94
qırpımında öz iĢ alətlərini götürüb evlərə, sifariĢçilərin sifariĢlərini yerinə
yetirməyə gedirdilər. Avropa qalayçılarının iĢləmək üçün çoxlu iĢ aləti və
dəstgahı olduğu halda, Ġranda (o cümlədən Azərbaycan Ģəhərlərində - S. O.)
iĢləmək üçün evlərə gedirlər. Bunun üçün onlar sifariĢçidən əlavə əmək haqqı
almırdılar. Ustad öz kiçik yaĢlı Ģagirdi ilə dükanda olan bütün dəstgahını, iĢ
alətlərini - bir torba kömür, bir körük, bir az lehim, öküz buynuzunda bir qədər
naĢatır, cibində bir neçə kiçik qalay parçası götürüb gedir, istədiyi yerdə həmin
dəstgahını qurub iĢləyirdi» [7]. Tavernye də göstərir ki, kasıb qalayçılar evlərə
gedib, oradaca qab qalaylayırdılar [d].
Təbrizdə gözəl parçalar toxuyan xeyli mahir sənətkar var idi. Burada
toxucuların sayı daha çox olduğu və toxuculuq sənətkarlığı geniĢ inkiĢaf etdiyi
üçün biz ilk növbədə toxuculuq sənətkarlığından bəhs edirik.
Toxuculuq. Əsas məsələyə keçməzdən əvvəl toxuculuqda iĢlənən xam
ipəyin haradan əldə edilməsi üzərində qısa da olsa dayanmaq istərdik.
Məlum olduğu kimi, xam ipək əsasən Gilan, ġirvan, Qarabağ,
Mazandaran və Azərbaycanın cənub vilayətlərində istehsal olunurdu. Gilan
ipəyi zərif və bahalı idi. Gilanda üç növ ipək toxunurdu. ġərbafi, xalvari, lejim
adlanan ipək növləri hətta Avropa ölkələrində də Ģöhrət tapmıĢdı [9].
Qarabağda isə «kənar» adlı ipək məĢhur idi [10]. ġamaxı, Gəncə və Tiflisdən
Təbrizə iki növ ipək gətirilirdi. Onların bir növü zərif olub, Ģorbafi, digəri isə
ƏrəĢ mahalının adı ilə «ƏrvəĢ ipəyi» adlanırdı. ƏrvəĢ ipəyi çox qalın olurdu.
Həmin ipək növləri arasında qiymətcə də fərq var idi. Tavernyenin verdiyi
məlumata görə, Ģərbaf növ ipək 18, «ərvəĢ» isə 10 ekuya idi [11].
XVII əsrin 30-cu illərində ġirvanda ildə 3, Qarabağda 2, Gilanda 8,
Mazandaranda 2 min bağlama ipək əldə edilirdi [12]. Adam Oleariyə görə hər
bir bağlamada 216 funt ipək var idi. Təbriz daĢı ilə bir batman 6 funta bərabər
sayılırdı [13]. Bu hesabla hər il ġirvandan 108 min, Qarabağdan 12 min,
Gilandan 288 min, Mazandarandan isə 12 min batman ipək əldə edilirdi. M. X.
Heydərov Adam Olearinin qeyd etdiyi rəqəmlərlə digər məxəzlərdəki
rəqəmləri
müqayisə edərək Olearinin gətirdiyi rəqəmdən daha çox ipək istehsal
olunduğunu bildirmiĢdir [14]. Məlumdur ki, XVII əsrin 30-cu illərinə nisbətən
əsrin ortalarında sənətkarlığın inkiĢafı və Avropa manufakturasının xam ipəyə
olan tələbatının artması nəticəsində ipək istehsalı xeyli artmıĢdı. Belə ki, təkcə
1679-cu ildə iki tacir ġirvandan Rusiya vasitəsilə Avropaya 48 min pud ipək
aparmaq haqqında danıĢıqlar aparırdı [15].
XVII əsrin ortalarında ġirvan, Gilan, Mazandaran və Qarabağda
istehsal olunan ipəyin əksəriyyəti Təbrizə aparılırdı. Tavernye Gilanda istehsal
olunan ipəyin hamısının Təbrizə aparıldığını bildirmiĢdir [16]. ġarden yazır ki,
Təbrizdə ildə 6 min bağlama ipək məsrəf olunurdu [17]. Hər bağlamanı 216
funt hesab etsək, Təbrizdə toxuculuq sənətkarlığında ildə Təbriz daĢı ilə 216
min batman xam ipək məsrəf olunduğunu ehtimal etmək mümkündür. Təbrizin
95
ətraf nahiyələrində də ipək istehsal olunurdu. Övliya Çələbi yazır ki, «ful və
Ģəiri də vifrət üzrə hüsulə gəlir» [18].
Arran, Muğan və Təbriz ətrafında xeyli pambıq əkilirdi. Övliya
Çələbinin verdiyi məlumata görə, Naxçıvanda və Təbrizdə yeddi növ pambıq
əkilirdi [19].
Təbrizə daxil olan ipək və pambığın bir hissəsi daxildə sənətkarlığa
məsrəf edilirdisə, digər qismi Avropaya aparılırdı.
Təbrizdə çoxlu ipək və pambıq parça toxunurdu. Bu Ģəhərdə
toxunmuĢ bəzi parça fraqmentlərinə indi dünyanın bir çox muzeylərində rast
gəlmək olur. Nəbati naxıĢlarla bəzədilmiĢ, üzərində süvari təsviri olan qumaĢ
parça hazırda Britaniyanın Viktoriya - Albert muzeyində saxlanılır [20].
Təbrizdə toxunmuĢ atlas, qumaĢ [21], darai [22], məxmər parçalar daxili
ehtiyacı ödəməklə yanaĢı, Rusiyaya da ixrac olunurdu [23]. Zəki Məhəmməd
Həsənin verdiyi məlumata görə, üzərində insan və bitki təsviri olan parçalar
Təbriz toxuculuq sənətinin məhsuludur [24].
Bir sözlə, XVI-XVII əsrlərdə Təbriz Azərbaycanın mühüm toxuculuq
mərkəzlərindən biri idi. Qətiyyətlə demək olar ki, Səfəvilərin hakimiyyəti
dövründə Təbrizdə toxuculuq sənətkarlığı özünün yüksək inkiĢaf mərhələsinə
çatmıĢdı. Bu bir sıra səbəbdən irəli gəlmiĢdi:
1) Səfəvi hökmdarları, saray adamları, feodal əyanları məiĢətlərində
zərli
ipək və məxmər parçalar, qəĢəng və yaraĢıqlı xalılar iĢlədirdilər;
2) qumaĢ, xalı və s. toxuculuq malları ən qiymətli hədiyyə hesab
olunurdu;
3) xarici ölkələrə ixrac edilən mallar arasında Təbrizdə toxunmuĢ
parçalar, xalı və xalçalar əsas yer tuturdu. Buna görə də ġah Təhmasib, I ġah
Abbas və bir sıra baĢqa iri feodallar Təbrizdə toxuculuq karxanaları təsis
etmiĢdilər.
Hələ 1532-ci ildə I ġah Təhmasibin kənizlərindən bir neçəsi onun
Təbrizdəki toxuculuq karxanasında zərduzluq öyrənirdi [25].
Təbriz toxucuları müxtəlif növ parçalar, o cümlədən diba, atlas,
məxmər, kətan, qumaĢ və s. toxuculuğunda Ģöhrət qazanmıĢdılar.
Təbrizdə toxuculuq sənəti bir növ ənənəyə çevrilmiĢdi. Təsadüfi
deyildir ki, Övliya Çələbi Təbrizdə toxunan qumaĢ parçalar, siyabi hərir, qətifə,
darainin hər tərəfdə «Təbriz qumaĢı» adı ilə məĢhur olduğunu bildirmiĢdir [26].
ġarden isə Ģəhərin baĢdanbaĢa qumaĢ, ipək toxuculuq sənətkarları ilə dolu
olduğunu qeyd etmiĢdi [27]. Azərbaycanın ən gözəl əl-üz dəsmalları, geyimləri
Təbrizdə hazırlanırdı [28]. Təbriz həm də məxmər istehsalının mərkəzi idi [29].
Təbrizdə qəzil və yundan da müxtəlif mallar toxunurdu. Həmin malları toxuyan
sənətkarlara «muinəduz» deyilirdi. Sadiqibəy ƏfĢar muinəduz Movlana
Həqirinin adını çəkir və onun təbrizli olduğunu yazır [30].