85
lazımdır. Lakin bir sıra tədqiqatçılar, o cümlədən V. Z. Piriyev dövrün
müəlliflərinin təsiri altına düĢərək göstərir ki, Təbriz əyanlarından Mövlana
Nizaməddin, Mövlana Tacəddin və baĢqaları Çobani əmirləri ilə danıĢıqlar
aparıb, xalqı onların əlindən xilas etdilər. V. Z.Piriyev Həmdullah Qəzviniyə
əsaslanaraq yazır ki, Təbriz əyanları ilə Çobanilər arasında danıĢıqlar baĢ
tutmasaydı, heç bir təbrizlidən niĢanə qalmazdı. ġəhərdə qan çayları axardı və
Təbriz tamamilə məhv olardı [324].
Əslində Təbrizdə Çobani feodalları ilə üsyançılar arasında Ģiddətli
vuruĢma getdiyi bir zamanda Mövlana Nizaməddin Qori, Mövlana Nizaməddin
Kukməri [325] və Ģəhərin digər feodal əyanları üsyanın geniĢlənməsindən
vahiməyə düĢərək əhalini sakitləĢdirməyə və üsyandan əl çəkməyə çağırırdılar.
Hətta Nizaməddin Qori Məlik ƏĢrəfin yanına gedərək onu Ģəhərə daxil olmağa
dəvət etdi. Əbubəkr Qütbi əl-Əhərinin sözlərilə desək, «Ģəhəri ona bağıĢladı»
[326].
Təbriz əyanlarının Çobani feodalları ilə danıĢıq aparması heç də
üsyançıları xilas etmək yox, üsyanı yatırmaq məqsədi güdürdü. Belə bir satqın
siyasət üsyançıları Məlik ƏĢrəfin cəngindən xilas etmək deyil, əksinə, onlara
xəyanət demək idi. Hafiz Əbru yazır ki, Məlik ƏĢrəflə Yağıbasdı Təbrizə daxil
olduqdan sonra üsyançılara divan tutdular. Üsyançıların çoxu öldürüldü, digər
hissəsi isə əsir alındı; qaçmağa müvəffəq olanlar Ģəhəri tərk etdilər [327].
Təbriz üsyanı məğlub oldusa da, Məlik ƏĢrəfin zümünə qarĢı Azərbaycanın
digər Ģəhər və kəndlərində xalq kütlələrini hərəkətə gətirdi. Bu üsyanın təsir
dairəsi Azərbaycanın digər yerlərinə də yayıldı. Üsyan Təbriz əhalisinin Məlik
ƏĢrəf və onun məmurlarına qarĢı nifrətinin təzahürü idi. Üsyan yatırıldıqdan
sonra təbrizlilər digər bir tədbirə əl atdılar. Əhali Məlik ƏĢrəflə Yağıbasdı
arasında ziddiyyət salmağa və bununla da onların birləĢmiĢ qoĢununu
parçalamağa cəhd etdilər. Bu da üsyançıların Məlik ƏĢrəf zülmünə qarĢı
mübarizəsini asanlaĢdıra bilərdi. Təbrizi iĢğal etmiĢ Məlik ƏĢrəf və Yağıbasdı
öz aralarında Təbrizi iki hissəyə bölürlər. Məlik ƏĢrəf Mahad-Məhin (indiki
Miyar-Miyar - S. O.) məhəlləsində, Yağıbasdı isə Təbrizin Rey məhəlləsində
sakin olur. Təbriz əhalisi müəyyən bir məsələdən ötrü Məlik ƏĢrəfə deyil,
yağıbasdıya müraciət edirdi. Beləliklə, Məlik ƏĢrəflə Yağıbasdı arasında
ziddiyyət əmələ gəldi. Məlik ƏĢrəf gizli yolla Yağıbasdını öldürür və onun
qaçması haqqında yalandan xəbər yayır. Sonra Məlik ƏĢrəf Təbrizdə təklikdə
hökmranlıq etməyə baĢlayır. Əhəri yazır: «O, zülm bayrağını dalğalandırmıĢdı.
Əmirlərin üzərinə qılınc çəkir, yoxsullardan isə nəmmari vergisi alırdı.
Əhalidən zülm və iĢgəncə ilə müxtəlif vergi və mükəlləfiyyətlər tələb edirdi.
Məlik ƏĢrəf yüz min ac qurdu (qoĢunlar nəzərdə tutulur - S. O.) Azərbaycan və
Arrana buraxmıĢdı. Onlar əhaliyə hər cür zülm edirdilər. Əhali cana gələrək
cəlayi-vətən olmuĢdu» [328].
86
Xalqı soymaq və talan etmək hesabına Məlik ƏĢrəf çoxlu cavahirat,
qızıl və gümüĢlə dolu 17 xəzinə toplamıĢdı [329]. Məlik ƏĢrəf Ģəhər əhalisinin,
xüsusilə aĢağı təbəqənin mübarizəsindən qorxaraq Rəb-i RəĢididə guĢəniĢin
həyat keçirirdi. O, ömrünün son altı ilində hətta ölkənin daxili iĢlərinə belə
qarıĢmır, yalnız öz canını qoruyurdu. Bu dövrdə Ģəhər əhalisinin əksəriyyəti
Məlik ƏĢrəf və onun məmurlarının zülmü nəticəsində Ģəhəri tərk etmiĢdilər
[330]. Bu da sinfi mübarizənin geniĢ yayılmıĢ formalarından biri idi.
Bəzi tədqiqatçılar Azərbaycan əhalisinin Çobanilərin zülmündən azad
olmaq üçün Qızıl Orda dövlətinə müraciət etdiyini göstərmiĢlər [331]. Əslində
Qızıl Orda dövlət baĢçısı Cani bəyə müraciət edib, onu Azərbaycana çağıran
Təbriz əhalisi deyil, feodal əyanları idi. Onlar Təbriz üsyanına xəyanət etdikləri
kimi, bu dəfə də mərkəz Təbriz olmaqla Azərbaycanı Cani bəyə, vermək
istədilər. Azərbaycan xalqı, eləcə də Təbriz əhalisi üçün Məlik ƏĢrəf yad
olduğu kimi, Cani bəy də çağırılmamıĢ qonaq idi. 1356-cı ildə Cani bəy
Azərbaycanın satqın feodallarına arxalanaraq zəngin təbii sərvətə malik bu
ərazini öz hakimiyyəti altına aldı. Məlik ƏĢrəfin Təbrizdə Cani bəy tərəfindən
öldürülməsilə əlaqədar olaraq əhali Ģadlıq etdi. Onun kəsilmiĢ baĢını
Marağalılar məscidindən asan Ģəxsə çoxlu pul verdilər [332]. Təbriz əhalisinin
bu sevinci onların Məlik ƏĢrəfə qarĢı nifrətinin təzahürü idi. Cani bəyin
Təbrizə hücum edərkən müqavimətə rast gəlməməsinin əsas səbəbi bəzi
tədqiqatçıların yazdığı kimi, «Azərbaycanın yerli feodallarına və mübariz
Azərbaycan xalqına arxalanması» deyil, Məlik ƏĢrəfin zülmündən cana gəlmiĢ
əhalinin əksəriyyətini təĢkil edən aĢağı təbəqənin Təbrizi tərk etməsi idi. Hətta
Cani boy öz hakimiyyətini möhkəmləndirmək və Ģəhəri tərk etmiĢ Təbriz
əhalisini yenidən geri qaytarmaq məqsədilə «öz qoĢunlarına əmr etmiĢdi ki,
Təbrizin küçələrində gecələyib, müsəlmanların evlərinə girməsinlər» [333].
Cani bəy və oğlu Bərdi bəy Təbrizdə uzun müddət qala bilmədilər.
Köçəri feodalların nümayəndəsi olan Əxicuq fürsətdən istifadə edərək Təbrizə
hücuma keçir. Əxicuq və onun məmurları əhaliyə amansız divan tuturlar. Onlar
əhalidən saysız-hesabsız vergi və mükəlləfiyyət tələb edirlər. Təbrizin yoxsul
təbəqəsi Əxicuğun zülmünə qarĢı etiraz əlaməti olaraq yenidən Ģəhəri tərk
etməyə məcbur olur. Hafiz Əbru yazır ki, təbrizlilər öz mal-dövlətindən və
uĢaqlarından əl çəkmiĢdilər [634].
XIV əsrin sonunda Təbriz əhalisi Ģəhəri iĢğal etmək istəyən ayrı-ayrı
feodallara qarĢı mübarizədə fəal iĢtirakı ilə səciyyələnirdi. 1381-ci ildə
Müzəffərilər dövlətinin hökmdarı ġah ġüca (1359-1384) Təbrizə hücum etmək
istərkən Ģəhər əhalisi ona qarĢı üsyana qalxır. Hafiz Əbru üsyanı geniĢ
təfərrüatı ilə Ģərh etməsə də, bir cümlə qeyd edir ki, «Təbriz və onun ətrafı
hərəkətə gəlmiĢdi; hər guĢədə üsyanlar baĢ verirdi» [335]. Bu üsyan və çıxıĢlar
nəticəsində ġah ġüca Təbrizə daxil olmaq fikrindən əl çəkməyə məcbur oldu.
Dostları ilə paylaş: |