Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/116
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17063
1   2   3   4   5   6   7   8   9   ...   116

10 
 
bu əsərdə Təbrizin əsasının Harun ər-RəĢidin arvadı Zübeydə xatun tərəfindən 
qoyulduğu göstərilir ki, bu da düzgün fikir deyildir [14]. 
Həmdullah  Qəzvininin  (1281  X-1350)  1340-cı  ildə  yazmıĢ  olduğu 
«Nüzhət-əl-qülub»  adlı  coğrafi  əsərində  [15]  Təbriz  haqqında  dəqiq  məlumat 
olsa da, Ģəhərdə sənətkarlıq və ticarət haqqında ötəri bəhs edilmiĢdir [16]. 
Əmin Əhməd Razi h. 1010 (1601-1602)-cu ildə yazdığı «Həft iqlim» 
əsərində Həmdullah Qəzvini Təbriz haqqında verdiyi məlumatı təkrar etməklə 
yanaĢı, Ģəhərin memarlıq abidələri, habelə bir sıra Ģəxsiyyətlər barədə də xəbər 
verir[17]. 
Monoqrafiyada  istifadə  etdiyimiz  digər  mənbələrdən  biri  də 
Məhəmməd  Müfid  Yəzdinin  ilk  dəfə  araĢdırdığımız  «Müxtəsəri-Müfid» 
əsəridir. 1680-ci ildə Lahurda yazılmıĢ və  hələ nəĢr olunmamıĢ bu əlyazmada 
müəllif  özündən  əvvəlki  mənbələri  təkrar  etsə  də,  Təbrizin  XVII  əsrin 
sonundakı vəziyyəti haqqında maraqlı məlumat verir [18]. 
Təbrizin  iqtisadi-ictimai  vəziyyətini  tədqiq  etmək  üçün  rəsmi 
sənədlərin, vəqfnamələrin mühüm əhəmiyyəti vardır. Belə vəqfnamələrdən biri 
də  RəĢidəddinin  «Vəqfname-ye  Rəbi  RəĢidi»  əsəridir.  Burada  Təbriz  və  Rəbi 
RəĢididə təsərrüfat həyatı, sənətkarlıq,  ticarət, qul əməyi və qulların vəziyyəti 
barədə ətraflı məlumat verilir [19]. 
CahanĢahın arvadı Bəyim tərəfindən Təbrizdə tikdirilmiĢ Göy məscid 
haqqındakı  vəqfnamədə  Ģəhərin  görünüĢü,  bazarı  və  tarixi  memarlıq  abidələri 
haqqında maraqlı faktik material vardır. 363 vərəqdən ibarət bu «Vəqfnamə» h. 
869-cu  ildə  ġeyx  Nəcməddin  Üskui  (Üskuyəli)  tərəfindən  təsdiq  edilmiĢdir. 
Həmin  «Vəqfnamə»  h.  898-ci  il  rəbiüssani  ayında  (yanvar,  1493)  Kamal  ibn 
Fütuhəddin tərəfindən köçürülmüĢdür. «Vəqfnamə» indiyədək tam Ģəkildə nəĢr 
edilməmiĢdir. Məhəmməd Cavad MəĢkur «Tarix-i Təbriz» adlı əsərində həmin 
«Vəqfnamə»ni ixtisarla vermiĢdir. [20]. 
Təbrizin  Sadiqiyyə  mədrəsəsi  «Vəqfnamə»sində  də  Ģəhərin  bir  sıra 
abidələrinə dair maraqlı məlumat vardır [21]. 
Təbriz  və  Rəb-i  RəĢidinin  ictimai-iqtisadi  vəziyyəti  haqqında 
«Mükatibati-RəĢidi»də  bir  çox  qiymətli  fakta  təsadüf  edilir.  53  məktubdan 
ibarət bu əsərin 17, 18, 36 və 51 №-li məktubları bu baxımdan çox maraqlıdır 
[22]. 
Təbrizdə  yaĢamıĢ  Abdulla  Mazandarani  «Risale-yi  fələkiyyə»  adlı 
əsərini 1363-cü ildə  Cəlairi  Sultan  Hüseynin hakimiyyəti dövründə  yazmıĢdır 
[23].  Əsər  Mazandaran  vəziri  Fələk  əl-Məaniyə  ithaf  edildiyi  üçün  «Risaleyi 
fələkiyyə»  adlandırılmıĢdır.  1463-cü  ildə  naməlum  bir  xəttat  əsərin  üzünü 
köçürərkən ona  «dibaçə» (giriĢ) yazmıĢ və beləliklə, kitabın 1-42-ci səhifələri 
«dibaçə» adı ilə üzünü köçürən xəttat tərəfindən əlavə olunmuĢdur. Məhz buna 
görə  də  bəzi  tədqiqatçılar  səhvə  yol  verərək  bu  əsəri  XV  əsrə  aid  etmiĢlər. 
Sovet  ĢərqĢünası  R.  K.  Kiknadze  bu  əsəri  «XIV  əsrin  40-60-cı  illəri  üçün 


11 
 
qiymətli  sənəd»  sayır  [24].  Qeyd  olunan  məxəzə  qeyri-tədqiqi  yanaĢan  Ġran 
alimi ġirin Bəyani «Tarix-i ali Cəlayir» [25] adlı əsərində Təbrizdən toplanılan 
vergi  və  məxaric  barədə  1340  və  1360-cı  illərə  dair  rəqəmləri  bu  əsərdən 
götürmüĢdür.  Fikrimizcə,  bu  rəqəmlər  həqiqətə  uyğun  deyildir.  «Risale-yi 
fələkiyyə»  mühasibatdan  dərslik  vəsaiti  kimi  yazılmıĢ  və  oradakı  bir  çox 
rəqəmlər  əsərin  müəllifi  Abdulla  Mazandərani  tərəfindən  qondarılmıĢdır 
(əsərin ticarət bölməsində bu barədə ətraflı bəhs ediləcəkdir). 
h.  728  (1327-28)-ci  ildən  Təbrizə  köçüb  orada  yaĢamıĢ  və  burada 
maliyyə  iĢlərində  çalıĢan  Məhəmməd  ibn  Hindu-Naxçıvani  1360-cı  ildə 
«Dəstur əl-katib fi təyin əl-məratib» əsərini yazmıĢdır. Əsərdə Təbriz Ģəhərinin 
ictimai-iqtisadi  vəziyyətinə  dair  bir  sıra  faktik  material  toplanmıĢdır.  Bu 
məktublar  Elxanilərin  süqutu  dövründə,  Təbriz  iqtisadi  cəhətdən  tənəzzül 
dövrü  keçirdiyi  bir  zamanda  tərtib  edilmiĢdir.  Məhəmməd  ibn  HinduĢah 
Naxçıvani  öz  əsərində  Qazan  xan  islahatını  təbliğ  edir,  ölkəni  iqtisadi 
tənəzzüldən qurtarmaq üçün yollar axtarır və təkliflər irəli sürürdü [26]. 
Xondəmirin  «Name-yi  Nami»  adlı  münĢaat  tipli  əsərində  [27]  (XVI 
əsr)  Kəmaləddin  Behzadın  Təbrizdə  ġah  Ġsmayıl  sarayındakı  kitabxanaya 
Kələntər  (rəis,  baĢçı)  təyin  edilməsi  barədə  fərmanın  surəti  verilmiĢdir.  Məhz 
bu  fərman  vasitəsilə  biz  Təbrizin  saray  kitabxanası  və  orada  iĢləyən  ayrı-ayrı 
sənətkarlar haqqında qiymətli məlumat əldə edə bilirik. 
Ġstifadə  etdiyimiz  münĢaat tipli əsərlərdən  biri də  Heydər Evoğlunun 
ġah Səfi dövründə (1629-1642) tərtib edilmiĢ və h. 1104 (1692-93)-cü ildə üzü 
köçürülmüĢ  «Məcmue-ye  moraselat»  əlyazmasıdır.  Burada  toplanılmıĢ  bəzi 
fərman  və  məktublar  Təbrizin  ictimai-iqtisadi  vəziyyətini  öyrənmək 
baxımından maraqlıdır [28]. 
Təbriz tarixinin bəhs edilən dövrünə aid verilmiĢ bir sıra fərmanların 
rəsmi  sənəd  kimi  mühüm  əhəmiyyəti  vardır.  Məsələn,  1565-ci  ildə  I  ġah 
Təhmasibin  (1524-1576)  Təbrizdə  ticarətdən  alınan  tamğa  vergisinin  ləğv 
olunması  haqqında  verdiyi  fərmanın  surəti  Təbrizdə  Cümə  məscidi  divarında 
həkk edilmiĢdir. 
Təbriz  tarixini  tədqiq  edərkən  Azərbaycan  və  Orta  Asiyanın  bir  sıra 
böyük  Ģair  və  mütəfəkkirlərinin  bədii  əsərlərindən  də  geniĢ  istifadə 
olunmuĢdur.  Qətran  Təbrizi  (XI),  Xaqani  ġirvani  (XII),  Kəmaləddin  Xocəndi 
(XIV) əsərlərində tədqiq edilən dövr haqqında elə dəyərli məlumatlar vardır ki, 
biz  həmin  faktlara  digər  tarixi  mənbələrdə  rast  gəlmirik.  Təbrizdə  Rəvvadi 
Vəhsudan və oğlu Məməlanın xidmətində olmuĢ Qətran Təbrizinin 1042-ci ildə 
baĢ  vermiĢ  zəlzələdən  qabaq  və  sonra  Təbrizin  vəziyyəti  barədə  verdiyi 
məlumat xüsusilə mühüm əhəmiyyət kəsb edir [29]. 
Fars  dilində  yazılmıĢ  ikinci  qisim  məxəzlərin  əksəriyyətində  dövrün 
siyasi hadisələrinin təsvirinə geniĢ yer verildiyi halda, Təbriz Ģəhərinin ictimai-
iqtisadi  vəziyyəti  və  mədəni  həyatına  təsadüfi  hallarda  toxunulmuĢdur.  Belə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə