212
Səfəvilər dövləti ərazisində bu qiymətli xammalın satıĢına Ģəriksiz nəzarət uğrunda
Venesiya, Ġngiltərə, Türkiyə və Rusiya tacirləri, Ģirkətləri arasında, rəqabət gedirdi.
Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə geniĢ iqtisadi
əlaqələrə malik idi. Azərbaycan Ģəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan
keçən baĢlıca tranzit yolu ilə Türkiyə, Ġtaliya Ģəhərləri, ġərq və Avropa ölkələri ilə
ticarət aparırdılar. Azərbaycanın və baĢqa ölkələrin tacirləri buradan hazır ipek
məmu latı, xam ipək, marena, meyvə qurusu, xırdabuynuzlu mal-qara aparırdılar.
Təbriz və ġirvan tacirləri bu ticarət əməliyyatlarında xüsusilə böyük rol
oynayırdılar. 1512-ci ildən etibarən Osman lı sultanı I Səlim Azərbaycan tacirlərinə
münasibətdə sərt, amansız ticarət siyasəti yeritməyə baĢlamıĢdı. Onun fərmanına
əsasən Səfəvi dövlətindən olan tacirlərin 1,5 milyon ağca məbləğində əmtəəsi
müsadirə edild i. Bu tədbir Türkiyə ərazisində Azərbaycan tacirlərinin ticarət
fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Sonralar iki dövlət arasındakı
münasibətlərdə sabitlik bərqərar olarkən ticarət fəaliyyəti bərpa edildi.
Azərbaycanın və Gilanın xam ipəyi bir çox Türkiyə Ģəhərlərinin to xuculuq istehsalı
üçün mühüm əhəmiyyətə malik idi. XVI əsrin sonlarında, Səfəvi-Osman lı
müharibəsinin yenidən qızıĢdığı bir Ģəraitdə Azərbaycan və Ġran xam ipəyin in
alıcısı o lan Türkiyənin əsas toxuculuq mərkəzi o lan Bu rsada ipək parça hazırlayan
dəzgahların əksəriyyəti iĢləmird i.
Moskva ilə Səfəvi dövləti arasında sabit ticarət əlaqələri yalnız XVI əsrin
ikinci yarısında, IV Ġvan dövründə Kazan və HəĢtərxan xanlıqların ın əraziləri
Moskva dövlətinə ilhaq olunduqdan sonra anlanmağa baĢladı. Volqa çayı vasitəsilə
Xəzər dənizinə çıxıĢ yolu əldə etmiĢ Moskva dövlətinin güclənməsi b ir sıra
dövlətləri narahat edird i. Ġng iltərə, Ġsveç, Almaniya və digər ölkələr də bu ticarət
yoluna çıxmağa çalıĢırdılar.
ġamaxı, ƏrəĢ və Təbrizdə istehsal olunan xam ipək, ipək məmulatı
Azərbaycandan Moskva dövlətinə ixrac edilən baĢlıca əmtəə o lmuĢdur. Rusiya -
Azərbaycan ticarət əlaqələri əsasən ġamaxı və Bakı vasitəsilə həyata keçirilirdi.
Məsələn, ġamaxıdal Moskva tacirlərinin ticarət nü mayəndəliyi mövcud idi. Onlar
Moskva dövləti ərazisində hazırlan mıĢ sənətkarlıq məmu latların ı burada satır və
yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar. ġəhər bazarlarında Orta
Asiyadan, Türkiyə və Hindistandan, digər ölkələrdən mü xtəlif təyinatlı, çeĢidli
mallar vardı. Azərbaycandan Moskvaya neft də ixrac edilirdi. Rus tacirləri ipəyi və
nefti A zərbaycanda mü mkün qədər ucuz qiy mətə alır, Qərb i Avropa tacirlərinə
baha qiymətə sataraq külli miqdarda mənfəət əldə edird ilər. Gilan tacirləri nefti
Bakıdan dəniz vasitəsilə ManqıĢlaq limanına nəql edir, oradan isə karvan yolu ilə
Xivə, Bu xara və digər Orta Asiya Ģəhərlərinə aparırd ılar. Rus dövləti ilə ticarətdə
213
baqqaliyyə malları, xüsusilə ədviyyat müəyyən yer tuturdu. Rus tacirləri mü xtəlif
malları Təbriz, ġamaxı və Bakı Ģəhərlərində ahrdılar. Bakı və onun ətrafında
becərilən zəfəran xüsusilə qiy mətləndirilirdi.
Rus dövləti ərazisindən Azərbaycana xəz və dəri məmulatı, yaraq -əsləhə,
habelə metal məmu latı (baltalar, bıçaqla r və s.) gətirilird i. Mahud, qara zəy, ĢüĢə,
kağız Avropa ölkələrində istehsal olunur, Rus dövləti ərazisi vasitəsilə Azərbaycana
ixrac edilird i.
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri
geniĢləndi. Bu münasibətlərin inkiĢafı əsasən Avropa ölkələrində Azərbaycan
ipəyinə olan tələbatın artması ilə əlaqədar idi. Avropa manufakturalarının
Azərbaycanda xey li miqdarda istehsal olunan ipəyə ehtiyacı vardı. XV-XVI əsrlərin
qovuĢuğunda edilmiĢ böyük coğrafi kəĢflər, Afrika və Asiya ətrafından keçən dəniz
yolunun Vasko da Qama tərəfindən kəĢfi yeni tarixi mərhələn in baĢlanğıcını qoydu.
TəĢəkkül tap maqda olan kapitalist sənayesinin, Avropa burjuaziyasının Asiyaya
olan marağ ı gücləndi. Qərb i Avropa ölkələrinin ticarət burjuaziyası Asiya da
manufaktura məhsulları üçün bazarları, ucuz və qiymətli xammal mənbələrin i
aramağa baĢladı.
Vasko da Qama tərəfındən kəĢf olun muĢ dəniz yolu Ġspaniya və
Portuqaliyanın nəzarəti altına keçmiĢdi. Məhz, bu dövlətlər digər Avropa ölkələrin i
Asiya bazarlarında hökmranlıq baxımından qabaqlamıĢdılar. Avropa və Asiyanın
iqtisadi sistemlərin i birləĢdirən əski Aralıq dənizi ticarət yolu venesiyalıların və
Osmanlı türklərinin nəzarəti altında idi. Türklər və venesiyalılar ticarət
vasitəçiliy indən böyük mənfəət əldə edirdilər. Bununla əlaqədar olaraq, ġimali
Avropa ölkələrin in ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər dənizi
vasitəsilə Cənubi Qafqaza, Ġrana, Hindistana gedən dəniz yolunun mən imsənilməsi
ideyası təĢəkkül tap mıĢdı. Ticarət əməliyyatlarında Venesiyanın vasitəçiliy i bu
ölkələrə ço x baha baĢa gəlirdi. XVI əsrin ikinci rübündə Ərəbistan yarımadası,
Aralıq dənizi limanları osmanlılar tərəfındən ələ keçirild i. Bu dövrdə Avropa
dövlətlərinin iqtisadi mənafeləri onların ınühüm siyasi və hərbi mə nafeləri ilə
uzlaĢırdı. XVI əsrdə Osman lı imperiyası Cənub-ġərqi Avropada yeni ərazilər ələ
keçirmək siyasətini yeridirdi və bu gerçəklik Avropa dövlətlərini Os manlı
Türkiyəsinə qarĢı ittifaqda birləĢməyə vadar edirdi. Eyni zamanda bu dövlətlər
ġərqdə də Osmanlı dövlətinə qarĢı çıxa biləcək müttəfıq axtarmağa baĢlamıĢdılar.
Səfəvilər dövləti bu baxımdan onların diqqətini xüsusilə cəlb edirdi. Yen i dövlətin
meydana gəldiyi ilk dövrdən etibarən Səfəv i Ģahları ġərq istiqamətində yeni
əraziləri iĢğal etməyə can atan Os manlı dövlətinə qarĢı hərbi-siyasi mübarizədə
Avropa dövlətləri timsalında müttəfıq axtarmağa baĢladılar. Məhz buna görə də