185
Sultan Məhəmməd və ya onun Ģagirdləri tərəfindən çəkilmiĢ təsvir əsasında
toxunmuĢdur [72]. Metropoliten mu-zeyində mühafizə olupan və XVI əsrdə
Təbrizdə toxunmuĢ iki xalı üzərindəki təsvirlər təbrizli rəssamları
yaradıcılığının parlaq təzahürüdür.
Təbrizdə toxunan parça və baĢ örpəkləri üzərində müxtəlif təsvirlər
çəkilirdi. Oruc bəy Bayat yazır ki, Təbrizdə gəlin apararkən üzünə üzərində
günəĢ və ya ay təsviri olan tafta parça örtürdülər.
H. 1001 (1593)-ci ildə I ġah Abbasın əmrilə Əlirzayi Abbasi məĢhur
rəssamların çəkdikləri rəsm əsərlərini və xəttatların xətt nümunələrini albom
Ģəklinə salır. O, h. 1006 (1597-98)-cı ilə qədər həmin albomu hazırlayıb Ģaha
təqdim edir [73].
1533-cü ildə Təbrizin Vicuyə məhəlləsində anadan olmuĢ Sadiqi bəy
ƏfĢar gənc yaĢlarında nəqqaĢ Müzəffərəlidən rəssamlıq sənətini öyrənmiĢdi. O,
qısa bir müddət ərzində bu sahədə məĢhurlaĢmıĢ, Ġsgəndər MünĢinin yazdığı
kimi, axırda misilsiz rəssam, incə fırçalı nəqqaĢ olmuĢdu [74]. II ġah Ġsmayılın
hakimiyyəti dövründə Mir Zeynalabdinlə birlikdə Qəzvində saray
kitabxanasında çalıĢan Sadiqi bəy I ġah Abbasın hakimiyyəti dövründə
Ġsfahanda saray kitabxanasında iĢləyir. Sonralar onun yerinə Əlirzayi Abbasi
saray kitabxanasına rəis təyin edilir.
Təbriz miniatür məktəbi təkcə Azərbaycan deyil, Yaxın və Orta ġərq
rəssamlıq məktəbinin inkiĢafında da mühüm rol oynamıĢdır. Bu məktəbin
yetiĢdirmələri Hindistanda, Türkiyədə, Orta Asiyada və Ġranın özündə
rəssamlıq məktəbinin əsasını qoymuĢdular. Təbriz bir növ rəssamlıq, xəttatlıq,
təzhibkarlıq, cildçilik, zərkubluq, kitabxanaĢünaslıq və musiqi sənətinin vətəni
idi. Təsadüfi deyildir ki, dünya Ģöhrəti qazanmıĢ rəssam Kəmaləddin Behzadın
müəllimi Seyid Əhməd Təbrizi olmuĢdur. Digər yerlərdən Təbrizə gəlmiĢ
rəssamlar belə Təbriz rəssamlıq ənənələrinə biganə qala bilməmiĢ, yerli
rəssamlarla əməkdaĢlıq etmiĢ və gözəl sənət əsərləri yaratmıĢlar. Məhz buna
görə də Təbriz kitabxanalarında hazırlanmıĢ əlyazmalarına çəkilmiĢ təsvirlər,
xalı, xalça və müxtəlif parçalar üzərindəki bəzəkli naxıĢlar Yaxın və Orta
ġərqdə Ģöhrət tapmıĢdı.
Sultan Məhəmməd, Seyid Əhməd Təbrizi, Kəmaləddin Behzad, Mir
Zeynalabdin Təbrizi, Mani ġirazi, Mirzə Əli, Məhəmmədi, Burcəli Ərdəbili,
Əhməd Qəzvini, Hüseyn Qəzvini, Heydərəli Türbəti, nəqqaĢ Xacə Əbdüləziz,
Sadiqi bəy ƏfĢar, SiyavuĢ bəy Gürcüstani, Müzəffərəli, Həsənəli, Seyidağa
Mirək Ġsfahani, ġah Təhmasib, Bəhram Mirzə və bir çoxları Təbriz rəssamlıq
məktəbinin yetiĢdirməsi idilər.
XIV-XV əsrlərdə olduğu kimi, XVI əsrdə də Təbriz rəssamlıq məktəbi
müxtəlif ölkələrdə rəssamlıq məktəblərinin formalaĢmasında həlledici rol
oynamıĢ, Yaxın və Orta ġərqin müxtəlif rəssamlıq mərkəzlərinin inkiĢafında
görkəmli yer tutmuĢdur. Hindistan rəssamlıq məktəbinin yaranması və
186
inkiĢafında Təbriz rəssamlarının az rolu və əməyi olmamıĢdır. Mir Seyid Əli 20
ildən artıq bir müddətdə böyük moğollar sarayında çalıĢmıĢdır. 1525-ci ildə
Osmanlı sarayında iĢləyən 29 rəssamdan üçü (ġahqulu, Məlik Əhməd, Hacı
bəy) təbrizli idi. 1545-ci ildə Türkiyə sarayı nəzdində «Rumi» və «Əcəmi» adlı
iki qrup rəssam fəaliyyət göstərirdi. 1557-ci ildən bu iki emalatxana müstəqil
iĢə baĢladı. «Əcəmi» rəssamlar emalatxanasına sonralar ġahqulu baĢçılıq
edirdi.
XVI əsrin sonlarında Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı iĢğalı
altında qaldığı vaxtda rəssamların əksəriyyəti Ġstambula aparılır. Həmin dövrdə
Ġstambul sarayı nəzdində olan rəssamlıq emalatxanasında 30 nəfərdən artıq
təbrizli rəssam fəaliyyət göstərirdi. Onlara Vəlican baĢçılıq edirdi.
Təbriz rəssamlarının, xüsusilə ġahqulu və Vəlicanın Türkiyə
rəssamlıq məktəbinin inkiĢafında rolunu hətta Türkiyə ĢərqĢünasları A. S.
Yetgin və Ə. Soheyli də etiraf etmiĢlər. Onlar yazırlar ki, ġahqulu bu iĢin
baĢında durduqdan sonra «bizim rəssamlıq məktəbimiz bir müddət Təbriz
incəsənətinin təsiri altına düĢmüĢdü». Təbriz rəssamlarının məharətindən bəhs
edən Övliya Çələbi yazır: «Buranın ustadi-kamil nəqqaĢ və rəssamı bir diyarda
yoxdur» [75].
Təbrizdə xəttatlıq da geniĢ inkiĢaf etmiĢdir. XIII-XVII əsrlərdə Təbriz
xəttatlıq və musiqi mədəniyyətinin mərkəzi olmuĢdur.
Monoqrafiyanın həcmi imkan vermədiyi və X-XVII əsrlərdə Təbrizdə
musiqi tarixi haqqında ayrıca məqalə nəĢr etdirdiyimiz üçün bu barədə bəhs
etməyi lazım bilmədik [76].
187
NƏTĠCƏ
Tədqiq olunan mövzu üzrə əsərə cəlb edilən çoxlu miqdarda faktik
materialların elmi təhlili aĢağıdakı nəticəyə gəlməyə əsas verir:
1) Təbriz qədim bir Ģəhər kimi eramızdan əvvəl meydana gəlmiĢdir.
Lakin qədim və ilk orta əsrlərdə ardıcıl surətdə baĢ verən müharibələr və təbii
fəlakətlər (zəlzələlər) Ģəhərin dağılaraq kənd halına düĢməsinə səbəb olmuĢdur.
X əsrin ortalarından tədricən inkiĢaf edən Təbriz Azərbaycanın mərkəzi
Ģəhərlərindən birinə çevrilir. XII əsrin ikinci yarısından XIII əsrin əvvəllərinə
qədər Atabəylərin paytaxtı olmuĢ Təbrizin iqtisadi həyatında sənətkarlıq və
ticarət əsas yer tuturdu.
2) XIII əsrin əvvəllərində monqol istilası nəticəsində Azərbaycanın bir
sıra Ģəhərləri dağılaraq xarabalığa çevrildiyi halda, Təbriz əhalisi iĢğalçılara bas
verməklə Ģəhəri onların talan və təxribatından qurtara bilmiĢdi; Buna görə də
Azərbaycanın monqol istilasından ziyan görmüĢ digər Ģəhərlərindən fərqli
olaraq Təbrizdə iqtisadi inkiĢaf nəzərə çarpırdı.
3) XIII-XVII əsrlərdə Təbrizin iqtisadi inkiĢafı eyni səviyyədə
olmamıĢdır. Daxili və xarici amillər nəticəsində Ģəhər iqtisadi cəhətdən gah
inkiĢaf, gah da tənəzzül dövrü keçirmiĢdir. Təbrizin iqtisadi həyatında
sənətkarlıq və ticarət əsas amil idi. Orada bağçılıq, bostançılıq da müəyyən
qədər inkiĢaf etmiĢdi. Sənətkarlığa nisbətən daxili və xarici ticarət üstün mövqe
tuturdu.
Təbrizin 1265-ci ildən 1555-ci ilə qədər paytaxt, Azərbaycanda
hökmranlıq etmiĢ müxtəlif sülalələrin iqamətgahı olması onun iqtisadi
inkiĢafına müsbət təsir göstərmiĢdir. Lakin eyni zamanda bir paytaxt kimi
iĢğalçı dövlətlər və feodal ara müharibələrinin döyüĢ mərkəzinə çevrildiyi üçün
onun iqtisadi və təsərrüfat həyatına ağır zərbə epdirilirdi. Təbrizin mühüm
iqtisadi-siyasi, hərbi-strateji mövqeyi nəzərə alınaraq Ģəhər tezliklə yenidən
bərpa olunur və iqtisadi cəhətdən tərəqqi edirdi. XIII əsrin 60-cı illərindən
baĢlayaraq onun iqtisadi həyatında dirçəliĢ nəzərə çarpır. XIII əsrin sonlarından
XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanda deyil, bütün Yaxın və
Orta ġərqdə iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi Ģöhrət tapmıĢdı.
Təbriz ġərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları
ticarətində əsas və həlledici rol oynayırdı. Məlum olduğu kimi, Təbrizin
iqtisadi inkiĢafına Qazan xanın islahatları mühüm təsir göstərmiĢdir. Lakin bu
islahatlara qədər Təbrizin özündə iqtisadi inkiĢaf üçün zəmin olduğunu da
nəzərə almaq lazımdır.
XIV əsrin 30-cu illərindən baĢlayaraq Elxani dövlətinin zəifləməsi ilə
əlaqədar olaraq baĢ verən feodal ara müharibələri, Qazan xanın islahatının
aradan çıxması, vergi və mükəlləfiyyətlərin artması, ToxtamıĢ və Teymurun
dağıdıcı hücumları ticarət inkiĢafı baxımından Təbrizin Azərbaycanın ikinci
Dostları ilə paylaş: |