264
Bu iĢdə yerli tacir və sələmçilər də hindlilərdən geri qalmırd ılar. Qiy mətli
metalların əllərdə toplanması və h ifz o lunması getdikcə geniĢlənird i, dövlət
orqanları isə bununla mübarizə edə bilmirdi, çünki baĢda Ģah olmaqla bütün Səfəvi
əyanları ölkənin iqtisadiyyatını tənəzzü lə doğru aparan yola düĢmüĢ, Səfəvi
dövlətinin bütün ictimai-iqtisadi və siyasi quruluĢunu böhranlı vəziyyətə
salmıĢdılar. Əmtəə dövriyyəsinin və ticarətin geniĢlənməsində marağı olan
tacirlərin özləri də dövriyyədən qızılı və gü müĢü çıxarmaqla pu l mübadiləsinin
nizamın ı pozurdular. Ġsfahanm əfqanlar tərəfındən mühasirəsi zaman ı (1722)
"Zübdətüt-təvarix" əsərinin müəllifı Məhəmməd Möhsünün baĢçılıq etdiyi bir dəstə
evlərdən birində 14 çuval pul g izlətmiĢ tacir görmüĢdü. Hər çuvalda ümu mi çəkisi
100 Təbriz batmanından çox olan, yenicə zərb edilmiĢ "qızıl abbası sikkələri" var
idi.
XVII əsrin son onilliyində ölkəyə gətirilən qızıl və gümüĢ məmu latın ın əsas
mənbəyi - xarici ticarət də tənəzzü lə uğradı.
Beləliklə, Səfəvi məmləkətlərində gümüĢ dəyərdən düĢür, bu vəziyyət isə
Səfəvi pulların ı qiy mətdən salır, dövriyyəyə böyük məbləğdə qəlp pullar buraxılır,
ölkədə əmtəə mübadiləsi acınacaqlı vəziyyətə düĢürdü. Sanson bu barədə belə
yazır: "Orada pullar elə ko rlan mıĢdır ki, heç kim öz malın ı satıb əvəzində mis pul
almaq istəmir".
Pulların yararsız hala düĢməsi, ço x güman ki, II Abbasın h akimiyyəti
dövründə baĢlanmıĢdı. 1662-ci ildə onun verdiyi xüsusi hökmdə ölkədə yeni pul
zərb i məsələsinə to xunulur. Kempferin məlu matına görə, 1685-ci ilin noyabr ayında
tədavüldə olan bütün Səfəvi pulları öz dəyərin i itirmiĢ və onlann dövriyyəsi
dayandırılmıĢdı. Dövriyyəyə qəlp və dəyərsiz pullar buraxd ığına görə, Ģahın əmri
ilə pulkəs mə iĢinə məsul olan Ģəxsin gözləri çıxarılmıĢdı.
Beləliklə, XVII əsrin ikinci yarısında ölkədə baĢ vermiĢ pul böhranı Səfəvi
dövlətini sarsıdan səbəblərdən biri olmuĢdur.
XVII əsrin sonlarında Azər bayc anda i qtisadi tənəzzül. XVII əsrin
axırlarına doğru Yaxm və Orta ġərq ölkələri sisteminə daxil olan Azərbaycanın
iqtisadiyyatının bütün sahələri dərin tənəzzül prosesi keçirirdi. Ölkənin təsərrüfat
həyatında tənəzzül 60-cı illərdən etibarən baĢlanmıĢdı. Fransız səyyahı Tavernye
1668-c i ildə ġərq ölkə lərinə son səyahətindən vətənə qayıdaraq Səfəvilər dövləti
haqqında topladığı materia lla rı belə yekunlaĢdırmıĢdı: "Keç miĢdə Avropaya il
ərzində külli miqdarda parça, məxmər, tafta gətirilirdi. Ġran məxmərinin xeyli qis mi
Moskoviyaya və PolĢaya aparılırdı. Lakin indi bütün bu parçalar Avropada həmin
yüksək keyfıyyətlə və daha ucuz istehsal olunmaqdadır". O, fikrin i digər bir yerdə
daha aydın Ģəkildə ifadə edir: "Əvvəllər bizi heyrətə gətirən Ġran xalçalarının,
265
parçalarının istehsah bizim istehsalla müqayisədə tənəzzülə uğramıĢdır. ġah və
əyanlar təbəqəsi bizim Ġrana id xal etdiyimiz parçaları daha həvəslə alırlar". Ölkənin
iqtisadi həyatında dərinləĢən tənəzzülü ġarden daha aydın təsvir edirdi: "Mən Ġrana
ilk dəfə 1665-ci ildə II Abbasın hakimiyyəti zamanında qədəm qoydum və oranı
son dəfə 1677-ci ildə, Süley man Ģahın dövründə tərk etdim. On iki illik qısa müddət
ərzində ölkənin sərvəti sanki yarıbayarı azalmıĢdı. Sikkələrin xarab olması g öz
qabağında idi, tam dəyərli pullar artıq yoxa çıxmıĢdı" - Fırıldaqçılıq və dövlət
aparatındakı vəzifəli Ģəxslərin pula hərisliyi, satqınlığı kütləvi hal almıĢdı. Belə ki,
Azərbaycanın vəziri Mirzə Ġbrah im Ġsfahanda qaldığı 6 ay müddətində Ģaha, baĢ
vəzirə və digər yüksək vəzifəli məmu rlara 60 min tümənə qədər rüĢvət verməli
olmuĢdu. Ölkənin iqtisadiyyatında hökm sürən durğunluq və tənəzzü l prosesi çox
uzun çəkmiĢ, yeni - XVIII əsrə də adlamıĢ və ictimai həyatın bütün əsas sahələrinə
mənfi təsirini göstərmiĢdi.
Əkin sahələrinin azalması və su təchizatının zəifliy i hələ XVI əsrin sonu -
XVII əsrin əvvəllərində özünü büruzə verdi. Bu, Osmanlı-Səfəv i müharibələri və I
ġah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi. Əsrin 20 -30-cu illərində kənd
təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə canlansa da, əvvəlki
səviyyəsinə qalxa bilməmiĢdi. Fransız səyyahlarının (Tavernye və ġardenin)
məlu matlanna görə, Cənubi Azərbaycandakı suvarma sisteminin əsas mənbəyi olan
yeraltı kanallar Ģəbəkəsi (kəhrizlər) 60-80-ci illərdə 400 dəfə azalmıĢdı. Suvarma
sisteminin tənəzzü lü kənd təsərrüfatı məhsulları istehsalının kəskin Ģəkildə
azalmasına səbəb oldu.
Ticarət və sənətkarlıqla məĢğul olan əhalin in Ģəhərlərdən kütləv i surətdə
axın ı iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz
Ģəhərinin əhalisinin sayı üç dəfədən artıq, digər iri Ģəhərlərdə isə daha çox
azalmıĢdı. Bakı Ģəhərində neft istehsalının həcmi iki dəfə aĢağı düĢmüĢdü.
XVII əsrin son illərindəki tənəzzü l iqtisadiyyata, əsasən xarici ticarət
sayəsində dirçəlmiĢ Ģəhərlərə daha güclü zərər vurdu. Sənətkarların və mü xtəlif
peĢə sahiblərinin Ģəhərlərdən axın ı ilə əlaqədar o laraq, ƏrəĢ, ġabran, Mərənd,
Zəncan, Miyanə, Qəbələ, Kağəzkonan, Astrabad, Mahmudabad, Cavad, Sufiyan və
digər Ģəhərlər acınacaqlı vəziyyətə düĢdü.
Səfəvi dövlətinin mü xtəlif yerlərində xam ipəyin istehsalı və ixracı 10 dəfə
azalmıĢdı. Bunun əsas səbəbi Avropa ölkələrinə istiqamətlən miĢ baĢ ticarət
yollarındakı dəyiĢikliklər, manufaktura məhsulları istehsalının artması, ġərq
əmtəələrinə və sənətkarlıq məhsullarına olan tələbatın azalması idi. Səfəvi
dövlətindən Hindistana aparılan ipək parçaların satılması da qadağan edilmiĢdi
(Sanson).