Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   24   25   26   27   28   29   30   31   ...   116

59 
 
hökmdarlarından  birinə  yazılmıĢ  məktub  maraqlıdır.      Məktubda      deyilir  ki, 
ölkənin  abadlaĢması  və  əhalinin  vəziyyətinin  yaxĢılaĢması  tacirlərin  gəlib-
getməsindən  asılıdır.  Ġndi  bir  müddətdir  ki,  ölkədən  tacir  və  karvan  qafiləsi 
kəsilmiĢdir.  Əvvəllər  olduğu  kimi,  qumaĢ  və  bir  sıra  digər  mallar  aparıb-
gətirmirlər.  Nəticədə  ölkə  tənəzzül  dövrü        keçirir.  XahiĢ  edirəm  göstəriĢ 
verəsiniz keçmiĢdəki kimi tacir və karvan qafiləsi gəlib-getsin. QumaĢ, silah və 
s.  mallar  gətirib,  istədikləri  malları  bu  ölkədən  alıb-aparsınlar  və  ya  bizim 
tacirlər də sizin ölkəyə  mal gətirsinlər. Ölkələrimiz arasında daimi  gəliĢ-gediĢ 
olsun.  Dövlət  məmurlarına  və  tamğaçılara  tapĢırıq  verilmiĢdir  ki,  tacirlərdən 
həddən artıq tamğa almasınlar. Bundan sonra tacir və karvan qafiləsi bu ölkəyə 
mal, qumaĢ, ərzaq, geyim malları, xalçalar gətirib münasib qiymətə satsınlar və 
öz  ölkələrində  ehtiyac  olan  malları  alıb  aparsınlar».  Məktubun  cavabında 
həddən  artıq  tamğa  və  digər  vergilərin  alınması  əcnəbi  tacirlərin  Təbrizə 
gəlməməsinin  əsas  səbəbi  kimi  göstərilir.  Orada  deyilir:  «Tamğaçılar 
tacirlərdən  qədimdə  müəyyən  olunduğundan  əlavə  digər  vergi  və 
mükəlləfiyyətlər  tələb  etməsələr,  tacirlərin  sizin  ölkəyə  gəlməsinə  icazə 
verilər».  Əlbəttə,  Cəlairi  hökmdarı  Məlik-üt-tüccar  (tacirlərin  rəisi  -  S.  O.) 
Cəlaləddin  Məhəmmədə  bu  barədə  lazımi  göstəriĢ  verdi.  Həmin  göstəriĢdə 
deyilir:  «Məlik-üt-tüccar  Cəlaləddin  Məhəmmədə  göstəriĢ  verildi  ki,  onun 
tabeliyində  olan  Ģəxslər  bu  tarixdən  etibarən  oraya  hər  cür  mal,  o  cümlədən 
qumaĢ, xalça, geyim və ərzaq satsınlar». 
Cəlairi  hökmdarı  ġeyx  Üveys  (1356-1374)  Təbrizin  keçmiĢ  ticarət 
əhəmiyyətini  bərpa  etməyə  cəhd  göstərirdi.  Belə  ki,  Bəhaəddin  Məhəmməd 
adlı  bir  tacir  Sultaniyyə  vasitəsilə  Təbrizə  bir  neçə  xalvar  Yəzd  qumaĢı 
gətirmək istəyir. Sultaniyyədə tamğaçılar ona mane olub, oradaca satmağı tələb 
edir və bu barədə dövrün hökmdarına Ģikayət məktubu yazırlar. Onların xahiĢi 
yerinə yetirilir [123]. 
Sultan  Üveys  Trabzon  hökmdarı  vasitəsilə  Venetsiya  hökmdarına 
məktub göndərərək Venetsiya tacirlərini Təbrizə dəvət etmiĢdi. O, vəd etmiĢdi 
ki,  Venetsiya  tacirləri  Təbrizdə  yaxĢı  qəbul  olunacaq  və  keçmiĢə  nisbətən  az 
gömrük  haqqı  alınacaqdır.  Trabzon  tacirlərinin  cavabından  məlum  olur  ki, 
onlar Sultan Üveysin vədlərinə inanmaq istəmirlər. Məktubda qeyd olunur ki, 
Təbrizə  getmək  üçün  Trabzonda  iki  ilə  yaxın  bir  müddətdə  xeyli  tacir 
toplanmıĢ və karvan yolunun açılmasını gözləyirdilər. Onlar əvvəlcə Təbrizdən 
Trabzona  ticarət  karvanı  gəlməsini  istəyirdilər  ki,  yolların  təhlükəsizliyinə 
Ģübhə  olmasın.  Məktubun  sonunda  deyilir  ki,  bir  neçə  nəfər  venetsiyalı  tacir 
təklikdə  səfərə  çıxmıĢ,  yolda  quldurlar  onların  üzərinə  basqın  etmiĢ  və 
mallarını aparmıĢlar [124]. Məktubdan aydın olur ki, Venetsiya tacirləri Sultan 
Üveysin vədinə inana bilmirlər. 
Heyd  1344-cü  ildən  sonra  iki  ölkə  arasında  ticarət  münasibətinin 
kəsildiyini  bildirir  [125].  Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi,  ticarət  əlaqəsi 


60 
 
tamamilə  kəsilməmiĢdi.  XIV  əsrin  40-cı  illərindən  sonra  Sultan  Üveysin 
hakimiyyəti  dövründə  Venetsiyanın  Təbrizdə  daimi  ticarət  nümayəndəliyinin 
olmasını müĢahidə edirik [126]. 
XIV  əsrin  60-cı  illərində  Təbrizdə  bir  sıra  xarici  mallara  da  təsadüf 
olunurdu.  Bəzzaz  Xacə  Tacəddinə  yazılmıĢ  məktubda  deyilirdi  ki,  ona  30 
Misir, Ġsgəndəriyyə və DəməĢq paltarı göndərilmiĢdir. Onları münasib qiymətə 
satıb, Kirman, ġiraz, Ġsfahan və Yəzd qumaĢı ilə mübadilə etsin. Qeyd olunan 
mallara  ehtiyac  çoxdur.  Çünki  müĢtərilər  Misir,  Ġsgəndəriyyə  və  DəməĢq 
qumaĢlarından çox adları qeyd olunan Ģəhərlərdə toxunmuĢ qumaĢları sevirlər 
[127].  Bu  dövrdə  iri  tacirlərin  adlarının  qabağına  Ģeyx,  xacə  ləqəbləri 
artırıdırdı. ġəhərdə tacirlərin rəislərinə «Məlik-üt-tüccar» deyilirdi. Bu vəzifəyə 
ən  varlı  və  bacarıqlı  tacirlər  təyin  olunurdu.  Məlik-üt-tüccar  bir  növ  dövlətlə 
tacirlər  arasında  vasitəçi  rolunu  oynamaqla  bərabər,    ticarətin    inkiĢafında 
mühüm  rol  oynayırdı.  O,  divanda  və  bəzən  ixtilaflar  olduqda  məhkəmədə 
tacirlərin  hüququnu  müdafiə  etməli  idi.  Məhəmməd  ibn  HinduĢah  Naxçıvani 
ölkənin  abadlaĢdırılmasında  ticarətin  rolundan  danıĢarkən  Məlik-üt-tüccarın 
vəzifəsini  belə  Ģərh  edir:  «Tacirlərin  vəziyyətinə  yetiĢmək,  onların  bütün 
məsələlərini Ģəriət məhkəməsində, ali divanın hüzurunda həll edib, onlara zülm 
edilməsinə  mane olmalı, tacirlərin digər Ģəxslərdə olan tələbatını alıb özlərinə 
qaytarmalıdır» [128]. 
Yuxarıda  qeyd  etdiklərimizdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
Cəlairi  Sultan  Üveysin  hakimiyyəti  dövründə  ticarət  sahəsində  dirçəlmə 
müĢahidə  edilir. Ġran alimi  ġirin Bəyani  «Risale-yi Fələkiyyə»  əsərinə  istinad 
edərək  XIV  əsrin  40-60-cı  illərində  Təbrizdə  ticarətin  inkiĢaf  etdiyini  bildirir 
[129].  ġirin  Bəyaninin  belə  bir  müddəası  onun  dövrün  mənbəyinə  tənqidi 
yanaĢmamasından  irəli  gəlmiĢdir.  Beləki,  Abdulla  Mazandarani  1362-ci  ilin 
oktyabrından  1363-cü  ilin  oktyabrınadək  Təbrizdə  tamğa  vergisindən  əldə 
edilən gəlirin miqdarını 288,1 tümən göstərmiĢdir [130]. Lakin yuxarıda qeyd 
etdiyimiz  kimi,  Mazandarani  «Risale-yi  Fələkiyyə»ni  mühasibata  dair  dərslik 
vəsaiti hazırladığı üçün bir sıra rəqəmləri nümunə kimi özündən qondarmıĢdır. 
Bu rəqəmləri dəqiq hesab edib, Ģəhərin inkiĢaf və ya tənəzzülü haqqında nəticə 
çıxarmaq elmi cəhətdən düzgün deyildir. Əslində XIV  əsrin 30-50-ci illərində 
Təbriz  iqtisadi  cəhətdən  tənəzzül  dövrü  keçirdiyi  halda,  60-70-ci  illərdə   
nisbətən canlanma nəzərə çarpır. Lakin bu dövrdə yüksək inkiĢaf olmamıĢdır. 
1385-ci  ildə  Orta  Asiya  hökmdarı  Teymur  qoĢunlarının  Təbrizə 
hücumu Ģəhərin talan edilməsinə  və  təsərrüfatın bərbad hala düĢməsinə səbəb 
oldu.  H.  787-ci  il  zilhiccə  ayının  1-də  (4  yanvar  1386)  Qızıl  Orda  xanı 
ToxtamıĢın  90  min  nəfərlik  qoĢunu  Təbrizə  hücum  edir.  ġəhər  əhalisi  qarət 
olunur. Təbrizdən 50 min əsir alınır. ġəhərin talan  edilməsi yeddi gün davam 
edir.  On  iki  gündən  sonra  ToxtamıĢ  yenidən  Təbrizə  qayıdıb  Ģəhəri  bir  daha 
çapıb-dağıdır.  ToxtamıĢ  xanın  birinci  və  ikinci  hücumu  zamanı  10  min  nəfər 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə