99
cü ildə Gilanın bütün ipəyi Təbrizə gətirilirdi. Cemelli Karyeri yazır ki, burada
həmin ipəklərdən ipək sap hazırlanırdı [47].
Metalişləmə. MetaliĢləmə sənəti Azərbaycanın baĢqa Ģəhərlərində
olduğu kimi, Təbrizdə də inkiĢaf etmiĢdi. Cemelli Karyerinin verdiyi məlumata
görə bu Ģəhərin iqtisadiyyatında mis istehsalı mühüm rol oynayırdı [48]. Lakin
Təbrizdə istehsal olunan mis daxili tələbatı ödəyə bilmədiyi üçün xaricdən də
Ģəhərə mis idxal edilirdi [49]. Birinci növbədə Azərbaycanın baĢqa
Ģəhərlərindən mis gətirilirdi. Hələ XIV əsrdə Həmdullah Qəzvini Əcnanda mis
mədəni olması haqqında məlumat vermiĢdi [50]. Lakin daxildə əldə edilən mis
o qədər də yumĢaq deyildi. Sənətkarlar Yaponiya misini daha üstün tuturdular
[51].
Təbrizin 3 milliyində (18 kilometrliyində) qızıl mədəni var idi. I ġah
Abbas qızıl istehsalına baĢlamaq haqqında əmr vermiĢdi. Lakin bu iĢə sərf
edilən vəsait əldə edilən gəlirdən çox olduğu üçün iĢ dayandırıldı. ġarden
bundan bəhs edərək yazır ki, çıxarılan qızılın miqdarı ona sərf edilən xərci
ödəmədiyi üçün qızıl istehsalı dayandırıldı [52].
Tavernye yazır ki, «bir neçə vaxt bundan qabaq qızıl istixracına
baĢladılar. Zərər çəkdikləri üçün iĢi yarımçıq qoydular. Buna görə də qızıl və
gümüĢü xaricdən gətirmək məcburiyyətində qaldılar» [53].
Mənbələrin verdiyi məlumata görə Təbrizdə ġirazın əla növ
poladından Ģah qoĢunu üçün silah hazırlanırdı [54].
Təbriz Ģəhərinə ġirazdan baĢqa Qəzvin və Xorasandan da, çoxlu
miqdarda polad və dəmir gətirilirdi [55]. Lakin Azərbaycanın özündə də, o
cümlədən DaĢkəsən, QuĢçu, Çeyt, Çovdarda (Gəncə rayonunda) dəmir istehsal
olunurdu [56]. Ġbtidai texnikaya əsaslanan mis istehsalı Azərbaycanda xeyli
aĢağı səviyyədə idi. Ona görə də baĢqa yerlərdən, o cümlədən Hindistan və
Mosuldan dəmir məmulatı gətirilirdi [57]. Müxtəlif metal məmulatının
xaricdən gətirilməsinə baxmayaraq, Azərbaycan Ģəhərlərində, o cümlədən
Təbrizdə istehsal olunan metal məmulatı təkcə daxili tələbatı edəməklə
qalmayıb, hətta qonĢu ölkələrə də göndərilirdi.
Təbriz sənətkarları metaldan odlu və soyuq silahlar, hərbi geyim,
müxtəlif sənətkarlıq məmulatı, hamamlar üçün tiyan, ev əĢyaları, kənd
təsərrüfatı
alətləri, müxtəlif bəzək Ģeyləri hazırlayırdılar.
Hazırda dünyanın bir çox muzeylərində Azərbaycanda hazırlanmıĢ
odlu və soyuq silah növləri saxlanılır. Lakin onların üzərində hansı Ģəhərdə
hazırlandıqları yazılmadığı üçün istehsal olunduqları yerləri təyin etmək
çətindir.
Soyuq silahlar əsasən ox, kaman, qılınc, gürzə, nizə və sairdən ibarət
idi. Bunlardan əlavə, metaldan hərbi geyimlər də hazırlanırdı.
Hələ XV əsrin ikinci yarısında Ağqoyunlu hökmdarı Uzun Həsənin
qoĢununda 15 min qılınclı süvari, kaman və nizə ilə silahlanmıĢ 33 min piyada,