314
sonra hicri 1002 (1593-1594)-c i ildə bütün nöqtəvilərin və "nöqtəvilik‖ lə bağlılıq
ehtimalı olan Ģəxslərin tutulması haqqında fərman verdi. Ġsgəndər bəy MünĢi və
Cəlal Yəzdi Səfəvi dövlətinin ərazisində nöqtəvilərin təqib olunduğunu
göstərmiĢlər. I ġah Abbasın dövründə nöqtəvilərin kütləvi surətdə cəzalandırılması
adi hala çevrilmiĢdi. Ġsgəndər bəy MünĢi güman edir ki, I Abbasın bu tədbirləri
nöqtəvilərin varlığına son qoymuĢdu. Lakin Zeynalabdin ġirvani XIX əsrdə də
burada "nöqtəvilik" təliminin g izli surətdə təbliğ olunduğunu bildirir.
XV-XVI əsrlərdə hürufıliyin bir ço x nü mayəndələri də qızılbaĢlara
qoĢulmuĢdular. Məlu mdur ki, ġah Ġsmay ılın sarayında "hürufılik" fəlsəfəsini
poeziya vasitəsilə təbliğ edən Süruri və Tüfey li kimi Ģairlər fəaliyyət göstərmiĢlər.
Lakin aydındır ki, ġah Ġs maylın sarayında yaĢayan, hökmdarı mədh edən, Ģahın
himayəsinə sığınan hürufilər əski zamanın üsyankar hürufıliyin i təbliğ edə
bilməzd ilər.
Sürurin in və Tüfeylin in bizə məlu m o lan Ģeirlərində isə bidətçi panteizm
təbliğ edilir, ġah Ġsmay ıl "Mehdi" adlandırılaraq ilahiləĢdirilir, insana ilahi varlıq
kimi yanaĢılır. Bu cəhətlər həmin Ģeirlərin XV əsrin sonuna - Ġsmayılın hakimiyyətə
can atdığı zamana aid ed ilməsinə imkan verir.
XVI əsrdə Azərbaycanda "nöqtəvilik"lə yanaĢı, "bəktaĢilik", "əliallahi",
"əxi", "rövĢəni" və s. təlimlər təbliğ edilird i. XVI əsrin qızılbaĢ ideologiyasını
səciyyələndirərək qeyd etmək lazımd ır ki, hakimiyyətə can atarkən Səfəvilərin
arxalandığı Ģəhərlilər tədricən qızılbaĢ ideologiyas ından uzaqlaĢdılar. XVI-XVII
əsrlərdə Ģəhərlilər əsasən "Heydəriyyə" adlanan və asketizmi təbliğ edən sufı
təĢkilatlarına, panteist meyilli "nemətullahiyyə" təliminə bağlı olmuĢlar.
XVI əsrdə Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin məĢhur
nümayəndəsi dahi Ģair, mütəfəkkir Məhəmməd Füzuli idi. O, dəqiq elmləri,
ilah iyyatı, fəlsəfəni derindən öyrənmiĢ, Azərbaycan (türk), fars və ərəb dillərini
gözəl bilmiĢ, həmin dillərdə divanlar yaratmıĢdır. Bu divanlar Yaxın və Orta ġərqin
fəlsəfı poeziyasının inciləridir. Divanlarla yanaĢı, Füzulin in "Tərcümət ül-əhadis əl-
ərbəin" ("Qırx hədisin tərcü məsi"), "ġah və gəda", "Hədiqət üs -süəda" ("Səadət
bağçası"), "Leyli və Məcnun", "ġikayətnamə", "Rind və Zahid", "Səhhət və Mərəz",
"Ənis ül-qəlb" ("Könül dostu"), "Mətlə ül-etiqad" əsərləri bizə gəlib çatmıĢdır.
Füzuli fəlsəfi və elmi əsərlərini yaĢadığı dövrün ənənəsinə uyğun olaraq ərəb, fars
dillərində yazmıĢdır və yaradıcılığı ġərqin XVI əsrə qədərki ideoloji və mədəni
təkamül tarixi ilə sıx bağlıdır. ġərq in peripatetik fəl-səfəsi və islamın rasionalist
təlimləri Fü zulini daha ço x cəlb etmiĢdi.
Füzuli ġərq mədəniyyətinin dahilərindən olan Nizami Gəncəvinin fəlsəfı
poeziyasını, b ir ço x təriqətlərin və cərəyanların, ilk növbədə sufiliyin fəlsəfi
315
təlimlərin i, habelə qədim yunanların elm, fəlsəfə sahəsindəki uğurların ı gözəl
bilird i.
