107
və topçubaĢı Heydər bəyin [138] oğlu Bərxurdar bəy Təbrizini top tökmək
üçün oraya apartdırmıĢ, həmin topçubaĢıları dörd min batman misdən, ağırlığı
2800 batman olan və 60-70 batman ağırlığında daĢ [139] ata bilən toplar
hazırlamıĢdılar [140]. Qazi Əhməd Qumi həmin topçubaĢıları «Nadir topçu
ustalar» adlandırmıĢdır. Təbriz Ģəhərinin özündə də ustalar top tökürdülər
1585-ci ildə osmanlıların Təbrizdə tikdirdikləri qalanı qızılbaĢ ordusu mühasirə
edərkən təbrizli Murad bəy TopçubaĢı iki ay müddətinə bir top tökmüĢdü.
Lakin hava soyuq olduğundan və topun qəlibi qurumadığından əridilmiĢ mis
oraya töküldükdə qaynayıb havaya qalxır və ətrafa tökür. Top tökülərkən
Sultan Məhəmməd də orada idi. Sonra Heydərbəy Ənisin oğlu Bərxurdar bəyə
toptökmə tapĢırılır. Bərxurdar bəy 40-50 gün ərzində 25 batmanlıq daĢ
ata bilən
top hazırladı [141].
XVI əsrin sonlarından artıq topların bir yerdən baĢqa yerə aparılması
texnikası təkmilləĢdi. Düzdür, topların çarxları yox idi. Lakin onlar arabalar,
yaxud digər vasitələrlə aparılırdı. 1585-ci ildə 15 batman ağırlığında daĢ atan
«KəlləquĢ» adlı topu Gögərçinlu (Marağa yaxınlığındadır) qalasından Təbrizə
gətirirlər. Bu top hələ I ġah Təhmasib dövründə həmin qalada hazırlanmıĢdı.
ġərəfxan Bidlisi yazır ki, «ġahi» adlanan top da var idi ki, on cüt öküz onu
çəkməkdə aciz idi [142]. 1607-ci il martın 22-də I ġah Abbasın əmrilə
Gəncədən ġamaxıya dörd top gətirilmiĢdi. Bu topları da Gəncədə təbrizli
ustalar hazırlamıĢdılar. Ġsgəndər MünĢi yazır ki, topları Kür çayından keçirərək
araba ilə ġamaxıya apardılar. Otuz batmanlıq daĢ gülləsi atan bu toplardan
ġamaxıda Osmanlı ordusuna qarĢı vuruĢmada atəĢ açmıĢlar [143]. Vaxtilə
Xoyda tökülmüĢ «YoldaĢ» adlı bir top və Ġsfahandan bir neçə top ġah Səfi
dövründə (1635-ci ildə) Ġrəvana gətirildi. Bununla bərabər, topçubaĢı Murad
bəy və Murtuzaqulu bəy də top tökmək üçün Ġrəvana getdilər [144].
Topların Xoydan və Ġsfahandan Ġrəvana aparılması, yaxud təbrizli
topçuların Gəncədə tökdükləri topların ġamaxıya aparılması eyni zamanda
təbrizli topçuların müxtəlif yerlərə top tökmək iĢinə cəlb olunması göstərir ki,
toptökmə sənətkarlığı Azərbaycanda xeyli inkiĢaf etmiĢ və Ģübhəsiz, Təbriz
sənətkarlarının bu sahədə böyük və mühüm xidməti olmuĢdur.
I ġah Abbasın hakimiyyəti dövründə də paytaxtın Ġsfahana
köçürülməsinə baxmayaraq, yenə də toptökmə sənətinin əsas mərkəzi Təbriz
Ģəhəri idi. 1603-cü ildə I ġah Abbasın qoĢunu Ġrəvan qalasında Osmanlı ordusu
ilə vuruĢarkən Ġrəvan qalasından təxminən 6 kilometr məsafədə yerləĢən Ġrəvan
Ģəhərində təbrizli Bərxurdar bəy TopçubaĢı toptökmə iĢilə məĢğul olmuĢdur.
Bərxurdar bəy Ġrəvan Ģəhərində hərəsi 30 batman ağırlığında daĢ güllə atan iki
böyük top hazırlamıĢdı. Bu vaxt Təbriz qalasından Ġrəvana böyük balmız və bir
neçə top da gətirilmiĢdi [145]. Təbrizdən digər yerlərə topçubaĢı ilə birlikdə
toptökməkdə mütəxəssis olan baĢqa sənətkarlar və lazım olan vəsait aparırdılar.
1606-cı ildə ġamaxıda Osmanlı ordusu ilə vuruĢmaq üçün I ġah Abbasın