olduğunu bildirməməli;

-        qonağa məhəl qoymadan telefonla danışmamalıdır.
6.3. İnformasiya ilə davranış qaydası
1. Xidməti informasiya Assosiasiya böyüklərinə onlar tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində yuxarı rəhbərin icazəsi ilə təqdim edilir.

2.  Xidməti informasiya ilə iş zamanı Assosiasiya böyüyü:

-        etika tələblərinə və normalarına müvafiq olaraq ayıqlıq və dəqiqlik göstərməli;

-        fikir, mülahizə və dəyərləndirmələrini dilə gətirməməlidir.

3. Assosiasiya böyüklərinin:

-        ictimai təşkilatın sərəncamında olan informasiya ehtiyatlarını şəxsi məqsədlərlə istifadə etmək;

- Assosiasiya üzvlərinin şəxsi məlumatlarını yaymaq;

-        ona məlum olan məxfi və digər məlumatları yaymaq hüququ yoxdur.
Fəsil 7. Ayrıca etika problemləri
7.1. Assosiasiyada qeyri-rəsmi münasibətlər

1. Könüllülər və əməkdaşlar arasında Assosiasiya fəaliyyəti çərçivəsindən kənar şəxsi münasibətlər qeyri-rəsmi münasibətlərdir.

2. Şəxsi münasibətlər könüllünün, əməkdaşın irəli getməsi, onun rəhbər vəzifəyə təyin edilməsi, beynəlxalq tədbirlərdə iştirak etməsi, onun digər formada mükafatlandırılması və cəzalandırılması üçün əsas olmamalıdır.

3. Assosiasiyada hər kəs kollektivdə işləyən könüllülərə, əməkdaşlara Assosiasiyanın üzvü olan qadınlara və qızlara hörmətlə və diqqətlə yanaşmalıdır, onlar da öz növbəsində öz üstünlüklərindən sui-istifadə etməməlidirlər.

4. Heç bir halda Assosiasiyada yetkinlik yaşına çatmayan skautlarla böyüklər arasında şəxsi qarşılıqlı münasibətlərə yol verilmir.
7.2. Hədiyyələrin qəbul edilmə qaydası

1. Hədiyyənin təyin edilməsi:

а) “hədiyyə” – skaut tədbirlərində, eləcə də beynəlxalq tədbirlərdə, həmçinin belə tədbirlərdən kənarda (o cümlədən səyyar yoxlamalar, müşavirələr, qonaq və sponsorların, rəsmi nümayəndə heyətinin üzvlərinin, ÜSHT, Azərbaycan dövlət orqanlarının vəzifəli şəxslərinin, rəsmi və işgüzar səfər edən xarici qonaqların qəbulu, işgüzar səfərlər zamanı, görüş və danışıqlarda) hədiyyənin verildiyi şəxsin vəzifə mövqeyindən asılı olaraq və ya onun tərəfindən xidməti öhdəliklərinin icra olunması ilə əlaqədar olaraq hədiyyə verməni həyata keçirən şəxsdən xidməti öhdəliklərini yerinə yetirən Assosiasiya böyüyü tərəfindən alınan hədiyyədir;

2. Aşağıda sadalananlar hədiyyə hesab olunmur:

аtədbir çərçivəsində xidməti öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə hər bir iştirakçıya təqdim edilən dəftərxana məmulatları (zərgərlik məmulatları istisna olmaqla);

bgüllər;

cqida məhsulları;

çdəyəri 10 manatdan yüksək olmayan, tədbir haqqında xatirə olaraq rəmzi suvenirlər (və ya Assosiasiya nümayəndəsini qəbul edən ölkəyə).

4. Assosiasiyada böyüklər hədiyyə aldıqları hər bir hal haqqında fəaliyyət göstərdikləri Assosiasiya orqanına məlumat verməlidirlər.

5. Assosiasiyada böyük tərəfindən alınan və haqqında məlumat verilən, dəyəri ona qoşulan sənədlərlə təsdiq olunan və 100 manatdan arıq olmayan hədiyyə onun tərəfindən Assosiasiyanın skaut ofisinə verilmir.

Assosiasiyada böyük tərəfindən alınan, dəyəri ona qoşulan sənədlərlə təsdiq olunan və 100 manatdan arıq olmayan, yaxud dəyəri hədiyyəni alana məlum olmayan hədiyyə onun tərəfindən təhvil-təslim aktı üzrə hədiyyənin alındığı (və ya səfərdən qayıtdığı) gündən etibarən 5 gündən gec olmamaqla hədiyyəni saxlanca qəbul edən skaut ofisinin məsul şəxsinə verilir.

6. Hədiyyənin saxlanılması məqsədəuyğun olmadıqda və ya onun Assosiasiya tərəfindən istifadəsi mümkün olmadıqda, Assosiasiya fəaliyyətinin təmin edilməsi üçün müvafiq skaut ofisinin rəhbəri tərəfindən hədiyyənin reallaşdırılması haqqında qərar qəbul edilir.

7. Hədiyyənin qiymətləndirilməsi və reallaşdırılması Assosiasiyanın daxili normativləri əsasında müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Hədiyyənin reallaşmasından əldə edilmiş vəsaitlər Assosiasiyanın cari dövrdəki büdcə gəlirinə daxil edilir.

9. Öz vəzifələrinin yerinə yetirilməsi zamanı heç bir halda pulun hədiyyə olaraq qəbul edilməsinə yol verilmir.
 

7.3. Maraqların münaqişəsi
Bu Qaydaya əsasən skaut bu və ya digər hadisənin səbəb olduğu istənilən maraq münaqişələrindən hər vəchlə qaçınmalıdır.

7.4. Münaqişəli vəziyyət yarandıqda skaut özünü ləyaqətli aparmalı və bu Qaydanin, Assosiasiyanın fəaliyyətini nizamlayan digər normativ sənədlərin etik prinsiplərinə müvafiq şəkildə hərəkət etməlidir.

7.5 Hər bir skaut üzərinə etik xarakterli öhdəlik götürməli və öz liderinə (yaxud bu və ya digər səbəblər üzündən o, öz liderinə müraciət edə bilməzsə, bilavasitə Milli Etika üzrə sub-komitəna) bütün real və ya potensial maraq münaqişələri haqqında məlumat verməli, eləcə də özünü, patrul yoldaşlarını və Assosiasiyanı belə münaqişələrin mümkün mənfi nəticələrindən qorumaq üçün ağıllı tədbirlər görməlidir.

7.6 Skaut Assosiasiyada öz fəaliyyətinin yerinə yetirilməsi zamanı aşağıda sadalanan səbəblərin doğurduğu müxtəlif münaqişəli vəziyyətlərlə üzləşə bilər:

7.6.1 Hər hansı bir kəsin təzyiqi ilə;

7.6.2 Digər skautların və ya üçüncü şəxslərin xahiş və tələbləri ilə;

7.6.3 Şayiə və şantajla skauta təsir etməklə;

7.6.4 Digər gənc, siyasi və digər təşkilatlar tərəfindən skauta təsir etməklə.

7.5 Maraqların münaqişəsi aşağıda sadalanan hallardan birinin nəticəsində baş verə bilər:

7.5.1 Əgər skaut öz şəxsi maraqlarına və digər təşkilatların maraqlarına xidmət edərsə;

7.5.2 Əgər skaut ona yaxın olan insanların şəxsi maraqlarına xidmət edərsə (xüsusilə patrul / qrup yoldaşlarının və ailə üzvlərinin);

7.5.3 Əgər skaut bu və ya digər hərəkətindən şəxsi mənfəət əldə edə bilərsə.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə