Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə35/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   31   32   33   34   35   36   37   38   ...   116

73 
 
Təbrizdə  bir  sıra  iri  qəbiristanlıq  var  idi.  Hər  bir  böyük  məhəllənin 
ayrıca  qəbiristanlığı  olurdu.  Onlardan  Surxab,  Gəcil,  Çərəndab,  ġam, 
Vilyanguh,  Səyyaran  və  s.  göstərmək  mümkündür.  Hafiz  Hüseyn  Kərbəlayı 
Təbrizi  adlarını  qeyd  etdiyimiz  və  əlavə  olaraq  Ģəhərin  özündə  və  bəzi 
yerlərində dəfn olunmuĢ Ģəxsiyyətlər haqqında ətraflı məlumat vermiĢdir (241]. 
Təbrizdə  müdafiə  xarakterli,  istərsə  digər  ictimai  binalarla  yanaĢı, 
aĢağı təbəqəyə məxsus kiçik daxmalar, xam kərpic və palçıqdan hörülmüĢ evlər 
də  var  idi.  ġəhərin  ətrafında  bir  çox  bağlar,  eləcə  də  taxıl,  əkin  yerlərinin 
olması  göstərir  ki,  Təbrizdə  sənətkarlıq  və  ticarətin  inkiĢafına  baxmayaraq, 
Ģəhər yarımaqrar vəziyyətdə idi. Təbriz əhalisinin bir hissəsi kənd təsərrüfatı və 
əkinçiliklə hələ tam əlaqəsini kəsməmiĢdi. 
Bəhs etdiyimiz dövrdə Təbrizdə yaĢayan ayrı-ayrı təbəqələr haqqında 
əldə  lazımi  qədər  material  olmadığı  üçün  tədqitatçı  Ģəhərlərdə  ictimai 
mövqeyinə görə bir-birinə zidd olan iki əsas sinif - hakim və məhkum siniflərin 
vəziyyəti  barədə  geniĢ  fikir  söyləməkdə  çətinlik  çəkir.  Bununla  belə, 
mənbələrdən  topladığımız  materialları  qruplaĢdıraraq  bu  barədə  müəyyən 
nəticələr əldə etmək olar. 
Məlum  olduğu  kimi,  IX-XI  əsrlərdə  Azərbaycanda  feodal  istehsal 
münasibətlərinin  inkiĢafı  nəticəsində  feodalların  torpaq  mülkiyyətinin 
möhkəmləndiyi  və  siyasi  cəhətdən  müstəqilliyə  meyl  nəzərə  çarpırdısa,  XII-
XIII  əsrin  əvvəllərində  Azərbaycanda  feodal  münasibətlərinin  yüksək  inkiĢaf 
səviyyəsinə  çatdığını  görürük.  Əsas  torpaq  fondu  iri  feodalların  ixtiyarına 
keçir,  dövlət  və  mülki  torpaq  fondu  sahəsi  xeyli  geniĢlənir  [242].  Nəticədə 
ölkədə  feodal  istismarı  getdikcə  güclənirdi.  ġübhəsiz,  bu  vəziyət  Ģəhər 
həyatında  da  öz  əksini  tapırdı.  Əmtəə-pul  münasibətlərinin  inkiĢafı,  acgöz 
feodalların  pula  olan  hərisliyi  üzündən  Ģəhər  əhalisi  üzərində  qoyulmuĢ  vergi 
və  mükəlləfiyyətlərin  miqdarı  artırdı.  Belə  bir  vəziyyət  iri  feodalların, 
Ģəhərdəki dövlət məmurlarının mənafeyinə tamamilə uyğun idi. 
XIII  əsrin  əvvəllərində  monqolların  Azərbaycana  yürüĢü  ilə  ölkədə 
iqtisadi  həyat  daha  bərbad  hala  düĢdü,  Ģəhərlər  xarabalığa  çevrildi. 
RəĢidəddinin  yazdığı  kimi,  «əksər  vilayətlərin  rəiyyəti  cəlayi-vətən  olub,  yad 
vilayətlərdə  özləri  üçün  ev-eĢik  düzəltdilər.  ġəhərlər  və  kəndlər  boĢalmıĢdı. 
Didərgin  düĢmüĢ  əhalini  öz  sabiq  yerlərinə  qaytarmaq  üçün  onlara  müxtəlif 
iĢgəncələr verilirdi. ġəhərdə qalan adamların əksəriyyəti evlərin qapılarını daĢ 
ilə hörmüĢ və ya baca açmıĢdılar... Onlar vergi yığan məmurların qorxusundan 
evlərinin  damlarından  o  tərəf  bu  tərəfə  qaçırdılar.  KiĢiləri  ələ  keçirə 
bilmədikdə,  onların  arvadlarını  tutub  qoyun  sürüsü  kimi  qabaqlarına  qatıb 
məhəllə-məhəllə  vergi  toplayan  məmurların  yanına  aparırdılar.  Onları 
ayaqlarından asıb döyürdülər» [243]. 
Beləliklə,  XII  əsrdə  Azərbaycan  Ģəhərlərində  iqtisadi  inkiĢaf  nəzərə 
çarpırdısa,  XIII  əsrin  əvvəllərində  Ərdəbil,  Marağa,  Bərdə,  Naxçıvan, 


74 
 
Beyləqan,  Gəncə  Ģəhərlərinin  tamamilə  dağıldığını,  monqol  hücumlarından 
yaxa  qurtarmıĢ  Ģəhərlərin  əhalisinin  isə  didərgin  düĢdüyünün  Ģahidi  oluruq. 
Kəndlərdə və əkin sahələrində iĢçi qüvvəsi azalmıĢdı. 
Belə  bir  ağır  və  qeyri-münasib  Ģərait  kəndlilərin  Ģəhərə-axınını 
sürətləndirirdi. Azərbaycanın digər Ģəhərləri kimi, Təbriz də təkcə feodallardan 
asılı  olan  kəndli  və  sənətkarları  deyil,  həmçinin  Ģəhərdə  yaĢayıb  ticarətlə 
məĢğul olmaq arzusunda olan kiçik məmurları özünə cəlb edirdi. Təbriz əhalisi 
mənbələrdə  «sakenane-Ģəhr»  (Ģəhər  sakinləri)  və  ya  «əhle-Təbriz»  kimi  qeyd 
olunurdu. Lakin mənbələrin özündə belə, istər-istəməz həmin əhalinin müxtəlif 
təbəqələrdən  ibarət  olması  göstərilir.  Hakim  və  məhkum  sinif  «rəiyyət  və 
ərbab»  («rüaya  və  ərbab»),  «rəiyyət  və  tacir»  («rüaya  və  tacir»),  «yüksək  və 
aĢağı  təbəqə»  («xass  və  əvam»),  «hakim  və  məhkum»,  «zalim  və  məzlum» 
kimi istilahlarla qeyd edilir [244]. 
Yuxarıda  qeyd  edilən  istilahlardan  aydın  olur  ki,  əhalinin  əsas  vergi 
verən  təbəqəsi  sənətkarlar,  xırda  alverçilər  «rüaya»  adlanır.  Qazan  xanın 
fərmanında  «basqakan,  müluk,  bitikçiyan,  nəvvab,  əyan,  mötəbəran, 
kədxudayan»  ilə  bərabər,  axırda  «cümhuri  rüaya-yi  vilayət»  sözü  iĢlənmiĢdir 
[245].  Rəiyyət  sözünün  bütün  təbəqələrdən  sonra  yazılması  əsasən  əhalinin 
vergi verən təbəqəsi olduğunu göstərir. Bundan əlavə, Ģəhərin yoxsul təbəqəsi 
«rüaya-yi  dərviĢ»  (yoxsul  rəiyyət),  «əvam»  (yoxsul),  «rüaya-yi  aciz»  (əldən 
düĢmüĢ  rəiyyət),  əzaf  (yoxsullar,  zəiflər),  «füqəra»  (fəqirlər),  «məsakine 
Təbriz»  (Təbriz  yoxsulları,  «iczə  və  mesakin»  (aciz  və  yoxsullar)  kimi  qeyd 
edilmiĢdir  [246].  Həmdullah  Qəzvini  «Nüzhət  əl-qülub»  adlı  əsərində  də 
Təbrizin əhalisini varlı-yoxsul təbəqələrinə bölərək «fəqir və ğəni» (yoxsul və 
dövlətli) adlandırmıĢdır [247]. 
Göründüyü kimi, sosial mövqeyinə görə bir-birinə zidd olan iki sinif 
mənbələrdəki yazılıĢ tərzində də özünü göstərir. 
ġəhər  sənətkarları  «ovzan»,  «əsnafe-ovzan»  [248],  «əhle-mohtərefe» 
kimi qeyd olunur. Tacirlər isə «bazərqanan», «tüccar» adlanırdı [1249]. Yoxsul 
təbəqəni tacirlərdən fərqləndirmək üçün mənbələrdə «tüccar və rüaya» (tacirlər 
və rəiyyət) istilahlarına da təsadüf olunur [250]. 
Məhəmməd  ibn  HinduĢah  Naxçıvani  əhalini  üç  təbəqəyə  bölür. 
Əğniya  (varlılar),  mütəvəssit  halan  (orta  vəziyyətdə  olanlar),  füqəra 
(yoxsullar). Müəllif füqəra və züəfanı (zəifləri) «ən nazik» (ən yoxsul  - S. O.) 
təbəqə adlandırmıĢdır[251]. 
Təbriz  əhalisinin  çoxu  sənətkarlıq  və  ticarətlə  məĢğul  olur  [252], 
böyük  bir  qismi  kəsbkarlıq  edirdi  [253].  Lakin  iqtisadi  və  siyasi  mövqelərinə 
görə sənətkarlar və tacirlər eyni vəziyyətdə deyildi. Azad sənətkar və tacirlərlə 
yanaĢı, dövrün hökmdarları və feodallarından asılı sənətkarlar və tacirlər də var 
idi. Tacirlər özləri də iki qrupa bölünürdülər. Xırda tacirlərlə yanaĢı, daxili və 
xarici  ticarəti  öz  əlində  cəmləĢdirmiĢ  iri  tacirlər,  ortaqlar,  otkup  sahibləri 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə