262
Ġstanbula, Ġzmirə və Hələbə daĢınır, oradan isə dəniz yolu ilə Avropaya göndərilirdi
(Tavernye). Avropadan mü xtəlif ġərq ölkələrinə, habelə Azərbaycana tranzit ticarət
məhsulları da bu yolla gəlirdi.
Səyyahlar karvan yollarında yığılan gömrük haqqının ağır olmasından,
təhlükəsizliy in temin edilməməsindən və baĢqa çətinliklərdən dəfələrlə bəhs
etmiĢlər.
XVII əsrdə Azərbaycanla Hindistan arasında da geniĢ ticarət əlaqələri
yaranmıĢdı. Azərbaycan tacirləri tez-tez Hind istana gedir, hind tacirləri isə
Azərbaycan Ģəhərlərində məskən salırd ılar. Bakının ticarət həyatında əhəmiyyətli
mövqe tutan hind tacirləri (multanı) Suraxan ıda bir atəĢpərəst məbədi də
tikdirmiĢdilər. Həmin məbəd bugünədək qalmaqdadır.
Azərbaycanın da ərazisinə daxil o lduğu Səfəvi imperiyasında sikkə zərb i
mərkəzləĢmiĢ xarakter daĢımırd ısa da, Ġsfahan Yaxm ġərqdə pul zərb ed ilən ən
böyük Ģəhərlərdən biri id i. Qanuni tədiyyə vasitəsi kimi dövrün pulları hazırlanan
bir ço x Ģəhərlərdə, o cümlədən Həmədan, RəĢt, Qəzvin, KaĢan, MəĢhəd, Ġrəvan,
Tiflis, Təbriz, Gəncə, Naxçıvan və Ərdəbildə zərbxanalar fəaliyyət göstərirdi.
Səfəvi pul sistemin in nominal pul vahidi XVII əsrdə artıq pul
dövriyyəsindən kənar olan dinar sayılırd ı. I Abbas dövriyyəyə yeni sikkə buraxaraq
onu öz adı ilə abbası adlandırdı. Bu sikkənin çəkisi iki misqal təmiz qızı la, qiy məti
200 dinara bərabər idi. Bu pulu hazırlamaq üçün onun tərkibinə ço x gü man ki, mis
də qatırdılar. ġardenin məlu matına görə, abbasının əyarı ispan sikkələrinin əyarına
bərabər idi.
Azərbaycanda baĢqa Səfəvi ərazilərindəki kimi aĢağıdakı sikkələr
dövriyyədə olmuĢdur:
1) abbası - 200 dinar dəyərində; 2) mahmudi - 100 dinar dəyərində; 3) şahı -
50 dinar dəyərində; 4) bisti - 20 d inar dəyərində-5) qazibəyi - 5 dinar dəyərində.
Adları əvvəlcə sadalanan 4 sikkə gü müĢdən hazırlanır və yumurtavarı
bistidən baĢqa hamısı dəyirmi Ģəkildə düzəldilird i. XVII əsrin ikinci yarısının
ortalarına yaxın bisti gü müĢ pullarının zərb olun ması get-gedə azalmağa baĢladı.
ġarden ən kiçik Səfəv i gü müĢ sikkəsinin Ģahı olduğunu bildirir. Qazibəyi isə
misdən hazırlan ırdı.
Ġsgəndər bəy MünĢinin əsərində bütün iri məb ləğli pullar 10 min d inara
bərabər olan və pul dövriyyəsində olmayan qədim tü mən istilahı ilə
adlandırılmıĢdır. Tavernyeyə görə, 5 abbasılıq sikkələr qızıldan hazırlanır və
Ģəraitdən asılı olaraq özünün nominal dəyərindən bəzən yuxarıda, bəzən isə aĢağıda
dururdu. Belə sikkələrin zərbi epizodik xarakter daĢıyır və yalnız tacqoyma
263
mərasimlərində, böyük bayramlarda və əhəmiyyətli qələbələr zaman ı dövriyyəyə
buraxılırdı.
Gü müĢ pulların üz tərəfındə (avers), ortada "Allahdan baĢqa ilahi yo xdur.
Məhəmməd onun elçisi, Əli isə nümayəndəsidir" yazılır, bu sözlərin ətrafında isə
12 imamın adları həkk edilirdi. Sikkələrin arxa (revers) tərəfində isə hakimiyyətdə
olan Ģahın adı yazılır, sikkənin kəsildiyi yer və tarix göstərilird i. Səfəvi pulların ın
belə tərzdə zərb edilməsi hələ XVI əsrdə baĢlanmıĢdı. Lakin II Ġs mayılın həyata
keçirdiyi yeni sikkə zərbi ondan sonra çox az b ir müddət, də dövriyyədə qaldı.
Xırda mis sikkələrin üz tərəfındə tülu edən günəĢ, əks olunan Ģir Ģəkli, arxa
tərəfındə isə sikkən in kəsildiy i yer və tarix göstərilird i. Ġstifadə etdiyi mənbənin,
çox təəssüf ki, adın ı göstərməyən Nəsrulla Fəlsəfi mis pulların zərbi barədə əhatəli
və maraqlı məlu mat vermiĢdir. Ona görə, hər bir Ģəhər üzərində həmin Ģəhərin
xüsusi gerbi təsvir o lunan (maral, keçi, balıq, ilan) ö z gü müĢ pullarını zərb edirdi.
Səfəvi ərazilərində, o cü mlədən Cənubi Qafqazda faydalı metal yataqları ü zə
çıxarılmamıĢdı. Buna görə də Səfəvi dövlətinə, özünün ehtiyatı olduğuna
baxmayaraq, faydalı metallar xaricdən gətirilird i. Pul hazırlan masından ötrü istifadə
olunan gümüĢ ölkəyə gətirilən xarici sikkələr, gü müĢ məmu latı və kü lçələri
hesabına əldə edilirdi. Dövlət xəzinəsinə daxil olan q ızıl isə, b ir qayda olaraq,
həmiĢəlik dövriyyədən çıxarılır və xəzinədə yığ ılıb qalırdı. Buna görə də ġarden
haqlı olaraq Ģah xəzinəsini bütün qızılları udan dibsiz çəlləyə bənzədirdi.
Tavernyeyə görə Səfəvi Ģahı özünün istifadəsindəki bütün əĢyalardan yalnız
qızıldan olan Ģeyləri bəyənirdi. Streys özünün ġirvan xam ilə 1671-ci il görüĢünü
belə təsvir edir: Xanın üstündə əyləĢdiyi bahalı ərəb atın ın çulu nazik q ızıl saplarla
toxun muĢ, mirvari və baĢqa qiymətli daĢlarla bəzədilmiĢdi".
XVII əsrin 70-ci illərinədək, yəni I Abbasın, Səfınin və II Abbasın
hakimiyyətləri dövründə gümüĢ pullar sarıdan çatıĢ mazlıq yo x idi. Tacirlər
tərəfındən ölkəyə gətirilən xarici pullar ərid ilib Səfəvi sikkələrinə çevrilir və
dövriyyəyə buraxılırd ı. ġah Sü ley manın vaxtında isə vəziyyət kəskin Ģəkildə
dəyiĢdi. Məlum oldu ki, hind tacirləri ölkədən ilk növbədə qızılı və gümüĢü ixrac
edir, bundan qazanc götürürlər. ġarden yazır: " Hindlilər, qaniçən zəlilər kimi, ələ
keçirdikləri q ızılı və gümüĢü öz ölkələrinə aparmaq la məĢğul idilər. Mən 1677 -ci
ildə Ġrandan qayıdarkən artıq orada tam dəyərli sikkə tap maq mü mkün deyildi,
çünki həmin pullar yu xarıda göstərilən sələmçilər tərəfındən aparılmıĢdı".
Belə vəziyyət on illərlə davam etdi. Əsrin 90-cı illəri barədə məlu mat verən
Sanson yazır: "ġahın fərmanına görə, pullar Ġsfahan, Ġrəvan, Didani (Gü rcüstan. -
masul ),Təbriz, Ərdəbil, Hə mədan və Hüveyzədə zərb edilirdi. ġah tərəfındən ciddi
qadağan qoyulmasına baxmayaraq, hindlilər bütün sikkələri Hindistana aparırdılar".