Azərbaycan ssr elmlər akademġyasi tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/116
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17063
1   2   3   4   5   6   7   8   9   10   ...   116

16 
 
vəziri  təyin  edilmiĢdir.  H.  1007  (1598-99)  -ci  ildə  vəzifəsindən  çıxarılaraq 
Quma  getmiĢdir.  H.  1015  (1606-1607)-ci  ildə  Qəzvində  Mövlana  Əqili  ilə 
görüĢmüĢdür. Ġsgəndərbəy MünĢi xəttatlıqda və ayrı-ayrı fərman və hökmlərin 
yazılıĢı qaydalarını öyrənməkdə Qazi Əhməd Quminin  Ģagirdi olmuĢdur [61]. 
Əlyazmada  Təbrizin  iqtisadi-ictimai  və  mədəni  həyatına  aid  elə  materiallar 
vardır ki, onlara dövrün digər mənbələrində təsadüf edilmir. Məsələn, ilk dəfə 
1555-ci ildə paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi, h. 986 (1578-79)-cı ildə 
Təbrizin  Azərbaycan,  Ġrəvan  və  ġirvanın  paytaxtı  olması,  Ģəhərin  bir  sıra 
memarlıq  abidələri,  məĢhur  Ģəxsiyyətləri  haqqında  materialları  və  s.  faktları 
göstərmək olar. 
Ġlk dəfə tədqiqata cəlb etdiyimiz mənbələrdən biri də Fəzli Ġsfahaninin 
«Əfzəl-ət-təvarix»  əsəridir  [62[.  Yeganə  nüsxəsi  Britaniya  Muzeyində 
saxlanılan bu əlyazmanın foto-surətindən istifadə etmiĢik [63]. 
Fəzli  Ġsfahani  Təbrizdə  olmuĢ,  ömrünün  çox  hissəsini  Gəncə  və 
Qarabağda  keçirmiĢdir.  Əlyazmanın  II  cildi  I  ġah  Təhmasibin  hakimiyyəti 
dövründən  1587-ci  ilə  qədər  baĢ  vermiĢ  hadisələri  əhatə  etmiĢdir.  Bu 
əlyazmanın məziyyəti ondadır ki, burada bir sıra fərmanların surəti verilmiĢdir. 
Əlyazmadan  aydın  olur  ki,  ġah  Təhmasib  ölkədə  vergi  və  mükəlləfiyyətlərin 
miqdarı, cərimələr, mülki və hərbi məsələlərə aid qanunnamə vermiĢdir. Uzun 
Həsənin  verdiyi  qanunnamədən  sonra  bu  ilk  qanun  idi.  Fəzli  Ġsfahani  əsərini 
yazıb  qurtarana,  yəni  h.  1026  (1617)-cı  ilə  qədər,  bəlkə  də  bundan  sonra  da 
həmin qanun qüvvədə olmuĢdur. 
Əlyazmada  Təbrizdə  baĢ  verən  1571-73-cü  illər  üsyanı  haqqında  da 
yeni faktik materiallar vardır [64]. 
Təbrizin  iqtisadi-ictimai  və  siyasi  tarixini  tədqiq  etmək  üçün  faktik 
material baxımından Ġsgəndərbəy MünĢinin. «Tarix-i aləm aray-i Abbasi» əsəri 
ən  qiymətli  məxəz  hesab  oluna  bilər  [65].  Azərbaycan  tarixçisi  Ġsgəndərbəy 
MünĢi  (1560-1634)  I  ġah  Abbasın  hakimiyyəti  dövründə  bir  neçə  dəfə 
Təbrizdə  olmuĢdur  [66].  O,  Təbrizin  iqtisadi  və  ictimai  vəziyyətinə  dair 
maraqlı məlumat vermiĢdir. 
Əsərdə  Təbriz  əhalisinin  sayı,  vergilər,  paytaxtın  Təbrizdən  Qəzvinə 
köçürülməsi,  h.  1019  (1610-11)-cu  ildə  Təbriz  əhalisinin  malucəhat  və  divan 
vergilərindən  azad  edilməsi,  Ģəhərin  Osmanlı  iĢğalından  əvvəlki  və  sonrakı 
vəziyyəti, Təbrizin memarlıq abidələri və s. məsələlər barədə qiymətli fikirlər 
vardır.  Ġsgəndərbəy  MünĢi        saray  tarixçisi  olduğu  üçün  hakim  feodal  sinfi 
əleyhinə  çıxıĢ  edən  üsyançıları,  hətta  Təbrizi  Osmanlı  iĢğalından  azad  etmək 
uğrunda canlarından keçmiĢ təbrizliləri    «əcamir  və ovbaĢ»  adlandırmıĢdır. 
Ġsgəndərbəy MünĢinin müasiri olan və 29 il I ġah Abbasın sarayında 
baĢ münəccim vəzifəsində çalıĢan Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin 
«Tarix-i  Abbasi»  əsəri  [67]  Sovet  tarixĢünaslığında  ilk  dəfə  bu  sətirlərin 
müəllifi  tərəfindən  tədqiqata  cəlb  olunmuĢdur.  Əsərdə  1576-1611-ci  illər 


17 
 
arasında baĢ verən hadisələr əksini tapmıĢdır. Yəzdi I ġah Abbasın əmrilə 1603 
və  1609-cu  illərdə  iki  dəfə  Təbrizdə  olmuĢdur.  O  öz  əsərində  Təbrizin  siyasi 
hadisələrinə  geniĢ  yer  versə  də,  Ģəhərin  iqtisadi  vəziyyətinə  də  toxunmuĢdur 
[68]. 
1603  və  1610-cu  illərdə  Təbrizdə  olmuĢ  Cünabadi  «Rovzət-üs-
səfəviyyə»  adlı  əlyazmasında  Təbrizin  ictimai  və  iqtisadi  tarixinə  dair  bəzi 
məlumat  vermiĢdir  [69].  Burada  müəllif  hadisələrin  yalnız  təsviri  ilə 
kifayətlənməyərək, yeri gəldikcə onlara öz münasibətini də bildirir.  Cünabadi, 
məsələn,  1586-cı  ildə  Təbrizin  Osmanlı  ordusu  tərəfindən  iĢğal  edilməsi 
səbəbini  belə  izah  edir:  «Təbrizin  əldən  getməsi  nəticəsində  Azərbaycan, 
ġirvan, Arran, Muğan, Gəncə, Bərdə, Tiflis qızılbaĢların əlindən çıxdı. Bunun 
səbəbi Təbriz hakimi Əmir xanın öldürülməsi Türkman və Təkəlü tayfalarının 
dövlətə (Sultan Məhəmmədə - S. O.) qarĢı çıxması idi» [70]. 
Cəlaləddin  Məhəmməd Münəccim  Yəzdinin oğlu Kamal  1549-1652-
ci  illərdə  yazdığı  «Zübdət-üt-təvarix»  [71]  əsərində  elə  məsələlərə 
toxunmuĢdur  ki,  Səfəvilər  tarixini  yazmıĢ  digər  orta  əsr  müəllifləri  ya  bu 
məsələlərdən  tamamilə  bəhs  etməmiĢ,  yaxud  da  onları  qələmə  almaqdan 
çəkinmiĢlər. Müəllif ġah Səfi və II ġah Abbasın sarayında yüksək vəzifələrdə 
iĢləmiĢ, h. 1045-ci il səfər ayının 25-də (13. VIII. 1635) Təbriz Ģəhərinə gələrək 
bir müddət orada qalmıĢdır [72]. 
Ġstifadə  olunan  mənbələrdən  biri  də  Xacəki  Ġsfahaninin  «Xülasət-üs-
siyər» əsəridir. I ġah  Səfi hakimiyyətinin (1629-1642) son on ilini  əhatə edən 
bu  əlyazmada  1634-cü  ildə  Osmanlı  ordusunun  Təbrizə  hücumu  və  Ģəhərin 
vəziyyəti barədə maraqlı məlumat vardır [73]. 
Təbrizin  iqtisadi  həyatını  araĢdırmaq  məqsədilə  biz  ilk  dəfə  olaraq 
Məhəmməd Yusif Qəzvininin «Xolde bərin» əsərini də tədqiqata cəlb etmiĢik. 
Əsərin VIII cildinin VI hədiqəsi (bölməsi) Ġsgəndərbəy MünĢinin «Zeyl-i tarix-
i  aləm  aray-i  Abbasi»  əsərinə  əlavə  olunaraq  1938-ci  ildə  Tehranda  nəĢr 
edilmiĢdir [74]. Lakin II ġah Abbasın hakimiyyəti dövründən bəhs edən hissə 
(VII  hədiqə)  hələ  çap  olunmamıĢdır.  Əlyazmanın  nüsxəsi  Sovet  Ġttifaqında 
olmadığından Britaniya Muzeyində saxlanılan nüsxənin foto-surətindən istifadə 
etmiĢik [75]. 
Məhəmməd  Yusif  Qəzvini  «Tarix-i  Abbasi»  əsərinin  müəllifi 
Məhəmməd Tahir Vəhidin kiçik qardaĢıdır. Məhəmməd Yusif h. 1043 (1638-
39)-cü  ildə  I  ġah  Səfi  sarayında  to-çih  [76]  dəftərini  yazan,  1646-cı  ilin  mart 
ayından II ġah Abbasın MəĢhəd dəftərxanasının münĢisi, h. 1062 (1651-52)-ci 
ildən  ömrünün  sonuna  kimi  Qumda  topxana  karxanasının  vəziri  vəzifəsində 
iĢləmiĢdir  [77].  H.  1103  (1691-92)-cü  ildə  həmin  vəzifədə  iĢlərkən  «Xolde 
bərin»  əsərinin  VIII  cildinin  VII  hədiqəsi  orijinal  hesab  oluna  bilər.  Çüiki 
müəllif  həmin  hissədə  bəhs  olunan  tarixi  hadisələrin  iĢtirakçısı  və  ya 
müĢahidəçisi  olmuĢdur.  Müəllif  bir  sıra  fərman  və  hökmləri  özü  yazmıĢdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə