69
Sultan Üveys həmin meydanda 20 min otaqdan ibarət bir bina -
«Dövlətxana» tikdirmiĢdi [196]. HəĢtbehiĢt sarayı, Uzun Həsən məscidi bu
meydanın kənarında yerləĢirdi. Sahibabad meydanından Dəvəçilər məhəlləsinə,
oradan da Surxab məhəlləsinə yol keçirdi [197].
ġərq ölkələrində ən gözəl və geniĢ bazar kimi Ģöhrət tapmıĢ və əsası
Uzun Həsən tərəfindən qoyulmuĢ «Qeysəriyyə» üstüörtülü və səkkizkünclü idi.
Onun üstü günbəz və tağla örtülmüĢdü. Bu bazarda qiymətli mallar və
cavahirat satılırdı [198].
Təbrizdə böyük və geniĢ bağlar da var idi. Uzun Həsən tərəfindən
əsası qoyulmuĢ «Baği-Nəsriyyə» və Sultan Yaqubun tikdirdiyi «Baği-Ģimal»
(ġimal bağı) böyük parkı xatırladırdı. Təbrizin cənub-Ģərqində yerləĢən «ġimal
bağı»nda çoxlu sərv, çinar ağacı, müxtəlif güllər əkilmiĢdi. Qazi Əhməd Qumi
(XVI əsr) bu bağı cənnətə oxĢadaraq «EĢrətabad» adlandırmıĢdır. Fəzli Ġsfahani
oranın qızıl güllərini cənnət çırağına bənzətmiĢdi [199].
Təbrizin ətrafı bağ və bostanlarla əhatə olunmuĢdu. Təsadüfi deyildir
ki, Katib Çələbi (XVII əsr) Təbrizi «Bağçalar içərisində Ģəhər» adlandırmıĢdır
[200]. Dövrün mənbələrində çox nadir hallarda bu bağların adlarına rast gəlirik.
Bağların adından da məlum olur ki, onlar ali və aĢağı təbəqələrə məxsus idi.
Məsələn, Bağe-kolahduzan (papaq tikənlər bağı), Bağe-Pir Məhəmməd Sərrac
(yəhər qayıran Pir Məhəmməd bağı), Bağe-Əsvaran (Böyük bağ), Həkim
Sədəddin, ġeyx Xocənd (ehtimal ki, məĢhur Ģair Kəmaləddin Xocəndinin
bağıdır), Əhmədabad, Xacə Mütəhhər, DəməĢqiyyə, ġah Hüseyn, Bəyim,
Qaziabad, Mahmudabad, Türk Məhəmməd, Leylava, Novxiz, Kolxiz, Burc,
ġeyx Tacəddin, Xacə Yusif, ġəmsabad, Xələfan bağlarını və s. göstərmək olar
[201].
ġəhərdə elə geniĢ sahələr də var idi ki, orada buğda, arpa və s. dənli
bitkilər əkilirdi. Barbaro bu barədə belə yazır: «Sonrakı gün Ģəhərin içərisində
olan geniĢ bir tarlaya getdim. Orada buğda əkilmiĢdi. Lakin təzəcə biçmiĢdilər»
[202].
Təbrizdə bir sıra məhəllələr də var idi. Bu məhəllələr də əhalinin
ictimai mövqeyinə münasib yerləĢir və bununla əlaqədar adlanırdı. Varlılar
məhəllələri Ģəhərin mərkəzində, yoxsul və orta təbəqəyə aid məhəllələr isə
Təbrizin kənarında yerləĢirdi. Bu məhəllələr aĢağıdakılardan ibarət idi:
Vicuyə. RəĢidəddin ilk dəfə «Darvaze-ye Vərcune-ye Təbriz» və ya
«Vicuyə» kimi qeyd etmiĢdir [203]. Vərcu, Vicuyə kimi qeyd olunan həmin
məhəllə Ģəhərin Ģimal-qərbində yerləĢən ən qədim məhəllələrdən biridir.
Səncaran. Darvaza və ya məhəllə adı. Qədimdə Təbrizin mərkəzində
böyük bir məhəllə olmuĢdur. Qazan xan Təbrizin ətrafında hasar çəkdirməmiĢ
Ģəhərin 10 darvazasından biri idi [204].
Şeşgilan. Ġlk dəfə RəĢidəddinin «Vəqfnamə»sində həmin ada rast
gəlirik [205]. Təbrizin ən qədim məhəllələrindən olan ġeĢgilan Ģəhərin Ģimal-
70
Ģərqində yerləĢir. Bu məhəllə «ġeĢgilə» də adlanırdı. XIV əsrin əvvəllərində
məscidi Came-RəĢidi, RəĢid hamamı və Erməni küçəsi bu məhəllədə yerləĢirdi
[206].
Surxab. Təbrizin Ģimal hissəsində, Surxab dağının ətəyində yerləĢir.
Qədim məhəllələrdən biridir. Təbrizdə bu adda qəbiristanlıq da vardır [207].
Seyid Həmzə məqbərəsi, Uzun Həsən kəhrizi bu məhəllədə yerləĢir. DövlətĢah
Səmərqəndi (XV əsr) bu məhəlləni «vilayəti-Surxab» kimi qeyd etmiĢdir [208].
Bu da vaxtilə həmin məhəllənin nə qədər böyük və geniĢ olduğunu göstərir
[209].
Pole Səngi. ġəhərin Ģimal-Ģərqində yerləĢir. Vaxtilə kiçik məhəllə
olmuĢdur. Orada eyni adda məscid binası da var idi [210].
Mahad-Məhin. Ġlk dəfə bu ada XIV əsrin ortalarında təsadüf edilir.
Sonralar Miyar-Miyar deyilən və Ģəhərin mərkəzində yerləĢən bu məhəllənin
adı 1571-1573-cü illərdə Təbriz sənətkarlarının üsyanı zamanı da çəkilmiĢdir.
Bu məhəllədə əsasən Təbrizin varlı əyan təbəqəsi yaĢayırdı [211].
Dərbi-Sərd. XIV əsrin əvvəllərində məĢhur darvazalardan biri idi.
ġəhərin qərbində yerləĢən. «Sərdrud» adı ilə tanınmıĢ bu məhəllədə eyni adlı
küçə də olmuĢdur [212].
Dərbi-Novbər. ġəhərin cənubunda böyük və qədim bir məhəllədir.
Əsası Sultan Yaqub tərəfindən qoyulmuĢ «Baği-Ģimal» bu məhəllədə
yerləĢirdi. Uzun Həsənin oğlu Maqsud bəy də bu məhəllədə xeyli bina, o
cümlədən «Maqsudiyyə» məscidini tikdirmiĢdir. «Maqsudiyyə meydanı» və
«Maqsudiyyə məhəlləsi» də onun adı ilə əlaqədardır [213].
Çərəndab. XIV əsrin əvvəllərində adına rast gəldiyimiz bu məhəllə
Təbrizin cənubunda yerləĢir. Cənub-qərbdə eyni adlı qəbiristanlıq da vardır
[214].
Dərbi-əla. «Dərb» - darvaza deməkdir. Lüğəti mənası isə
«Alaqapı»dır. Acabad və Bətalabad küçələri bu məhəllədə yerləĢirdi.
RəĢidəddin vaxtilə Baği-Novbər küçəsində «Dərbi-əla» darvazası yerləĢdiyini
qeyd etmiĢdir. Təbriz əhalisi bu məhəlləni «Alaqapı» adlandırır [215].
Leylava. Ġlk dəfə Qaraqoyunlu hökmdarı CahanĢahın arvadı Xatun
Canbəyim tərəfindən verilmiĢ Müzəffəriyyə məscidi vəqfnaməsində bu ada rast
gəlirik. Həmin vəqfnamədə «Leylava küçəsi» adlanmıĢdır. Görünür, vaxtilə o,
küçə olmuĢ, sonra böyüyüb geniĢlənmiĢ və məhəlləyə çevrilmiĢdir. Təbrizin
cənubunda yerləĢir [216].
Şotorban. Əslində dəvəçi deməkdir. Təbrizin Ģimalında yerləĢən bu
məhəllənin adına ilk dəfə Həsən Rumlunun (XVI əsr) əsərində rast gəlmiĢik
[217].
Gəcil. Həmdullah Qəzvini qəbiristan adı, Kəmaləddin Xocəndi isə
məhəllə adı kimi qeyd etmiĢdir [218].
Dostları ilə paylaş: |