Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə38/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   34   35   36   37   38   39   40   41   ...   116

79 
 
sahələrində iĢləyən muzdur qulların aldığı gündəlik məhsul payı onların geyim 
xərcinə belə çatmadığı üçün qul sahibi onları geyimlə təmin edirdi [282]. 
«Mukatibati-RəĢidi»də  qulların  iqtisadi-sosial  və  məiĢət  məsələlərinə 
dair  lazımi  məlumat  yoxdur.  Lakin  «Vəqfnameyi-rəbi  RəĢidi»də  qulların 
iqtisadi-sosial  vəziyyətinə  dair  müəyyən  məlumat  verilir.  RəĢidəddinin 
«Vəqfnamə»sində  deyilir  ki,  onun  həmiĢə  440  qulu  olmalı,  ata  və  ya  ana 
öldükdə oğlanlarından biri atasını əvəz etməli idi. ÖlmüĢ qulun oğlu olmadıqda 
digər yerdən qul alınıb yerinə qoyulmalı idi. Qadın qul öldükdə digər qulların 
qızlarından  birini  arvadı  ölmüĢ  qula  ərə  verməli,  o  da  qul  kimi  iĢləməli  idi. 
Boya-baĢa  çatmıĢ,  ərə  verilməli  qız  olmadıqda  mütəvəlli  digər  yerdən  kəniz 
alıb, ölmüĢ qadın qulun yerinə qoyurdu. 
RəĢidəddinin  20  türk  qulu  da  var  idi.  Onların  içərisində  kənkana, 
rəssama, kamançaçalana təsadüf edilirdi. Bu qulların hər birinə gündə 3 batman 
çörək verilirdi. Qulların əməyi müqabilində onlara çatmalı məhsul payının bir 
hissəsi saxlanılırdı ki, qul öldükdə onun dəfninə xərclənsin [283]. 
Qulların  hər  birinə  gündəlik  iĢ  norması  verilirdi.  Yalnız  həmin 
normanı  yerinə  yetirmiĢ  qula  çörək  verilirdi.  ĠĢ  vaxtı  qulları  10  nəfərlik 
dəstələrə ayırır, onlardan ən bacarıqlısını dəstələrə baĢçı təyin edirdilər. Gündə 
100  nəfər  qul  bağda  iĢləməli  idi.  Hər  yüz  nəfər  qula  da  qullardan  biri  baĢçı 
təyin  olunurdu.  Gündəlik  çörəkdən  əlavə,  baĢçı  qul  ildə  100  dinar  alırdı. 
Qulların hər birinə gündə iki batman çörək çatırdı. 30 nəfər kənkana ayrılıqda 
gündəlik iĢ norması verilirdi. 50 kəz (48-50 metrə qədər) iĢ görüldükdə onlara 
müəyyən  edilmiĢ  məbləğin  dörddə  üç  hissəsi  verilirdi.  BaĢçı  qul  onları  boĢ 
dayanmağa qoymamalı idi [284]. 
RəĢidabad  və  Fəthabad  bağlarında  bağbanlıq,  bel  vurmaq,  tənək 
baĢları kəsmək, ağacları təmizləməklə məĢğul olanlara gündəlik çörəkdən əlavə 
iĢlədikləri  sahədə  əlavə  edilən  məhsulun  dörddə  bir  hissəsini  verirdilər  [285]. 
Bir  sahədə  iĢ  qurtardıqda  mütəvəlli  onları  digər  sahədə  iĢə  cəlb  edirdi  [286]. 
RəĢidəddin hər bir qul ailəsinə iki baĢ inək tapĢırırdı. Qul bu inəkləri bəsləməli 
və  onlardan  bala  almalı  idi.  Əldə  edilən  süd  və  yağın  dörddə  bir  hissəsi, 
həmçinin iki toyuq və 100 yumurta qula verilirdi. Cücə və yumurtaların dörddə 
üç hissəsi qula çatırdı. Lakin qullara təhvil verilmiĢ iki toyuq və 100 yumurta 
həmiĢə mövcud olmalı idi [287]. 
Qulların son taleyi haqqında RəĢidəddin heç bir söz demir. Yalnız 20 
nəfər  türk  qul  haqqında  yazır:  «Onlardan  biri  öldükdə,  əgər  oğlu  varsa, 
əvəzində oğlanlarından birini qoymaq lazımdır. Onlardan hər birinə üç batman 
çörək  verilməli  idi.  Taqsırları  olmadıqda  mütəvəlli  onları  iĢdən  azad  edə 
bilməzdi,  müəyyən  taqsırı  olduqda,  mütəvəlli  özü  onun  haqqında  qərara  gələ 
bilərdi  [288]».  Buradan  aydın  olur  ki,  qullar  irsi  muzdur  qullara  çevrilirlər. 
Nəsillər  törəyib  boya-baĢa  çatdıqda  onlar  da  qula  çevrilir  və  iĢə  cəlb 


80 
 
olunurdular [289]. Qulların sayı azalmamalı, onlar ömürlərinin sonunadək qul 
olaraq qalmalı idilər. 
Təbrizdə  dilənçilər  də  var  idi.  «Təzukat-i  Teymuri»də  deyilir:  «Mən 
əmr  etdim  ki,  hər  bir  kənd  və  ya  Ģəhər  iĢğal  olunduqdan  sonra  dilənçiləri 
toplayıb,  onlara  gündəlik  çörək  versinlər.  Bundan  əlavə,  onları  damğalayıb 
birdə dilənçilik etməyə qoymasınlar» [290]. 
Beləliklə, Ģəhər əhalisinin əksər hissəsini sənətkarlar və tacirlər təĢkil 
etməklə  yanaĢı,  burada  yoxsul  təbəqələr,  o  cümlədən  qullar  da  olmuĢdur. 
Təbriz  əhalisinin  ictimai  bərabərsizliyi,  sinfi  ziddiyyətləri  daha  da 
kəskinləĢdirirdi. 
* * * 
XIII-XV  əsrlərdə  Azərbaycanın  digər  Ģəhərlərində  olduğu  kimi, 
Təbrizdə də baĢ verən sinfi mübarizədə əsasən sənətkarlar, xırda alverçilər, bir 
sözlə, istismar olunan, vergi verən təbəqə iĢtirak edir, hətta çox vaxt hərəkatın 
baĢçısı olurdular. 
Təbrizdə sinfi mübarizənin aĢağıdakı formaları mövcud idi [291]. 
1.  Antifeodal  mübarizədə  çox  vaxt  Ģəhərin  aĢağı  təbəqələri  elliklə 
Ģəhəri  tərk  edir  və  ya  kütləvi  surətdə  sənətkarlıq  emalatxanaları  və  dükanları 
bağlayırdılar.  Bəzi  tədqiqatçılar  Ģəhəri  elliklə  tərk  etməyi  sinfi  mübarizənin 
passiv  deyil,  aktiv  müqavimət  forması  hesab  edirlər  [292].  Biz  də  bu  fikrə 
tərəfdarıq.  Çünki  sinfi  mübarizənin  bu  forması  vasitəsilə  feodal  cəmiyyətini 
iqtisadi cəhətdən sarsıtmaq mümkün olurdu. 
2. Kollektiv    surətdə    feodalların    ayrı-ayrı    tələblərini  rədd  etmək, 
yaxud vergi verməkdən boyun qaçırmaq. 
3. Yadelli  iĢğalçılara  qarĢı  azadlıq  hərəkatında  iĢtirak  etməklə  yanaĢı, 
bu  hərəkatı  antifeodal  mübarizəyə  çevirmək.  Çünki  iri  feodallar  iĢğalçı 
hökmdarlarla tez saziĢə girirdilər. Onlar öz mal-dövlətlərini qoruyub saxlamaq 
naminə  ölkəni  iĢğalçılara  təqdim  etməyə  hazır  idilər.  Lakin  aĢağı  təbəqə  son 
nəfəsə  qədər  öz  vətəninin  istiqlaliyyəti  uğrunda  iĢğalçılara  qarĢı  qətiyyətlə 
vuruĢurdu.  Bslə  bir  Ģəraitdə  yadelli  iĢğalçılara  qarĢı  aparılan  müharibə  eyni 
halda daxili feodallara qarĢı çevrilirdi ki, bu da sinfi xarakter daĢıyırdı. 
4. Ġstismar  olunan,  əzilən  təbəqə  və  ya  sinif  Ģəhər  hakimindən  və  ya 
dövlət  məmurlarının özbaĢınalığından kollektiv surətdə  dövrün hökmdarlarına 
Ģikayət ərizələri verirdilər. 
5. Yoxsullar dəstələr halında birləĢərək karvan yollarında iri tacirlərin 
və feodalların mallarını qarət edirdilər. 
6.  Sinfi  mübarizənin  ən  yüksək  forması  Ģəhərin  aĢağı  təbəqələrinin 
hakim feodal sinfinə qarĢı silahlı üsyanı idi. 
XIII əsrin 20-ci illəri Təbriz əhalisinin Cəlaləddin XarəzmĢah və onun 
məmurlarının  özbaĢınalığına  qarĢı  mübarizəsi  ilə  səciyyəvidir.  Belə  ki, 
Cəlaləddin  XarəzmĢah  Təbrizdə  hökmranlıq  etdiyi  dövrdə  (1225-1231)  onun 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə