Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə44/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   40   41   42   43   44   45   46   47   ...   116

91 
 
ətrafına  toplayıb  Ģəhəri  iĢğal  etməyə  baĢladı»  [357].  Dövrün  digər  müəllifləri 
həmin üsyanın gediĢini ətraflı Ģərh etməkdən çəkinmiĢlər. Lakin çox ehtimal ki, 
Sarban Qulunun baĢçılığı ilə üsyançılar bir müddət Ģəhəri özləri idarə etmiĢlər. 
CahanĢahın  qardaĢı  qızları  ArayiĢ  bəyim  və  ġah  saray  bəyim  Qaraqoyunlu 
qoĢununu toplayaraq Təbrizə hücum edirlər. VuruĢmada  Sarban Qulu məğlub 
olur. Təbrizdəki xəzinəni boĢaldıb Qaraqoyunlu qoĢunu arasında bölüĢdürürlər. 
Bu  vaxt  ArayiĢ  bəyim  Təbrizdə  taxti-səltənətdə  oturur.  Mənbələrin  yazdığına 
görə o, qadınlara məxsus zinət Ģeylərini silahla əvəz etmiĢdi [358]. 
Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti dövründə onun oğlu 
Uğurlu Məhəmmədin atasına qarĢı qiyam qaldırması, digər oğlu Maqsud bəyin 
min  nəfərlik  qoĢunla  Təbrizə  daxil  olub  Ģəhərdən  qoĢun  toplamaq  və 
qiyamçılara qarĢı çıxmaq bəhanəsilə təbrizlilərdən zorla pul tələb etməsi əhali 
arasında,  xüsusilə  sənətkarlar,  xırda  alverçi  və  yoxsul  təbəqə  içərisində 
Ağqoyunlu  feodallarına  qarĢı  nifrəti  daha  da  artırmıĢdı.  Buna  görə  də  Təbriz 
əhalisi  Maqsud  bəyin  qoĢun  və  silah  üçün  pul  tələbini  rədd  edərək,  etiraz 
əlaməti  olaraq  dükanlarını  bağladı  [359].  Onlar  hökmdarın  tələbini  kütləvi 
surətdə rədd etməklə istədiklərinə nail ola bildilər. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  XIV  əsrin  ikinci 
yarısında Təbrizdə geniĢ sinfi mübarizə XV əsrin əvvəllərində özünün yüksək 
mərhələsinə  çatmıĢdı.  Lakin  bəzi  hallarda  mübarizə  edən  yoxsul  təbəqənin 
tələbləri  ödənilsə  də,  əsasən  nəticəsiz  qalırdı.  Feodallara  qarĢı  aparılan 
mübarizədə əlaqə zəifliyi, kəndlilərin Ģəhərlərdəki mübarizəyə bir qayda olaraq 
vaxtında  qoĢulmaması  nəticəsində  çox  zaman  üsyançılar  məğlubiyyətə 
uğrayırdılar. 
 
 


92 
 
DÖRDÜNCÜ FƏSĠL 
 
TƏBRĠZ XVI-XVII ƏSRLƏRDƏ ġƏHƏRĠN  
ĠQTĠSADĠ-ĠCTĠMAĠ TARĠXĠ 
 
ġəhərin iqtisadi tarixi 
 
Sənətkarlıq. 
 
XVI-XVII 
əsrlərdə 
Azərbaycandakı 
sənətkarlıq 
problemi, 
sənətkarlıqda əmək bölgüsü, ayrı-ayrı Ģəhərlərin sənətkarlıq istehsalındakı yeri, 
sənətkarlığın  növləri,  sənətkarlıq  istehsalının  bazarla  əlaqə  forması  və 
sənətkarlıq  təĢkilatları  haqqında  Sovet  tarixĢünaslığında  tədqiqat  iĢi  aparıldığı 
halda [1], bəhs etdiyimiz dövrdə Yaxın və Orta ġərq Ģəhərləri arasında mühüm 
sənətkarlıq  mərkəzi  hesab  olunan  Təbriz  Ģəhərinin  sənətkarlıq  problemi 
ayrılıqda öyrənilməmiĢdir. 
Məlum  olduğu  kimi,  XVI-XVII  əsrlərdə  sənətkarlıq  XIII-XV  əsrlərə 
nisbətən daha da inkiĢaf edir, ayrı-ayrı sənət növləri sahəsində müəyyən texniki 
inkiĢaf az da olsa nəzərə çarpırdı. Bir sıra yeni sənət növləri, o cümlədən tüfəng 
qayırma sənəti meydana gəlir, bəzi sənət sahəsindəki texnologiya (o cümlədən 
top  qayırma  sahəsində)  təkmilləĢir.  Təbrizdə  istehsal  olunan  sənətkarlıq 
məmulatı  artıq  təkcə  daxili  bazarın  deyil,  xarici  bazarların  tələbatını  da 
ödəyirdi.  Fərdi  Ģəkildə  iĢləyən  sənətkarların  üstünlük  təĢkil  etməsinə 
baxmayaraq,  karxanalarda  iĢləyən  sənətkarların  da  sayı  artırdı.  Sənətkarlıq 
məhsullarının  keyfiyyətində  də  müəyyən  dərəcədə  müsbət  mənada  dəyiĢiklik 
əmələ gəlmiĢdi. 
Təbriz  əhalisinin  əksəriyyəti  sənətkarlıq  və  ticarətlə  məĢğul  olurdu 
[2].  Ayrı-ayrı  sənətkarların  xüsusi  bazarlarda  dükanları  vardı  [3].  Məsələn, 
Qalayçı  bazarı  (Papaq  tikənlər  bazarı,    Yəhər  qayıranlar  bazarı,  Bıçaqçılar 
bazarı,  Qılınc  qayıranlar  bazarı,  Təbil  düzəldənlər  bazarı,  Nalbəndlər  bazarı, 
Dəmirçilər  bazarı  və  s.  Çox  vaxt  sənətkarlar      peĢələrinə      uyğun      olaraq 
müəyyən  məhəllə  və  ya  küçədə  yaĢayırdılar.  Təbrizdə  DaĢyonanlar  küçəsi,    
Dabbağlar məhəlləsi. Çust tikənlər məhəlləsi var idi. Təbriz ətrafında bağlar da 
bəzən  sənət  növlərinə  görə  adlanırdı.  Sənətkarlar  bağı,  Çəkmə  tikənlər  bağı, 
TikiĢ  iĢilə  məĢğul  olanlar  bağı,  və  s  [4].  Beləliklə,  sənətkarlar  sənətkarlıq 
sahələrinə uyğun olaraq ayrı-ayrı bazarlarda iĢlədikləri kimi, ayrı-ayrı məhəllə 
və küçələrdə sakin olur, onların bağları da bir-birinin yanında yerləĢirdi. 
Sənətkarların  əksəriyyəti  həm  əmtəə  istehsal  edir,  həm  də  satırdı. 
Buna  görə də bir sıra orta əsr müəllifləri, o cümlədən Oruc bəy Bayat Təbriz 
əhalisinin çoxunun ticarətlə məĢğul olduğunu bildirirdi. 
Təbriz sənətkarlarının sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. 
M. X. Heydərovun təxmini  hesablamasına görə, XVII əsrdə  Təbrizdə  30  min 


93 
 
sənətkar  olmuĢdur.  Bizcə,  bu  rəqəmi  bütün  XVII  əsrə  Ģamil  etmək  olmaz. 
Ehtimal  ki,  XVII əsrin ortalarında  Ģəhərin iqtisadi inkiĢafı ilə əlaqədar olaraq 
Ģəhərdə  sənətkarların  sayı  30  minə  çatmıĢdı.  Təbrizdə  sənət  növləri 
aĢağıdakılardan ibarətdir: 
1) xalı, xalça və palaz toxuyanlar; 2) ipək və pambıq parça toxuyanlar; 
3) zərbaf-parça üzərində qızıl tellər toxuyanlar; 4)  zərduz - güləbətin tikənlər; 
5)  zərkeĢ  -  qızıldan  tellər  hazırlayanlar;  6)  Ģərbaf  -  ipək  tel  əyirənlər;  7) 
rismanbaf - yelkənli gəmilər üçün örkən, ip toxuyanlar; 8) makukub  - zərkeĢin 
qızıldan  hazırladığı  telləri  kiçik  çəkiclə  bərkidənlər;  9)    yumaqçılar  -  ipləri 
yumaq  Ģəklinə  salanlar;  10)  çitsazlar  -  çiti  müxtəlif  güllərlə    bəzəyənlər;  11) 
zərkublar - qızıl suyu ilə bəzək vuranlar; 12) selebaflar - zənbil toxuyanlar; 13) 
qamçı  qayıranlar;  14)      zərgərlər;  15)  misgərlər;  16)  metal  əridənlər  -  top,  iri 
zəng,  Ģamdan,  hamam  üçün  tiyan  düzəldənlər;  17)  tüfəng  qayıranlar;  18)   
bıçaq, ülgüc düzəldənlər; 19) qılınc düzəldənlər; 20) dəmirçilər; 21) dabbağlar; 
22) ayaqqabı tikənlər; 23) çarıq tikənlər; 24) ayaqqabı təmir edənlər; 25) yəhər    
qayıranlar; 26) papaq tikənlər; 27) top və tüfəng üçün qundaq düzəldənlər; 28)  
boyaqçılar;  29)  dərzilər;  30)  barıt  qayıranlar;  31)  bənna;  32)  dülgər;  33) 
xarratlar; 34) daĢ yonanlar; 35) kərpic  kəsənlər; 36) kərpic  və  kaĢi biĢirənlər; 
37)  suvaqçılar;  38)  yükdan  düzəldənlər;  39)  memarlar;  40)  dəmirdən  ox 
düzəldənlər;  41)  kaman  düzəldənlər;  42)  həkkaklar;  43)  bəndgirlər;  44) 
heykəltəraĢlar;  45)  rəssamlar;  46)  cildçilər;  47)  qalayçılar;  48)  ĢüĢə 
düzəldənlər; 49) musiqi alətləri    düzəldənlər; 50) nalbəndlər; 51)  dulusçular; 
52) iynə düzəldənlər; 53)  konkanlar, kəhriz qazanlar; 54)  davatgərlər  - nazik 
dəmir hələbi ilə iĢləyənlər; 55) dəyirman daĢı düzəldənlər; 56) dəlləklər və  s. 
[5]. 
Məxəzlərin  verdiyi  məlumata  görə,  elə  sənət  sahəsi  yox  idi  ki, 
Təbrizdə  iĢlənməmiĢ  olsun.  Övliya  Çələbi  Təbriz  sənətkarlarının  ustalığı  və 
məharətindən  bəhs  edərək  yazmıĢdı:  «Buranın  ustadi-kamil  nəqqaĢı,  rəssamı, 
zərgər və xəyyatı (dərzisi) heç bir diyarda yoxdur. Hər karın (iĢin) amili-olası 
(əla israçısı) bu Ģəhərdə mövcuddur» [6]. 
Təbrizdə  xüsusi  emalatxana  daxili  əmək  bölgüsü  olan  sənət  sahələri 
var  idi.  ZərkeĢ  qızıldan  tel  çəkir,  makukub  onu  xüsusi  kiçik  çəkiclə  bərkidir, 
qadınlar onu yumaq Ģəklinə salır, Ģərbaf isə həmin telləri toxuyurdu. Xalı-xalça 
toxuculuğunda  da  əmək  bölgüsü  mövcud  idi.  Çox  vaxt  dəmirçi  ilə  dülgərin 
dükanı  yanaĢı  olurdu.  Dülgər  araba  çarxı  hazırlayır,  dəmirçi  onun  üzərinə 
dəmirdən  dairəvi  çarx  çəkirdi.  Qapı-pəncərə  üçün  lazım  olan  ləvazimat  da 
eynilə  yan-yana  yerləĢmiĢ  dükanlarda  hazırlanırdı.  Səyyar  sənətkarlar 
(qalayçılar,  nalbəndlər,  zərgərlər,  çilingərlər  və  b.)  da  çox  idi.  Onlar  evlərə 
gedib əhalinin sifariĢlərini yerinə  yetirirdilər. Demək olar ki, əksəriyyət təĢkil 
edən belə sənətkarların dükanları yox idi. Onlar ayrı-ayrı yerlərdə açıq havada 
və  ya  çadırlarda  iĢləyirdilər.  ġarden  bu  barədə  belə  yazır:  «Onlar  bir  göz 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə