Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə40/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   36   37   38   39   40   41   42   43   ...   116

83 
 
keçirilməsinə  razılıq  vermiĢ  Ġzəddin  Müzəffər  ibn  Məhəmmədi  (sahibi-divan 
Sədəddinin vəziri idi - S. O.) və onun həmkarlarını öldürdü [311]. 
Təbriz  əhalisinin  qəti  mübarizəsi  nəticəsində  Keyxatu  çavı  ləğv 
etdirməyə məcbur oldu və alver yenə sikkə ilə aparılmağa baĢlandı [312]. 
Qeyd  etmək  lazımdır  ki,  çav  tədbiri  Ġraqi-Ərəb,  Ġraqi-Əcəm, 
Diyarbəkir,  Mosul,  Miyafariqin,  Azərbaycan,  Xorasan,  Kirman  və  digər 
yerlərdə  həyata  keçirildi  [313].  Yalnız  Təbriz  əhalisinin  kəskin  etirazı 
nəticəsində  həmin  tədbir  bütün  ölkədə  ləğv  olundu.  Bu  da  o  dövrdə  Təbriz 
sənətkar, alverçi və yoxsullarının Elxani hökmdarına qarĢı birgə mübarizəsinin 
nə  dərəcədə  həlledici  rol  oynadığını  göstərir.  Çav  tədbirinin  ləğvindən  sonra 
Təbriz əhalisi yenidən Ģəhərə qayıtdı [314]. 
Təbriz uzun müddət böyük sülalələrin iqamətgahı və siyasi hadisələrin 
mərkəzi  olduğu  üçün  burada  hakimiyyəti  ələ  keçirmək  uğrunda  gedən 
mübarizədə  Ģəhər  əhalisi  fəal  iĢtirak  edirdi.  Bəzən  bu  hərəkat  antifeodal 
mübarizə  ilə  birləĢirdi.  1303-cü  ilin  dekabrında  Qazan  xanı  hakimiyyətdən 
salmağa  cəhd  göstərildi.  Həmin  ildə  Təbrizdə  Pir  Yaqub  Bağbani  baĢda 
olmaqla  əhali  Ģahzadə  Alafirəngi  hakimiyyətə  keçirmək  Ģüarı  altında  Qazan 
xana  qarĢı  sui-qəsd  hazırlamıĢdı.  Bu  xəbəri  eĢidən  sahibi-divan  Sədəddin 
Qazan  xana  məlumat  verir.  Qazan  xan  Cabi  Axtaçının  baĢçılığı  ilə  Təbrizə 
qoĢun göndərir. Hərəkat iĢtirakçıları ilə Qazan xanın qoĢunu arasında baĢ verən 
vuruĢma  on  gün  davam  edir.  Hərəkat  amansızcasına  yatırılır,  onun 
rəhbərlərindən  biri  olan  Pir  Yaqubu  hündür  bir  dağdan  atıb  öldürürlər. 
Hərəkatın  digər  baĢçıları  Nasirəddin,  RəĢid  Bolğarinin  xəlifəsi  ġeyx  Həbib, 
Seyid Kəmaləddin və baĢqaları da qətl olunurlar [315]. 
Bu  hərəkat  monqol  istilası  əleyhinə  çevrilmiĢdi.  Hərəkata  dərviĢ 
təriqəti baĢçısı Pir Yaqub rəhbərlik edirdi. Təriqət baĢçıları həmin təriqəti xalq 
arasında yaymaqla çoxlu mürid toplaya bilmiĢdilər. Onlar Mahmud adlı muridi 
orduya  göndərirdilər  ki,  həmin  təriqəti  orada  təbliğ  etsin.  Bu  məsələni  eĢidən 
Sədəddin  Mahmudu  tutub  həbsə  saldırır  və  əhvalatı  Qazan  xana  xəbər  verir. 
Qazan xan deyir ki, bütün bu fitnələrin baĢçısı Sədrəddin Zəncanidir. Ölü hələ 
də fitnə qopardır [316]. Sədrəddin Zəncani hələ h. 697-ci il rəcəb ayının 21-də 
(5.V.1298)  Qazan  xanın  əmrilə  öldürülmüĢdü.  Dakin  onun  tərəfdarları  Pir 
Yaqub,  Nasirəddin,  RəĢid  Bolğari,  ġeyx  Həbib,  Seyid  Kəmaləddin  hərəkata 
rəhbərlik  edib  onun  iĢini  davam  etdirirdilər.  RəĢidəddin  təriqət  tərəfdardarını 
«məzdəkilər» adlandırmıĢdır. O  yazır ki, həmin təriqət tərəfdarlarının məsləki 
Məzdək  ideyaları  idi  və  bu  ideyanı  onlar  xalq  arasında  geniĢ  yaymaq 
istəyirdilər [317]. 
Ġ.  P.  PetruĢevski  qeyd  edir  ki,  onların  ictimai  proqramları  eynilə 
qədimdə  Məzdəkilərin  proqramı  kimi  idi.  Ġctimai  bərabərlik,  bütün  əmlakın 
kənd icmasına  verilməsi və s. ibarət idi [318]. Ə. Əlizadə isə onların Məzdək 
ideyası ilə heç bir əlaqəsi olmadığını bildirir və yazır ki, Sədrəddin və qiyamın 


84 
 
digər  baĢçıları  əslində  Məzdək  ideyasını  xalq  içərisində  yaymaqla  geniĢ  xalq 
kütləsini öz tərəflərinə cəlb etmək istəyirdilər [319]. 
Təriqət  rəhbərləri  siyasi  hakimiyyəti  ələ  keçirmək  istəyirdilər.  Onlar 
Alafirəngi  Ģah  elan  etməklə  öz  proqramlarını  həyata  keçirməyə  can  atırdılar. 
Əslində  Məzdəki  ideyası  ilə  əlaqədar  olub-olmamalarına  baxmayaraq,  təriqət 
rəhbərləri xalq kütləsinə yaxın idilər və onun arzularını əks etdirirdilər. Təriqət 
tərəfdarlarının  gizli  təĢkilatı  var  idi.  Onlar  hələ  1298-ci  ilin  aprelində  siyasi 
hakimiyyəti ola keçirməyə cəhd göstərmiĢdilər. Taycu oğlunun dəstəsindən bir 
Ģeyx  ona  Ģahlıq  vəd  etmiĢdi.  Məsələnin  üstü  açılır.  Qazan  xan  Taycu  oğlunu 
dörd  nökəri  ilə  birlikdə  öldürtdürur.  Həmin  ildə  Sədrəddin  Zəncani,  qardaĢı 
Qütbəddin,  Qütbəddinin  əmisi  oğlu  Qəvamülmülk,  onların  qohumu  Təbriz 
qazisi Zinəddin Ġnəbəkin və baĢqaları Qazan xanın əmrilə qətlə yetirildi [320]. 
Həmin  təriqətin  ictimai  proqramı  hələlik  məlum  deyildir..  Lakin  bir 
məsələ aydındır ki, onlar siyasi hakimiyyəti ələ keçirməyə və bununla özlərinin 
ictimai ideyalarını yaymağa və proqramlarını həyata keçirməyə çalıĢırdılar. 
XIV  əsrin  30-cu  illərindən  mərkəzi  hakimiyyətin  zəifləməsi 
nəticəsində  Azərbaycan  feodal  qrupları  arasında  bölüĢdürülür.  ġeyx  Həsən 
(1338-1343)  və  Məlik  ƏĢrəfin  (1344-1357)  hakimiyyəti  dövründə  xalq 
kütlələrinin  vəziyyəti  daha  da  ağırlaĢır.  Müinəddin  Nətənzi  yazır  ki,  ġeyx 
Həsən  dövründə  Təbriz  əhalisi  cana  gəlmiĢdi,  hətta  kiĢilərin  əz  qadınları 
üzərində  ixtiyaratı  qalmamıĢdı  [321].  Ağır  vergi  və  mükəlləfiyyətlər,  feodal 
zülmü,  bahalıq,  qıtlıq  Təbrizin  aĢağı  təbəqəsini  və  yoxsul  kütləsini  cana 
gətirmiĢdi. Belə bir vəziyyət təkcə Təbrizdə deyil, Azərbaycanın digər Ģəhər və 
kəndlərində  də  hökm  sürürdü.  Buna  görə  də  geniĢ  xalq  kütləsi  Çobani 
əmirlərinin  zülmünə  qarĢı  Ģiddətli  mübarizə  aparırdı.  Bu  mübarizənin  əsas 
mərkəzi Təbriz Ģəhəri idi. 
1344-cü  ilin  yazında  Təbrizdə  silahlı  üsyan  baĢ  verir  [322].  Üsyanın 
əsas  səbəbi  Məlik  ƏĢrəf  və  Yağıbasdının  əmirlərinin  Təbriz  əhalisinə  həddən 
artıq  zülmünün  nəticəsi  idi.  ġəhər  əhalisi  Təbrizin  darvazalarını  bağlamıĢ, 
Ģəhərin əsas yollarında dərin xəndəklər qazmıĢdılar. Küçə və bağlarda yolların 
qarĢısını  kəsmək  üçün  iri  ağaclar  qoyulmuĢdu.  Onlar  bəndləri  açaraq  suyu 
Ģəhərə  buraxmıĢ  və  xəndəkləri  su  ilə  doldurmuĢdular.  Üsyançılar  Çobani 
əmirlərinin Təbrizdəki  məmurlarını tutub öldürür, bir hissəsini  isə  əsir  alırlar. 
Çobani  əmirləri  sağ  qalmıĢ  qohumlarını  Təbriz  əhalisindən  tələb  etdikdə 
üsyançılar  rədd  cavabı  verirlər.  Üsyan  daha  da  Ģiddətlənir.  Çobani  feodalları 
böyük  bir  qoĢun  qüvvəsilə  Ģəhərə  daxil  ola  bilirlər.  Təbriz  daxilində 
üsyançılarla  Çobani  feodallarının  birləĢmiĢ  qüvvələri  arasında  toqquĢma  baĢ 
verir. Təbrizin hər bir məhəlləsi vuruĢ meydanına çevrilir [323]. Ġki gün davam 
edən  vuruĢmadan  sonra  üsyançılar  təpədən-dırnağa  qədər  silahlanmıĢ  Çobani 
qoĢunu  qarĢısında  müqavimət  göstərə  bilməyib  məğlub  olurlar.  Üsyanın 
məğlubiyyətə  uğramasında  Təbriz  feodal  əyanlarının  xəyanətini  qeyd  etmək 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə