Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə48/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   44   45   46   47   48   49   50   51   ...   116

100 
 
5 min sipərli (hərbi geyimli) döyüĢçü var idi [58]. Təbriz ətrafında, «BeĢkuy» 
adlı yerdəki təpə üzərində böyük bir sahədə silah hazırlanırdı. Barbaro yazır ki, 
burada  iĢləyən  sənətkarlardan  baĢqa  heç  kəsin  orada  yaĢamasına  icazə 
verilmirdi. Bu sənəti öyrənmək istəyən Ģəxsi həmin yeri tərk etməyəcəyi barədə 
iltizam vermək Ģərtilə iĢə qəbul edirdilər. Bu tədbirlərdən məqsəd o idi ki, silah 
istehsal  olunan  yerin  ünvanı  gizli  saxlanılsın.  Barbaro  sözünə  davam  edərək 
yazır:  «Doğrudur,  baĢqa  yerlərdə  də  belə  sənətkarlar  vardır.  Lakin  dünyanın 
heç bir yerində bu yaxĢılıqda hərbi silahlar və geyimlər hazırlamırdılar»  [59]. 
Uzun Həsənin qoĢununda xeyli dəmirçi, yəhər düzəldən, tir hazırlayan 
sənətkar  var  idi  [60].  Təbrizin  özündə  də  silah  və  hərbi  geyim  hazırlayan 
sənətkarlar çox idi. Təsadüfi deyildir ki, 1514-cü ildə Sultan Səlim Təbrizdən 
1700  sənətkar  ailəsini  Ġstambula  aparmıĢdı.  Onların  əksəriyyəti  qılınc,  cəbbə, 
ox, yay və s. qayıran ustalar idi [61] Təbrizin XVI əsr məĢhur sənətkarlarından 
Hacı  Məhəmməd  Sipərduz  (qalxan  düzəldən),  DərviĢ  Kamangər,  Baba 
Məhəmməd KamankeĢ və dəmirçi Həsəncanı qeyd etmək olar [62]. 
Təbrizdə  soyuq  silah  düzəldən  sənətkarlar  eyni  rastada  iĢləyirdilər     
Təbrizdə  «Bazare-səyyafan»  (Qılınc  qayıranlar  bazarı),  «Bazare-kardgəran» 
(Bıçaq  qayıranlar  bazarı)  var  idi  [63].  Silah  daxili  tələbatı  ödəməklə  xarici 
ölkələrə də ixrac olunurdu. Orucbəy Bayat yazır ki, nazik poladdan məharətlə 
düzəldilmiĢ  nizə,  oxqabı  və  hərbi  geyim  o  qədər  çox  idi  ki,  hətta  Moskvaya 
ixrac olunurdu [64]. 
Təbrizdə  həm  də  odlu  silah  hazırlanırdı.  Orta  Asiya  və  Ġranda  odlu 
silahın nə vaxt əmələ gəlməsi və istehsalı barədə A. M. Belenitski maraqlı əsər 
yazmıĢdır [65]. Azərbaycanda  odlu silahın əmələ   gəlməsi və  istehsalı barədə 
V. F. Minorski, sonra M. X. Heydərovun məlumatı çap olunmuĢdur [66]. A. M. 
Belenitskinin xidməti ondadır ki, ilk dəfə bu məsələyə toxunmuĢ və köĢkəncir 
[67], kaman-i rəd, tir-e çərx, dig (qazan), təxĢ, zərbzən, top və tüfəng kimi odlu 
silah növlərini aĢkar etmiĢdir. Lakin bununla yanaĢı, A. M. Belenitski yuxarıda 
qeyd etdiyimiz silah növlərinin bəzisi haqqında dürüst və aydın məlumat verə 
bilməmiĢ,  onların  nədən  ibarət  olub,  ilk  dəfə  hansı  əsrdə  istifadə  edilməsi 
barədə  təhriflərə  yol  vermiĢdir.  Məsələn,  A.  M.  Belenitski  «KöĢkəncir» 
istilahının iki hissədən -«köĢk» və «incir» sözlərindən ibarət olub, guya «bürcə 
nüfuz  edən»  mənası  daĢıdığını  göstərmiĢdir  [68].  Lakin  əslində  «köĢkəncir» 
mancanaq və ya top gülləsi deməkdir. Ġki sözdən ibarət olan bu istilah «köĢk» - 
yüksək bina, bürc, «incir» isə «deĢən» deməkdir. «KöĢkəncir» - bürc deĢən və 
ya qala deĢən deməkdir; iri topa da deyilirdi [69]. 
A.  M.  Belenitski  bu  silah  növünün  ilk  dəfə  Ulcaytu  Sultan 
Məhəmmədin  1313-cü  ildə  hücumu  dövründə  onun  qoĢununda  istifadə 
olunduğunu bildirir [70]. Əslində Sultan Məhəmməd h. 712-ci il Ģaban ayının 
14-də  (16.XII.1312)  qoĢun  və  silahları  nəzərdən  keçirir.  Vəssaf  yazır  ki,  bu 
zaman qoĢunda qüllə deĢən, qala dağıdan köĢkəncir 1500 dəst zireh və qətlav 


101 
 
90 uzaq vuran çərx, 11 mindən artıq poladdan keçən və daĢ deĢən tirəndaz, 100 
düĢmən yandıran neft qarurəsi var idi [71]. Həmin silah növləri arasında ərusək 
(kiçik mancanaq) termininə də rast gəlirik. 
A. M. Belenitski tir-çərx odlu silah növünü XIV əsrin sonuna aid edir 
və  yazır  ki,  1394-cü  ildə  Teymur  DəməĢqi  mühasirə  edərkən  tire-çərxdən 
istifadə  etmiĢdir.  Bundan  əlavə,  o,  həmin  silahın  nədən  ibarət  olduğunu 
bildirmir. Halbuki hələ h. 618  (1221-1222)-ci ildə Çingiz xan NiĢapura, sonra 
Səmərqəndə,  Hülakü  isə  1256-cı  ildə  Ələmut  qalasına,  1258-ci  ildə  Bağdada 
hücum edərkən qoĢunlarında  tire-çərx, mancanaq, flaxon növ odlu silahlardan 
istifadə  olunmuĢdur  [72].  Tire-çərx  həqiqətən  odlu  silah  idi.  Hava  oxuna 
oxĢayan  tire-çərx  dəmirdən  düzəldilirdi.  Ġçərisini  barıtla  doldurub  od 
vururdular [73]. 
Tire-çərx  atanlara  çərxəndazan    (çərx  atanlar)    deyilirdi.  Belə  ki,  h. 
794  (1392)-cü  il  oktyabr  ayında  Teymur  qoĢunu  Amolda  Mahani  qalasını 
mühasirə  edərkən  rədəndazan,  çərxəndazan  və  təxĢəndazan  rəd,  tire-çərx  və 
təxĢ atırdılar [74]. 
Dig - (qazan) növ odlu silah haqqında məxəzlərə əsaslanaraq ilk dəfə 
A. M. Belenitski məlumat vermiĢdir. Belenitskiyə görə, qazanın içərisinə barıt 
doldurub,  ayrıca  lüləyə  keçirib  partladırdılar  [75].  Əslində  «dig»  iri  topa 
deyilirdi,  onunla  qalaya  güllə  atırdılar  [76].  Mis  və  ya  bürüncdən  düzəldilmiĢ 
bu silahı bir yerdən baĢqa yerə aparmaq çətin olduğu üçün onu döyüĢ yerində 
hazırlayırdılar. Çarxı olmayan bu silahın gülləsi daĢdan idi. 1473-cü ildə Sultan 
Hüseyn  Bayqaranın  (1469-1506)  qoĢunu  Bəlxə  hücum  edərkən  onun  əmrilə 
mis  toplanılır  və  sənətkarlar  mancanaq,  çərx,  ərradə,  köĢkəncir  və  qazanlar 
düzəldirdilər  [77].  Qazan  növ  odlu  silahdan  ġah  Təhmasibin  hakimiyyəti 
dövründə  də  istifadə  olunmuĢdur.  1548-ci  ildə  Səfəvi  qoĢunu  Dərbəndi 
mühasirə  edərkən I  ġah Təhmasib əmr edir  ki,  topçular top və  qazandan atəĢ 
açsınlar. Ġki-üç ay müddətində qala bürcləri dağıdılır [78]. H. 960 (1552-1553)-
cı  ildə  ġah  Təhmasibin  qoĢunu  Suriyada  Bargiri  qalasını  mühasirə  edir.  Bu 
döyüĢ  zamanı  odlu  silahdan  da  istifadə  olunur.  Fəzli  Ġsfahani  yazır  ki, 
qazğandan  atılan  daĢ  və  mis  zirlərinin  səsi  «səkkizinci  göyə»  qalxmıĢdı  [79]. 
XVI əsrdə avropalılar da qazğan növ odlu silahdan istifadə etmiĢdilər. H. 980 
(1572-73)-ci  ildə  Kerqus  adası  uğrunda  Osmanlı  qoĢunu  ilə  Venetsiya  ordusu 
arasında  döyüĢ zamanı venetsiyalılar  top və badliclə  yanaĢı, qazğan növ odlu 
silahdan istifadə etmiĢlər [80]. Qazi Əhməd yazır ki, avropalılar dəniz üzərində 
qazğandan  daĢ  atmaqda  mahir  idilər  [81].  Deməli,  qazğan  növ  odlu  silahdan 
təkcə  Orta  Asiyada  deyil,  Azərbaycanda,  hətta  Avropada  da  istifadə 
olunmuĢdur. Çox ehtimal ki, həmin odlu silah Təbrizdə də istehsal edilmiĢdir. 
Odlu  silah  növlərindən  biri  də  mancanaq  idi.  Onunla  daĢ,  od,  torpaq 
atırdılar  [82].  Hülakü  xan  Beyləqan  Ģəhərini  mühasirə  edərkən  mancanaqda 
atmaq  üçün  daĢ  olmadığından  Nəsirəddin  Tusinin  təklifi  ilə  ağacdan  toplar 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə