Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə52/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   48   49   50   51   52   53   54   55   ...   116

108 
 
əmrilə  Təbrizdən  ġamaxıya  bir  neçə  topçu,  toptökmə  vəsaiti,  qurğuĢun,  barıt 
göndərilmiĢdi.  Eyni  zamanda  Əbuturab  bəy  öz  vəsaiti  və  köməkçiləri  ilə 
ġamaxıya  gəlmiĢdi  [146].  Həmin  ildə  Bərxurdar  bəy  Təbrizdə  I  ġah  Abbasın 
əmrilə  tikilmiĢ  qalada  böyük  bir  topxana  təĢkil  etmiĢ  və  orada  toptökmə 
sənətilə məĢğul olmuĢdur [147]. 
Təbriz  qalası  bir  növ  top  karxanasına  çevrilmiĢdi.  Həmin  karxanada 
Ģəhər  sənətkarlarının  zəhmətilə  ikiillik  yaraq,  o  cümlədən  top,  tüfəng,  barıt 
istehsal edilmiĢdir [148]. 
Bəzi vaxtlar təbrizli sənətkarlar bir Ģəhərdə top qəlibi hazırlayır, sonra 
qəlibi  digər  Ģəhərə  gətirib,  orada  top  tökürdülər.  1606-cı  il  may  ayında 
Bərxurdar bəy Təbrizi BərgüĢadda  hazırladığı qəlibləri Gəncəyə  gətirib orada 
top tökmüĢdu [149]. Bundan  əlavə  Bərxurdar bəyin baĢçılığı ilə  1604-cü ildə 
qırx batman ağırlığında daĢ güllə atan «Fəth» və «Nüsrət» adlı iki top, 1610-cu 
ildə  Dümdümə  qalasında  iki  böyük  top  və  bir  balmız  hazırlanmıĢdı  [150]. 
Cəlaləddin  Məhəmməd  Münəccim  Yəzdinin  verdiyi  məlumata  görə,  1611-ci 
ildə qırx gün ərzində üç böyük top və bir balmız düzəldilmiĢdi. Onlardan biri 
10, ikincisi 30, üçüncüsü 28 batmanlıq daĢ atırdı [151]. 
Toplar,  adətən,  dəmirdən  deyil,  misdən  hazırlanırdı  [152].  Təbrizli 
ustalar hələ çox ağır və uzun lüləsi olan topları dəmirdən hazırlamaqda çətinlik 
çəkirdilər.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  top  hazırlamaq  sənəti 
Avropa  səviyyəsindən  aĢağı  idi.  1608-ci  il  iyunun  4-də  Ġsfahanda  I  ġah 
Abbasın iĢtirakilə atəĢfəĢanlıq olur. Orada Osmanlı ordusundan və Avropadan 
700-ə  qədər  qənimət  alınmıĢ  top  nümayiĢ  etdirilir.  I  ġah  Abbasın  əmrilə 
toptökmə mütəxəssisləri Ġsfahana toplaĢır və həmin topları nəzərdən keçirirlər. 
Mütəxəssislər  topun  dəmirdən  hazırlanmasına  heyrət  edirlər.  Münəccim 
Yəzdinin yazdığına görə, onlar topların dəmirdən olan uzun lülələrinin əridilmə 
sirrini bilmirdilər [153]. 
Məxəzlərdə  bəzi  məĢhur  toptökən  ustaların,  o  cümlədən  topçubaĢı 
Usta  ġeyxi,  topçubaĢı  Süleyman  bəy  Çakərlu,  top  çubaĢı  Murtuzaqulu  bəy, 
topçubaĢı Heydər bəy (ġeyxinin oğlu), topçubaĢı Ġsmayılqulu xan və topçubaĢı 
Bərxurdar  bəyin  adları  qeyd  olunur.  Adi  toptökən  ustalar  da  olmuĢdur: 
Mahmud bəy, Əbuturab bəy [154], DərviĢ bəy və b. [155]. 
XVII əsrdə topqayırma karxanalarının sayının artması, Süleyman adlı 
bir  top  ustasının  topqayırma  sənəti  texnikasına  aid  əsər  yazması  [156],  bu 
dövrdə odlu silaha, xüsusilə topa olan tədəbatın artdığını göstərir. 
Təbrizdə  barıt  da  hazırlanırdı.  Rafael  dyü-Man  Təbrizdə  xüsusi 
barıtsaz olduğunu qeyd etmiĢdir. Onlar top və kibrit üçün barıt hazırlayırdılar 
[157]. 
Tüfəng istehsalı haqqında tədqiqatçılar arasında fikir ixtilafları vardır. 
Əhməd  Kəsrəvi  hələ  1933-cü  ildə  «Peyğam»  jurnalında  dərc  etdirdiyi  iki 
məqalədə  Səfəvilərin  hakimiyyətinin  ilk  illərində  Çaldıran  müharibəsində 