"Mətlə ül-etiqad" Füzulinin baĢlıca fəlsəfi əsəridir. Bu, mah iyyətcə
Azərbaycan tədqiqatçıları tərəfindən fəlsəfə tarixinə dair yazılmıĢ ilk əsərdir.
Həmin əsərdə ilahiyyat məsələləri ilə yanaĢı, qədim yunan filosofların ın, Yaxın
ġərqin orta əsrlərdə yaĢamıĢ mütəfəkkirlərinin baxıĢlarının q ısa Ģərhi də verilmiĢdir.
Fəlsəfəyə, ilah iyyata, təbiət elmlərinə dair mü lahizələrində Fü zuli qədim yunan və
orta əsr ġərq fılosoflarının fikirlərinə əsaslanır. Əsər dörd hissədən ibarətdir və hər
bir hissə müvafıq qisimlərə bölünür. Birinci hissədə elmin və biliyin mahiyyəti,
idrak prosesində elmin məqsəd və vəzifələri nəzərdən keçirilir. Ġkinci hissə
dünyanın baĢlanğıcı və mah iyyəti məsələlərinə həsr edilmiĢdir. Üçüncü və
dördüncü hissələrdə Allahın mövcudluğu, peyğəmbərlik, ruhların varlığı,
məkanların ı dəyiĢ məsi haqqında danıĢılır, digər mistik-ilahiyyat problemləri
araĢdırılır. Təbiidir ki, orta çağların tipik mütəfəkkiri kimi Fü zuli də dini
dünyagörüĢünə malik id i və həmin dünyagörüĢünü təbliğ edirdi.
Füzuli "Mətlə ül-etiqad" əsərində elmlərin təsnifatını vermiĢdir. Onun
fıkrincə, təcrübi və nəzəri elmlər mövcuddur. Təcrübi elmlərin (əxlaq, evdarlıq və
siyasət) predmeti insandan asılıd ır. Fü zuli ilahiyyatı, riyaziyyatı və təbiyyat
elmlərini nəzəri elmlərə aid ed ir.
Məhəmməd Fü zuli "ġikayətnamə" əsərində yaĢadığı dövrdə rüĢvətxorluğun,
satqınlığ ın, ikiüzlülüyün, zü lmün və ədalətsizliy in tam hökmran lığ ı haqqında nifrət
hissi ilə danıĢmıĢdır. Ġctimai bəlaların dərin kö klərin i aĢkara çıxara bilməyən Füzuli
həyatın mənfi hallarının dövrün hökmdarlarının xarakteri ilə bağlı olduğunu
göstərir, "ədalətli hökmdar" arzusu ilə yaĢayırdı. Fü zuli irsi orta əsrlərin Yaxın və
Orta ġərq ictimai-fəlsəfı fıkrinin inkiĢafı tarixində mühü m mərhələdir.
XVI əsrdə Sadiq bəy Əfşarın (təbrizlidir, 1533-cü ildə doğulmuĢdur, 1612,
yaxud 1616-cı ildə vəfat etdiyi güman olunur) estetik nəzə riyyəsi meydana çıxdı.
Sadiq bəy ƏfĢar rəssam, alim, mütəfəkkir idi və "Qanun əs -süvar" ("Rəssamlıq
qanunları haqqında traktat") əsərinin müəllifı kimi tanın mıĢdır. O, incəsənəti
gerçəyliyin inikası kimi nəzərdən keçirir, forma və məzmunun vəhdəti məsələsini
qoyur, məzmunun formadan üstün olduğunu göstərir nəzəriyyə ilə təcrübənin
vəhdəti fıkrini təbliğ edirdi. Sad iq bəy ƏfĢar Azərbaycan və fars dillərində elm,
rəssamlıq, ədəbiyyat haqqında 10-a yaxın əsər yazmıĢdır. O habelə gözəl Ģeirlər
müəllifi kimi də məĢhurlaĢmıĢdı. Sadiq bəy ƏfĢar sufıliklə də dərindən maraq lanır
və hakimiyyətə münasibətdə mü xalifliyi ilə seçilirdi.
Hakim mövqedə olan Ģiəliyin, Səfəvi hökmdarlarının təqibləri bir ço x elm,
mədəniyyət nümayəndələrini, filosofları Azərbaycandan getməyə vadar etmiĢdi.