270
bir-b irinə qarĢı qoyurdu. Hakim dairə lər əsasən böyük Ģəhərlərdə b elə əmələ ə l atır,
sənətkarlar arasında da nifaq yaradırdılar. Nəticədə bir Ģəhər iki h issəyə bölünür,
mü xtəlif qruplar qarĢı-qarĢıya qoyulurdu. Belə bir hadisə XVII əsrin 70-ci illərində
Təbriz Ģəhərində də baĢ verdi. ġəhərdəki Nemətilər və Heydərilər adlanan iki böyük
sənətkar zü mrəsi zahirən dini fərq lər, baxıĢlar zəminində bir -birinə qarĢı çıxıĢ
etdilər. Hər iki zü mrənin nümayəndələri Ģiəlik təriqətinin sufı dərviĢləri idi.
Mənbələrin məlu matına əsasən, I ġah Abbasın dövründən etibarən Ģəhər əhalisi
arasında belə düĢmənçilik halları daha geniĢ yayılmağa baĢlamıĢdı. XVII əsrin
ortalarında Təbrizdə olmuĢ ġardenin məlu matına görə, "Ģəhər biri digəri ilə
düĢmənçilik edən Heydəri və Neməti dəstələri arasında 9 məhəlləyə bölün müĢdü".
271
X FƏSĠL
XVI-XVII ƏSRLƏRDƏ AZƏRB AYCAN
MƏDƏ NĠYYƏ TĠ
Maarif. El m. XVI əsrin baĢlanğıcında Azə rbaycan Səfəvi dövlətinin
yaranması, habelə mərkəzləĢmiĢ siyasi qurumun qüvvətlənməsi ilə əlaqədar xalq ın
mədəniyyəti də xeyli inkiĢaf etdi.
Gəncə, Təbriz, ġamaxı, Marağa, Ərdəbil Ģəhərləri bu dövrün mühüm
mədəniyyət mərkəzləri kimi tanın mıĢdı.
Rəsmi d in olan Ģiə təriqətinə əsaslanan hakim dairələr cəmiyyətin bütün
təbəqələri arasında bu ideyaları geniĢ yayırdılar. Belə b ir Ģəraitdə dünyəvi elmləri
öyrənmək yalnız islam dini və Ģəriət normaları əsasında mü mkün idi. Bu dövrdə
yaĢamıĢ bir ço x alimlər əsasən dini (Ģiə) təlimin nümayəndəsi kimi çıxıĢ edirdilər.
Lakin onlar dünyəvi elmlər sahəsində də geniĢ biliyə malik idilər. Alimlərin
əksəriyyəti
məntiqin,
fəlsəfənin,
ədəbiyyatın,
təbabətin,
riyaziyyatın,
astronomiyanın bir ço x məsələləri ilə məĢğul olurdu. O zamanlar yalnız bir ço x elm
sahələrinin bilicisi olan Ģəxslər alim hesab edilirdilər.
Bu dövrdə astronomiya elminin inkiĢafına müəyyən maraq vardı. XVI əsrin
əvvəllərində I ġah Ġs mayıl Marağa rəsədxanasını bərpa etdirmək üçün məĢhur
riyaziyyatçı və astronom, Ģirazlı Qiyasəddin Mənsur ibn Əmir Sədrəddin
Məhəmmədi (1463-1542) Marağaya göndərdi. Alim rəsəd xananın xarabalıqlarını
müĢahidə edərək, onun bərpası üçün 30 il vaxt lazım olduğ unu bildird i. ġah bərpa
iĢlərinə baĢlamaq haqqında əmr verdi. Lakin ġah Ġsmayılın ölü mündən sonra həmin
iĢ yarımçıq qald ı.
1611-c i ildə I ġah Abbasın əmri ilə tarixçi Cəlaəddin Məhəmməd Münəccim
Yəzd i, məĢhur riyaziyyatçı və astronom ġey x Bəhaəddin Amili, Mövlana Əlirza
Təbrizi Marağa rəsəd xanasının bərpası üçün layihə hazırlayıb onu hökmdara təqdim
etdilər. Lakin bu sahədə əməli iĢlər görülməd i.
Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkiĢaf nəzərə çarpırd ı. ġey x
Mahmud ġəbüstərinin ardıcıllarından olan Abdulla Şəbüstərizadə riyaziyyata aid bir
sıra əsərlərin. o cümlədən "Məaric dər heyət", "Riyazi-rizvan", "Kitabi-meyar",
"Risaleyi cami cahannüma", "Risaleyi-qövsi-qüzeh" kitablarının müollifi idi.
Təbrizli Seyid Əhməd Laləvi (1436-1507) məntiq, qrammatika, riyaziyyat və
ədəbiyyat sahəsində, təbrizli Mirzə İbrahim riyaziyyat və fəlsəfə üzrə fəaliyyət
göstərirdi. Fransız səyyahı Tavermye yazır ki, Təbriz əyalətinin maliyyə məmu ru
Mirzə Ġbrahim mü xtəlif elmlər sahəsində axtarıĢlar aparırdı.
272
Dövrünün məĢhur münəccimi Mövlana Məhəmməd Ərdəbilinin, əslən Ģirazlı
olan, lakin Ģəxsiyyət və alim kimi Təbrizdə formalaĢ mıĢ
Mahmud bəy Füsuninin
riyaziyyat, astronomiya sahəsində nəzərəçarpacaq xid mətləri vard ır.
Təbabətdə də müəyyən inkiĢaf vardı. I ġah Təh masibin Ģə xsi həkimlərindən
Əbülfəth Təbrizi, Ġmaməddin Mahmud NiĢapura Mövlana Kəmaləddin Hüseyn,
onun oğlu Nurəddin, Qiyasəddin Əli KaĢi və Əbu Nəsr Gilan i bu sahədə artıq
fərqlənirdi. Əbülfət Təbriz xəstəlikləri təyin etməkdə ço x bacarıqlı və mahir həkim
idi. O, ö mrünün son illərini I ġah Abbasın sarayında keçirmiĢdi. Əla Təbrizi isə
uzun müddət ġirvan hakimi Abdulla xan Ustaclının həkimi olmuĢdu.
XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvi-Os manlı müharibələri
xalq ın mədəni in kiĢafı prosesinə sarsıdıcı zərbə vurmuĢdu. Bir ço x məĢhur
Azərbaycan alimi əsir alın mıĢ, Ġstanbula aparılmıĢ, bəziləri isə Qəzv inə və Ġsfahana
köçürülmüĢdü. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maaritin
inkiĢafında müəyyən canlanma nəzərə çarpırdı. Bu dövrdə Mirzə Məhəmməd,
Məczub Təbrizi, Mo lla Mömin Ġman, Əliqulu Xalxali, Molla Vaqif Xalxali,
Nəcibəddin Rza Təbrizi, uzun müddət ərzində Təbrizin Ģəriət məh kəməsinə baĢçılıq
etmiĢ Mövlana Rəcəbəli Vahid Təbrizi, Yusif Məhəmmədcan oğlu Qarabaği,
Hüseyn Xələf oğlu Təbrizi, Sadiq bəy ƏfĢar, Əlirza Təbrizi Səfəvi imperiyası
ərazisində mü xtəlif elm sahələrinin in kiĢafında mühüm ro l oynamıĢlar. MəĢhur
ensiklopediyaçı alimlər sırasında Məhəmmədhüseyn Xələf oğlu Təbrizinin adını
xüsusi qeyd etmək lazımd ır. O, ölkə osman lılar tərəfindən iĢğal olunandan sonra
vətəni tərk edərək Hindistana getmiĢ, orada Heydərabad hakimi Abdulla QütbĢaha
həsr etdiyi məĢhur "Bürhani-qate" lüğətini yazmıĢdı. Bu lüğət Ġranda, Hindistanda
və digər islam ġərqi ö lkələrində dəfələrlə çap olun muĢdur. ġirvan alimi Mövlana
Mirzə Məhəmməd Həsənoğlu da ensiklopedik məzmun lu bir əsər yazmıĢdı. Orta
əsrləri araĢdıran Ģəxslər indi də onıın bu əsərinə müraciət edirlər.
Azərbaycan filosofu Yusif Məhəmmədcan oğlu Qarabaği ölkə osmanlılar
tərəfındən zəbt olunarkən Orta Asiyaya köçmüĢ, Səmərqənddə və Bu xarada
yaĢamıĢdır. O, ərəb, fars dillərində fəlsəfə və hüquq məsələlərinə həsr olun muĢ bir
sıra əsərlərin müəllifıd ir. Qarabağinin əsərlərindən uzun müddət ərzində Orta
Asiyanın mədrəsələrində tədris vəsaiti kimi istifadə olun muĢ dur.
Mövlana Mirzə adlandırılmıĢ Mövlana Mirzə Məhəmmədhəsən oğlu
ġirvaninin Ģexsiyyəti və əsərləri dövrünün elmi ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilirdi. A limin ġirvanda çox böyük nüfuzu vardı. O, ġirvanı tərk edərək
Ġsfahana köçmüĢ, orada bir neçə il biliklərin təbliği iĢində fəal iĢtirak etmiĢ və
Nəcəfə (Ġraq) getmiĢ, lakin bir müddət orada qaldıqdan sonra ġah Süleymanın