109 
 
Osmanlı  ordusunun  ixtiyarında  tüfəng  olduğu  halda,  qızılbaĢlarda  tüfəng 
olmadığını  və  bunun  nəticəsində  də  onların  məğlubiyyətə  uğradığını 
bildirmiĢdir.  Digər  yerdə  müəllif  Tomas  Herbertin  məlumatına  əsaslanaraq 
qeyd  edir  ki,  I  ġah  Təhmasibin  ordusu  Osmanlı  ordusu  ilə  vuruĢarkən 
portuqaliyalılar  öz  tüfəngləri  ilə  qızılbaĢların  köməyinə  gəlmiĢ  və  qızılbaĢlar 
onlardan tüfəng atmağı öyrənmiĢlər [158]. 
M.  X.  Heydərov  isə  XV  əsrin  sonlarında  Təbrizdə  tüfəng  qayıran 
ustalar  olduğunu  qeyd  etmiĢdir  [159].  Əslində  XVI  əsrin  ikinci  yarısında 
tüfəngsaz  (tüfəng  qayıran)  usta  Qəzənfərəli  Təbrizi  və  onun  oğlu  tüfəngsaz 
Məhəmməd Saleh bəyin adı qeyd olunur. Onların hər ikisi ilk dəfə Gilanda Xan 
Əhmədin  xidmətində  olmuĢ,  sonra  I  ġah  Abbasın  yanına  gedib  orada 
iĢləmiĢdir.  Usta  Qəzənfərəli  öldükdən  sonra  oğlu  Hindistana  gedib  orada  bir 
müddət  sipəhsalar  Əbdürrəhim  xanın  xidmətində  olmuĢdur.  Yenidən 
Azərbaycana qayıdan Məhəmməd Saleh bəy də atası kimi sənətkar idi. Molla 
Əbdülbaqi  Nəhavəndi  yazır:  «Məhəmməd  Saleh  bəyin  tüfəng  qayırma  sənəti 
ona  dövrün  adamları  arasında  həddən  artıq  etibar  və  hörmət  qazandırmıĢdı 
[160]. 
Qeyd  etmək  lazımdır  ki,  tüfəng  qayıran  ustaların  adına  XVI  əsrin 
ikinci yarısında təsadüf etməyimizə baxmayaraq, artıq XVI əsrin əvvəllərindən 
Səfəvi  ordusu  döyüĢlərdə  tüfəngdən  istifadə  etmiĢdir.  Bundan  əlavə,  I    ġah 
Təhmasib,  Sultan  Məhəmməd  və  I  ġah  Abbasın  hakimiyyəti  dövrlərində 
tüfəngçi    dəstələrinin    olması    göstərir      ki,    Azərbaycan      Ģəhərlərində  o 
cümlədən Təbrizdə tüfəng qayırma sənəti inkiĢaf etmiĢdi. 1571-ci il iyulun 17-
də Təbrizdə olmuĢ italyan səyyahı Vinçenson  Alessandri  qızılbaĢların  süvari 
dəstələrinin  silahlarından  danıĢarkən    ĢəmĢir,    nizə  ilə  yanaĢı  tüfəngin  də 
olduğunu  bildirmiĢdir.  O  yazır  ki,  Səfəvi  döyüĢçüləri  «arkebuz»,  yəni 
«dayandoldurum»  tüfəngi  asanlıqla  iĢlədə  bilirdi.  Tüfənglərin  lüləsinin 
uzunluğu  6  vəcəb  [161],  güllələrinin  ağırlığı  üç  avensdən  az  idi.  Süvarilər 
qılıncı  atın  yəhərindən,  tüfəngi  isə  çiyinlərindən  asırdılar.  Alessandrinin 
məlumatına  görə, Səfəvi dövlətində arkebuz tüfənglərinin istehsalı sənətkarlıq 
baxımından  elə  yüksək  səviyyəyə  çatmıĢdı  ki,  bu  cür  keyfiyyətli  arkebuzlar 
baĢqa heç yerdə hazırlanmırdı [162]. 
Hələ I ġah Ġsmayılın hakimiyyəti dövründə tüfəngdən kütləvi surətdə 
istifadə  olunmuĢdu.  1501-ci  ilin  yazında  ġah  Ġsmayılın  qoĢunu  Bakı  qalasını 
mühasirə edərkən tüfəngdən istifadə edirdilər. Hətta onun qoĢununda tüfəngçi 
(tüfəngçiyan) dəstəsi var idi. Sədrəddin Əmini yazır ki, onlar düĢmənin üzərinə 
tüfəngdən odlu qığılcım yağıĢı tökürdülər [163]. I ġah Ġsmayılın qoĢunu Yəzdi 
mühasirə  edərkən  top  və  tüfəngdən  atəĢ  açırdılar.  Müəllif  yazır  ki,  tüfəng 
gülləsi Yəzd sakinlərinin sinələrini deĢib keçirdi [164]. 
ġah  Təhmasibin  hakimiyyətinin  ilk  illərində  QızılbaĢ  qoĢunu 
Xorasana hücum edərkən beĢ min nəfərdən ibarət tüfəngçi dəstəsi iĢtirak edirdi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə