Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə27/116
tarix01.08.2018
ölçüsü1,54 Mb.
#60468
1   ...   23   24   25   26   27   28   29   30   ...   116

57 
 
1332-ci  ildə  Təbrizdə  olmuĢ  ingilis  səyyahı  Mondevilson  da  Təbrizi 
dünyanın ən böyük və əzəmətli Ģəhəri adlandırmaqla  yanaĢı,  yalnız ticarətdən 
Təbrizdən  əldə  edilən  gəlirin  ən  zəngin  bir  xristian  kralının  bütün  ölkəsindən 
aldığı gəlirdən çox olduğunu bildirmiĢdir [109]. 
Elxani  Əbu  Səidin  hakimiyyətinin  ilk  illərində    (1316-1335)  Qazan 
xanın  islahatı  hələ  də  qüvvədə  idi.  Əbubəkr  Qütbi  əl-Əhəri  bu  barədə  belə 
yazır: «Elxani Əbu Səid dövründə Sultan Qazan xanın fərmanları qüvvədə idi. 
Bu  dövrdə  Azərbaycan  abad  bir  behiĢtə  bənzəyirdi»  [110].  Əhəri  Əbu  Səid 
dövrünü  monqolların  hakimiyyətinin  ən  yaxĢı  vaxtı  hesab  etmiĢdir  [111].  Bu 
dövrdə Təbrizdə zərb olunan sikkələrin əyarı da ticarətin yüksəliĢini əks etdirir.  
Qazan  xan  dövründə  zərb  olunan  qızıl  və  gümüĢ  sikkələrin  əyarı  yüksək  idi. 
Bunun nəticəsində sikkənin real qiyməti artmıĢdı. Elxanilər dövləti ərazisində 
ticarət əməliyyatında vaxtilə mübadilə vasitəsi əsasən qumaĢ olduğu halda, bu 
zaman  mübadilə  normal  pul  hesabı  ilə  aparılırdı  [112].  Bu  da  əmtəə-pul 
münasibətlərinin  yüksək  dərəcədə  inkiĢaf  etdiyini  göstərir.  Digər  tərəfdən, 
Azərbaycanın    Ģimal    hissəsində    qazıntılar      nəticəsində  tapılmıĢ  sikkə 
dəfinələrinin  təhlili  göstərir  ki,  bu  pulların  əksəriyyəti  Təbrizdə  zərb 
olunmuĢdur. Bu da Təbrizin Azərbaycanın Ģimalında yerləĢən Ģəhərlərlə ticarət 
əlaqəsinin nə dərəcədə yüksək olduğunu göstərir [113]. 
Yuxarıda  qeyd  etdiklərimizdən  aydın  olur  ki,  XIII  əsrin  sonu  -  XIV 
əsrin 30-cu illərində Təbriz iqtisadiyyatı, o cümlədən ticarət çiçəklənmə dövrü 
keçirmiĢdir.  Lakin  bu  inkiĢafı  təkcə  Qazan  xanın  (1295-1304)  islahatı  ilə 
bağlamaq düzgün deyildir. RəĢidəddin Qazan xanın islahatının ölkənin  iqtisadi 
həyatındakı  rolunu  həddən    artıq  ĢiĢirtmiĢdir  [114].  Qazan  xanın  doqquz  illik 
hakimiyyəti  dövründə  birdən-birə  bu  qədər  dönüĢ  yarana  bilməzdi.  Hətta 
RəĢidəddin özü də etiraf edir ki, ölkənin vəziyyətini islah etmək üçün uzun illər 
lazımdır [115]. 
ġübhəsiz,  Qazan  xanın  islahatları  Azərbaycanın,  xüsusilə  Elxanilər 
dövlətinin  paytaxtı  olan  Təbrizin  iqtisadi  inkiĢafında  mühüm  rol  oynamıĢdır. 
Akad.  Ə.  Ə.  Əlizadə  haqlı  olaraq  Qazan  xan  dövrünün  Elxanilər  dövləti  və 
Azərbaycan tarixində xüsusi yer tutduğunu qeyd etmiĢdir. Lakin Qazan xanın 
islahatlarına qədər Təbrizin özündə də iqtisadi inkiĢaf üçün zəmin var idi. 
XIV  əsrin  10-30-cu  illərində  Təbriz  iqtisadi  cəhətdən  yüksəliĢ  dövrü 
keçirdiyi  halda,  Əbu  Səidin  hakimiyyətinin  sonlarında  mərkəzi  hakimiyyətin 
zəifləməsi,  Qazan  xan  islahatının  qüvvədən  düĢməsi,  Elxani  taxtına  sahib 
olmaq  uğrunda  gedən  feodal  ara  müharibələri,  Təbrizin  döyüĢ  meydanına 
çevrilməsi Ģəhərin iqtisadi həyatının, xüsusilə ticarətin tənəzzülünə səbəb oldu 
[116]. Mövlana Övliya Amoli h. 952 (1545-46)-ci ildə yazdığı «Tarix-i Röyan» 
adlı  əsərində  bu  dövrdə  ölkənin  vəziyyətini  belə  təsvir  etmiĢdir:  «Əbu  Səidin 
ölümündən  sonra  təhlükəsizlik  təhlükə  ilə,  ədalət  zülmlə,  tikinti  iĢləri 
xarabalığa  çevrilməklə  əvəz  edildi.  Dövlət  əmirlərinin  hərəsi  bir  əyalət  və  ya 


58 
 
vilayətə  hakim  oldu,  neçə  min  qədim  bina  dağıdıldı»  [117].  Məlik  ƏĢrəfin 
hakimiyyəti  dövründə  (1344-1357)  Təbriz  daha  ağır  iqtisadi  çətinliyə  məruz 
qalmıĢdı. Onun vəziri Əbdülhəy Hamami Təbriz əhalisindən zor və iĢgəncə ilə 
nəmmari  və  s.  vergilər  alırdı.  Vəzir  yalnız  1344-1349-cu  illər  arasında  hər  il 
Təbrizə gəlir və əhalidən çoxlu vergi tələb edirdi. Məlik ƏĢrəf Təbriz əhalisinin 
çox hissəsini Rəb-i-RəĢidiyə köçürmüĢdü. Orta əsr müəllifləri yazırlar ki, onun 
hakimiyyəti  dövründə  üç  Ģey  bol  olmuĢdur:  zülm,  bahalıq  və  vəba  [118]. 
Əlbəttə, bütün bunlar ticarətin inkiĢafına  maneçilik törədirdi. Heyd XIV əsrin 
40-cı  illərində  Təbrizdə  ticarətin  tam  tənəzzülündən  bəhs  edərək  yazır  ki, 
həmin  illərdə  Təbrizdə  əcnəbi  tacirlərə  təsadüf  olunmur  [119].  Lakin  Məlik 
ƏĢrəf iqtisadi tənəzzüldən yaxa qurtarmaq məqsədilə əcnəbi tacirlərin Təbrizə 
gəlməsi  üçün  müəyyən  təĢəbbüs  göstərmiĢdi.  Məlik  ƏĢrəf  1344-cü  ildə 
Kenuyaya  elçi  ilə  bərabər  məktub  göndərmiĢdi.  Konstantinopolun  hakimi 
Marko  Foskariniyə  göstəriĢ  verilmiĢdi  ki,  Məlik  ƏĢrəfin  göndərdiyi  elçi  ilə 
əlaqəyə  girib,  Venetsiya  ilə  Azərbaycan  arasındakı  ticarət  münasibətlərinin 
normal  vəziyyətə  düĢməsinə  Ģərait  yaratsın.  Lakin  bu  təĢəbbüslər  nəticə 
vermədi. Belə ki, Məlik ƏĢrəfin məktubuna əsasən Kenuyanın hakimi tacirlərin 
Azərbaycana  gəlməsi  təklifini  qəbul  edir.  Təbrizə  Kenuyadan  bir  dəstə  tacir 
gəlir.  Lakin  Məlik  ƏĢrəf  onların  gətirdikləri  mallara  tamah  salaraq  müəyyən 
bəhanə  ilə  bir  neçə  taciri  öldürür,  qalanlarını  həbsə  aldıraraq  mallarını  qəsb 
edir. Bu xoĢagəlməz hadisə ilə əlaqədar olaraq yenə bir müddət Venetsiya   ilə  
Azərbaycan  arasında    ticarət        əlaqələri  kəsilir  [120].    Beləliklə,    Hülakülar 
dövlətinin süqutu dövründə Azərbaycanda ticarət müəyyən dərəcədə zəifləmiĢ 
və  tənəzzülə  uğramıĢdı.  Bunun əsas səbəbi ölkədə  arasıkəsilməyən feodal  ara 
müharibələri,  vergilərin  ağırlığı,  ticarət  yollarında  təhlükəsizliyin  təmin 
olunmaması  və  s.  idi.  Tacirlərin  aparıb-gətirdikləri  mallar  həmiĢə  təhlükə 
altında  idi.  Həmin dövrün  hökmdarlarından   birinin   verdiyi  fərmanda  deyilir 
ki, xassə tacirlərdən bir qrupu müəyyən yoldan keçərkən gecə vaxtı quldurların 
basqınına  məruz  qalmıĢ,  çoxlu  qumaĢ  və  qaramal  oğurlanmıĢdır.  Həmin 
hüdudda  olan  qoĢun  dəstələrinə  tapĢırılır  ki,  tacirləri  xilas  etməyə  çalıĢıb, 
oğruları  tutub  divana  gətirsinlər,  baĢqalarına  ibrət  dərsi  olmaq  üçün  oğrulara 
layiqli  cəza  versinlər  [121].  Bazarlarda  özbaĢınalıq  davam  edirdi.  Tacirlər  və 
kətxudalar  bazara  girəndə  bir  çox  karvan  sürücüsü  (xərbəndə  və  sarban) 
onlardan  yemək-içmək  üçün  pul  tələb  edirdilər.  Pulları  olmayan  tacirlər  borc 
alıb onların tələblərini yerinə yetirməli idilər. Həmin adamlar bazar baĢlarında 
duraraq, əhaliyə əziyyət verirdilər. Tacir və kətxudalar gündə bir neçə dəfə belə 
zülmə  məruz  qalırdılar.  Bütün  bunlar  tacirlərin  müflisləĢməsinə,  ticarətin 
tənəzzülünə səbəb olurdu [122]. 
Cəlairi hökmdarlarından Böyük    Həsən  və  ġeyx Üveys (1356-1374) 
xarici  ticarəti  qüvvətləndirmək  və  əcnəbi  tacirləri  Təbrizə  cəlb  etmək  üçün 
xeyli  səy  göstərirdilər.  Bununla  əlaqədar  olaraq  həmin  dövrdə  xarici  ölkə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə