Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə43/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   39   40   41   42   43   44   45   46   ...   116

89 
 
Təbrizə  daxil  olmasına  maneçilik  törədirlər.  Təbriz  əhalisi  Teymurilərə  qarĢı 
Ģəhərin  istehkamlarını  möhkəmləndirir.  Təbrizin  müdafiəsinə  Ģəhər  tamğaçısı 
ġeyx  Əli  Qəssab  və  Qazi  Ġmadəddin  baĢçılıq  edirdi.  Təbrizdə  on  iki  min 
nəfərdən ibarət bir qüvvə Əmir Bəyana qarĢı vuruĢurdu. Onlar hər bir vasitə ilə 
Təbrizi  Teymurilərdən  azad  etməyə  və  Ģəhərin  idarəsini  öz  əllərinə  almağa 
çalıĢırdılar.  Lakin  Əmir  Bəyanın  qoĢunu  ilə  vuruĢmada  üsyançılar  məğlub 
oldular.  Əbubəkr  Mirzə  Təbrizə  daxil  olarkən  artıq  bir  çox  adam  Ģəhəri  tərk 
etmiĢdi [347]. 
Təbrizdə yenidən baĢ verə biləcək üsyandan vahiməyə düĢən Əbubəkr 
Mirzə fərman vermiĢdi ki, vergi toplayan məmurlar əhalini incitməsinlər [348]. 
Əslində  bu  tədbir  vasitəsilə  Əbubəkr  Mirzə  Ģəhəri  tərk  etmiĢ  əhalini  yenidən 
Təbrizə  qaytarmaq  istəyirdi.  Mirxondun  yazdığına  görə,  Təbrizi  tərk  etmiĢ 
əhali  yenidən  Ģəhərə  qayıdır;  lakin  orada  əhali  çoxaldıqdan  sonra  vəzir 
Mövlana Həsən Ģəhər əhalisi üzərinə yenidən ağır vergi qoyur. Vergi toplayan 
məmurlar  ağac  və  iĢgəncə  gücünə  əhalidən  vergi  və  mükəlləfiyyət  tələb 
edirdilər.  Belə  bir  vəziyyət  1407-ci  ilin  fevralınadək  davam  edir.  Bu  zaman 
Əbubəkr  Mirzə  Ġraqa  gedir  və  Məhəmməd  Dəvati,  Zeynəlabdin  Qəzvini  və 
Məhəmməd  DəməĢqini  Təbrizin  mühafizəsinə  təyin  edir.  Onlar  Ģəhərin 
hasarını  möhkəmləndirmək  bəhanəsilə  əhalidən  pul  tələb  etdikdə,  Ģəhər 
tamğaçısı  baĢda  olmaqla,  sənətkar  və  xırda  alverçilər  onların  tələblərini  rədd 
edir [349]. 
Göründüyü  kimi,  MiranĢah,  oğlanları  Əbubəkr  Mirzə  və  Ömər 
Mirzənin  hakimiyyəti  dövründə  Teymurilərə  qarĢı  mübarizə  bir  növ  sinfi 
mübarizə xarakteri almıĢdı. Vergi toplayan məmurun öldürülməsi, hakim sinif 
tərəfindən əhalidən tələb olunan pulun kollektiv surətdə ödənilməməsi, əhalinin 
Ģəhərin  idarəsini,  hətta  mədaxil  və  məxaricini  bir  müddət  öz  əlinə  olması  - 
bütün  bunlar  həmin  mübarizədə  vergi  verən  təbəqənin  fəal  iĢtirakını  göstərir. 
Bu dövrdə də geniĢ xalq kütləsi sinfi mübarizənin müxtəlif formasından - vergi 
toplayan məmurları öldürmək, elliklə Ģəhəri tərk etmək, nəhayət, silahlı surətdə 
düĢmən qüvvəyə qarĢı vuruĢmadan istifadə etmiĢdir: 
XV  əsrin  birinci  yarısında  Təbrizdə  sinfi  mübarizə  daha  da 
kəskinləĢmiĢdi.  Bu  da  Qaraqoyunlu  hökmdarı  Qara  Yusif,  Ġsgəndər  və 
CahanĢahın  hakimiyyəti  dövründə  vergi  və  mükəlləfiyyətlərin  artması,  feodal 
istismarının  Ģiddətlənməsi  nəticəsi  idi.  Qara  Yusif  nəinki  vergi  və 
mükəlləfiyyətlərin miqdarını artırdı, hətta əlavə olaraq Təbrizdə adət olmadığı 
halda,  piyada  qoĢun  toplamaq  haqqında  fərman  verdi  [350].  Bundan  əlavə, 
«rəsme-mohdes»  (cinayət  hadisələri  haqqı)  adlı  yeni  vergi  təyin  olunmuĢdu 
[351]. Ġsgəndərin hakimiyyəti dövründə də zülm həddini aĢmıĢdı. Əbdürrəzzaq 
Səmərqəndi  yazır  ki,  Ġsgəndər  Azərbaycanı  istila  etdikdən  sonra  zülm  və 
ədalətsizlik ölkəni baĢdan-baĢa  bürüdü [352]. 


90 
 
CahanĢahın  hakimiyyəti  dövründə  (1436-1467)  Azərbaycanın 
abadlaĢmasından,  onun  əhali  ilə  ədalətli  rəftarından  danıĢan  Əbdürrəzzaq 
Səmərqəndinin  əksinə  olaraq,  Əbubəkr  Tehrani  CahanĢahın  müstəbid  bir 
hökmdar olduğunu qeyd edir [353]. 
Əbubəkr  Tehraninin  yazdığı  həqiqətə  daha  uyğundur.  Bunu 
CahanĢahın  hakimiyyati  dövründə  baĢ  verən  geniĢ  xalq  hərəkatı  sübut  edir. 
Digər  tərəfdən,  hürufilərin  bu  dövrdəki  antifeodal  mübarizəsi  də  fikrimizi 
təsdiq edir. 
Bir sıra tədqiqatçılar CahanĢahın Ģerlərindən nümunələr gətirərək onu 
hürufi adlandırmığa və antifeodal ideologiyaya mənsub olduğunu göstərmiĢdir 
[354]. 
Qeyd  etmək  lazımdır  ki,  poeziyasındakı  hürufilik  meyllərinə  görə 
CahanĢahın  antifeodal  ideologiyaya  malik  olduğunu  iddia  etmək  düzgün 
deyildir. CahanĢah həqiqətən  antifeodal  hürufi ideyasına  malik olsaydı,  1442-
1443-cü  ildə  hürufilərin  bir  dəstəsinin  Təbrizdə  öldürülməsi  haqqında  fərman 
verməzdi. Əslində hürufilik pərdəsi altında Təbrizdə baĢ verən üsyan feodalizm 
üsuli-idarəsini  bünövrəsindən  sarsıtmağa  baĢlamıĢdı.  MiranĢah  və  CahanĢahın 
hakimiyyəti dövründə Təbrizdə baĢ vermiĢ üsyanlar buna misal ola bilər. 
Hürufi 
nümayəndələrinin 
CahanĢahın 
əmrilə 
öldürülməsinə 
baxmayaraq  [355],  bu  təlim  Teymuri  iĢğalçılara  qarĢı  və  antifeodal  mübarizə 
hərəkatında  böyük  rol  oynadı.  Hürufilik  Təbrizdə  meydana  gəlmiĢ, 
Azərbaycanın digər yerlərinə yayılmıĢ, XV əsrin ortalarında yenə də Təbrizdə 
özünün yüksək mərhələsinə çatmıĢdır. 
XIV-XV əsrin ortalarında hürufilik hakim sinfə qarĢı sənətkarların və 
Ģəhərin  aĢağı  təbəqələrinin  ideologiyası  kimi  təzahür  edirdisə,  XV  əsrin 
sonlarından  tədricən  öz  inqilabi  ruhunu  itirir,  lakin  tamamilə  aradan  çıxmır. 
Onun  məfkurəvi  elementlərinə  nöqtəvilik,  bəktaĢilik  və  QızılbaĢ 
ideologiyasında təsadüf edilir. 
XV  əsrin  əvvəllərində  əxilik  [356]  də  ölkənin  siyasi  həyatında 
müəyyən  dərəcədə  rol  oynayırdı.  Lakin  bu  dövrdə  əxiliyin  özündə  də 
təbəqələĢmə  əmələ  gəlmiĢdi.  Məsələn,  Təbrizdə  vaxtilə  qəssablıq  edən  və 
əxilər  təĢkilatına  daxil  olan  ġeyx  Əxi  Qəssab  bir  müddət  Təbrizdə  tamğaçı 
iĢləmiĢ  və  özü  hakim  sinfə  mənsub  olmuĢdur.  Məhz  bu  təbəqələĢmə  əxi 
təĢkilatında  parçalanma  əmələ  gəlməsinə  və  onun  tədricən  zəifləyib  aradan 
çıxmasına  səbəb  olmuĢdur.  Sonralar  onun  aĢağı  təbəqəsi  nümayəndələri 
«fətilər»,  «comərdlər»,  «pəhləvanlar» adı altında  Ģəhərlərdə  hakim sinfə  qarĢı 
qəti mübarizəyə giriĢmiĢlər. 
CahanĢahın  vəfatından  sonra  Təbrizdə  Ģəhərin  idarə  olunmasını  öz 
ixtiyarına  keçirmək  istəyən  Dəvəçi  məhəlləsinin  sakini  Sarban  Qulu  baĢda 
olmaqla geniĢ xalq kütləsi üsyan qaldırmıĢdı. Əbubəkr Tehrani bu barədə belə 
yazır: «Sarban Qulu özünü «ərazil»in baĢçısı edib, bir dəstə rünud və ovbaĢı öz 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə