Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

63 
 
müstəqil  Şirvan  dövləti  qaraqoyunlu  hökmdarından  asılı  vəziyyətə  düşmüşdü. 
Lakin bu asılılıq nominal xarakterdə olduğu üçün elə bir əhəmiyyət kəsb  etmədi. 
Nəticədə şirvanşah Kür çayından cənubda olan torpaqlardan  əl üzməli olmuşdusa 
da, şimaldakı torpaqlarda onun hakimiyyəti dəyişilməmiş qalırdı (36, 162; 5, 222; 
30, 29). 
O  vaxtlarda  Şahrux  da  başçılıq  etdiyi  Xorasan  dövlətinin  hüdudlarını 
qonşu  ölkələr  hesabına  genişləndirməyə  cəhd  edirdi.  Hələ  atası  Teymurun 
sağlığında  onunla  pis  münasibətdə  olan  Qara  Yusif  indi  də  onun  oğlu  Şahruxla 
yola  getmirdi.  Buna  görə  də  Şahrux  817  (1414/15)-ci  ildə  Azərbaycana  yürüş 
etmək  məqsədilə  Heratdan  çıxdı,  lakin  Xorasan  dövləti  daxilində  üzə  çıxan  bəzi 
ixtilaflara  görə  onun  Azərbaycana  etmək  istədiyi  birinci  yürüş  baş  tutmadı  (64, 
252a). 
Qeyd  etmək lazımdır ki, Şahrux kimi qüdrətli bir şahla yola getməməyin 
ona  ancaq  zərər  verə  biləcəyini  yaxşı  duyan  Qara  Yusif  dövlətlərarası 
münasibətlərin  yaxşılaşdırılmasından  ötrü  iki  dəfə  cəhd  etmiş  (64,  249a,  250b), 
hətta  Sultaniyyə  şəhərini  dostcasına  Xorasan  hökmdarından  xahiş  etmişdi.  Həsən 
bəy Rumlu yazır: ―Bu xahiş müqabilində Xorasan şahı bildirdi ki, əgər Qara Yusif 
bir  oğlunu  girov  kimi  bizim  yanımıza  göndərərsə,  Sultaniyyəni  ona  verə  bilərik. 
Qara  Yusif  bu  təklifə  razı  olmadı‖  (64,  249a,  250b).  Çünki  oğlunu  Xorasan 
sarayına  göndərməklə  o,  hökmən,  Şahruxdan  asılı  vəziyyətə  düşəcək  və  tam 
müstəqil hərəkət edə bilməyəcəkdi. 
Həsən  bəy  Rumlunun  məlumatından  aydın  olur  ki,  Şahrux  Qara  Yusifə 
etibar etmir, Qara Yusif də onun səmimiliyinə inanmırdı. Azərbaycan hökmdarına 
oğlunu  girov  göndərməsini  tapşırmaqla  qaraqoyunluların  qüdrətinin  get-gedə 
artmasından Şahruxun təşvişə düşdüyü, həyəcan keçirdiyi məlum olur. 
O zamankı bir çox  feodal  əyanlar arasında olan dostluq və ittifaq yalnız 
siyasət məqsədi güdür, müvəqqəti xarakter daşıyırdı. Həkim, vali və əmirlərin çoxu 
tərəfdarı  olduqları  hökmdarın  zəiflədiyini,  yaxud  ondan  daha  güclü  bir  feodalın 
hücuma  keçdiyini  bilən  kimi  öz  əvvəlki müttəfiqlərinə  xəyanət  edirdilər.  Bəstam 
Cagirlunun  qardaşı  əmir  Məsum  da  belə  hərəkət  etdi.  O,  Şahruxun  Şirazda 
olduğunu eşidib, onun hüzuruna gəlmiş və qaraqoyunlu qoşununun hərbi vəziyyəti 
haqqında Xorasan şahına bir sıra məlumat vermişdi (64, 250b). 
Elə Qara Yusifin özü  də Şahruxun hərbi qüdrətini öyrənmək məqsədi ilə 
casus  yollayır  və  vaxtaşırı  məlumat  toplayırdı.  818  (1415/16)-ci  ildə  bir 
qaraqoyunlu  casusu  Xorasan  döyüşçüləri  tərəfindən  tutulmuş  (64,  250b)  və 
Azərbaycanın  hərbi  vəziyyəti  barədə  Şahruxun  məlumatı  bir  qədər  də  artmışdı. 
Lakin Qaraqoyunlu və Xorasan dövlətləri arasında hələlik dinc münasibət olduğu 
və  elçi  gediş-gəlişi  davam  etdiyi  üçün  (64,  246a,  251a)  hələlik  heç  bir  hərbi 
münaqişə baş vermirdi. 822 (1419/20)-ci ildə isə Şahrux Xorasandan çıxaraq ―köç-
köç Təbrizə tərəf, yollandı‖ (64, 246a). 


64 
 
Xorasan  şahının  Azərbaycana  bu  yürüşünün  səbəbi  onda  idi  ki,  Qara 
Yusif  əlindəki torpaqlarla  kifayətlənmək  istəmir, hətta  Şahruxun hökmü altındakı 
bir sıra şəhərləri də öz əlinə keçirmək istəyirdi. Yuxarıda göstərildi ki, Qara Yusif 
Sultaniyyəni  Şahruxdan  istəmişdisə  də,  o,  buna razı  olmamışdı.  Lakin  Sultaniyyə 
çox keçmədən Qara Yusif tərəfindən tutulmuşdu (66, 113; 59, 407b; 36, 162; 114, 
62). Həsən bəy Rumlu məlumat verir ki, artıq Həmədan, Tarom və Qəzvin də onun 
əlinə keçmişdi (66, 113). 
Şahruxun qəfildən Azərbaycana hücum etməsinin səbəbini bildirən Həsən 
bəy  Rumlu  yazır:  ―Qara  Yusifin  yanına  Təbrizə  göndərilən  elçi  qayıdaraq 
(Şahruxa)  bildirmişdi  ki,  Qara  Yusif  orada  özünü  müstəqil  bir  şah  sayır,  ətraf 
yerlərin  bütun  hakim  və  sərdarları  ona  tabedir.  Padşahın  (yəni  Şahruxun  -  Ş.  F.) 
şövkəti  və  qoşununun  qələbələrindən  qorxmayan  Qara  Yusifin  çoxlu  döyüşçü 
dəstələri vardır‖ (66, 110). 
Doğrudan  da,  Qara  Yusifin  səyi  və  rəhbərliyi  nəticəsində  Azərbaycanda 
böyük  ordu  yaradılmışdı.  Təsadüfi  deyil  ki,  Şahruxun  əmir  və  saray  adamları 
―Azərbaycan  qoşununun  tüğyanını  yalnız  bahadırların  həmləsi  yatıra  bilər‖ 
demişdilər  (66,  110).  Buna  görə  də  Şahruxun  əmri  ilə  Azərbaycana  hərbi  yürüş 
üçün az vaxtda böyük bir ordu toplandı (66, 110). 
Xorasan qoşunu ilə döyüş ərəfəsində Qara Yusif tərəfindən orduda hərbi 
islahat keçirilmişdi. Həsən bəy  Rumluya görə teymuri Şahruxun böyük  ordusuna 
həlledici  zərbə  endirməyə  hazırlaşan  Qara  Yusif  ona  qarşı  miqdarca  çox  əsgəri 
qüvvə çıxarmaq məqsədilə piyada qoşun toplanılması üçün də əmr verdi. Beləliklə, 
Təbriz vilayətindən tarixdə ilk dəfə olaraq piyada qoşun dəstələri hazırlandı  (66, 
114). 
Hücum 822 (1419)-ci ilin şəban ayının 4-də (avqustun 27-də) baş verdi. 
Mənbələrin  bəzisində  Şahrux  ordusunun  200000  (64,  247b;  81,  234b),  Qara 
Yusifin  isə  120000  döyuşçüsünün  (114,  62)  bu  müharibəyə  gətirildiyi  barədə 
məlumat vardır. 
Ancaq  birdən-birə  ―Qara  Yusifin  səltənət  kökü  dağılmağa  başladı,  onun 
bədən  şəhristanını  xəstəlik  bürüdu‖  (66,  113).  Belə  ki,  bir  qədər  bundan  əvvəl 
qapaqoyunlular  tərəfindən  məğlub  edilən  Qara  Osman  Bayandur  təzədən  onunla 
döyüşərək  Qara  Yusifin  göndərdiyi  qoşuna  qalib  gəlmiş, indi  də  Şahrux hücuma 
keçmişdi. Bir oğlu İsfahan Mirzə Adilcavazda eyş-işrətə qurşanaraq atasına kömək 
yetirmək  fikrində  deyildi,  o  biri  oğlu  Şahməhəmməd  isə  ona  qarşı  əks  mövqe 
tutaraq Bağdada müstəqil hökmranlıq edirdi, başqa övladı Cahanşah Sultaniyyədə 
yaşayırdı  (66,  113).  Beləliklə,  Qara  Yusifin  illərdən  bəri  zəhmətlə  yaratdığı 
səltənət  dağılmaqda  idi.  Başqa  bir  tərəfdən  də  orta  əsr  feodalına  xas  olan  qürur 
hissi  onu  geri  çəkilməyə,  zəbt  etdiyi  torpaqlarin  bir  qarışından  belə  əl  çəkməyə 
qoymurdu. Hələ Şahrux hücuma keçməmişdən əvvəl Xorasan sarayına yaxın olan 
əmirlərdən  biri  Qara  Yusifin  yanına  adam  yollayıb,  bildirmişdi  ki,  əgər  o, 
―Sultaniyyə  və  Qəzvin  torpaqlarından  əl  çəkərsə,  Azərbaycanla  ərəb  İraqı  Rum 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə