Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə36/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   32   33   34   35   36   37   38   39   ...   116

75 
 
(iltizamçılar)  də  fəaliyyət  göstərirdilər.  Hökmdarlar,  Ģahzadələr,  saray 
adamlarından  sonra  baĢ  vəzirlər  geniĢ  xalq  kütləsini  istismar  etmək  hesabına 
xeyli var-dövlət toplayırdılar. Onlar həm də ticarətdən xeyli gəlir əldə edirdilər. 
Ortaq tacirlər isə bilavasitə hökmdarlar, baĢ vəzirlər və ya xəzinədən pul almaq 
yolu ilə ticarətdə əsas rol oynayır və dövlət tərəfindən tam himayə olunurdular. 
Onlar  vergi  və  mükəlləfiyyətlərdən  azad  olmaqla  yanaĢı,  rəiyyətdən  pulsuz 
istifadə  üçün  minik  və  yük  heyvanları  da  ala  bilərdilər.  Cüveyni  yazır  ki, 
ortaqlar bütün təbəqələrdən hörmətli idilər [254]. 
Ġkinci  qrup  iri  tacirlər  bilavasitə  saray  adamları  ilə  alver  edənlər  idi. 
Cüveyni belə tacirləri və ortaqları Ģah, arvadı və oğlanları ilə böyük alver edən 
Ģəxslər adlandırmıĢdır [255]. Bu qrupa cavahirat satanlar, qiymətli paltarlara və 
qaramala  qiymət  qoyan  tacirlər  də  daxil  idi.  Deməli,  ortaqların  böyük  ticarət 
təĢkilatı  olmuĢ,  daxili  və  xarici  ticarəti  öz  əllərində  cəmləĢdirmiĢdilər.  XIV 
əsrdə Xacə Əli, XV əsrdə Xacə Mirəki belə iri tacirlərdən sayılırdılar. 
Dövrün  baĢ  vəzirləri  ticarət,  sənətkarlıq  karxanalarından,  əkin 
sahələrindən,  toplanılan  vergilərdən,  rüĢvətdən  xeyli  mal-dövlət  toplayırdılar. 
Məlum olduğu kimi, RəĢidəddin iri feodal idi. Onun Rəb-i RəĢidi və Təbrizdə 
3600  qulu  var  idi;  karxanalarında  xeyli  sənətkar  qul  iĢləyirdi  [256]. 
RəĢidəddinin  illik  gəlirini  Əbülqasim  KaĢani  qısa  Ģəkildə  belə  Ģərh  edir: 
«Divanda  toplanılan  vergidən,  Qazan  vəqfindən,  Yəzd  Ģəhərindən  dörddə  bir, 
«Cami-ət-təvarix»  üçün  ildə  8  tümən,  Bağdad  və  Təbrizdə  olan  gəlirdən  üçdə 
bir. Bunlar ümmal  və  rəiyyətdən aldığı rüĢvət  və  xidmət  haqqından əlavədir» 
[257]. 
RəĢidəddin Rəb-i RəĢididə təsərrüfat iĢlərində səhərdən axĢama qədər 
çalıĢan  qullarına  yalnız  qarındoyumu  çörək  və  ildə  bir  dəst  üst  və  alt  paltarı 
verirdi. 
Əvvəllər cavahirat və qiymətli daĢ-qaĢ ticarətilə məĢğul olan Tacəddin 
ƏliĢah özü də iri feodal idi. O, Təbrizdə, Sultaniyyədə, ġamda, Bağdadda çoxlu 
toxuculuq  karxanası,  Təbriz  və  Sultaniyyədə  xeyli  bazar,  karvansara 
tikdirmiĢdi.  Təkcə  Sultaniyyədə  olan  əmlakından  ildə  100 tümən  [258]  və  ya 
1340-cı  ildə  Təbriz  və  ətraf  nahiyələrindən  əldə  edilən  gəlirdən.  15  tümən  az 
gəlir  əldə  edirdi.  RəĢidəddin  və  Tacəddin  Təbrizdə,  Rəb-i  RəĢididə  məscid 
binaları  tikdirməklə  bütün  əmlakını  oraya  vəqf  edir  və  bu  yolla  bütün 
vergilərdən azad olunurdular. Bundan əlavə, RəĢidəddin iri feodal və hökmdar 
kimi öz mülklərində iĢləyən kəndlilərdən və sənətkarlardan vergi toplayırdı. Bir 
sözlə, o dövlət içərisində dövlət yaratmıĢdı. 
Divan  vergisi  qopçur  və  ya  tamğa  ilə  müəyyən  edilən  Ģəhərlərin 
vergisi  otkup  sahiblərinə  (iltizamçılara)  verilirdi.  Təbriz  demək  olar  ki,  uzun 
müddət  iri  feodallara  otkup sahiblərinə  verilmiĢ, onlar istədikləri kimi əhalini 
vergi  və  mükəlləfiyyət  yolu  ilə  istismar  etmiĢlər.  Ġri  feodallar  əldə  edilən 
gəlirdən müəyyən məbləğ divana verir və qalan pulları mənimsəyirdilər. Otkup 


76 
 
sahibləri dövrün hökmdarları tərəfindən fərmanla təyin olunurdular. Bu vəzifə 
o  qədər  əhəmiyyətli  idi  ki,  bəzi  vaxtlar  Ģəhər  tamğaçısı  həm  də  Ģəhər  hakimi 
vəzifəsini daĢıyırdı. Arqun xanın hakimiyyəti dövründə Əmir Əli tamğaçı həm 
də  Təbriz  valisi  vəzifəsini  ifa  edirdi.  O,  beĢ  il  valilik  etdikdən  sonra  saray 
münaqiĢəsinin qurbanı olub, 1289-cu ildə öldürülmüĢdü [259]. 
Əmir Əli həlak olduqdan sonra sahibi-divan (baĢ vəzir) Sədəddövlənin 
əmisi  oğlu  Mühəzzibəddövlə  Əbu  Mənsur  təbriz  hakimi  təyin  edilir  [260]. 
1292-ci  ilin  noyabrında  Sədrəddin  Zəncani  sahibi-divan  vəzifəsinə  keçdikdən 
sonra  qardaĢı  Qütbəddin  ölkənin  qazi-ül-qüzzatı  (qazilərin  qazisi)  və  Təbriz 
hakimi  təyin  edilir  [261].  Keyxatu  dövründə  Təbrizdə  çav  tədbirində  o 
bilavasitə iĢtirak etdiyi üçün əhalinin ona nifrəti daha da artmıĢdı. O, h. 697-ci 
il Ģaban ayının 21-də-(7.VI.1298) Təbrizin Vərcunə (sonralar Vicuyə adlanırdı 
– S. O.) məhəlləsində öldürülmüĢdü [262]. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydınlaĢır  ki,  Təbrizdə  yuxarı  təbəqə 
bir-birilə qohumluq əlaqəsində olmaqla yanaĢı, həm də Ģəhərin idarəsi iĢində və 
aĢağı təbəqəni istismarında iĢtirak edir, xeyli pul və var-dövlət qazanırdılar. 
ġəhərin  valiləri  özləri  xalqı  istismar  etməklə  yanaĢı,  əhalini  istismar 
edən baĢqa feodalları da himayə altına alırdılar. Nəsəvi XIII əsrin əvvəllərində 
Təbrizdə vali vəzifəsində iĢləyən ġəmsəddin Tuğrainin özbaĢınalığını və xalqa 
zülmünü  qısa  surətdə  belə  Ģərh  edir:  «ġəmsəddin  Tuğrai  təbrizlilərin  mal  və 
canına  hakim  idi»  [263].  1225-ci  ildə  Cəlaləddin  XarəzmĢah  Təbrizi  iĢğal 
etdikdən sonra ġəmsəddin Tuğrainin bacısı oğlu Nizaməddin Təbrizə vali təyin 
olunmuĢdu [264]. 
ġəhər darğaları da  hökmdarların  yaxın qohumu və  ya  etibar etdikləri 
feodallar  arasından  təyin  olunurdu.  XV  əsrin  əvvəllərində  Teymur  öz 
qohumlarından birini Təbrizə darğa təyin etmiĢdi [265]. ġəhər vali və darğaları 
əhaliyə  həddən  artıq  zülm  edir,  onların  üzərinə  çoxlu  vergi  və  mükəlləfiyyət 
qoyur,  biyara  cəlb  edirdilər.  RəĢidəddin  bu  barədə  belə  yazır:  «Divan  gəliri 
qopçur və ya tamğa ilə müəyyən edilmiĢ Ġraqi-Əcəm, Azərbaycan və vilayətlər 
hakimlərə müqatiəyə verilirdi... Hakim rəiyyətdən ildə 10, bəzi yerlərdə 20 və 
ya 30 qopçur alırdı. Həmin yerə müəyyən məsələ ilə əlaqədar elçi gəldikdə bu 
bəhanə  ilə  hakim  qopçuru  əhali  arasında  bölüĢdürürdü.  Elçi  nə  qədər  çox 
gəlsəydi,  onların ixracatı (xərci  -  S.  O.) də bir o qədər çox olurdu. Hakim bu 
vergiləri  toplamaqdan  çox  razı  idi.  O,  mühümmat,  ülufə,  ixracat,  təəhhüd, 
mültəmisat adı ilə əhalidən xeyli pul və mal toplayırdı. ToplanmıĢ pul və malın 
çox hissəsi xəzinəyə verilmirdi...» [266]. 
Feodal sinfinə məxsus ikinci qrup -kələntər, darğa, Ģəhnə, həmçinin ali 
ruhanilər  -  sədr,  Ģeyx-ül-islam,  qazi,  nəqib,  möhtəsib  aĢağı  sinfin  istismar 
edilməsində  bilavasitə  iĢtirak  edirdilər.  ġəhərin  iqtisadi  və  siyasi  həyatında 
mühüm  rol  oynayan  həmin  feodal  məmurların  Ģəhərdəki  fəaliyyəti  məhdud 
deyildi.  ġəhər  əhalisinin  yuxarı  təbəqəsinin  mənafeyi  əhalinin  əksəriyyətini 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə