96
XVI-XVII əsrlərdə Təbrizdə parça toxuyan ustalardan Mir Qiyasəddin
Əli Ġsfahani, Müizəddin ibn Qiyasəddin Əli Ġsfahani, Abdulla, Hüseyn, Yəhya
və Məhəmmədəlini göstərmək olar. Mir Qiyasəddin Əli təkcə öz sənətini
oğluna öyrətməklə qalmamıĢ, həm də çox mahir ustad olduğuna görə bir
müddət ipək toxuculuğu karxanalarının rəisi olmuĢdur [31]. Təbrizin digər
məĢhur ipək toxuyan ustalarından Culah Rəhməti Təbrizini, Xacə Əbdürrəhim
Əjabadini [32], məĢhur diba parça toxuyanların ustadı, bir müddət Təbriz
toxucu sənətkarlarının rəisi (Məlik-üs-Sənna) iĢləmiĢ Cəmaləddin Hüseyn ibn
Əhməd Dibaçi (XIV əsrin ortaları), usta Hüseyn Dibaçi (XIV əsrin ortaları)
qeyd etmək olar. Xacə Əbdürrəhim Əjabadinin məqbərəsi Təbrizdə Surxab
qəbiristanlığında yerləĢirdi [33].
Girdə çərçivə içərisində naxıĢ toxuma üsulu Təbrizdə geniĢ
yayılmıĢdı. XVI əsrdə Təbrizdə hazırlanmıĢ belə bir naxıĢlı parçada açıq
havada ziyafət mənzərəsi təsvir olunmuĢdu. Ziyafətdə 40 nəfərin iĢtirakı
müĢahidə edilir [34]. Parçalar üzərində də müxtəlif təsvirlər çəkilirdi. Bu
təsvirlər arasında müəyyən tənasübün gözlənilməsi Təbriz rəssamlarının nəfis
parçaların toxunulması prosesi ilə yaxından bağlı olduğunu göstərir.
Hazırda dünya muzeyləri və ayrı-ayrı kolleksionerlərdə Səfəvi
dövründə toxunulmuĢ parça fraqmentlərinə təsadüf edilir. Onların bəzisi
üzərindəki təsvirlər Sultan Məhəmməd NəqqaĢın üslubuna daha yaxındır. Bu
da həmin parçanın Təbrizdə toxunduğunu sübut edir. Sultan Məhəmməd
NəqqaĢ demək olar ki, ömrünün əsas hissəsini Təbrizdə keçirmiĢdir.
Ümumiyyətlə, Təbriz rəssamlarının çəkdiyi insan və təbiət mənzərələri
təsvirlərinin ipək parçalar üzərində əks olunması Təbrizdə toxunan ipək
parçalara dünya Ģöhrəti qazandırmıĢdı.
Belə bir nəticəyə gəlmək olar ki, XVI-XVII əsrlərdə Təbriz
Azərbaycanın ən mühüm parça toxuculuğu mərkəzi idi. Digər orta əsr
sənətkarlıq növlərinə nisbətən toxuculuq üstünlük təĢkil etmiĢ və Ģəhərin daxili
və xarici ticarətində ipək, pambıq, yun, zərli parça, adyal, çalma, çuxa, əlüz
dəsmalları, baĢ örpəyi mühüm yer tuturdu.
Azərbaycanda Təbriz xalı və xalça toxuculuğunun əsas
mərkəzlərindən biri hesab olunurdu. Hələ X əsrdə Təbrizdə toxunmuĢ xalçalar
dünya bazarına çıxarılırdı [35]. Səfəvilər hakimiyyətinin ilk illərindən Təbrizdə
xalı və xalça toxunuĢu özünün yüksək səviyyəsinə qalxmıĢdı. Səfəvilər
dövründə Azərbaycanın ən məĢhur sənətkarlıq məhsudlarından hesab olunan
xalı və xalçalar dünya Ģöhrəti qazanmıĢdı. Hazırda xarici ölkə muzeylərində
mühafizə olunan xalı və xalça nümunələrinə təsadüf edilir ki, onların bir çoxu
Səfəvilər hakimiyyətindən qabaq və sonra Təbrizdə toxunmuĢdur. Xalı və
xalçaların harada toxunmasını onların ilmələrilə müəyyən etmək mümkündür.
Çünki həmin xalı və xalçalarda çox vaxt yazı olmurdu. Kristen Vilsonun
yazdığına görə, xarici muzeylərdə saxlanılan xalıların bir çoxu Təbrizdə
97
toxunmuĢdur [36] ki, onları da XV əsrin sonuna aid etmək olar. Çünki onların
toxunuĢu və rəngi Səfəvilər dövründə Təbrizdə toxunmuĢ xalı və xalçalardan
fərqlənir.
Bazarda xalı və xalçaya tələbatın artması baĢqa Ģəhərlərdə olduğu
kimi, Təbrizdə də xalı-xalça toxuculuğu sənətinki inkiĢafına vüsət verdi. Artıq
XVI əsrin əvvəllərindən Təbrizdə xalça toxunan müstəqil karxanaların sayı
xeyli artmıĢdı. Bu dövrdə xalça toxuculuğu sənətkarlığının inkiĢafı sübut edir
ki, Təbriz xalı toxuculuğu cəhətdən qədim bir tarixə malik olmuĢ və Səfəvilərin
hakimiyyəti dövründə təkamül dövrü keçirmiĢdir. Təbrizdə toxunmuĢ
«Təbriz», «BəxĢayiĢi», «Qaraca», «Qəravani» adlı xalçalar məĢhur idi.
Azərbaycan Ģəhərlərində, o cümlədən Təbrizdə toxunmuĢ xalı və xalçalar «türk
xalçaları» adı ilə məĢhur idi. Bu xalçalar təkcə Azərbaycanda deyid, hətta
Yaxın və Orta ġərq ölkələrində məscidləri, feodal əyanlarının saraylarını
bəzəyirdi.
Təbriz xalçaçılıq sənətinin Ģah əsəri olan ən gözəl xalılardan biri
Ərdəbildə ġeyx Səfi məscidi üçün toxunulmuĢ «ġeyx Səfi» xalısıdır. Hazırda
Londonda Viktoriya-Albert Muzeyinin ən qiymətli eksponatlarından hesab
olunan həmin xalının uzunluğu 10,51, eni 5,34 metr, ümumi sahəsi 56,12
kvadratmetrdir. 1539-cu ildə hazırlanmıĢ bu xalıda 32 milyon ilmə vardır.
Xalının üzərindəki yazıdan onun Maqsud KaĢani tərəfindən toxunduğu aydın
olur. Lakin sənətĢünas Lətif Kərimov qeyd edir ki, xalının üzərində Hafiz
ġirazinin «Divan»ından yazılmıĢ bir beyt Ģer və aĢağı hissəsində «Qapının
nökəri KaĢanlı Maqsudun əməli h. 946-cı il» sözləri xalının rəssamına və
toxucularına aid deyildir. Tədqiqatçının fikrincə, istedadlı rəssamın çəkdiyi və
Təbriz xalçaçılarının toxuduğu bu xalını sonralar, yəni h. 946-cı ildə KaĢani
Maqsud satın almıĢ, onun üzərində kustar təmirçinin əlilə öz adını və Hafizin
Ģerini yamatdırmıĢ, sonra isə xalını «ġeyx Səfi» məqbərəsinə vəqf etmiĢdir
[37]. Dünyanın bir çox mütəxəssisləri belə bir əqidədədirlər ki, həmin xalı
Təbrizdə toxunmuĢdur. Belə ki, xalının yun tərkibi onun Təbrizdə toxunması
üçün fikir yürütməyə imkan verir. Digər tərəfdən, onun ilmələrindən də aydın
olur ki, xalı Təbriz sənətkarlarının əməyinin məhsuludur. Xalının
toxunmasında bir çox ilmə vuran toxucu iĢtirak etmiĢdir. Bu da Təbriz
xalçaçılıq karxanalarında müxtəlif növ peĢə sahiblərinin çalıĢdığını göstərir
[38]. «ġeyx Səfi» xalısı 1893-cü ildə Təbrizdəki Seqler Ģirkəti vasitəsilə alınır.
Müəyyən müddətdən sonra Ven Sen Rabinson adlı digər ticarət Ģirkəti həmin
xalını alaraq Viktoriya-Albert Ģirkətinə satır [39]. Biz sənətĢünas Lətif
Kərimovun belə bir fikrilə tamamilə razılaĢırıq ki, xalının ilk çeĢnisini çəkən
istedadlı ornamentalist rəssam bütün elementlərdə ornament qanunlarına riayət
edərək nadir sənət nümunəsi yaratmıĢdır. Xalının üzərindəki əyri-üyrü
formalı yazılar heç vəchlə ilk rəssam tərəfindən çəkilə bilməzdi.
Dostları ilə paylaş: |