Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə29/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   25   26   27   28   29   30   31   32   ...   116

61 
 
öldürülür, 100 min əsir alınır [131]. Ġllərlə bu Ģəhərdə toplanmıĢ var-dövlət on 
gün ərzində talan edilir [132]. XIV əsrin sonlarında Təbrizdə baĢ verən ardıcıl 
feodal  ara  müharibələri  Ģəhər  təsərrüfatına  sarsıdıcı  zərbə  endirmiĢdi.  Hücum 
edən düĢmən qüvvələr Ģəhəri talayıb dağıdırdı. H. 794 (1391-92) -cü ildə Qara 
Yusifin qoĢunları Təbrizi çapıb-taladıqdan bir  neçə  gün sonra  Bistam  Çakirlə 
qardaĢı Mənsur qoĢun qüvvəsilə Təbrizə basqın edir, əhalidən zorla çoxlu pul 
alırlar. Hafiz Əbru yazır ki, Ģəhər əhalisi təngə gəlmiĢdi» [133]. 
MiranĢah  və  Ömər  Mirzənin  hakimiyyəti  dövründə  Təbrizdə  ticarət 
sahəsində  o  qədər  də  irəliləmə  yox  idi.  Ömər  Mirzə  Sultaniyyə  və  Təbriz 
əhalisinə  xəbər  göndərmiĢdi  ki,  Teymuru  yad  etmək  üçün  ziyafət  təĢkil  edir. 
Ona  görə  də  həmin  Ģəhərlərdən  üç  min  dəst  zərif  parça,  xeyli  qumaĢ 
göndərilməsi  barədə  göstəriĢ  verir.  Təbriz  darğası  mülazimləri  ilə  birlikdə 
silahlı halda Klavixonun yanına gedib yüklərini açdırır, xeyli ipək, zərif parça, 
qırmızı  qumaĢ,  çini  qab  mənimsəyir  [134].  Bütün  bu  məsələlər  ticarətin 
inkiĢafına maneçilik törədirdi. 
Ġ.  P.  PetruĢevski  1395-ci  ildə  HəĢtərxan,  1400-cü  ildə  isə  Bağdad 
Teymur  tərəfindən  dağıdıldıqdan  sonra  Təbrizin  ticarət  sahəsində  əhəmiyyətli 
dərəcədə  yüksəldiyini  qeyd  edir  [135].  Bizcə,  bu  dövrdə  Təbriz  deyil, 
Sultaniyyə  ticarət  mərkəzi  kimi  daha  çox  inkiĢaf  etmiĢdi.  Deməli,  bu  dövrdə 
Sultaniyyə  birinci  yerə,  Təbriz  ikinci  yerə  keçmiĢdi.  Bu  ondan  irəli  gəlir  ki, 
HəĢtərxan  və  Bağdaddan  8-13  il  əvvəl  Təbrizdə  Teymurun  yürüĢləri 
nəticəsində  dağılmıĢ,  onun  iqtisadi  həyatına  sarsıdıcı  zərbə  endirilmiĢdi. 
Təbrizi yenidən abadlaĢdırmaq və iqtisadi həyatını bərpa etmək üçün xeyli vaxt 
lazım  idi.  1403-cü  ildə  Təbrizdə  olmuĢ  ispaniyalı  Klavixonun  da  qeydləri  bu 
cəhətdən maraqlıdır. Klavixo Təbrizdə hər cür mal-ipək, pambıq, tafta, parça, 
xam  ipək,  cəvahirat,  müxtəlif  növ  qab-qacaq  satıldığını  qeyd  etməklə  yanaĢı, 
Təbriz  ilə  Sultaniyyəni  müqayisə  edərək  yazır:  «Ticarət  cəhətdən  Sultaniyyə 
Təbrizə  nisbətən  daha  mühümdür.  Lakin  əhalinin  miqdarına  görə  Təbriz 
Sultaniyyədən  üstündür»  [136].  Bu  fakt  özlüyündə  göstərir  ki,  XIV  əsrin 
əvvəllərinə  nisbətən XIV  əsrin sonu  -  XV  əsrin əvvəllərində  Təbriz  Ģəhəri nə 
qədər tənəzzül etmiĢdi. Belə ki, XIV əsrin əvvəllərində abadlıq cəhətdən təkcə 
Rəb-i  RəĢidi  Sultaniyyə  ilə  müqayisə  edildiyi  halda  [137],  XV  əsrin 
əvvəllərində  ticarət  baxımından  Sultaniyyə  Təbrizə  nisbətən  daha  yüksək 
mövqe  tutmuĢdu.  Vaxtı  ilə  ġamaxı  ipəyi  Təbrizə  gətirildiyi  halda,  XV  əsrin 
əvvəllərində onun xeyli hissəsi Sultaniyyəyə anarılırdı [138]. Kenuya tacirləri 
də bu zaman Təbrizə deyil, əsasən Sultaniyyəyə gedirdilər [139]. ġiltberker də 
Teymurun oğlu MiranĢahın hakimiyyəti dövründə (1405-1408) Təbrizdə olmuĢ 
və  qeyd  edir  ki,  hökmdarın  Təbrizdən  götürdüyü  mənfəət  ən  qüdrətli  xristian 
monarxının  gəlirindən  çox  idi  [140].  Əlbəttə,  burada  müəyyən  dərəcədə 
mübaliğə vardır. Çünki eyni sözü italiyalı Odorik də XIV əsrin əvvəlləri üçün 
Təbriz  haqqında  demiĢdi.  Lakin  həmin  dövr  üçün  bu  fikir  tamamilə  düzgün 


62 
 
olduğu halda, XV əsrin əvvəlləri üçün mübaliğəli səslənirdi. Əlbəttə, yuxarıda 
qeyd  edilənlərdən  heç  də  belə  bir  nəticəyə  gəlmək  olmaz  ki,  Ģəhərdə  ticarət 
tamamilə  ölgün  vəziyyətdə  idi.  Hətta  XV  əsrin  əvvəllərində  də  Təbrizdə 
Gürcüstandan, ġirvandan və Gilandan xam ipək, Yəzddən ipək parça, Bursa və 
Qərbi Avropa Ģəhərlərindən mahud, Hürmüzdən mirvari, müĢk və digər mallar 
gətirilib satılırdı [141]. 
XIV  əsrin  30-40-cı  illərində  Sultaniyyədən  20-30  tümən  [142], 
Təbrizdən isə  ildə  87,5 tümən gəlir  götürüldüyü  halda, XV  əsrin əvvəllərində 
Sultaniyyə ticarət sahəsində birinci [143], Təbriz isə ikinci yeri tuturdu. 
XV  əsrin  birinci  yarısında,  xüsusilə  Qaraqoyunlu  CahanĢahın  (1436-
1467) hakimiyyəti dövründə ticarət sahəsində nisbətən canlanma nəzərə çarpır. 
Əbdürrəzzaq  Səmərqəndi  CahanĢah  dövründə  Azərbaycanın  abadlaĢdığını, 
Təbrizin  isə  xeyli  əhaliyə  malik  olduğunu  bildirir  [144].  CahanĢah  daxili  və 
xarici ticarətin inkiĢafına xüsusi səy göstərirdi. 
Belə  ki,  onun  hakimiyyəti  dövründə  Bursadan  Təbrizə  mal  gətirmiĢ 
Əhməd ibn Musa Təbrizdə vəfat edir. Dövlət məmurları onun 8 xalvar ipəyini 
mənimsəyirlər.  Bu  barədə  Osmanlı  hökmdarı  Sultan  Məhəmməd  CahanĢaha 
məktub yazaraq vəfat edənin mallarını onun oğlu, həm də varisi Bursalı ġeyx 
Məhəmmədə  qaytarılmasını  tələb  etmiĢdi.  Təbriz  tacirlərinin  rəisi  məlik-üt-
tüccar  Xacə  ġəmsəddin  bu  barədə  yoxlanıĢ  aparır  və  CahanĢahın  əmrilə 
mənimsənilmiĢ mal geri qaytarılır [145]. 
XV  əsrin  ikinci  yarısında,  xüsusilə  Ağqoyunlu  hökmdarı  Uzun 
Həsənin  (1453-1478)  hakimiyyəti  dövründə  Azərbaycanla  Avropa,  xüsusilə 
Venetsiya arasında yaranmıĢ iqtisadi və siyasi münasibətlər Təbrizin daxili və 
xarici ticarətinin inkiĢafına xeyli təsir etmiĢdi. Bu dövrdə ticarətin inkiĢafında 
aĢağıdakı amillər əsas rol oynamıĢdı: 
1.Uzun  Həsən  ona  qədər  mövcud  olan  vergi  və  mükəlləfiyyətlərin 
ağırlığını baĢa düĢürdü. O, ölkədəki təsərrüfat pozğunluğunu aradan qaldırmaq 
məqsədilə  və  feodal  əyanlarının  mənafeyini  nəzərə  alaraq  vergi  və 
mükəlləfiyyətləri  qaydaya  salmaq  üçün  qanunnamə  verdi.  Bu,  «Sultan  Həsən 
qanunnaməsi»  adlanırdı.  1470  və  1477-ci  illərdə  verilmiĢ  həmin 
«Qanunnamə»də  toplanılan  vergilərin  miqdarı  yenidən  müəyyənləĢdirildi. 
«Sultan  Həsən  qanunnaməsi»  XVI  əsrin  birinci  yarısına  qədər,  yəni  1557-ci 
ildə  I  ġah  Təhmasib  (1524-1576)  tərəfindən  yeni  qanunnamə  verilənə  qədər 
qüvvədə qalmıĢdı [146]. Bu islahat müvəqqəti də olsa, vergi sistemini qaydaya 
saldı. 
2. Uzun  Həsən  Avropa  dövlətləri  ilə  dostluq  saziĢləri  bağlamağa  çox 
maraq  göstərir,  Venetsiya  ilə  daha  da  yaxınlaĢır.  Onun  sonuncu  imperator 
David Komnenusun qardaĢı qızı Katerina Despina ilə evlənməsi bu iĢi bir növ 
asanlaĢdırdı. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə