81
məmurları Ģəhərdə özbaĢınalıq edir, Təbriz əhalisindən yersiz vergi və
mükəlləfiyyətlər tələb edirdilər. Ġbn əl-Əsir yazır ki, Cəlaləddinin qoĢunu
Təbriz əhalisinə zülm edir, sənətkar və tacirlərdən mal alıb pulunu vermir və ya
aldığı malın dəyərindən xeyli az pul verirdilər [293]. ġəhər əhalisi, xüsusilə
sənətkarlar və tacirlər Cəlaləddinə müraciət etmiĢ, o isə Ģikayətçilərə belə
cavab vermiĢdi: «Biz indi dünyanı fəth edənlərin, idarə edənlər yox. Dünyanı
fəth edərkən rəiyyətin əhvalına çatmaq Ģərt deyil, dünyanı alıb qurtardıqdan
sonra zülm edilənlərin Ģikayətinə baxarıq» [294]. Əhalinin yoxsul təbəqələrinin
etirazı nəticəsində Cəlaləddin Ģəhərdə nəzarətçilər təyin edir. Lakin bu
nəzarətçilər də əhaliyə zülm etməyə baĢlayırlar. ġəhər əhalisi nəzarətçilərin
özbaĢınalığından Cəlaləddinə Ģikayət yazaraq göstərirlər ki, nəzarətçilər
imkanımızdan artıq vergi və mükəlləfiyyət tələb edirlər. ġikayətçilərin kəskin
etirazı nəticəsində sənətkar və xırda tacirlərin tələbi ödənilir. Cəlaləddin
göstəriĢ verir ki, əhalidən imkanına görə vergi və mükəlləfiyyət alınsın [295].
Sinfi mübarizənin bir forması da vergi toplayan məmurların yoxsul
təbəqə tərəfindən öldürülməsi idi. Cəlaləddinin vergi toplayan məmurlarının
özbaĢınalığından cana doymuĢ Ģəhər yoxsulları və sənətkarları həmin
məmurlardan intiqam almaq məqsədilə 1226-cı ildə onları öldürür və Ģəhərdə
üsyan qaldırırlar [296]. Nəsəvi üsyançıları «əvam», «frumayeqan» (alçaqlar,
əclaflar), «ovbaĢ» (qara camaat) adlandırır [297], üsyanın fəal iĢtirakçılarından
(«əvam» - sadə adamlardan) olan [298], Bəhaəddin ibn Məhəmməd ibn BəĢir
Yarbəkin adını çəkir. Lakin üsyanın yüksəliĢindən vahiməyə düĢən Təbriz
Ģəhər rəisi ġəmsəddin Tuqrai əhalini üsyandan çəkindirməyə cəhd göstərirsə
də, məqsədinə nail ola bilmir. Üsyançılar xarəzmĢahlardan bir neçə nəfəri də
öldürürlər. Nəhayət, ġəmsəddin Tuqrai üsyan baĢçılarından iki nəfərin baĢını
kəsdirib, Ģəhərdə gəzdirməyi əmr edir vəsar çəkdirir ki, «Ģaha qarĢı çıxan
Ģəxsin cəzası budur» [299]. Nəsəvi, ġəmsəddin Tuqraini «dindar, rəiyyətin
tərəfini saxlayan, Təbriz əhalisinin imkanlarından xaric və həddindən ziyadə
vergi alınmasına qarĢı çıxan» [300] bir Ģəxs kimi tanıtdırır. Lakin digər bir
yerdə onu «təbrizlilərin can və malına hakim» [301] kimi qeyd edir. Əslində
ikinci fikir həqiqətə uyğundur. Nəsəvi Cəlaləddinə qarĢı baĢ vermiĢ üsyanı
təkzib etməyə çalıĢaraq yazır ki, ġəmsəddin əhalinin tərəfini saxladığı üçün
Cəlaləddinin məmurları ondan narazı idi. Məhz buna görə də, onu Cəlaləddinin
gözündən salmaq üçün üsyan Ģayiəsini yaymıĢdılar [302]. Nəsəvi bu üsyanı
inkar etməyə cəhd göstərsə də, əsərinin bir yerində «frumayeqan» və
«ovbaĢan»ın tutulub Cəlaləddinin yanına gətirilməsini qeyd etmiĢdir [303].
Həmin faktdan və ibn əl-Əsrin yazdığından məlum olur ki, həqiqətən Təbrizdə
Cəlaləddinə və onun məmurlarına qarĢı üsyan baĢ vermiĢdir. Üsyançılar həm
də Ģəhərdə hakimiyyəti ələ almağa cəhd göstərirdilər [304]. Atabəy Özbəkin
hakimiyyətini bərpa etmək Ģüarı altında baĢlanan antifeodal mübarizənin
məğlub olmasında Ģəhər əyanlarının xəyanəti əsas rol oynamıĢdı. Belə ki,
82
üsyan yatırıldıqdan sonra Təbriz əyanlarından 300 nəfəri Cəlaləddinin sarayına
gedərək orada onun mədhinə moizə oxumağa baĢlamıĢdır [305].
1231-ci ildə Cəlaləddin öldürüldükdən sonra onun üç hissəyə
parçalanmıĢ qoĢununun bir hissəsi Təbrizdə qalır. Cəlaləddinin məmurlarının
özbaĢınalığından bezmiĢ Təbriz əhalisi onları da öldürür.
Hülakünün əmiri Arqun dövründə ġərəfəddin Xarəzmi Təbrizdə
«bəqayayi-mal (qalmıĢ vergilər) adı altında əhalidən xeyli vergi tələb edirdi.
Cüveyni yazır ki, «zülm həddini aĢmıĢdı, hər evdə biganə adam, hər mənzildə
vergi toplayan, müvəkkil aman vermədən qızıl tələb edirdi. Hər guĢədə iĢgəncə
var idi» [306]. Müəllif sözünə davam edərək yazır: «Hətta dul qadın və yetim
uĢaqlardan da vergi alırdılar [307]. Məhz bu məsələyə etiraz əlaməti olaraq bir
dəstə dul qadın və uĢaq Arqunun sarayı qarĢısında toplaĢaraq hay-küy salır,
onun məmurlarının özbaĢınalığına son qoyulmasını tələb edirlər. Nəhayət,
Arqun onların tələblərini yerinə yetirərək əmr edir ki, xəzinədən onlara
müəyyən qədər yardım göstərsin.
Arqun qopçur [308] vergisini də qaydaya salır. Belə ki, Arqun deyir:
«Rəiyyətdən çoxlu ixracat toplanılır və tələb edilir. Buna görə də onların çoxu
pərakəndə - didərgin olmuĢdur. Mavəraünnəhrdə olduğu kimi, hər bir Ģəxsin
imkanına görə qopçur təyin etmək lazımdır» [309]. Onun əmrilə varlıdan adam
baĢına 10 dinar, yoxsullardan isə bir dinar qopçur alınırdı. Müəyyən müddət
keçdikdən sonra hər 10 nəfərdən 70 dinar almağa baĢlayırlar.
Göründüyü kimi, hətta dul qadın və uĢaqların kollektiv surətdə etiraz
etməsi formasında olan antifeodal çıxıĢlar bəzən o qədər kütləvi xarakter alırdı
ki, hökmdar onların tələblərinə xüsusi diqqət yetirməyə məcbur olurdu. Hətta
qanunsuz olaraq dul qadın və yetim uĢaqlardan alınmıĢ pullar divan hesabına
ödənilirdi.
Təbrizdə sinfi mübarizənin geniĢ yayılmıĢ formalarından biri də Ģəhər
əhalisinin müəyyən tələbə qarĢı etiraz əlaməti olaraq Ģəhəri elliklə tərk etməsi
idi.
1294-cü il sentyabrın 15-də Keyxatunun sikkə əvəzinə kağız pul (çav)
buraxılması haqqında fərmanı əhali tərəfindən müqavimətə rast gəlir. Hökmdar
çavı qəbul etməyənlərə ağır cəza veriləcəyi ilə hədələyirdi. Təbrizdə kağız
pulla alver bir həftədən artıq çəkmədi. Keyxatunun çav tədbirinə qarĢı Ģəhərin
sənətkar, alverçi və yoxsul təbəqəsi sinfi mübarizənin geniĢ yayılmıĢ formasına
- elliklə dükanları bağlayıb Ģəhəri tərk etmək vasitəsinə əl atdılar. Onlar hətta
dükan və mağazalardan öz mallarını da götürüb aparırdılar. Bazarda yemək və
geyim Ģeyləri tapılmırdı. 10 dinara olan bir atın qiyməti 150 dinara qalxmıĢdı.
Çörəyin bir batmanı isə bir dinara idi. Bazarda alver tamamilə dayandı. Təbriz
az zamanda boĢaldı [310]. ġəhərdə qalan əhali isə cümə günü məscidə
toplaĢaraq hay-küy qaldırıb Ģikayətə baĢladı. Camaat çavın həyata
Dostları ilə paylaş: |