214
Səfəvilər Avropa tacirlərinin dövlətin ərazisində fəaliyyətinə geniĢ imkanlar
yaradır, Avropa-Səfəvi ticarət mübadiləsinin inkiĢafına himayədarlıq edird ilər.
Vo lqa-Xə zər t icarət yolunun mənimsənilməsində təĢəbbüskarlığı ö z ü zərinə
götürmüĢ ingilis burjuaziyası bu məqsədlə öncə Rus dövləti ərazisində ticarət
mövqelərini möhkəmləndirməyə can atırdı. 1555-ci ilde ing ilis ticarət kapitalın ın
nümayəndələri Londonda "Moskva Ģirkəti" nin əsasını qoydular. Tezliklə Moskva
döv-lətinin icazəsi ilə ingilis nümayəndələri Rus dövləti ərazisindən keçərək
Azərbaycana, Ġrana və Orta Asiyaya kəĢfıyyat səfərləri etməyə baĢladılar. Moskva
dövləti də Ġngiltərə ilə ticarət əlaqələrini inkiĢaf etdirmək, ingilis kapitalın ın
yardımı ilə ġərq bazarlarında möhkəmlən mək, gələcəkdə ticarət əməliyyatlarında
vasitəçilik etməklə maddi baxımdan zənginləĢ mək istəyirdi. Vo lqa-Xəzər ticarət
yolunun çıxıĢ məntəqəsi Moskva Ģəhəri idi. Buradan tacirlər Moskva, Oka və Vo lqa
çayları vasitəsilə HəĢtərxana gəlird ilər. Ġngilis tacirləri isə, adətən, Moskvanı
ziyarət etmədən Yaroslavl ġəhərindən ġərqə ticarət səfərinə baĢlayırdılar. Tacirlər
HəĢtərxana çatdıqdan sonra Xəzərin qərb sahilləri ilə gəmilərdə ü zür,
Dərbəndə daxil olmadan Niyazabad liman ına yetiĢirdilər. Niyazabadda
yüklər boĢaldılır, sonra isə ticarət karvanları ġabranda keçərək ġamaxıya çatırdılar.
Buradan tacir-səyyahlar Cavad Ģəhərindən keçərə k Ərdəbilə gə lird ilər. Daha sonra
ticarət yolu haçalanırdı. Bir yol Təbrizə, digəri isə Qəzvinə və KaĢana, Fars
körfəzin də yerləĢən Hörmüz limanına gedird i. Cenkinsonun məlu matına görə,
çaylar vasitəsilə Moskvadan HəĢtərxana getmək üçün orta hesabla 40 gün tələb
olunurdu. HəĢtərxandan ġama xıyadə k səfər i isə təqribən iki həftəyə baĢa gəlirdi.
Beləliklə, Moskvadan ġamaxıya qədər olan ticarət yolunu qət etmək üçün 2 ayadək
vaxt lazım id i. XVI əsrin ortalarından etibarən Vo lqa-Xəzər yolu Moskva
dövlətinin Avropa və Asiya ölkələri ilə münasibətlərində əsas ticarət arteriyası
rolunu oynamağa baĢladı.
1562-c i ildə "Moskva Ģirkəti" təcrübəli kəĢfiyyatçı və mahir tacir olan
Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi. Cen kinson Ģirkətin
Azərbaycana gələn ilk nü mayəndəsi idi və bu səfərindən öncə Bu xaradan
qayıtmıĢdı. O, qüdrətli ġirvan bəylərbəyi Abdulla xan Ustaclıdan gömrüksüz və
maneəsiz ticarət etmək imtiyazları ala b ild i. Abdulla xan Ustaclı belə hesab edirdi
ki, ipəyin Rusiyaya və Ġngiltərəyə ixracı ġirvanın, Səfəvi dövlətinin iqtisadi həyatı
üçün mənfəətli olacaqdır.
1563-cü ildə "Moskva Ģirkəti" nin kəĢfiyyatçı tacirləri olan , To mas Olko k,
Corc Renn və Riçard Çin i A zərbaycana gəldilər. Onlar Abdulla xan Ustaclının
Cenkinsona verdiyi imtiyaz fərmanın ı da özləri ilə gətirmiĢdilər.
215
Ġngilis tacirlərin in Azərbaycana üçüncü səfəri nəticəsində "Moskva Ģirkəti"
Səfəvi Ģahından yeni imtiyazlar qopara bild i. Riçard Conson, Aleksandr Kitçin və
Artur Edvardsın daxil olduğu xüsusi nümayəndə heyəti 1565-1567-ci illərdə
Azərbaycandan ixrac o lunan ipəyin satıĢı üzərində nəzarəti tam ələ keçirməyi
nəzərdə tutmuĢdu. Ġngilislər Azərbaycana əsasən qara zəy, qalay, mis, qab -qacaq,
zərif qırmızı mahud parça və s. gətirird ilər. Ġd xal olunan ingilis mallarının əksər
qismi Ģah xəzinəsi tərəfindən alınırdı.
1568-1569-cu illərdə Artur Edvards, Con Spark, Lorens Çe mpen, Xristofor
Dovset və Riçard Pinq yeni ingilis ticarət nümayəndəliyinin tərkibində
Azərbaycana gəldilər. Bu, ingilislərin dördüncü ticarət nümayəndəliyi id i.
1569-1574-cü illə rdə ingilis kəĢfıyyatçı tacirlə rin in Azə rbaycana beĢinci
gəliĢi "Moskva Ģirkəti"nin Səfəvi dövləti ərazisindəki fəaliyyətində əhəmiyyətli
hadisə kimi qiy mətləndirilə bilər. Yen i nümayəndə heyətinə Tomas Benister və
Cefri Deket baĢçılıq edird ilər. Əgər bu dövrədək ingilis tacirlərin in fəaliyyəti
Azərbaycanın və qonĢu Ġran vilayətlərinin ərazisi ilə məhdudlaĢırdısa, yeni tacir
heyəti Ġranın KaĢan Ģəhərinə xüsusi səfər etmiĢdi. Nü mayəndə heyətinin
üzvlərindən biri olmuĢ Layonel Plemtri qeyd edirdi ki, ingilislər in Hindistana səfəri
təklifıni I ġah Təh masib rədd etmiĢdi. Bunun səbəbi odur ki, Səfəvi tacirləri ö zləri
Hindistan malları ilə ticarətdə vasitəçilik edirdilər. Hindistandan gətirilən ədviyyat
Səfəvi tacirləri üçün zəngin mənfəət mənbəyi olmuĢdu.
Ġngilislərin Azərbaycana altıncı və sonuncu səfəri uğursuzluqla nəticələndi.
Xristofor Berrounun iĢtirak etdiyi bu son səfəri Osman lı türklərinin ġirvanın bir sıra
Ģəhərlərini tutduğu dövrə, 1580-ci ilə təsadüf etmiĢdir. Beləliklə, ingilis tacirlərin in
Azərbaycan bazarlarında möhkəmlən mək cəhdləri iflasa uğradı. Rus tacirləri
Moskva knyazından tələb edirdilər ki, ingilislərin Vo lqa-Xəzər yolundan istifadə
etməsinə son qoyulsun, ticarət imtiyazları ləğv olunsun. Bu tələb Moskva
dövlətinin Azərbaycanla, qonĢu ġərq ölkələri ilə ticarətdə inhisar mövqeyini
qazanmaq məqsədinə uyğun idi və ona görə də rus tacirlərinin arzusu həyata
keçirildi.
Azərbaycanın ġimali və Mərkəzi Avropanın Ģəhərləri ilə də ticarət
münasibətləri vardı. AĢkar edilmiĢ numizmatik materiallar bu faktı təsdiq edir.
1924-cü ildə Azərbaycanda aĢkar olun muĢ Mirik sikkə dəfınəsində 1541-1572-ci
illərdə zərb edilmiĢ Qərbi Avropa talerləri vardır. Dəfinədə mövcud olan sikkələr
öz tərkib inə görə mü xtəlifdir. Burada alman knyazlıq larında - ġvabiya, Bohemiya,
Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberq və Hamburqda, habelə
Avstriya, Ġsveçrə (Sürix) və Belçikada (Lyej) zərb o lunmuĢ talerlər toplanmıĢdır.