Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

53 
 
bəy  Rumlu  Əlincənin  nə  adla  Qaziyə  verildiyini  göstərmir.  Buna  baxmayaraq, 
məlumdur  ki,  soyurqal  yerinin  bütün  ixtiyarı  soyurqal  sahibinin  əlində 
cəmlənmişdi.  Qazi  də  qalaya  yiyələndikdən  sonra  ətraf  yerlərdə  yaşayan  türk  və 
tərəkəmə  (yəni  azərbaycanlı—Ş.F.)  tayfaları  qalaya  yığmış,  əhalidən  toplanan 
ülufə  və  mərsumu
31
  özü  müəyyənləşdirmişdi.  Bundan  başqa,  O.Ə.  Əfəndiyevin 
göstərdiyi kimi, qaraqoyunlu və ağqoyunlu padşahları soyurqal verməklə mərkəzi 
hakimiyyəti möhkəmləndirməyə və dövlətdə birlik yaratmağa çalışırdılar [52, 37]. 
Qara Yusif də özünə yeni bir düşmən yox, dost qazanmaq istəyərək Əlincənin və 
ətrafındakı  torpaqların  Qazi  İmadəddinin  istifadəsində  qalmasını  təsdiq  etmişdi. 
Buradan  belə  nəticəyə  gəlmək  olur  ki,  Qara  Yusifin  hökmü  altında  olan  ərazidə 
yerləşən Əlincə qalası Qazi İmadəddinə məhz soyurqal şəklində verilmişdi. 
Soyurqallar,  adətən,  hər  hansı  bir  şəxsə  onun  göstərdiyi  xidmət 
müqabilində  verilirdi.  Məsələn,  Cahanşah  qardaşı  oğlu  Şahqubada  atası  Qara 
İsgəndəri  öldürdüyünə  görə  841  (1437)-ci  ildə  soyurqal  olaraq  bir  şəhər  və  qala 
vermişdi [64, 221b]. 
Bəzən  soyurqal  kimi  paylanması  nəzərdə  tutulan  yerlər  (başqa  ölkə 
torpaqları)  hökmdar  tərəfindən  hücuma  məruz  qalarkən,  ―soyurqal  əhli‖  olan 
şəxslər də döyüşə aparılırdı. Belə ki, Uzun Həsən 881 (1476/77)-ci ildə Gürcüstana 
yeni  yürüş  edərək  özü  ilə  bir  dəstə  seyid  və  şeyx  aparmış,  nəticədə  ―Gürcüstan 
vilayətini tutmuş, çoxlu əsir götürmüş və xeyli soyurqal paylamışdı‖ [64, 141a; 39, 
150; 52, 34, 51]. 
Bəzi  hökmdarlar  çoxlu  soyurqal  verməklə  özlərinə  arxa  yaratmağa 
çalışırdılar.  Orta  əsr  tarixçilərinin  əksəriyyətinin  yazdığına  görə,  Rüstəm 
Ağqoyunlunun hakimiyyəti zamanında külli miqdarda soyurqal bağışlanmışdı [65, 
15; 98, 127a; 52, 34]. ―Onun ərbablara verdiyi soyurqal və vəzifələri ağqoyunlu və 
qaraqoyunlu  sultanlarından  heç  biri  heç  kəsə  verməmişdi‖  [65,  15-16].  Rüstəm 
şahın əksinə olaraq onu devirib taxta əyləşən Əhməd bəy (Gödək Əhməd) isə sabiq 
sultanlar kimi soyurqal paylamadığına görə öldürülmuşdü [65, 19; 84, 443]. 
Həsən bəy Rumlu üç növ soyurqal haqqında məlumat vermişdir. Onlardan 
birincisi  torpaqla  verilən  soyurqal  idi  ki,  bu  barədə  bir  qədər  danışıldı.  Müəllifin 
göstərdiyi  ikinci  soyurqal  isə  əmlak  və  torpaqla  deyil,  pul  ilə  ödənilirdi  ki,  bu 
haqda ətraflı danışmağı lazım bilirik. 
I Şah Təhmasib bir müddət onun ―səltənət, xilafət, mülk, və din işlərini‖ 
idarə  etmiş  olan  Əskuyə  kəndinin  (Təbriz  yaxınlığındadır)  seyidlərinə  böyük 
məbləğdə  soyurqal  bağışlamışdı.  Həsən  bəy  Rumlu  yazır:  ―Əlahəzrət  onlara  külli 
məbləğdə olan soyurqallar bağışladı‖ [65, 302; 39, 159]. 
Müəyyən məbləğ pul ilə verilən soyurqala Həsən bəy Rumlunun əsərində 
bir daha  rast gəlirik ki, bu da keçmişdə etdiyi xidmətlər müqabilində sabiq  vəzir 
Qazi  Cahana  960    (1502/53)-cı  ildə  I  Şah  Təhmasib  tərəfindən  ―şəfqət‖  olunan 
                                                             
31
 Bu istilahlar haqqında bir qədər aşağıda danışılacaqdır 


54 
 
soyurqaldır. Bu haqda oxuyuruq: (―Ona‖) müəyyən məbləğ soyurqal kimi pul da 
bağışladı [65, 376]. 
―Əhsənüt-təvarix‖də soyurqal verilişi barədə başqa bir məlumat da vardır 
ki,  bu  da    müştərək  soyurqaldır.  Müəllif  yazır  ki,  Cahanşah  bir  vaxtlar  Həmədan 
şəhərini iki əmirə soyurqal vermişdi. Cahanşahı və Sultan Əbu-Səidi məğlub edən 
Uzun Həsən də o iki əmirə - Satılmış bəy  və Şahsuvar bəy  Kavrudiyə qarşı yaxşı 
münasibətdə  olmuş,  onları  yenidən  müştərək  soyurqal  sahibləri  kimi  Həmədana 
göndərmişdi [64, 162b].    
―Əhsənüt-təvarix‖  salnaməsi  bədii  dil  və  zəngin  üslub  vasitələri  ilə 
qələmə  alınmış  olsa  da,  oradakı  bəzi  şer  parçalarında  da  ara-sıra  ictimai  fikirlərə 
rast  gəlmək  olur.  Bizim  müəlliflə  təxminən  bir  dövrdə  yaşayan  şair  Mövlana 
Heyrəti (961 (1553/54)-ci ildə vəfat etmişdir) şikayətlə dolu bir qəsidə yazmışdı ki, 
Həsən bəy Rumlu onun bir neçə beytini öz əsərində vermişdir. Şair Heyrəti qazi və 
müftidən şikayətləndikdən sonra yazır ki, onlar düşməndirlər, onlar 
―Bəlkə də divan malından pul yeyirlər hər biri.   
Sərbəsər bol-bol soyurqal sahibi, pul, sahibi‖
32
 
[65,385 - 386]‖. 
K.  S.  Ləmbtonun  soyurqala  verdiyi  tərifdən  məlum  olur  ki,  soyurqal 
şəxslərə maaş əvəzinə,  yaxud  təqaüd  əvəzinə  bağışlanan torpaq,  ya  da torpaqdan 
alınan  gəlirdi  [90,  773]
33
.  Fikrimizcə,  bu  tərifə  soyurqal  şəklində  verilən  pul  da 
əlavə edilməlidir. Bundan başqa, ―İranda mülkədar və əkinçi‖ kitabında soyurqal 
torpaq  mülkiyyətinin  qaraqoyunlulardan  başlayıb  qacarlar  dövrünə  qədər  davam 
etdiyi  göstərilmişdir  [90,  773].  Lakin, məlum  olduğu  kimi,  soyurqal  verilişi hələ 
qaraqoyunlu hakimiyyətindən əvvəl də vardı [39, 155; 26, 182] 
Tiyul.  Bu  şərti  torpaq  mülkiyyəti  növünün  məhz  hansı  əsrdə  həyata 
keçməsi  barədə  müxtəlif  fikirlər  vardır.  İ.  P.  Petruşevskiyə  istinad  edən  O.  Ə. 
Əfəndiyev göstərir ki, ―səfəvilər dövründə soyurqal... öz  yerini tiyula verdi‖ [52, 
37].  Lakin  V.  F.  Minorski  teymurilər  dövründə  tiyul  istilahının  işlədilməsi  ilə 
əlaqədar olaraq iqta mülkiyyətinin aradan çıxdığını bildirmişdir [39, 185]. Tiyulun 
məhz nə zaman  meydana  çıxması  xüsusunda  K.  S.  Ləmbtonun  da  bir-birinə  zidd 
iki fikri vardır. O, gah tiyulun səfəvilər dövründə iqtanı əvəz etdiyini [90, 219], gah 
da hələ elxanilər zamanı iqtanın tiyul ilə əvəz olunmağa başladığını qeyd etmişdir 
[90,  754].  Onun  bu  fikirləri  arasındakı  ziddiyyət  bir  yana  qalsın,  iqtanın  tiyul  ilə 
əvəz  olunması  barədə  də  onun  söylədiyi  fikir  düzgün  deyildir,  çünki,  bildiyimiz 
kimi, iqtanı əvəz edən institut tiyul yox, soyurqal institutu olmuşdur [39, 155, 189]. 
Tiyul  müəyyən  bir  yerin  müvəqqəti  istifadə  olunmasından  ötrü  şahın 
dövlət  torpaqları  hesabına  xüsusi  şəxslərə  verdiyi  sahəyə  deyilirdi.  Tiyul  sahibi 
(tiyuldar)  həmin  torpaqdan  alınan  gəlirin  hamısını,  yaxud  böyük  bir  hissəsini 
                                                             
32
 Beytin tərcüməsi bu sətirlərin müəllifinindir. 
33
 Soyurqal haqqında geniş məlumat üçün İ.P. Petruşevskinin monoqrafiyasına baxmaq lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə