87
Bu dövrdə Təbrizi istila etmək uğrunda feodal qrupları arasında Ģiddətli
vuruĢmalar gedirdi. Bu döyüĢlərin ağırlığı xalq kütləsi üzərinə düĢürdü.
1386-cı il yanvarın 4-də ToxtamıĢın 90 min nəfərlik qoĢununun
Təbrizə hücumuna qarĢı geniĢ xalq kütləsinin mübarizəsi silahlı üsyan xarakteri
almıĢdı. ToxtamıĢın qoĢunu ilə yerli əhalinin vuruĢması yeddi gün çəkdi.
ToxtamıĢın müsəlləh qoĢunu Təbrizə daxil olub, Ģəhəri qarət etdi [336].
1386-cı ildə Teymur Təbrizi iĢğal edir. O, Ģəhəri talan edərək xeyli
mahir sənətkarı Səmərqəndə köçürür. Azərbaycanın hər yerində Teymurilərə
qarĢı kəskin mübarizə gedir.
XIV əsrin sonu XV əsrin əvvəllərində Azərbaycanda yeni bir təriqət -
hürufilik təriqəti yaranmıĢdı. Bu təriqət ideya istiqaməti etibarilə Yaxın ġərqdə
olan təriqətlərin hamısından fərqlənirdi [337].
Fəzlullah Nəiminin baĢçılığı ilə ilk dəfə Təbrizdə yaranmıĢ və sonralar
digər ölkələrə təsir etmiĢ bu təriqət feodal dünyasına, rəsmi islam dininə,
müxtəlif təriqətlərə qarĢı mübarizə aparan bir təĢkilat və ideologiya kimi
meydana çıxdı. Fəzlullah Nəimi özü sənətkar ailəsinə mənsub olmaqla həmin
təriqətin baĢçısı və rəhbəri idi [338]. O, ölkənin müxtəlif yerlərində hürufi
təĢkilatını yarada bilmiĢ və öz ətrafına Nəsimi, Əbülhəsən, Əli-ül-üla kimi
tərəfdarlar toplaya bilmiĢdi.
Hürufilik ideyası ilk dəfə 1374-cü ildə Təbrizdə yayılmağa baĢladı.
Təbrizdə həmin təlimin tərəfdarları antifeodal hərəkatı geniĢləndirmək və geniĢ
xalq kütləsini bu mübarizəyə cəlb etməyə çalıĢırdılar. Fəzlullah Nəimi
«Cavidannamə», bir az sonra «Fürsətnamə» əsərlərini yazmıĢdı. 1394-cü il
sentyabrın 2-də MiranĢahın fərmanı ilə öldürülmüĢdü [339]. Onun
«Fürsətnamə» adlı əsərindən məlum olur ki, hürufizm ilk dəfə Təbrizdə
yayılmağa baĢlamıĢdır. Əsərdə deyilir: «Övliyadan (burada yüksək din
xadimləri nəzərdə tutulur - S. O.) Təbrizdə kim yol istəyirdi, FəzlĢahdan
soruĢurdu... Təbrizin mənasını yaxĢı bil ki, gizli sirləri aĢkar edə biləsən. Zati
həqq Təbrizdə zühur eylədi. 32 iĢıqdan [340] pərdəsiz oldu. Fəzl Təbrizi baĢqa
cür məna etdi - «Fəzldə öz müasirlərindən keçmək». Əli-ül-üla «Kürsinamə»
əsərində də hürufiliyin ilk dəfə Təbrizdə yayıldığını bildirir. Orada deyilir:
Təbrizdə öz zatını bəyan etdi) [341]. «Kürsinamə»nin haĢiyəsində qeyd olunur
ki, h. 775-ci il Ģaban ayında (fevral 1374) Fəzlullah Nəimi öz təlimini Təbrizin
Vəlidulə məhəlləsində yaymağa baĢlamıĢdır. Hürufiliyin ictimai-siyasi
məramnaməsində mövcud quruluĢa zidd demokratik cəhətlər müĢahidə
olunurdu. Hürufilik sərbedarlar təliminə çox yaxın bir cərəyan idi.
XIV əsrin ikinci yarısında Təbrizdə ardıcıl surətdə baĢ verən feodal
müharibələri, ToxtamıĢ, sonra isə Teymurun Təbrizi istila etməsi, bu
müharibənin ağırlığının geniĢ xalq kütləsi üzərinə düĢməsi, vergi və
mükəlləfiyyətlərin miqdarının artması yerli hakim feodal sinfinə və xarici
istilaçılara qarĢı Təbriz əhalisinin nifrətini artırırdı. Sinfi mübarizə daha kəskin
88
xarakter alırdı. Həmin mübarizəni daha mütəĢəkkil keçirmək və geniĢ xalq
kütləsini öz tərəfinə çəkmək üçün yeni bir ideologiya lazım idi. Belə bir
Ģəraitdə geniĢ xalq kütləsini antifeodal mübarizəyə cəlb etmək üçün Əbu
Məhəmməd Təbrizinin oğlu Fəzlullah Nəimi Təbrizdə yeni bir təlim yaymağa
baĢladı.
Feodalizmə qarĢı çıxan qüvvələri birləĢdirən hürufilik, Ģübhəsiz, sinfi
mübarizədə, eləcə də yadelli iĢğalçılara qarĢı azadlıq hərəkatında mühüm rol
oynadı.
Ġstər MiranĢahın hakimiyyəti, istərsə ondan sonrakı dövrdə Təbrizdə
sinfi mübarizə daha da kəskinləĢmiĢdi. Bu da Teymurilərin zülmü, vergi və
mükəlləfiyyətlərin ağırlığı ilə əlaqədar idi. H. 801 (1398-99)-ci ildə MiranĢahın
Bağdada yürüĢündən istifadə edən Təbriz yoxsulları kütləvi surətdə üsyan
etmiĢlər. Üsyanın hərəkətverici qüvvələri və üsyançıların tələbi barədə dövrün
mənbələrində ətraflı məlumat olmasa da, hərəkatın gediĢindən aydın olur ki,
Təbrizdəki üsyan əsasən Teymurilərin zülmünə, iri feodallara qarĢı çevrilmiĢdi.
Bağdadda olan MiranĢaha üsyan haqqında xəbər çatdırılırdı. MiranĢahın əsas
məqsədi Bağdadda Sultan Əhmədi məğlub etmək olduğu üçün əvvəlcə bu
məsələyə etina etmədi. Elçilər Bağdada gedərək üsyanın geniĢlənməsi barədə
MiranĢaha məlumat verdilər. Bu xəbəri eĢidən MiranĢah dərhal Təbrizə qayıtdı.
O, Təbrizə çatsaq üsyanı yatırıb, üsyançıların çoxunu öldürtdü. Nizaməddin
ġami bu hadisədən bəhs edərək yazır ki, «bu iĢə görə bir çox günahsız adam
öldürüldü. MiranĢah qan tökməyə həvəs göstərdiyi üçün elə bir qeyri-adi
hərəkət etdi ki, dost və düĢmən hamısı ondan uzaqlaĢdı» [342]. Teymurilərin
zülmünə qarĢı çevrilmiĢ bu üsyan Fəzlullah Nəimi Təbrizdə öldürüldükdən
təqribən dörd il sonra baĢ vermiĢdi. ġübhəsiz, həmin üsyana hürufiliyin böyük
təsiri olmuĢdu.
Məlum olduğu kimi, MiranĢah Teymurun əmrilə Təbrizdən geri
çağırılır və yerinə Ömər Mirzə hakim təyin edilir. 1405-ci ildə Ömər Mirzənin
əmrilə onun naibi Bəyan Qoçin və ġeyx XosrovĢahi Təbrizə gedib, iki gün
ərzində əhalidən 200 tümən nəğd pul toplanılmasını tələb edirlər. Təbrizin
yoxsul əhalisi onun bu tələbinə etiraz əlaməti olaraq yenə Ģəhəri tərk etmək
məcburiyyəti qarĢısında qalır [343]. Həmin ildə yenidən Xacə Pir Əli Təbriz
əhalisindən 100 min dinar tələb etdikdə əhali üsyan edərək Xacə Pir Əlini
öldürür və Ģəhəri özü idarə etməyə baĢlayır. Üsyançılar Ģəhərin mədaxil və
məxaricini əllərinə alırlar [344]. Onlar Ģəhər darvazalarını bağlayıb Ömər
Mirzənin [345] adamlarını Ģəhərə buraxmırlar. Xacə Qiyasəddin və Əbdülhəy
Qəzvini Təbrizin müdafiəsinə baĢçılıq edirlər. Vəziyyətdən istifadə edən
MiranĢahın böyük oğlu Əbubəkr Mirzə 1405-ci ilin dekabr ayında Təbrizə
daxil olur. Onun qoĢunu qıĢ fəslində təbrizlilərin evinə soxularaq əhalini qarət
edir [346]. Əbubəkr Mirzə uzun müddət Təbrizdə qala bilməyib, Ģəhəri tərk
etməyə məcbur olur. O, Əmir Bəyanı Təbrizə göndərirsə də üsyançılar onun
Dostları ilə paylaş: |